Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-714/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: İşlədiyi müddətlərin əmək stajı kimi sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, əl ilə qaynaq aparan elektrik qaynaqçısı) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Qürbət Əsgərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarə sinə qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxx 2019-cu il tarixli 2-1(107)387/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Şəki “Yüksəliş” kooperativində 6-cı dərəcəli qaynaqçı, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “xxxx” kiçik müəssisəsində 6-cı dərəcəli qaynaqçı, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Şəki 18 nömrəli TH İRS-də 6-cı dərəcəli elektrik qaz qaynaqçısı, xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixdək 96 nömrəli SMD-də 5-ci dərəcəli qaynaqçı vəzifəsində işlədiyi müddətlərin əmək stajı kimi sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. İxtisası elektrik qaynaqçısıdır. xx xxxxxx 1975-ci ildən 1977-ci ilin noyabr ayına kimi hərbi xidmətdə olmuşdur. O, xx.xx.1974-cü il tarixdən başlayaraq xx.xx.1989-cu ilə kimi müxtəlif dövlət müəssisələrində elektrik qaynaqçısı işləmişdir. İddiaçı xx.xx.1990-cı il tarixdənxx.xx.1992-ci il tarixədək Şəki “Yüksəliş” kooperativində 6-cı dərəcəli qaynaqçı, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “xxxx” kiçik müəssisəsində 6-cı dərəcəli qaynaqçı, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Şəki 18 nömrəli THİRS-də 6cı dərəcəli elektrik qaz qaynaqçısı, xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixdək “xxxx” Açıq Səhmdar Cəmiyyəti 96 nömrəli X1 5-ci dərəcəli qaynaqçı vəzifəsində işləmişdir. xx.xx.1974-cü il tarixdə adına açılmış əmək kitabçasında ixtisası elektrik qaynaqçısı göstərilməklə onun bütün müəssisələrdə işlədiyi illər ardıcıllıqla qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-1663/2018 nömrəli (sədrlik edən hakim K.Vəliyev) qərarı ilə iddianın təmin edilməsi, cavabdehin üzərinəiddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Şəki “Yüksəliş” kooperativində 6-cı dərəcəli qaynaqçı, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “xxxx” kiçik müəssisəsində 6-cı dərəcəli qaynaqçı, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Şəki 18 nömrəli THİRS-də 6-cı dərəcəli elektrik qaz qaynaqçısı, xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixdək 96 nömrəli SMD-də 5-ci dərəcəli qaynaqçı vəzifəsində işlədiyi dövrün sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması, məhkəmə xərcinin iddiaçıya aid edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının lə ğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(107)-136/2019 nömrəli (hakimlər G.Abbasov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və İddiaçı) qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)-1663/2018 nömrəli qərarının ləğv edilməsi və inzibati iş üzrə yeni qərarın çıxarılması, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhərşöbəsinə qarşı “xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Şəki “Yüksəliş” kooperativində 6-cı dərəcəli qaynaqçı, xx.xx.1993- cü il tarixdən xx.xx.1994-cü il tarixədək “xxxx” kiçik müəssisəsində 6-cı dərəcəli qaynaqçı, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Şəki 18 nömrəli THİRS-də 6-cı dərəcəli elektrik qaz qaynaqçısı, xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək 96 nömrəli X2 5-ci dərəcəli qaynaqçı vəzifəsində işlədiyi müddətlərin əmək stajı kimi sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Şəki “Yüksəliş” kooperativində 6-cı dərəcəli qaynaqçı, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “xxxx” kiçik müəssisəsində 6-cı dərəcəli qaynaqçı, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Şəki 18 nömrəli THİRS-də 6cı dərəcəli elektrik qaz qaynaqçısı, xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək “xxxx” Açıq Səhmdar Cəmiyyəti 96 nömrəli X1 5-ci dərəcəli qaynaqçı işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona xx xxxx 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulması, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)1590/2019 nömrəli(S.Hüseynova - sədrlik edən və məruzəçi, hakimlər İ.Dadaşov və K.Bədəlov) qərarı ilə kasasiya şikayətininqismən təmin edilməsi,apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsiqərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(107)-387/2019 nömrəli(A.Eyvazov - sədrlik edən və məruzəçi, hakimlər R.Əliyev və İ.Şükürov) qərardadı ilə cavabdeh DSMF-nin Şəki şəhər şöbəsi əsl cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi i lə əvəz edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(107)-387/2019 nömrəli(A.Eyvazov - sədrlik edən və məruzəçi, hakimlər R.Əliyev və İ.Şükürov) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Şəki İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(84)-1663/2018 nömrəli qərarının ləğv edilməsi və inzibati iş üzrə yeni qərarın çıxarılması, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı «xx xxx 1990-cı il tarixdən xx xxxxxx 1992-ci il tarixədək Şəki «Yüksəliş» kooperativində 6-cı dərəcəli qaynaqçı, xx xxxxxx 1993-cü il tarixdən xx xxx 1994-cü il tarixədək «xxxx» kiçik müəssisəsində 6-cı dərəcəli qaynaqçı, xx xxx 1994-cü il tarixdən xx xxxxxx 1994 -cü il tarixədək Şəki 18 nömrəli THİRS-də 6-cı dərəcəli elektrik qaz qaynaqçısı, xx xxxxxxxx 1994-cü il tarixdən xx xxxxxxx 2001-ci il tarixədək 96 nömrəli X2 5-ci dərəcəli qaynaqçı vəzifəsində işlədiyi müddətlərin əmək stajı kimi sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı xx xxx 1990-cı il tarixdən xx xxxxxx 1992-ci il tarixədək Şəki «Yüksəliş» kooperativində 6-cı dərəcəli qaynaqçı, xx xxxxxx 1993-cü il tarixdən xx xxx 1994-cü il tarixədək «xxxx» kiçik müəssisəsində 6-cı dərəcəli qaynaqçı, xx xxx 1994-cü il tarixdən xx xxxxxx 1994-cü il tarixədək Şəki 18 nömrəli THİRS-də 6-cı dərəcəli elektrik qaz qaynaqçısı, xx xxxxxxxx 1994-cü il tarixd ən xx xxxxxxx 2001-ci il tarixədək «xxxx» Açıq Səhmdar Cəmiyyəti 96 nömrəli X1 5-ci dərəcəli qaynaqçı işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona xx xxxx 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kiş ilər — 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar — 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 57 yaşı tamam olanadək tələb olunan 12 il 6 ay güzəştli iş stajına malik olması iş materialları ilə sübut edilə bilmədiyindən, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilə bilməzdi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bi r növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəmənin 2-1(102)-1688/2019 nömrəli qərarında deyilir: «İş materiallarından görünür ki, işə baxan məhkəmələr iddiaçının işlədiy i müəssisədən müvafiq arayış tələb etmədən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə səhv nəticəyə gəlmişlər. İddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə işləməsi barədə arayış iş materiallarına əlavə edilməmişdir. İş materiallarında olan sənədlərə əsasən isə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmasını müəyyən etmək mümkün deyil». İddiaçı tərəfindən belə bir arayış təqdim edilmədiyindən, hazırda onun işlədiyi şəraitin ağırlıq dərəcəsini müəyyənləşdirmək mümkün deyil. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-387/2019 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməs ini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019cu il tarixli, 2-1(107)-387/2019 saylı qərarla, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(84)-1663/2018 nömrəli qərarının ləğv edilməsi və inzibati iş üzrə yeni qərarın çıxarılması, İddi açı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı «xx xxx 1990-cı il tarixdən xx xxxxxx 1992ci il tarixədək Şəki «Yüksəliş» kooperativində 6-cı dərəcəli qaynaqçı, xx xxxxxx 1993-cü il tarixdən xx xxx 1994-cü il tarixədək «xxxx» kiçik müəssisəsində 6-cı dərəcəli qaynaqçı, xx xxx 1994-cü il tarixdən xx xxxxxx 1994-cü il tarixədək Şəki 18 nömrəli THİRS-də 6-cı dərəcəli elektrik qaz qaynaqçısı, xx xxxxxxxx 1994-cü il tarixdən xx xxxxxxx 2001-ci il tarixədək 96 nömrəli X2 5-ci dərəcəli qaynaqçı vəzifəsində işlədiyi müddətlərin əmək stajı kimi sığorta stajına daxil edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı xx x xx 1990-cı il tarixdən xx xxxxxx 1992-ci il tarixədək Şəki «Yüksəliş» kooperativində 6-cı dərəcəli qaynaqçı, xx xxxxxx 1993-cü il tarixdən xx xxx 1994-cü il tarixədək «xxxx» kiçik müəssisəsində 6-cı dərəcəli qaynaqçı, xx xxx 1994-cü il tarixdən xx xxxxxx 1994-cü il tarixədək Şəki 18 nömrəli THİRS-də 6-cı dərəcəli elektrik qaz qaynaqçısı, xx xxxxxxxx 1994-cü il tarixdən xx xxxxxxx 2001-ci il tarixədək «xxxx» Açıq Səhmdar Cəmiyyəti 96 nömrəli X1 5-ci dərəcəli qaynaqçı işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və ona xx xxxx 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qənaətinə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 38, 149-cu maddələrinə, İnzibati Prosessual Məcəllənin 1.2, 82-ci maddələr inə, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə, Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 683 nömrəli, xx xxxxxx 1996-cı il tarixli, 186 nömrəli, xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli qərarlarına əsaslanmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-387/2019 saylı qərarla və həmin qərardan cavabdeh tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə artıq bir dəfə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasında məhkəmə baxışı predmeti olmuş və bunun nəticəsində xx xxx 2019-cu il tarixli, 2-1(102)1590/2019 saylı qərar qəbul edilmişdir. Belə ki, həmin qərarla cavabdehin kasasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 21(107)-136/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının «Əsaslandırıcı hissə»sinin «Hüquqi məsələlər» adlanan bölümündən göründüyü kimi, Ali Məhkəmə hazırkı iş üzrə öz hüquqi mövqeyini bildirməklə, faktiki olaraq cavabdehin hazırkı kasasiya şikayətindəki dəlillərini təkzib etmişdir. Belə ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının «Hüquqi məsələlər» bölümündə Ali Məhkəmə hazırkə mübahisə üzrə öz hüquqi mövqeyini şərh edərək göstərmişdir ki, «Apelyasiya məhkəməsinin gəldiyi nəticəyə görə iddiaçının güzəştli şərtlərlə əmək pensıyası hüququnun yarand ığı xx xxxx 2015-cı il tarıxınə qüvvədə olmuş Əmək pensıyaları haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) müddəalarına görə: 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, (...) çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; 9.8-ci maddəsinə əsasən; bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə gü zəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir, 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin x xxxx 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səl ahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 57 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Lakin əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunverici liyin müddəasına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər və müddətdən asılı olmayaraq, keçmiş müddət üçün də pensiya məbləğini almalıdırlar. Əvvəlki qanunvericilik isə xx xxxxxx 2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa aid olmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxxxx 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şənlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçi lər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə p ensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Apelyasiya məhkəməsinin qərarında istinad edilmiş qanunvericiliyin tətbiqi ilə bağlı iddiaçının işlədiyi vəzifələrin bir halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 2 nömrəli siyahısında müəyyən edilmiş «XXİİİ. Ümumi peşələr»ə aid olduğunu və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə 35-ci bəndinə aid olduğunu müəyyən etmişdir. Halbuki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yuxarıda istinad edilmiş Qan unun 9.1 və 9.8-ci maddələrinə əsasən yarandığı halda, istehsalatların və peşələrin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə şəxsin pensiya hüququ yalnız istinad edilən qanunun 9.1-ci maddəsinə və yalnız həmin qanun və qərar qüvvəyə minəndən sonra yaranmış hüquqi münasibətlərə tətbiq edilməlidir. Cavabdehin mübahisələndirdiyi məsələyə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, işin hallarına görə, iddiaçının əmək kitabçasında «qaynaqçı» peşəsində işləməsi göstərsə də, lakin bu adda bir neçə peşələr istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetin in xx xxxx 1993-cü il tarixli 2 nömrəli siyahısının «XXİİİ. Ümumi peşələr» bölməsində nəzərdə tutulmuşdur. Belə ki, 23200000–11620 kodla «qaz qaynaqçıları», 23200000–19906 kodla «əl ilə qaynaq aparan elektrik qaynaqçıları», 23200000–19756 kodla «elektrik qaz qaynaqçıları» peşələri müəyyən edilmişdir. İddiaçının işlədiyi peşənin sadalananlardan hansına daha uyğun olduğu araşdırılmaqla, onun işlədiyi peşənin kodu daha dəqiq müəyyən edilməli idi. Apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnu yaradan iş fəaliyyəti onun təqdim etdiyi əmək kitabçasına əsasən müəyyən edildiyindən, cavabdehin imtinası əsassızdır. Cavabdeh tərəfindən iddiaçının 1994–2001-ci işləməsi barədə qeydlərin düzgünlüyü mübahisələndirilmişdir. Məhkəmə kollegiyası dəlili qismən əsaslı hesab edir. İddiaçının mübahisəli əmək fəaliyyəti 1990-ci ildən 2001-ci ilə aid olmuşdur. Bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (…) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır; - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ay ı və ili barədə qeydlər göstərilir. Sadalanmış bu normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun iddiaçının işlədiyi müddətlərə aid olan dövrdə qüvvədə olmuş: - 2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası işəgötürənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir; - 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən (...) bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhat ə olunurlar; - 13-cü maddəsinə əsasən, işəgötürənlər təsərrüfat subyektləri kimi dövlət qeydiyyatına alındıqdan, (...) sonra bir aydan gec olmayaraq, işçilərinin sayı barədə məlumatları təqdim etməklə, (...) məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar; - 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu) həyata keçirir və məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir; məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda, hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır və s. Habelə, zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu kollegiyasının 1997-ci il 23 aprel tarixli 3/1 nömrəli qərarı ilə təsdiq olunmuş və xx xxxx 1997-ci il tarixdə 55 sayla qeydiyyata alınmış «Məcburi dövlət sosial sığorta üzrə sığorta iştirakçılarının uçotu Qaydaları»nın (xx xxxxxx 2006-cı il tarixdə qüvvədən düşmüşdür) 6-cı bəndinə əsasən, Dövlət Sosial Müdafiə Fondu orqanları sığortaedənlərin uçota alınmasında X4 və Ədliyyə orqanları ilə sıx qarşılıqlı əməkdaşlıq edirlər. Bu müddəaların ümumiləşdirilmiş təhlilinə görə, işçilərin məcburi sosial sığortasının həyata keçirilməsi məqsədilə işəgötürənlərin təsərrüfat subyektləri kimi dövlət qeydiyyatına alındıqdan sonra sığortaçı təşkilatda uçota durması, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanın isə məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə qarşı müvafiq tədbirlərin görülməsi vəzifələri müəyyən edilmişdir. Beləliklə, bu müddəaların tələblərinin tətbiqi üçün ilk olaraq işəgötürənlərin dövlət qeydiyyatına alınması faktı müəyyən edilməlidir. Zamana görə qüvvəyə minən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesabl anması bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3·cü bölməsi «Sosial sığorta stajının hesablanması proseduru»nu müəyyən etmiş və 3.5-ci bənddə müəyyən olunmuşdur ki, 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, (...) iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PAS-a daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Lakin cavabdehin bildirdiyi dəlillərin hüquqi əsası tam göstərilməsə də, lakin cavabdehin iddiaçının işlədiyi müəssisələrlə bağlı dəlillərinin apelyasiya məhkəməsi tərəfindən yoxlanılması zəruri olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 58.6-cı maddəsində müəyyən olunmuşdur ki, sübutların araşd ırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Qeyd edilmiş dəlili nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən bildirilmiş bu əsas yoxlanılarkən iddiaçının qeyri-dövlət müəssisələrdə işlədiyi dövrə münasibətdə müvafiq araşdırma aparılmaqla qiymət verilməlidir». Məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni təkrarən həll edərkən apelyasiya məhkəməsi məcburi xarakter daşıyan Ali Məhkəmə yuxarıda qeyd edilmiş göstərişləri tam olaraq icra etmiş və bunun nəticəsində iş üzrə q anuni və əsaslı qərar qəbul etmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə riayət edilməklə hərəkət edilərək müəyyən edilmişdir ki, Şəki «Yüksəliş» Kooperativi 1991-ci ildən DSMF-nin Şəki şəhər şöbəsində uçotdadır, 1991-ci ildə 3 ay, 1992-ci ildə 12 ay üçün sosial sığorta haqları hesablanmış və ödənilmişdir. «xxxx» Kiçik Müəssisəsi 1991-ci ildən DSMF-nin Şəki şəhər şöbəsində uçotdadır, 1993-1994-cü illər ərzində sosial sığorta haqları hesablanmamış və ödənilməmişdir. «Şəki 18 nömrəli THİRS» 1991-ci ildən DSMF-nin Şəki şəhər şöbəsində uçotdadır, 1994-cü ildə 12 ay üçün sosial sığorta haqları hesablanmış və ödənilmişdir. «96 nömrəli SMD» 1991-ci ildən DSMF-nin Şəki şəhər şöbəsində uçotdadır, 1994-cü ildə 12 ay, 1995-ci ildə 1 2 ay, 1996-ci ildə 12 ay, 1997-ci ildə 12 ay, 1998-ci ildə 12 ay, 1999-cu ildə 12 ay, 2000-ci ildə 12 ay, 2001-ci ildə 12 ay üçün sosial sığorta haqları hesablanmış və ödənilmişdir. İddiaçı məxsus 428 nömrəli attestatına əsasən iddiaçının elektrik, qaz qaynaqçısı peşəsinə uyğun ixtisas əldə etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 19 saylı region üzrə X3 xx xxxxxxx 2019-cu il tarixli 284 nömrəli məktubundan görünür ki, qaynaq-hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdirilməsi üçün texnoloji prosesdir və qaynaq üsulunun alovla qaynaq, qazla qaynaq, qövs qaynağı, müqavimət qaynağı, döymə ilə qaynaq, sürtünmə ilə qaynaq, şlak altında qaynaq, lazerlə qaynaq, plazma qaynağı, elektroşüa il ə qaynaq, partlayışla qaynaq, diffuzion qaynağı, yüksək tezlikli cərəyan qaynağı kimi növləri vardır, istehsalatlarda qeyd olunan üsullarla qaynaq işlərini görən qaynaqçı peşələrinin isə əsasən aşağıdakı növləri vardır: 1. qazla doğrayan: a) qapalı qablardakı (qazanlarda, çənlərdə, baklarda, aralıqlarda, gəmi anbarlarında) işlərlə məşğul olan; b) yüksək manqanlı poladlarla və titanlı işlərdə məşğul olan; 2.qaz qaynaqçısı; a) qapalı qablardakı (qazanlarda, çənlərdə, baklarda, aralıqlarda, gəmi anbarlarında) işlərlə məşğul olan; b) yüksək manqanlı poladlarla və titanlı işlərdə məşğul olan; c) yalnız qurğuşun çəkilmiş hissələrin qaynaq edilməsi ilə daim məşğul olan;
3. Avtomat və yarımavtomat maşınlarda işləyən elektrik qaynaqçısı; a) qapalı qablarda (qazanlarda, çənlərdə, baklarda, aralıqlar da, gəmi anbarlarında) işlərdə məşğul olan; b) yüksə manqanlı poladlarla və titanlı işlərdə məşğul olan; c) qurğuşun çəkilmiş hissələrin qayna» edilməsi ilə daim məşğul olan
4. Əllə qaynaq edilən elektrik qaz qaynaqçısı, elektrik qaynaqçısı: a) qapalı qablarda (qazanlarda, çənlərdə, baklarda, aralıqlarda, gəmi anbarlarında) işlərdə məşğul olan; b) yüksək manqanlı poladlarla və titanlı işlərdə məşğul olan; c) qurğuşun çəkilmiş hissələrin qaynaq edilməsi ilə məşğul olan; Qeyd olunan üsullarla qaynaq işlərinin görülməsi zamanı bütün istehsalatlarda çalışan qaynaqçılar insan orqanizmi üçün təhlükəli və zərərli olan amillərin təsirinə məruz qalırlar. Ona görə də, qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il i noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş «işçil ərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli digər ağır istehsalat amilləri mövcud olan əmək şəraiti istehsalatların, peşə və vəzifələrin Siyahısı»na və həmçinin 2004-cü il tarixli 5 iyul 92 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən.zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısına daxil edilmişdir ki, bu da onu deməyə əsas verir ki, qaynaqçı peşəsi ağır və insan orqanizm üçün zərərli peşədir. Hal-hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şərait xüsusilə zərərli və ağır olan işlərd ə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər 60 yaşına çatdıqda, azı 25 ıl sığorta stajına malik olduqda və bu müddətin 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Lakin, həmin Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01 2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafi q təyin edilir. Bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir və həmin «Siyahı»nın «Ümumi peşələr» adlanan 35-ci bölməsində;
1. Rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları;
2. Bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları;
3. Qaz qaynaqçıları;
4. Kəsməkdə əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zər ərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları;
5. Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları;
6. Əl ilə qaynaq aparar elektrik qaynaqçıları nəzərdə tutulmuşdur. Daha sonra məktubda deyilir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na qeyd olunan qaynaqçı peşələrini daxil edərkən əmək şəraitinə və əmək funksiyalarının xüsusiyyətlərinə görə işçilərin sağlamlığına təsir göstərən istehsalatların neqativ amillərinin intens ivliyini və davamlılığını, həmçinin fiziki kimyəvi, bioloji və insan sağlamlığı üçün zərərli olan digər amilləri əsas götürmüşdür. Məmməd Əhmədovun əmək kitabçasında işlədiyi qaynaqçı peşəsinin konkret ad göstərilməsə də, yuxarıda adları qeyd olunan müəssisələr üçün əsasən xarakterik olan qaz qaynaqçısı, əllə qaynaq edən elektrik qaz qaynaqçısı və elektrik qaynaqçısı peşələri «Azərbaycan Respublikası Nazirlə Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı»nın «Ümumi peşələr» adlanan 35-ci bölməsində nəzərdə tutulmuş qaynaqçı peşələrinə uyğundur. Həmçinin sözügedən məktubda göstərilir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edi lərkən pensiya təyin edən aidiyyəti quruma əmək kitabçası ilə yanaşı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən «Əmək pensıyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.2.6-c bəndinin tələbləri nəzərə alınaraq sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də təqdim edilməlidir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «xxxx» ASC-nin xx xxxxxx 2019-cu il tarixli 92 nömrəli arayış məktubundan görünür ki, xx.xx.01994-cü ildən xx.xx.2001-ci il tarixə kimi 96 nömrəli SMD-də 5-ci dərəcəli qaynaqçı işləmiş, işlədiyi müddətdə peşəsinə uyğun olaraq idarə tərəfindən qoruyucu əlcək, xüsusi kostyum, baş üçün kaska, gündəlik süd və 5 gün əlavə m əzuniyyət verilmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1974-cü il tarixli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1974-cü il tarixdən başlayaraq xx.xx.1990-cı ilə kimi müxtəlif dövlət müəssisələrində elektrik qaynaqçısı işləmiş, habelə xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Şəki «Yüksəliş» kooperativində 6-cı dərəcəli qaynaqçı, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək «xxxx» kiçik müəssisəsində 6-cı dərəcəli qaynaqçı, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Şəki 18 nömrəli THİRS-də 6-cı dərəcəli elektrik qaz qaynaqçısı, xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək «xxxx» Açıq Səhmdar Cəmiyyəti 96 nömrəli X2 5-ci dərəcəli qaynaqçı vəzifəsində işləmişdir. Beləliklə iddiaçının ixtisası elektr ik qaynaqçısıdır. O, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Şəki «Yüksəliş» kooperativində 6-cı dərəcəli qaynaqçı, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək «xxxx» kiçik müəssisəsində 6-cı dərəcəli qaynaqçı, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Şəki 18 nömrəli THİRS-də 6-cı dərəcəli elektrik qaz qaynaqçısı, xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək «xxxx» Açıq Səhmdar Cəmiyyəti 96 nömrəli SMD-də 5ci dərəcəli qaynaqçı işləmiş və bütün bunlar xx.xx.1974-cü il tarixdə onun adına açılmış əmək kitabçasında qeyd edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 38- ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzr ə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş «işçilərin əmək kitabçasının forması və onun tərtibi» Qaydalarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi doğru olaraq belə qənaətə gəlmişdir ki, mübahisəli hüquq münasibəti yaranan zaman qüvvədə olan Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinin 1-ci və 2-ci abzaslarına görə, əmək kitabçası fəhlə və ya qulluqçunun əmək fəaliyyəti haqqında əsas sənəddir. Əmək kitabçaları müəssisədə, idarədə, təşkilatda 5 gündən artıq işləyən bütün fəhlələr və qulluqçular üçün açılır. xx.xx.1998-ci ildə qəbul edilmiş və xx.xx.1999-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci bəndinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir, işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Beləliklə, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən əsas qanunvericilik aktı xx xxxxxx 2006-cı il tarixli «Əmək pensiyaları haqqında» Azərb aycan Respublikasının Qanunudur. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı vaxt qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun köhnə redaksiyasının 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 2 nömrəli Siyahısının 33-cü Ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçılarının peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilm iş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» Siyahısının 35-ci Ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçılarının peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının həm işlədiyi dövrdə qüvvədə olmuş (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş), həm də əmək pensiyası almaq hüququnun yarandığı zaman qüvvədə olan (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş) Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərin Siyahılarında əl ilə qaynaq aparan elektrik qaynaqçılarının peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, işin mübahisələndirilməyən halıdır ki, İddiaçı ixtisası elektrik qaynaqçısıdır. O, gəncliyindən başlayaraq pensiya yaşına çatana kimi bütün şüurlu həyatında müxtəlif müəssisələrdə yalnız bir peşə ilə – elektrik qaynaqçısı peşəsi ilə məşğul olmuşdur. Qeyd olunanlar həm İddiaçı öz izahatı ilə, həm də onun adına tərtib edilmiş əmək kitabçası ilə təsdiq olunur. Buna görə də iddiaçının işlədiyi peşənin sözügedən siyahıya düşməsi şəksizdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-387/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.