Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-713/2025 16.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı ünvan 1 ünvanında yerləşən əmlak üzrə verilmiş texniki pasportda dəyişiklik edilməsi, əmlakın ölçülərinə da ir rəqəmlər arasında olan uyğunsuzluq aradan qaldırılmaqla ona yeni çıxarış və texniki pasport verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2-1(103)-3572/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 39 ünvanında yerləşən əmlak üzrə verilmiş texniki pasportda dəyişiklik edilməsi, əmlakın ölçülərinə dair rəqəmlər arasında olan uyğunsuzluq aradan qaldırılmaqla ona yeni çıxarış və texniki pasport verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) 24 iyul 2024-cü il tarixli 21(112)-5280/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.B.Məmmədov və P.A.Hüseynov) 05 noyabr 2024-cü il tarixli 2-1(103)3572/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
4. Apellyasiya instansiyası məhkəməsinin qərardadı və inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah 14 noyabr 2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləş dirilməklə imzalanmış, həmin tarixdə iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə1 elektron kabinet vasitəsilə çatdırılmışdır.
5. İddiaçının vəkili xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə qərardaddan kassasiya şikayəti vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 9-1. İnzibati məhkəmə icraatının elektron qaydada aparılması... 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektro n məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
22. Müd dətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ
7. Məhkəmə ko llegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır.
8. İPM-in 23.1 və 94.1-ci maddələrinin tələbinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasi təsi ilə verilir.
9. Hazırkı iddianın mümkünlük şərtlərinin yoxlanılması məqsədilə işin halları araşdırılarkən, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş 10 gün müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
10. Belə ki, apellyasiya instansiyası məhkəməsinin 05 noyabr 2024-cü il tarixli qərardadı 14 noyabr 2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış, həmin tarixdə iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə1 elektron kabinet vasitəsilə çatdırılmışdır. Belə olan halda, iddiaçıya münasibətdə apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət axımı həmin tarixdən başlanmış və 23 noyabr 2024-cü il tarixdə bitmişdir. 23 noyabr 2024-cü il tarixi təqvimdə şənbə gü nünə təsadüf etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 sentyabr 2024-cü il tarixli 426 nömrəli iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi barədə qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilmişdir. Başqa sözlə, 23 noyabr 2024-cü il tarixi iş günü olmuşdur. Buna baxmayaraq, iddiaçının vəkili həmin qərardan kassasiya şikayətini 25 noyabr 2024-cü il tarixdə (saat 22:25-də) elektron kabinet vasitəsilə məhkəməyə göndərmişdir.
11. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 6-cı bəndində istinad olunan qanunvericilik normalarının tələbləri baxımından, apellyasiya məhkəməsinin qərardadından kassasiya şika yətinin verilməsi üçün müəyyən olunmuş prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür.
12. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən proses iştirakçılarına (o cümlədən iddiaçıya) inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah göndərilmiş, buna baxmayaraq, iddiaçı şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddətin üzrlü səbəbdən buraxılmasına dair heç bir sübut təqdim etməmiş, ümumiyyətlə bu barədə mübahisə açmamışdır.
13. Odur ki, şikayət üzrə kassasiya icraatı mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
14. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 05 noyabr 2024-cü il tarixli 2-1(103)-3572/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.