Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-714/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddət keçdiyinə görə iddianın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “iddiaçının xəstəliyə görə ehtiyata buraxılması ö hdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2020ci il tarixli 2-1(103)-1909/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1993-cü ildə C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olunmuş, 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olan 476 və 41N saylı xüsusi təyinatlı hərbi hissələrdə, 877, N və N saylı motoatıcı hərbi hissələrdə xidmət etmiş, mayor rütbəsinə və taborun qərargah rəisi vəzifəsinədək yüksəlmişdir.
2. Gəncə Hərbi Məhkəməsinin 1(095)-047/2013 saylı, 20.05.2013-cü il tarixli hökmü ilə iddiaçı Azərbaycan Respublikası CM-in 342. 2-ci maddəsində nəzərə tutulmuş cinayət əməlini (döyüş şəraitində ağır nəticələrə səbəb olmaqla, öz xidməti borcuna səhlənkar yanaşma) törətməkdə təqsirli bilinib, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
3. N saylı hərbi hissənin komandiri 02.08.2013-cü il tarixli təqdimat verərək 1302-ci motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini mayor İddiaçı Rafael oğlunun törətdiyi cinayətə görə ehtiyata buraxılması barədə vəsatət qaldırmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0361 №-li, 21.08.2013-cü il tarixli əmri ilə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci madddəsinin “a” bəndinə əsasən (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün) N №-li hərbi hissənin 1302-ci motoatıcı taborunun qərargah rəisi-tabor komandirinin müavini mayor İddiaçı Rafael oğlu 20.05.2013-cü il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir İddiaçıya Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 12.10.2016-ci il tarixdə ikinci qrup əlillik təyin olunmuş, əliliyin səbəbi kimi “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 10.08.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 21.08.2013-cü ildə “Hərbi Xidmət Keçmə Haqqında” Əsasnamənin 158-ci maddəsinin “A” bəndinə əsasən ehtiyata buraxılmağı haqqında əmrin dəyişdirilməsi və cavabdehin “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmağı öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ildə C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olunmuş, 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olan 476 və 41N saylı xüsusi təyinatlı hərbi hissələrdə, 877, N və N saylı motoatıcı hərbi hissələrdə xidmət etmiş, mayor rütbəsinə və taborun qərargah rəisi vəzifəsinədək yüksəlmişdir. 2004-cü ildə Silahlı Qüvvələrin 10 illiyi (1991–2001) yubiley medalı, 2008-ci ildə Silahlı Qüvvələrin 90 illiyi yubiley medalı, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Xidmətin 7 ilini düşmə nlə təmas şəraitində olan Qazax rayonun Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazisində keçirmişdir. 2013-cü ilin may ayında Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. 2-ci qrup hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlildir. Silahlı Qüvvələrin Mərkəzi Hərbi Hospitalının verdiyi şəhadətnaməyə əsasən anadangəlmə xəstə olmasına, həqiqi hərbi xidmətə yararsız olmasına baxmayaraq, xəstə ola-ola 21 il həqiqi hərbi xidmət keçmişdir və sonda əsassız olaraq Müdafiə Nazirinin 21 avqust 2013-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 158-ci maddəsinin “a” bəndinə əsasən ehtiyata buraxılmışdır. Hesab edir ki, bu barədə Müdafiə Nazirinin müvafiq əmri düzgün olmamışdır. Belə ki, xəstə, hərbi xidmətə yararsız olduğu üçün əmr dəyişdirilməli və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə uyğun olaraq (xəstəliyə görə) ehtiyata buraxılmalı idi. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı hərbi xidmətdə n ehtiyata buraxılması haqqında Müdafiə nazirinin 21 avqust 2013-cü il tarixli 0361 nömrəli əmri verildikdən yeddi il sonra onu mübahisələndirmişdir və İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia üçün müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Buna gərə də iddia mümkün sayılmamalıdır. Bundan başqa, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 158-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 – 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.
4. Bakı İnzibati Məhkəməsinin 29.09.2020-ci il tarixli 2-1(112)-5755/2020 nömrəli qərarda dı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən iddia qaldırılması üçün müəyyən edilmiş müddət ötürülmüşdür.
6. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2020-ci il tarixli 21(103)-1473/2020 nömrəli qərardadı ilə (hakimlər Ü.Mayılov (sədrlik edən və məruzəçi), M.Tağızadə və Z.Şirinov) Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, Azərbaycan Respublikası İPM-nin 24.4-cü maddəsinə əsasən təbii f əlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmçinin iddiaçı cəzaçəkmə müəssisəsində olduğu müddətdə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək hüququna malik olsa da, bundan istifadə etməmiş və qanunuvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.
9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şik ayətinin dəlilləri iddia tələbinin məzmununa uyğundur və əlavə olaraq bildirilir ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Çünki məhkəmə obyektiv həqiqəti ifadə edən halları qətiyyən nəzərə almamışdır. b. Məhkəmə icraatı iştirakçılarının izahatları 11.İddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat vermişdir. 11.1. Cavabdehin numayəndəsi və vəkili kassasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ 12. “İnzibati icraat haqqında” Qanun: Maddə
73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikay ət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
35. İddinın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslan dırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində,... qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-c ü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
14. Azərbaycan Respublikası Ali Məhkəm əsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir k i, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Baxılan məsələ iddia müddətləri ilə bağlı olduğuna görə məhkəmə kollegiyası bildirir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.
28. İddia müddətlərinin hüquq münasibətləri sis temində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
19. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərt ləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişd ir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).
21. Həmçinin iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
22. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olu nmuş müddətdə verilməsidir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur.
23. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-cı maddələri anlamında mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. 24. “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsində inzibati akt haqqında rəsmi məlumat verilməsinin üsulları kimi: 1. inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi; 2. təqdim olunması; 3. dərc edilməsi kimi yolları müəyyən edilmişdir. Bu normalar ümumən, üsulundan asılı olmayaraq şəxsin barəsində inzibati akt qəbul edilməsi haqqında birmənalı olaraq məlumatlı olmasına xidmət edir. İş materiallarından görünür ki, iddiaçının hərbi biletində onun Azərbaycan Respublikası Müdafiə Nazirinin 0361 №-li, 21.08.2013-cü il tarixli əmri ilə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci madddəsinin “a” bəndinə əsasən ehtiyata buraxılması aydın şəkildə qeyd olunmuşdur. Bu hərbi biletin iddiaçının özündə olması onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirilən inzibati aktdan rəsmən məlumatlı olmuşdur. Apelyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı cəzaçəkmə müəssisəsində olduğu müddətdə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək hüququna malik olsa da, bundan istifadə etməmiş və qanunuvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Çünki iddiaçının məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməsi ilə bağlı məhdudiyyətlər, onu həmin inzibati aktı vaxtında mübahisələndirməyə mane olmurdu. Həmçinin Azərbaycan Respublikası İPM-nin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
32. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri əslində apelyasiya şikayətinin dəlilləri ilə oxşardır və apel yasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir.
33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2020-ci il tarixli 2-1(103)-1909/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.