Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-714/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Bağırov Ziya Bayram oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 1 noyabr tarixli 2-1(103)2126/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı q əbul etdi. Təsviri hissə: İşin halları: ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 92.58 kv.m olan 60 saylı mənzilin iddiaçıya verilməsi barədə onunla x2 arasında 2006-cı il 17 iyul tarixli müqavilə bağlanmışdır. Mənzilin dəyəri iddiaçı tərəfindən ödənilmiş və bu barədə MMC tərəfindən 2018-ci il 23 yanvar tarixli maliyyə arayışı verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2011-ci il 6 dekabr tarixli, 584 nömrəli Sərəncamı ilə təsdiq edilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul Komissiyasının aktına əsasən bina istismara qəbul edilmişdir. İddiaçı 2018-ci il 5 fevral tarixli ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli binanın 13-cü mərtəbəsində, 2 otaqlı, 60 saylı, ümumi sahəsi 92.58 kv.m olan mənzilə dair mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh onun müraciətinə cavab verməmişdir. İddiaçı 2018-ci il 29 mart tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən 16 mərtəbəli binanın 13-cü mərtəbəsində, 2 otaqlı, 60 saylı, ümumi sahəsi 92.58 kv.m olan mənzilə dair mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2006-cı il 17 iyul tarixdə onunla x2 MMC arasında bağlanmış müqaviləyə əsasən o, ünvan 1-də (keçmiş Zərdabi prospekti 569-cu məhəllədə) yerləşən 16 mərtəbəli binanın 13-cü mərtəbəsində, 2 otaqlı, 60 nömrəli, ümumi sahəsi 92.58 kv.m olan mənzili yaşayış üçün əldə etmişdir. Müqaviləyə əsasən mənzilin dəyərini tam ödəmiş və artıq 10 ildən çoxdur ki, həmin mənzildən istifadə edir. Mübahisəli mənzilin yerləşdiyi bina 2011-ci ildən dövlət komissiyası tərəfindən istismara qəbul edilmişdir. Həmin binadan artıq bir neçə şəxs də eyni sənədlərlə çıxarış almışdır. İddiaçı göstərilənlərə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12, 15-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin (bundan sonra mətndə - İPM) 34.1-ci maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 17 may tarixli 2-1(81)2227/2018 nömrəli qərarıiləiddia təmin edilmiş, ünvan 1 ünvanda yerləşən binanın 13-cü mərtəbəsində, ümumi sahəsi 92.58 kv.m olan 60 saylı mənzilin iddiaçınınadına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin mənzilə dair çıxarışın verilməsi öhdəliyinincavabdehə həvalə olunması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli mənzili onun dəyərini (pay haqqını) tam ödəməklə əldə etdiyindən, həmin mənzilə mülkiyyət hüququ əldə etmişdir və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nət icə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 1 noyabr tarixli 2-1(103)-2126/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2018-ci il 19 noyabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2018-ci il 18 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq mənzilə dair İdarəyə rəsmi müraciət daxil olmamış və hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bu səbəb dən də, İdarənin bununla bağlı hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamışdır. Belə ki, iddiaçı ilə İdarə arasında hər hansı inzibati hüquq münasibəti yaranmamışdır və bununla bağlı inzibati orqanın hər hansı hərəkət və ya hərəkətsizliyinin olması nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Lakin qeyd olunan hallar və iddianın mümkünlüyü məhkəmələr tərəfindən düzgün və ətraflı araşdırılmamış, İdarənin mövqeyi nəzərə alınmamış, çəkişmə prinsipi pozulmuş, qeyd olunan halları nəzərə almamış və nəticədə, iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı qanunsuz qərar qəbul edilmişdir. Qərar qanunvericiliyin tələblərinə uyğun qaydada düzgün əsaslandırılmamışdır. Belə ki, məhkəmə iddiaçının İdarəyə müraciət etdiyini qeyd etsə də, iddiaçının müraciətinin İdarəyə da xil olub-olmamasını “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun qaydada araşdırmamış və bununla bağlı hər hansı sübuta istinad edilməmişdir. İşin obyektiv araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə tərəfindən inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və ekspertiza təyin olunmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 9, 11.1, 12, 23-cü maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkə mə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin i crası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər... İddianın əsaslılığı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.6cı maddələrindən irəli gəlir. Həmin normaların tələbinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından göründüyü kimi, mənzil-tikinti kooperativlərin də olduğu kimi hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MMC üzvlərinin qərarı ilə iddiaçı mübahisəli mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Mənzilin yerləşdiyi binanın tikintisi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahəsi ayrılmış, bina təsdiq olunmuş layihə əsasında inşa edilmiş, tikintisi başa çatdıqdan sonra müvafiq aktla istismara qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinin hazırkı iddiaya tətbiqini əsaslı hesab edi r. Beləliklə, iddiaçının İPM-in 34.1-ci maddəsindən irəli gələn tələb hüququ vardır. Müvafiq mənzilə dair İdarəyə rəsmi müraciət daxil olmadığına, hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyinə, bu səbəbdən də İdarənin bununla bağlı hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmadığına, iddiaçı ilə İdarə arasında hər hansı inzibati hüquq münasibətinin yaranmadığına dair cavabdehin dəlilinə gəldikdə, həmin dəlil işin materialları ilə təkzib olunur. Belə ki, birinci instansiyası məhkəməsində icraat zamanı təsdiq olunmuşdur ki, iddiaçı müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh həmin ərizəyə münasibətdə hərəkətsizlik etmiş, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması ü çün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 1 noyabr tarixli 2-1(103)-2126/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-714/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-714/2019
27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver