Məhkəmə qərarları › İş №2-1(102)-714/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-714/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-714/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi; rotasiya. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xxxx təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xidmət yerinin dəyişdirilməsi” tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2022-ci il tarixli 2-1(108)- 01/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (AA*******; FİN xxxxxxx) xxxx tarixində Yevlax doğulmuşdur. O, Ünvan1 ünvanında qeydiyyatda olmaqla ünvan 1yır. 2. rayonunda İddiaçı 30 aprel 2011-ci il tarixindən X1 Ordusunda zabit kimi xidmət edir.

3. İddiaçı, 19 avqust 2020-ci il tarixində N nömrəli hərbi hissə komandirinə raport təqdim edərək xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etsə də, müraciəti cavabsız qalmışdır.

4. Bundan sonra iddiaçı 7 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Müdafiə nazirinin müavini – X2 Komandanın a və 15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası Müdafiə nazirinə eyni məzmunlu müraciətlər etsə də, həmin müraciətləri də cavabsız qalmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat icraat

5. İddiaçı məhkəməyə müraciət edərək 19 avqust 2020-ci il tarixli raportuna əsasən hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiyası) vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 19 avqust 2020-ci il tarixində komanda üzrə raport yazaraq hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiyası) haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Lakin raportu cavablandırılmamış və nəticəsiz qalmışdır. Bu səbəbdən o, 9 sentyabr 2020-ci il tarixində ərizə ilə yuxarı komandanlığa – N nömrəli hərbi hissə komandirinə eyni xahişlə müraciət etmiş, lakin bu müraciətinə də baxılmamışdır. Bundan sonra o, 15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə nazirinə müraciət etsə də, bu müraciəti də cavabsız qalmışdır. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

7. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 2-1(122)-30/2021 nömrəli qərardadı ilə (hakim: S.Novruzov) iddia mümkün sayılmamışdır.

8. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. b) apelyasiya instansiyası məhkəməsində birinci icraat

9. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnziba ti Kollegiyasının (hakimlər: F. Abbasov- sədrlik edən və məruzəçi, İ.Mirzəyev və Ə.Xıdırov) 24 iyun 2021-ci il tarixli 2-1(108)-17/2021 nömrəli qərardadı ilə iddiaçının apelyasya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. c) birinci instansiya məhkəməsində ikinci icraat

10. Cavabdeh etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 30 yanvar 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiyası) haqqında Təlimat”a əsasən zabit heyətinin birliklərarası xid mət yerinin dəyişdirilməsi (rotasiyası) hər ilin iyul ayında həyata keçirilir. İddiaçı isə müvafiq raportla 19 avqust 2020ci il tarixində müraciət etmişdir. Bundan başqa, Müdafiə nazirinin göstərişinə əsasən zabit heyətinin xidmət yerlərinin 2021-ci il üçün nəzərdə tutulmuş planlı şəkildə dəyişdirilməsinin (rotasiyasının) 2022-ci ilin iyun ayına planlaşdırılmasına qərar qəbul edilmişdir. Həmçinin, iddiaçı xidmət yerinin dəyişdirilməsi üçün səbəb olaraq qardaşının ağrı xəstə olmasını göstərsə də, Azərbaycan Respublikası Müdafiə nazirinin 30 yanvar 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiyası) haqqında Təlimat”ında bu hal birliklərarası yerdəyişmə üçün əsas kimi göstərilməmişdir.

11. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 29.10.2021-ci il tarixli 2-1(122)-30/2021 nömrəli qərarı ilə (hakim: S.Novruzov) iddia rədd edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, qanunverici ailə üzvlərinin səhhətinə görə xidmət (yaşayış) yerinin dəyişilməsinə ehtiyacı olan hərbi qulluqçuların xidmət üzrə başqa yerə dəyişilməsi üçün onların raportları ilə yanaşı hərbi-həkim komissiyasının rəyinin alınmasını da əsas şərt kimi müəyyən edir. Həmçinin, Əsasnamədə tibbi müayinəyə göndərilə biləcək ailə üzvlərinin sırasına hərbi qulluqçunun qardaşı daxil edilməmiş, lakin hərbi qulluqçunun öhdəsində olan və onunla birgə yaşayan qalan ailə üzvlərinin səhhətlərinə görə daimi kənar qulluğa ehtiyacları olduğu və başqa yaxın qohumları olmadığı hallarda tibbi müayinəyə g öndərilə bilməsi nəzərdə tutulmuşdur. İddiaçının qardaşı hərbi qulluqçunun öhdəsində olan və onunla birgə yaşayan ailə üzvü olmadığından onun hərbi-həkim komissiyasının rəyinin alınması üçün tibbi müayinəyə göndərilməsi də mümkün deyildir. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə nazirinin 30 yanvar 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın tələblərinin yerinə yetirilməsində çətinlik yarandığından zabit heyətinin xidməti yerlərinin 2021-ci il üçün nəzərdə tutulmuş planlı şəkildə dəyişdirilməsi (rotasiyası) 2022-ci ilin iyun ayına planlaşdırılmışdır. Belə olan halda, iddiaçının hazırda xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi (rotasiyasının) tələbinin icrası hərbi-həkim komissiyasının rəyi mövcud olsa belə, 2022-ci ilin iyun ayına qədər qeyri-mümkündür.

13. İddiaçı apellyasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. e) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

14. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2022-ci il tarixli 2-1(108)-01/2022 nömrəli qərarı ilə ( hakimlər: Y.Qurbanov – sədrlik edən və məruzəçi, Ə.Allahverdiyev və S. Qarayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 29.10.2021-ci il tarixli 2-1(122)-30/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı kassasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2022-c i il tarixli 2-1(108)-01/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsində qeyd olunanlarla eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 17-ci maddəsinə görə hərbi qulluqçu öz səhhətinə və ya ailə üzvlərinin səhhətinə, ailə vəziyyətinə görə, xüsusi şəraitli yerlərdə xidmət üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən etdiyi müddəti başa çatdırmasına görə xidməti yerini dəyişdirmək hüququ var. Azərbaycan Respublikası Müdafiə nazirinin 30 yanvar 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın 3.2-ci maddəsinə əsasən də eyni birlikdə 6 il və daha artıq xidmət etmiş zabitlər birliklərarası rotasiyaya cəlb edilirlər. Məhkəmə işin hallarına “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 22-ci maddəsini tətbiq etmişdir ki, həmin normada ümumiyyətlə hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsindən bəhs edilmir.

18. Hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi hər bir hərbi qulluqçunun qanuni hüququdur. Bu mənada məhkəmə iddiaçının pozulmuş hüququnun bərpa edilməsini təmin etmək əvəzinə cavabdehin mənafeyinə uyğun əsassız hüquqi nəticəyə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı xidmət yerinin dəyişdirilməsi haqqında raport yazarkən qardaşının xəstəliyinə deyil, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 17-ci maddəsinə istinad etmişdir.

19. İddiaçı 30 aprel 2011-ci il tarixindən Naxçıvan Hərbi Birləşməsində (10 ildən çox) xidmət etməsinə baxmayaraq 2017, 2018, 2019, 2020-ci illərdə heç bir əsas göstərilmədən rotasiya qaydasında yerdəyişməyə cəlb edilməmişdir. İddiaçı təlimata uyğun olaraq 2017-ci il tarixində planlı yerdəyişməyə cəlb edilməli idi. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən faktlar araşdırılmamış və onlara heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən İnzibati Prosessual Məcəllənin 12.1, 14.3-cü maddələrinin tələbləri pozulmuşdur.

20. Məhkəmə cavabdeh tərəfindən diskresion səlahiyyətlərin qanunvericilikdə göstərilən hədlərdə istifadə edilib-edilmədiyini araşdırmamışdır. Belə ki, Azərbaycan Respublikası X2nun Şəxsi Heyət İdarəsi 10 fevral 2 022-ci il tarixli 64 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, uzun müddət Naxçıvan qarnizonunda xidmət etməyi nəzərə alınaraq onun rotasiya qaydasında xidmət yerinin dəyişdirilməsi məsələsinə Müdafiə nazirinin müvafiq əmrinə əsasən 2022-ci ildə nəzərdə tutulmuş birliklərarası rotasiyada baxılacaq. Halbuki, Azərbaycan Respublikası Müdafiə nazirinin 30 yanvar 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın 3.2-ci maddəsinə əsasən iddiaçının rotasiyası dərhal aparılmalıdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2022-ci il tarixli 2-1(108)01/2022 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın əsasını iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Hərbi qulluqçuların statusu haqqında” Qanun Maddə

17. Hərbi qulluqçunun öz səhhətinə və ya ailə üzvlərinin səhhətinə, ailə vəziyyətinə görə, xüsusi şəraitli yerlərdə xidmət üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müəyyən etdiyi müddəti başa çatdırmasına görə xidmət yerini dəyişdirmək hüququ var. 23. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə Maddə

72. Hərbi qulluqçular ştat vəzifələrinə təyin edilmək üçün onların birbaşa rəisləri tərəfindən təqdim edilirlər. Hərbi qulluqçuları vəzifələrə təyin edərkən aşağıdakı şərtlərə riayət edilir: (-) z) həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan, səhhətinə görə hərbi xidmətə, yaxud dinc dövrdə sıradankənar xidmətə yararlı hesab edilən, lakin səhhətinə, y axud ailə üzvlərinin səhhətinə görə xidmət (yaşayış) yerinin dəyişilməsinə ehtiyacı olan hərbi qulluqçuların xidmət üzrə başqa yerə dəyişilməsi onların raportları və hərbi-həkim komissiyasının rəyi əsasında müvafiq rəislərin qərarı ilə həyata keçirilir. Bu zaman səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız hesab edilən hərbi qulluqçular ehtiyata buraxılmağa və ya istefaya göndərilməyə təqdim edilirlər. Xidmət üzrə yerdəyişmənin zəruriliyi haqqında rəy “Hərbi qulluqçuların və onların ailə üzvlərinin səhhətinə görə əlverişsiz iqlim şəraiti olan rayonlarda xidmət keçmələrinin (yaşamalarının) mümkünlüyünün müəyyən edilməsi üçün tibbi müayinədən keçmənin qaydası haqqında Təlimata” uyğun olaraq hərbi-həkim komissiyaları tərəfindən verilir. Bu məqsədlə tibbi müayinəyə göndərilə biləcək ailə üzvlərinə arvad (ər), hərbi qulluqçunun öhdəsində olan həddi-buluğa çatmamış uşaqlar, həddi-buluğa çatmış uşaqlar-şagirdlər, eləcə də birinci və ikinci dərəcə əlilliyi olan övladları aiddirlər. Hərbi qulluqçunun öhdəsində olan və onunla birgə yaşayan qalan ailə üzvləri səhhətlərinə görə daimi kənar qulluğa ehtiyacları olduğu və başqa yaxın qohumları olmadığı hallarda tibbi müayinəyə göndərilə bilərlər. Xidmət üzrə başqa yerə dəyişilməsi haqqında hərbi qulluqçunun öz qoca və xəstə valideynlərinə, yaxud onun arvadının (ərinin) ayrı yaşayan valideynlərinə qulluq etməklə əlaqədar müraciəti ilə bağlı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) müstəsna hallarda, korpus, Silahlı Qüvvələr növünün müvafiq qurumları tərəfindən onların yaşadıqları yer üzrə hərbi komissarlığa onların səhhəti barəsində hərbi-həkim komissiyasının rəyi, ailə vəziyyəti və başqa qohumlarının olub-olmaması haqqında məlumat almaq üçün sorğu göndərilə bilər.

24. Azərbaycan Respublikası Müdafiə nazirinin 30 yanvar 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiyası) haqqında” Təlimat Bənd 1.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiyası) haqqında Təlimat (bundan sonra – Təlimat) Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin planlı yerdəyişməsinin (rotasiyasının) həyata keçirilməsi qaydalarını müəyyən edir. Bənd 1.2. Bu Təlimat “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Resp ublikası Qanununun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Kadr siyasəti konsepsiyası”nın tələblərinə uyğun olaraq hazırlanmışdır. Bənd 3.1. Zabit heyətinin rotasiyası Müdafiə nazirinin, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin, Müdafiə naziri müavinlərinin və birlik komandirlərinin (komandanlarının) müvafiq əmrləri ilə həyata keçirilir. Bənd 3.2. Eyni birlikdə 6 il və daha artıq xidmət etmiş zabitlər birliklərarası rotasiyaya cəlb edilirlər. Bənd 3.3. Rotasiya zamanı: 3.3.1. bu Təlimatla müəyyən olunmuş xidmət müddətinin tamamlanması; 3.3.2. xidmət şəraitinə və xidmət sahəsi xüsusiyyətlərinə görə xidmət yerlərinin növbələşdirilməsi; 3.3.3. zabit heyətinin öncədən öyrənilməsi (ixtisası, peşəkarlığı, tə crübəsi, ailə vəziyyəti); 3.3.4. düşmənlə birbaşa təmas xəttində olan və ya dağlıq ərazilərdə yerləşən hərbi hissələrə təyin olunacaq zabitlərin sağlamlıq vəziyyəti nəzərə alınır. Bənd 6.3. Rotasiya olunan zabitlərin avqust ayının 1-dək yeni xidmət yerlərinə göndərilmələri təmin edilir.

25. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vas itəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüq uqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apell yasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı ayrı-ayrı vaxtlarda, yəni 19 avqust 2020-ci il, 7 sentyabr 2020-ci il və 15 dekabr 2020-ci ildə xidmət etdiyi birlikdən digər birliyə xidmət yerinin dəyişdirilməsi üçün müraciətlər etmiş, ilk müraciətində xidmət müddətini, digər iki müraciətində isə ailə vəziyyətini əsas gətirmişdir. Ünvanlanan müraciətlər “Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiya) haqqında “Təlimat” ilə müəyyən olunmuş rotasiya dövründən (hər ilin iyul ayı) sonra həyata keçirilmişdir. İddiaçının ilkin müraciətindən fərqli olaraq digər iki müraciəti (ailə vəziyyəti ilə əlaqədar) rotasiyanın fərdi qaydada həyata keç irilməsinə aid olmuşdur. Lakin işdə rotasiyanın fərdi qaydada həyata keçirilməsinə əsas olan hallar müəyyən edilməmişdir.

32. Azərbaycan Respublikası Müdafiə nazirinin 30 yanvar 2017-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiya) haqqında Təlimat”a əsasən zabit heyətinin birliklərarası xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsinin (rotasiyası) hər ilin iyul ayında həyata keçirilməsi nəzərdə tutulsa da, iddiaçı xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar raportla 19 avqust 2020-ci il tarixində, yəni müəyyən edilmiş müddətdən sonra komandanlığa müraciət etmişdir.

33. Həmçinin, döyüş əməliyyatlarından sonrakı dövrdə hərbi hissələrin dislokasiya yerlərinin dəyişdiril məsi və COVİD-19 pandemiyasının geniş yayılması Azərbaycan Respublikası Müdafiə nazirinin 30 yanvar 2017-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin xidmət yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiya) haqqında Təlimat”ın tələblərinin yerinə yetirilməsinə çətinlik yaratdığından Azərbaycan Respublikası Müdafiə nazirinin göstərişinə əsasən zabit heyətinin xidməti yerlərinin 2021-ci il üçün nəzərdə tutulmuş planlı şəkildə dəyişdirilməsinin (rotasiyasının) 2022-ci ilin iyun ayına planlaşdırılmasına dair qərar qəbul edilmişdir. Bu səbəbdən zabit heyətinin xidməti yerlərinin 2021-ci il üçün nəzərdə tutulmuş planlı şəkildə dəyişdirilməsi (rotasiyası) mümkün olmamışdır.

34. Kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh in diskresion səlahiyyətləri qanunvericilikdə göstərilən hədlərdə istifadə edib-etmədiyi məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə tərkibi bu dəlili əsassız hesab edir. Belə ki, zabit heyətinin xidməti yerlərinin planlı şəkildə dəyişdirilməsi (rotasiyası) barədə qərarın qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə də, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi işin müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilib-keçirilməməsinin müəyyən olunması ilə məhdudlaşır. Apellyasiya instansiyası məhkəməsi də işin müəyyən olunmuş faktiki hallarına əsasən haqlı olaraq belə nəticəyə gəlmişdir ki, diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir.

35. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçının xidmət yerinin dəyişdirilməsini (rotasiyasını) konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2022-ci il tarixli 2-1(108)-01/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyas ının 26 yanvar 2022-ci il tarixli 2-1(108)-01/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar