Məhkəmə qərarları › İş №2-1(102)-714/2017

Ali Məhkəmə Qərar — İş №2-1(102)-714/2017

11.04.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-714/2017 11.04.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı-nin Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-714/2017) Bakı şəhəri 11 aprel 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı-nin (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “cavabdehin 29.03.2016-cı il tarixli imtina məktubuna əsasən “xxxx” MMC-nin iddiaçıya yaranmış borcunun ödənilməsi üçün əmlak kompleksinin hərrac yolu ilə satılmasının təkrarən müvəqqəti olaraq dayandırılmasının qanunsuz h esab edilməsi, cavabdehin vəzifəli şəxsləri tərəfindən yol verilən hərəkətlər nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması və əmlak kompleksinin hərrac yolu ilə satılmasının bərpa edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2- 1(104)-413/2016 saylı, 23 noyabr 2016-cı il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 11 aprel 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 02.08.2013-cü il tarixli kommersiya subkonsessiyası (subfrançayzinq) müqaviləsinin təminatı məqsədi ilə 05.08.2013-cü il tarixli ipoteka müqaviləsi üzrə X6 və X11 məxsus olan və ünvan 1 ünvanda yerləşən əmlak kompleksi ki mi müəssisə ipoteka ilə yüklü edilmişdir. Borclu tərəfindən kommersiya subkonsessiyası müqavilə üzrə öhdəliklər vaxtında yerinə yetirilməmiş və “İpoteka haqqında” Qanunun 34-cü maddəsinə və ipoteka müqaviləsinin 6.1-ci bəndinə əsasən ipoteka predmetinə tutma hüququ yaranmışdır. “İpoteka haqqında” Qanunun 36.1 və 36.2ci maddələrinin tələblərinə əsasən 16.09.2015-ci il tarixli bildiriş ipoteka qoyanlara 19.09.2015-ci il tarixdə verilmişdir. İddiaçı tərəfindən X11 və X3 təqdim edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 16.09.2015-ci il tarixli bildirişdə qeyd edilmişdir ki, hesablanmış əsas borc məbləği 85.231,78 manat, cərimə 1.589,30 manat təşkil edir, məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi ipoteka müqaviləsində nəzərdə tutulduğu və tutma notari usun icra qeydi əsasında keçiriləcəkdir. 12.11.2015-ci il tarixli icra qeydinə əsasən “Notariat haqqında” Qanunun 76-cı maddəsinə və “İpoteka haqqında” Qanunun 38.1-ci maddəsinə əsasən həmin sənədlər üzrə ipoteka saxlayan iddiaçının tələbi ilə ipoteka qoyanlar X6 və X11 məxsus ipoteka predmeti olan Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən 185 nömrəli əmlak kompleksi kimi müəssisəyə tutma yönəldilməsi təklif edilmişdir və həmin tarixdə iş materialları Cavabdehnə daxil olmuşdur. Cavabdehin 12.11.2015-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə Şəmkir Rayon Notariat Kontoru tərəfindən verilmiş icra sənədi üzrə icraata başlanılmış, cavabdehə 10 gün müddətində icranın könüllü təmin edilməsi təklif edilmişdir. Cavabdeh tərəfindən iş materialları qiymətləndirmə şirkətinə, əmlakın qiymət ləndirilməsindən sonra isə borclunun iddiaçıya yaranmış borcun ödənilməsi məqsədilə Şəmkir şəhəri, 20 yanvar küçəsi, 185 ünvanında yerləşən əmlak kompleksinin hərrac yolu ilə satılması üçün 23.12.2015-ci il tarixdə “xxxx” MMC-yə göndərilmişdir. “xxxx” MMC tərəfindən hərracın keçirilməsi 05.02.2016-cı il tarixə təyin edilmişdir. Lakin, X14 tərəfindən notariat hərəkətlərinin aparılmasından Şəmkir Rayon Məhkəməsinə şikayət verilməsi ilə əlaqədar cavabdehin 12.01.2016-cı il tarixli məktubu ilə əmlak kompleksinin hərrac yolu ilə satılması müvəqqəti olaraq dayandırılmışdır. İddiaçı cavabdehin bu hərəkətini mübahisələndirməmişdir. Şəmkir Rayon Məhkəməsi iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi haqqında 28.12.2015-ci il tarixli qərardad qəbul etdikdən sonra cavabdeh tərəfindən əmlakın h ərrac yolu ilə satılması bərpa edilmiş və 29.02.2016-cı il tarixli məktub ilə iş materialları təkrarən “xxxx” MMC-yə göndərilmiş və hərracın keçirilməsi 31.03.2016-cı il tarixə təyin edilmişdir. Buna baxmayaraq, X14 tərəfindən ipoteka müqaviləsinin ləğv edilməsinə dair Səbail Rayon Məhkəməsinə şikayət verilməsi ilə əlaqədar cavabdehin 29.03.2016-cı il tarixli məktubu ilə hərracın keçirilməsi müvəqqəti olaraq təkrarən dayandırılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli 2(009)-1695/2016 saylı qiyabi qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X8 ilkin iddia üzrə cavabdeh İddiaçı–yə qarşı ipoteka müqaviləsinin ləğv edilməsinə dair ilkin iddiası təmin edilməmiş, qarşılıqlı iddia üzrə İddiaçı-nin qarşılıqlı iddia üzrə cavabdehlər “xxxx” MMC, X6 və X11 qarşı borc tələbi nə dair qarşılıqlı iddiası təmin edilərək “xxxx” MMC-dən 85231,30 manat əsas borcun, 1589,30 manat cərimə borcunun tutulub İddiaçı-yə ödənilməsi qət edilmişdir. İddiaçı 11 aprel 2016-cı il tarixdə iddia ərizəsi ilə cavabdehə qarşı Gəncə İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 29.03.2016-cı il tarixli imtina məktubuna əsasən “xxxx” MMC-nin iddiaçıya yaranmış borcunun ödənilməsi üçün Şəmkir şəhəri, 20 yanvar küçəsi, 185 ünvanında yerləşən əmlak kompleksinin hərrac yolu ilə satılmasının təkrarən müvəqqəti olaraq dayandırılması barədə qərarın (inzibati aktın) ləğv olunması, cavabdehin vəzifəli şəxsləri tərəfindən yol verilən və inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması və əmlak kompleksinin hərrac yolu ilə satılmasının bərpa edil məsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə 01.06.2016-cı il tarixli ərizə təqdim edərək cavabdehin 29.03.2016-cı il tarixli imtina məktubuna əsasən “xxxx” MMC-nin iddiaçıya yaranmış borcun ödənilməsi üçün Şəmkir şəhəri, 20 yanvar küçəsi, 185 ünvanında yerləşən əmlak kompleksinin hərrac yolu ilə satılmasının təkrarən müvəqqəti olaraq dayandırılmasının qanunsuz hesab edilməsi, cavabdehin vəzifəli şəxsləri tərəfindən yol verilən hərəkətləri nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması və əmlak kompleksinin hərrac yolu ilə satılmasının bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin 29.03.2016-cı il tarixli imtina məktubu ilə hərracın keçirilməsinin təkrarən müvəqqəti olaraq dayandırılması əsass ız hesab edilməli, qərarın ləğv olunması, əmlak kompleksinin hərrac yolu ilə satılması bərpa edilməlidir. Şikayətin maddi hüquqi əsası kimi “İcra haqqında” Qanunun 17.1.4, 21.1, 87.1, “İpoteka haqqında” Qanunun 38.1, 39.1, İnzibati Prosessual Məcəllənin 2.2.1 və 32.1-ci maddələrinə istinad edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(83)-646/2016 saylıiş) 01 iyun 2016-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə görə məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanılmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən dayandırılmalı olduğu halda, hərracın keçirilməsi müvəqqəti olaraq cavabdeh tərəfindən dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X12məruzəçi, X9 və X2, 2-1(104)-413/2016 saylı iş) 23 noyabr 2016-cı il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 01 iyun 2016-cı il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, ipoteka predmetinin mülkiyyətçilərindən olan Emin Əliyev tərəfindən ipoteka müqaviləsi mübahisələndirilmişdir və həmin mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatındadır. İddiaçının nümayəndəsi, İsazadənin izahatı ilə də, bu fakt təsdiq olunduğuna görə “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə əsasən iş üzrə icraatı dayandırmaqda cavabdeh haqlı olmuşdur. Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-1695/201 6 saylı mülki iş üzrə ilkin iddia təmin ediləcəyi halda keçirilmiş hərracın nəticələri yenidən mübahisələndiriləcək və bu da, sonda artıq məhkəmə çəkişmələrinə səbəb olacaqdır. Məhz bu əsasa görə də, göstərilən halda icra işinin dayandırılması məcburi hesab edilmişdir. İddiaçı 12 dekabr 2016-cı il tarixdə qərarın surətini almış, 27 dekabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: X1 məhkəmə icraatının iştirakçısı olmamış və məhkəmə icraatına cəlbetmə barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etməmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi yalnız məhkəmə icraatına cəlbetmə barədə vəsatətin təmin edilməsindən imtina haqqın da qərardaddan şikayət verildikdə işi icraata götürməli idi (X8 apellyasiya şikayətində qərardaddan şikayət verilməsi bildirilmiş, lakin əslində cəlbetmə ilə əlaqədar heç bir qərardad birinci instansiya məhkəməsi tərəfindən qəbul edilməmişdir). Əlavə olaraq, birinci instansiya məhkəməsinin qərarı hüquqi qüvvəyə minmiş və icra edilməsi üçün cavabdehə göndərilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq öz qərarında qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən dayandırılmalı olduğu halda, hərracın keçirilməsi müvəqqəti olaraq cavabdeh tərəfindən dayandırılmışdır. İddiaçı hesab edir ki, icra məmurunun icraatın dayandırılması barədə məhkəmə qərarı və öz qərarı (inzibati aktı) olmadan məktub ilə icraatın müvəqqəti da yandırılması qanunsuz və əsassızdır. X1 tərəfindən “notariat hərəkətlərinin aparılmasından” Şəmkir Rayon Məhkəməsinə şikayət verilməsinə əsaslanaraq cavabdehin 12.01.2016-cı il tarixli məktubu ilə qanunsuz olaraq əmlak kompleksinin hərrac yolu ilə satılması müvəqqəti olaraq dayandırılmışdır. Lakin, cavabdeh öz məktubu ilə əmlak kompleksinin hərrac yolu ilə satılmasının müvəqqəti dayandırdıqda Şəmkir Rayon Məhkəməsinin X8 şikayətinin icraata qəbulundan imtina edilməsi haqqında hələ 28.12.2015-ci il tarixində müvafiq qərardadın qəbul edilməsini nəzərə almamışdır. Şikayətin hüquqi əsası kimi İnzibati Prosessual Məcəllənin 28.1-ci, “İcra haqqında” Qanunun 17.1.4, 21.1-ci maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz işti rak etdiyinə görə çıxışlarda iştirak etməmişdir.: əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı icra sənədi üzrə icra hərəkətinin müvəqqəti dayandırılması barədə cavabdehin hərəkətini mübahisələndirir. İddia mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-in 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həm in inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İşin mübahisə olunmayan hallarına görə 05 avqust 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən X6 və X11 məxsus olan ünvan 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ipoteka saxlayandır. Notariusun 12 noyabr 2015-ci il tarixli icra qeydinə əsasən tutmanın əmlak kompleksinə yönəldilməsi qərara alınmış, icra qeydi icra olunması üçün cavabdehə təqdim edilmiş, cavabdeh tərəfindən bir sıra icra hərəkətləri aparılaraq əmlakın hərracda satılması ba rədə sifariş verilmiş və “xxxx” MMC tərəfindən hərracın keçirilməsi ayrı-ayrı vaxtlara təyin edilmişdir. X8 ipoteka müqaviləsinin ləğv edilməsinə dair iddiası üzrə Səbail Rayon Məhkəməsinin icraatında mülki iş olduğundan cavabdeh hərracın keçirilməsinin müvəqqəti olaraq dayandırılması barədə hərracı keçirən orqana 29 mart 2016-cı il tarixli məktub göndərmişdir. İddiaçı cavabdehin bu hərəkətini qeyri-qanuni hesab edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Notariusun 12 noyabr 2015-ci il tarixli icra qeydinə görə K.Hüseynovaya və E.Əliyevə məxsus ipoteka predmeti olan Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən 185 nömrəli əmlak kompleksi kimi müəssisəyə tutma yönəldilmişdir. İddiaçının nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi 21 fevral 2017-ci il tarixli Səbail rayon Məhkəməsinin 21 fevral 2017-ci il tarixli qətnaməsi bir daha təsdiq edir ki, E.Əliyevin ipoteka müqaviləsinin ləğv edilməsinə dair iddiası üzrə məhkəmənin icraatında iş olmuşdur və həmin qətnamə ilə ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair E.Əliyevin iddiası təmin edilməmiş, həmçinin bankın qarşılıqlı iddiası təmin edilərək tutma öhdəliyin icrasını təmin etmək məqsədilə K.Hüseynova və E.Əliyev tərəfindən ipoteka qoyulmuş ünvan 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməklə həmin əmlakın hərracda satılması, satışdan əldə edilmiş pul vəsaitinin qarşılıqlı iddia üzrə iddiaçının tələblərinin ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Qərarın qanuni qüvvəyə minməsinə dair sübut təqdim edilməmişdir. Göründüyü kimi, işdə olan sənədlərlə hərraca çıxarılmış əmlakın ipot eka ilə yüklülüyü məhkəmə qaydasında mübahisələndirildiyindən cavabdeh icra hərəkətinin icrasının müvəqqəti dayandırılması qərarına gəlmişdir. E.Əliyevin məhkəmə icraatının iştirakçısı olmaması və məhkəmə icraatına cəlbetmə barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etməməsi barədə şikayətin dəlilinə dair məhkəmə kollegiyası qeyd edir ki, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə notariusun 12 noyabr 2015-ci il tarixli icra qeydində əmlak kompleksi kimi müəssisənin ipoteka qoyanlar K.Hüseynovaya və E.Əliyevə məxsus olduğu göstərilmişdir. İPM-in 28.1-ci maddəsinin tələbinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hall arda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Birinci instansiya məhkəməsinin 01 iyun 2016-cı il tarixli qərarı qanuni qüvvəyə minməmiş E.Əliyev ondan apellyasiya şikayəti vermiş, E.Əliyevin apellyasiya şikayəti əsasında iş apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, apellyasiya instansiyası məhkəməsi İPM-in 28.1-ci maddəsinə əsaslanaraq 25 oktyabr 2016-cı il tarixli qərardadla E.Əliyevi üçüncü şəxs kimi işə cəlb etmişdir. Odur ki, E.Əliyevin prosesin iştirakçısı olmaması barədə şikayətin dəlili əsaslı sayıla bilməz. İcra sənədi üzrə icraatın məhkəmə tərəfindən dayandırılmalı olması barədə “İcra haqqında” Qanunun 21-ci maddəsinə istinad edən iddiaçının şikay ətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İddiaçının mübahisə açdığı cavabdehin 28 mart 2016-cı il tarixli məktubunda icra üzrə icraatın dayandırılmasından deyil, hərracın aparılmasının müvəqqəti dayandırılmasından bəhs olunur. İcra sənədi üzrə icraat dayandırıldığı halda hər hansı icra hərəkətlərinin aparılmasını qanunverici istisna edir. Hərracın aparılmasının müvəqqəti dayandırılması isə icra sənədi üzrə digər icra hərəkətlərinin aparılması cavabdehə qadağan edilməmişdir. Mümkündür ki, cavabdeh yenidən hərracın keçirilməsi barədə yenidən sifariş versin və digər icra hərəkətlərini aparsın. Digər tərəfdən, o da qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 07 fevral 2017-ci il tarixdən qüvvədə olan 21.1-ci maddəsinə görə bu Qanunun 17-ci maddəsində nəzərdə tut ulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Tərəflər arasında hüquq münasibəti yaranan zaman qüvvədə olan qanunvericiliyə görə icra sənədi üzrə icraat məhkəmə tərəfindən dayandırılırdısa, hazırda mübahisə predmeti barədə icraatın dayandırılması icra məmuruna həvalə edilmişdir. Məhkəmə kollegiyası onu da vurğulayır ki, “İcra haqqında” Qanunun 21.1-ci maddəsinin 07 fevral 2017-ci ilədək qüvvədə olan redaksiyasında məhkəmələrin verdiyi icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılması nəzərdə tutulmuşdu. Hazırkı işdə icra sənədi məhkəmə tərəfindən deyil, notarius tərəfindən (icra qeydi) verilmişdir. Nəhayət, cavabdehin sifarişi əsasında keçirilən hərracın hərraca çıxarılan əmlakın ipoteka müqaviləsinin nə ticəsindən asılı etdiyindən, yekunda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı-nin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(104)-413/2016 saylı, 23 noyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanıl sın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov Şəfiqə Əliyeva 23.11.2016-cı il

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar