Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-713/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi N.Rəsulbəyovanın sədrliyi, məhkəmə iclas katibi F.Rəsulovanın katibliyi ilə, İddiaçı Iddiaçı cavabdeh Yevlax rayon icra və probasiya şöbəsinə qarşı müvafiq qətnamə üzrə cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.12.2019cu il tarixli, 2-1(107)-681/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.11.2018-ci il tar ixli, 2(006)-7012/2018 nömrəli qətnaməsi üzrə Yevlax rayonu üzrə İcra İdarəsinin hərəkətsizliyinin qanunsuz hesab olunması və həmin icra vərəqəsi üzrə icra hərəkətlərinin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10.10.2019-cu il tarixli, 2-1(84)-1538/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan iddiaçı apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.12.2019-cu il tarixli, 2-1(107)-681/2019 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.11.2018-ci il tarixli, 2(006)7012/2018 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardaddan iddiaçı kassasiy a şikayəti vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən 09.02.2020-ci il tarixli, 2-1(102)-713/2020 nömrəli məktubla iddiaçıya məlumat verilmişdir ki, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilmədiyindən və imzalanmadığından, o cümlədən vəkilin orderi əlavə edilmədiyindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.12.2019-cu il tarixli, 2-1(107)-681/2019 nömrəli tarixli qərardadından verilmiş kassasiya şikayətinin mümkünlüyünə 10.03.2019-cu il tarixində baxılacaq və həmin tarixədək vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şikayətinin, o cümlədən vəkilin orderinin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, kassasiya şikayəti üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuşmüvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblərvə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsivə ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məc əllənin 407.4-cü maddəsinə əsasən şikayətəvəkilin orderi vədövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Hazırkı iş üzrə iddiaçı 17.03.2020-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak etməmiş, həmin tarixədək isə vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şikayətini, o cümlədən vəkilin orderini məhkəməyə təqdim etməmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilən kassasiya şikayəti mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 90, 94, 96-cı maddələrini rəhbər tutaraq Qərara aldım: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.12.2019-cu il tarixli, 2-1(107)-681/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbul
Məhkəmə qərarları › İş №2-1(102)-713/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-713/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver