Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-714/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarış və plan-ölçü sənədinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 28.02.2024 Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1897/2023 nömrəli, 17 oktyabr 2023 -cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyi ilə İddiaçı arasında Dübəndi ərazisində 19a/20a 2667a/2668a nömrəli bağın istifadəyə verilməsi haqqında 37173 saylı Müqavilə bağlanılmışdır. 2. 20 nömrəli məktəbin Bağçılıq-yoldaşlıq idarə heyətinin yığıncağının 01 nömrəli, xx.xx.1997-ci il tarixli Protokolundan Çıxarışdan görünür ki, Dübəndi qəsəbəsində 19a/20a 2667a/2668a nömrəli 1200 kv.m olan bağ sahəsi İddiaçı daimi istifadəsinə verilmişdir. 3. 20 saylı Məktəbin Həmkarlar Komitəsinin 19a/20a nömrəli üzvlük kitabçasının surətindən müəyyən edilir ki, iddiaçı 1997-ci il tarixindən bağçılıq cəmiyyətinin üzvlüyünə qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İ saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 19a/20a - 2667a/2668a nömrəli bağ ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini və 10.000 (on min) manat məbləğində dəymiş mənəvi və maddi zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlə t rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 19a/20a2667a/2668a saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”nı xahiş etmiş və qərardadla ərizə icraata qəbul edilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, 23 fevral 2006-cı il tarixdə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi ilə bağladığı m Müqavilə (N 37173) əsasında Dübəndi ərazisində yerləşən 19a/20a - 2667a/2668a nömrəli bağ iddiaçının istifadəsinə verilmişdir. Həmin bağ sahəsinin ümumi ölçüsü 0.12 hektar sahə təşkil edir və 2006-ci ildə onun tərəfindən hasara alınmışdır.
7. Nümayəndəsi Nümayəndə 29 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə iddiaçının və Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi arasında bağlanmış 23 fevral 2006-cı il tarixli, 37173 nömrəli müqavilənin İdarənin arxivində mövcudluğu və həmin Müqavilənin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş sürətinin verilməsi barədə sorğu/ərizə verilmişdir. AR D aşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 8 aprel 2021-ci il tarixdə nümayəndəyə göndərdiyi cavab məktubunda (№**********37) iddiaçı ilə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi arasında bağlanan 0.12 hektar torpaq sahəsi olan 19a/20a - 2667a/2668a nömrəli bağın iddiaçının istifadəsinə verilməsinə dair müqavilənin İdarənin arxivlərində mövcud olduğunu bildirmişdir və həmin müqavilənin təsdiq edilmiş sürətinin göndərmişdir. Müqavilənin təsdiq olunmuş sürəti və AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 8 aprel 2021-ci il tarixli cavabı Məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim olunub. Nümayəndə 14 aprel 2021-ci il tarixdə təsdiq olunmuş müqavilən i Mülki Məcəllənin 139-1 və digər normativ-hüquqi aktların normalarını rəhbər tutaraq Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 19a/20a -2667a/2668a nömrəli bağ üçün Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi üçün AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir və 80 manat (30 manat çıxarış, 50 manat texniki pasport üçün) dövlət rüsumu ödəmişdir. Dövlət rüsumunun ödənilməsi haqda qəbz Məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim olunub. AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 8 may 2021-ci il tarixli №**********22 bildirişi ilə iddiaçı AR Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 19a/20a - 2667a/2668a nömrəli bağa mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan qanuni əsası olmadan imtina etmişdir. 1 həmin bildiriş 17 may 2021 -ci il tarixdə iddiaçının nümayəndəsinə təqdim olunmuşdur və Məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim edilmişdir.
8. AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi/işçiləri iddiaçının nümayəndəsinə Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən bağların koordinatlarını müəyyən etmək mümkün olmadığına istinad edərək onun həmin bağ sahəsinə olan mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edəcəklərini bildirmişdilər. AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 8 may 2021-ci il tarixli bildirişi “Daşınmaz əmlakın dövl ət reyestri haqqında” AR qanununun 15- ci maddəsinə heç bir qanuni əsas olmayaraq istinad etmişdir. AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İ saylı Bakı Ərazi İdarəsi 8 may 2021-ci il tarixli bildirişində istinad etdiyi Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanununun 15-ci maddəsinə müəyyən olan hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün nəzərdə tutulan hallarından heç bir mövcud deyildir. Bundan əlavə həmin bildirişdə Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 19a/20a - 2667a/2668a nömrəli bağın koordinatları və bildirişdə istinad edilən “20 nömrəli məktəb” bağçılıq-yoldaşlıq ərazisinin koordinatları göstərilməmişdir. Bildirişdə istinad edilən əsaslandırmayla və işin faktiki halları arasın da səbəb-nəticə əlaqəsi yoxdur. İddiaçı iddia tələbində Mülki Məcəllənin 139.1, 139-1.1, 139-1.7-ci maddələrinə və Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanununa istinad etmişdir.
9. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar bildirilir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi “20 nömrəli məktəb” bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir, ərazi heç bir bağçılıq-yoldaşlığın ərazisi deyildir və sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlardır. Həmçinin, qeyd olunan əraziyə digər fiziki şəxs-X3 21a/22a-2669/2670 nömrəli bağ kimi müraciəti daxil olmuşdur və imtina məktubu almışdır. Bundan əlavə qeyd edirlər ki, iddiaçının maddi və mənəvi zərərin cavabdehdə n tutularaq iddiaçıya ödənilməsinə dair müraciəti daxil olmamışdır. Bu səbəbdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********22 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1153/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qəra rı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 19a/20a2667a/2668a saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz Əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 20 nömrəli məktəbin bağçılıq yoldaşlığının müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışına əsasən iddiaçıya 0,12 hektar torpaq sahəsi ayrıldığından, 19a/20a-2667a/2668a saylı bağın istifadəyə verilməsinə dair X2 və İstismarı Birliyi ilə iddiaçı arasında 23 fevral 2006- cı il tarixli, 37173 nömrəli müqavilə bağlanıldığından, həmçinin müvafiq uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırılmanın təmin edilməsi, eyni zamanda torpaq sahəsinin müvafiq ölçmə işlərinin aparılması və iddiaçıya məxsus bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi cavabdehin vəzifələrinə aid olduğundan iddia təmin edilməlidir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1897/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova - sədrlik edən və məruzəçi, C.Yusifov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilm iş, birinci instansiya məhkəməsinin 13 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
14. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının iddiası o zaman əsaslı sayılardı ki, əvvəla iddia etdiyi torpaq sahəsi “20 nömrəli məktəb” bağçılıq-yoldaşlığın ayrıc aktına əsasən bağçılıq-yoldaşlığın ərazisinin hüdudları daxilində yerləşsin. Halbuki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən bağ sahəsi (hasara alınmış) heç bir bağçılıq-yoldaşlığın ərazisinə aid deyildir. İddia olunan torpaq sahəsi “20 nömrəli məktəb” bağçılıqyoldaşlığın ayrıc aktından təqribən 1200-1300 metr kənarda yerləşir.
15. İkincisi isə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyalı dövlət mülkiyyətində olan torpaq sah əsidir. Hazırda iddianın təmin edilməsi torpağın kateqoriyasının dəyişməsinə səbəb olur ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın tələblərinə zidd olur.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 19a/20a – 2667a/2668a nömrəli bağ sahəsi İddiaçının 1997-ci il tarixdən qanuni istifadəsindədir. Torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərin siyahısı: 1. 19 mart 1997-ci il tarixli “20 nömrəli məktəbin bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının 1 saylı protokolu və həmin protokoldan çıxarış. 2. 1997-ci il tarixli “Bağçının üzvlük kitabçası”. 3. 23 fevral 2006-cı il tarixli İddiaçı ilə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi ilə Dübəndi ərazisində yerləşən 19a/20a – 2667a/2668a nömrəli bağ sahəsini İddiaçının istifadəsinə verilməsinə dair bağlanılan №37173 saylı Müqavilə Yuxarıda qeyd edilən sənədlər Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə təqdim edilmişdir. Bundan əlavə həmin sənəd lərin həqiqiliyini və mövcudluğunu cavabdeh təsdiq etmişdir.
18. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi mərkəzi icra hakimiyyətinin orqanıdır, yəni dövlət qurumudur. Onun tərəfindən verilən sənədlər inzibati akt hesab edilirlər. 23 fevral 2006-cı il tarixli İddiaçı ilə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi ilə Dübəndi ərazisində yerləşən 19a/20a – 2667a/2668a nömrəli bağ sahəsini İddiaçının istifadəsinə verilməsinə dair bağlanılan №37173 saylı Müqavilə, 1997-ci il tarixli “Bağçının üzvlük kitabçası”, 19 mart 1997-ci il tarixli “20 nömrəli məktəbin bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının 1 saylı protokolu və həmin protokoldan çıxarış inzibati aktdırlar və hər kəs tərəfindən məcburi icra edilməlidirlər.
19. Bakı Apellyasiya Məhkəməsi öz qərarını düzgün sübutlara və faktlara əsaslandırmamışdır. Belə ki, cavabdeh tərəfindən İddiaçının göstərdiyi torpaq sahəsinin sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq olduğu iddia edilmişdir. Bakı İnzibati Məhkəməsində 18 iyul 2022-ci il tarixdə yazılı vəsatət ilə, Bakı Apellyasiya Məhkəməsində 13 iyun 2023-cü il tarixdə Məhkəmə iclasında şifahi olaraq cavabdehdən İddiaçının göstərdiyi torpaq sahəsinin sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq olduğu sübut edən sənədləri Məhkəməyə təqdim edilməsini təmin etməsi xahiş edilmişdir. Birinci və ikinci instansiya məhkəmələrində cavabdeh tərəfindən sözügedən torpaq sahəsinin s ənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq olduğu təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi, Birinci instansiya Məhkəməsindən fərqli olaraq (Bakı İnzibati Məhkəməsi iddia tələbini təmin etmişdir), mövcud olmayan sübut əsasında qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş c iddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətç inin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məlum olduğu kimi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İ saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 0.12 hektar torpaq sahəsi olan 19a/20a - 2667a/2668a nömrəli bağ ilə əlaqədar daşınmaz əm lakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini və 10.000 (on min) manat məbləğində dəymiş mənəvi və maddi zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. 25. 13.12.2022-ci il tarixli 2-1(112)-1153/2022 saylı Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddiaçının nümayəndəsinin ərizəsi əsasında iddia tələbi dəqiqləşdirilmiş və iddia tələbi “Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 19a/20a2667a/2668a saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir.
26. Cavabdeh iddiaya dair verdiyi etirazı onunla əsaslandırılmışdır ki, Sərəncamın icrası ilə əlaqədar bildirilir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi “20 nömrəli məktəb” bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir, ərazi heç bir bağçılıq-yoldaşlığın ərazisi deyildir və sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlardır. Həmçinin, qeyd olunan əraziyə digər fiziki şəxs-X3 21a/22a-2669/2670 nömrəli bağ kimi müraciəti daxil olmuşdur və imtina məktubu almışdır. Bundan əlavə qeyd edirlər ki, iddiaçının maddi və mənəvi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair müraciəti daxil olmamışdır.
27. Bakı İnzibati M əhkəməsinin 2-1(112)-1153/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 19a/20a2667a/2668a saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz Əmlakın dövlət reyestrindən qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(103)1897/2023 saylı qərarla cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsini 2-1(112)-1153/2022 daylı, 13 dekabr 2022-ci il tarixli qərarının ləğv olunması, iddianın rədd edilməs i qənaətinə gələrkən belə hesab etmişdir ki, “hazırkı iş üzrə iddiaçının iddiası o zaman əsaslı sayılardı ki, əvvəla iddia etdiyi torpaq sahəsi “20 nömrəli məktəb” bağçılıq-yoldaşlığın ayrıc aktına əsasən bağçılıq-yoldaşlığın ərazisinin hüdudları daxilində yerləşsin. Halbuki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən bağ sahəsi (hasara alınmış) heç bir bağçılıq-yoldaşlığın ərazisinə aid deyildir. İddia olunan torpaq sahəsi “20 nömrəli məktəb” bağçılıq-yoldaşlığın ayrıc aktından təqribən 12001300 metr kənarda yerləşir. İkincisi isə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyalı dövlət mülkiyyətində olan torpaq sahəsidir. Hazırda iddianın təmin edilməsi torpağın kateqoriyasının dəyişməsinə səbəb olur ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabin etinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın tələblərinə zidd olur.(Bu Qərarın-26cı bəndi). Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş düzgün araşdırılmamış, yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçinın iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.”
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və bununla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edir ki, işin İ cildinin 134-cü səhifəsində olan Bakı şəhər X6 İcraiyyə Komitəsinin 1/25 saylı, xx.xx.1988-ci il tarixli qərarı ilə Əzizbəyov ra yonu Dübəndi (iddia ərizəsində səhv olaraq “Düdəndi” yazılmışdır – Qeyd Ali Məhkəmənindir) qəsəbəsində, Zirə tərəvəzçilik-südçülük sovxozunun keçmiş ərazisində Bakı şəhəri 20 nömrəli məktəbində 35 nəfərdən ibarət kollektiv bağçılıq yoldaşlığının yaradılması üçün torpaq sahəsi ayrılmışdır.
30. Ayrılmış sözügedən torpaq sahəsinin ümumi ölçüsü 2,01 hektar olaraq təsdiq edilmişdir (işin İ cildinin 133-cü səhifəsi).
31. İşin İ cildinin 132-ci səhifəsində həmin torpaq sahəsinin cizgisi (çertyoju) təsdiq olunmuşdur.
32. Həmçinin iş materiallarından göründüyü kimi, iddiaçı xx.xx.1997-ci il tarixdə 20 saylı məktəbin bağçılıq yoldaşlığına üzv qəbul edilmiş və ona 19a-20a nömrəli bağ sahəsi (1200 kv.m.) daimi istifadəyə verilmişdir.
33. Bundan sonra iddiaçıya bağçılıq yoldaşlığının üzvlük kitabçası da təqdim edilmişdir.
34. Bununla yanaşı İ cildinin 129-cu səhifəsindən görünür ki, iddiaçı Bakı şəhəri X2 və İstismarı Birliyinə ərizə ilə müraciət edərək, Dübəndi qəsəbəsi ərazisində 20 nömrəli məktəbin bağçılıq cəmiyyətindən ona verilmiş 19a/20a nömrəli bağın üzvlük kitabçasını müqavilə əvəz edilməsini xahiş etmişdir.
35. Bunun əsasında sözügedən dövlət təşkilatı ilə iddiaçı arasında 19a/20a2667a/2668a saylı bağın istifadəyə verilməsinə dair 23 fevral 2006-cı il tarixli müqavilə bağlanmışdır.
36. Beləliklə, 20 nömrəli məktəbin bağçılıq yoldaşlığının müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışına əsasən iddiaçıya 0,12 hektar torpaq sahəsi ayrılmış, 19a/20a-2667a/2668a saylı bağın istifadəyə verilməsinə dair X2 və İstismarı Birliyi ilə iddiaçı arasında 23 fevral 2006- cı il tarixli, 37173 nömrəli müqavilə bağlanılmışdır.
37. Göründüyü kimi, iddiaçının yuxarıda göstərilmiş bağ sahəsi ilə bağlı olan sənədlər qanunvericiliyin tələblərinə uyğundur və hər hansı bir şübhə doğurmur, hətta bağ sahəsinin 19a/20a-2667a/2668a nömrəsi də mövcuddur.
38. Halbuki apellyasiya instansiyası məhkəməsi bağ sahəsinin nömrəsini sahə kimi qələmə vermişdir, baxmayaraq ki, iddiaçının yuxarıda artıq göstərildiyi kimi torpaq sahəsinə dair bütün ilkin sənədləri vardır.
39. Bu arada məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi öz qərarının “Apellyasiya instansiyası məhkəməsinin mövqeyi” adlanan hissəsində göstərmişdir ki, “cavabdehin etirazının dəlilləri baxımından Məhkəmədə aparılan icraat zamanı iddia olunan bağ sahəsinin naturada harada yerləş məsi, yerləşdiyi yerin koordinatlarının müəyyən olunması və “20 nömrəli məktəb” bağçılıq yoldaşlığın ayrıc aktından hansı məsafədə kənarda yerləşməsi faktının müəyyən olunması üçün Ayrıc aktı tələb olunaraq ekspertiza təyin edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizası zamanı aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/3294 saylı ekspert rəyi əsasında) iddiaçıya ayrılmış bağ sahəsinin arxiv bölgü sxemində bağ nömrəsi qeyd olunmadığı üçün bağ sahəsinin naturada yerləşməsini müəyyən etmək mümkün olmamış, göstərilən bağ sahəsinin isə heç bir bağçılıq-yoldaşlığın ərazisi olmadığı və göstərilən sahənin “20 nömrəli məktəb” bağçılıq yoldaşlığın ayrıc aktından təqribən 1200-1300 metr aralı yerləşməklə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyalı dövlət mülkiyyəti torpağı olduğu müəyyən olunmuşdur. “20 nömrəli məktəb” bağçılıq yoldaşlığın bölgü sxemində sözügedən bağ nömrəsi göstərilmədiyinə görə, Bakı şəhəri, Dübəndi bağ massivində yerləşən 19a/20a2667a/2668a saylı bağ sahəsinin sənəd üzrə döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmadığı göstərilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi torpaq sahəsi hasara alınmış, heç bir bağçılıq-yoldaşlığın ərazisinə aid deyil və göstərilən sahə “20 nömrəli məktəb” bağçılıq yoldaşlığı ayrıc aktından təqribən 1200-1300 metr aralı yerləşməklə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyalı dövlət mülkiyyəti torpağıdır. Bu nunla belə, qeyd olunan əraziyə digər fiziki şəxs - X3 aidiyyəti olmadığı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-688/2022 saylı inzibati iş üzrə xx.xx.2022-ci il tarixli qərardadına əsasən müəyyən edilmişdir.”
40. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında göstərdikləri ilə, işin faktiki hallarının tam və hərtərəfli araşdırılmaması nəticəsində bir sıra ziddiyyətli məqamlar ortaya çıxmışdır.
41. Belə ki, xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsinin belə birinci səhifəsinin ilk cümləsində yazır ki, “İddiaçı, 23 fevral 2006-cı il tarixdə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırılma və X1 Departamenti X2 və İstismarı Birliyi ilə bağladığım müqavilə (№37173) əsasında Düdəndi (texniki səhvdir-“Dübəndi” olmalıdır, bunu sonradan məhkəmə qərardadla düzəltmişdir - Qeyd Ali Məhkəmənindir) ərazisində yerləşən 19a/20a-2667a/2668a nömrəli bağ mənim istifadəmə verilmişdir. Həmin bağ sahəsinin ümumi ölçüsü 0,12 hektar sahə təşkil edir və 2006-cı ildə mənim tərəfimdən hasara alınmışdır”.
42. Nəzərə alaraq ki, sözügedən müqavilə, iddiaçının Dübəndi ərazisində 20 nömrəli məktəbin bağçılıq cəmiyyətindən ona verilmiş 19a/20a nömrəli bağa dair ərizəsi (işin İ cildinin 129-cu səhifəsi) əsasında bağlanmış və həmin ərizənin üstündə “Dübəndi qəsəbəsi bağ № 19a/20a-2667a/2668a (sahə 0,12 ha) heç bir qanun pozuntusu olunmayıb. İmza O.Barvalov” yazılmışdır, o zaman belə anlaşılır ki, mübahisəli bağ sahəsi 20 nömrəli məktəbə ayrılmış ərazidə yerləşir.
43. İddiaçı da, məhz həmin bağ sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın və plan-ölçüsünün verilməsini cavabdehdən xahiş edir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda artıq göstərildiyi kimi, apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3294 saylı rəyində yer almış “göstərilən bağ sahəsinin heç bir bağçılıq-yoldaşlıq ərazisi olmadığı və göstərilən sahənin 20 nömrəli məktəb bağçılıq yoldaşlığın ərazisi olmadığı və göstərilən sahənin 20 nömrəli məktəb bağçılıq yoldaşlığın ayrıc aktından təqribən 1200-1300 metr aralı yerləşməklə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyalı dövlət mülkiyyəti torpağı olduğu müəyyən olunmuşdur” müddəaları ilə əsaslandırmışdır.
45. Y eri gəlmişkən, qeyd edilməlidir ki, ekspert rəyində özü yazmışdır ki, rəy “mütəxəssis rəyində olan məlumatlara əsasən aparılır”, həmin rəy işin İ cildinin 111-ci səhifəsindədir, lakin mütəxəssis rəyi tərtib olunduğu zaman (tarixi yazılmamışdır), iddiaçının əraziyə dəvət edilməsi müəyyən edilməmişdir, yəni mütəxəssisə mübahisəli bağ sahəsinin yerinin ona kim tərəfindən göstərilməsi araşdırılmamışdır.
46. Digər tərəfdən, sözügedən ekspertiza rəyində (işin İ cildinin 116-cı səhifəsi) ekspert özü yazır ki, “Bakı şəhəri, Dübəndi bağ massivində yerləşən 19a/20a2667a/2668a saylı bağ sahəsinin sənəd üzrə döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmamışdır”.
47. Bu zaman ekspert rəyində bunu səbəbi kimi göstərir ki, “1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, 20 nömrəli məktəb bağçılıq yoldaşlığın bölgü sxemində sözügedən bağ nömrəsi göstərilmədiyinə görə.”
48. Qeyd edilməlidir ki, mütəxəssisin, sonradan isə ekspertin istinad etdikləri və “20 nömrəli məktəb bağçılıq yoldaşlığın bölgü sxemi” adlandırdıqları 1 (bir) səhifədən ibarət “Dübəndi qəsəbəsində L.İ. “Teatr layihə və “20 saylı məktəb” bağçılıq yoldaşlığın sahə planı” işin İ cildinin 83-cü səhifəsində olan kağızıdır ki, bu kağızın hansı təşkilat tərəfindən tərtib edilməsi, onun imzası və möhürsüz olması işin xüsusi diqqəti çəkən məqamıdır.
49. Lakin apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə həmin məsələni araşdırmamış və ona hüquqi qiymət verməmişdir, halbuki mütəxəssis və ekspert rəylərində, məhz yuxarıda göstərilmiş imzasız, nömrəsiz və möhürsüz kağıza istinadən yazılır ki, “bağ s ahəsinin naturada yerləşməsini müəyyən etmək mümkün olmamışdır”.
50. Bununla yanaşı mütəxəssis və ekspert rəylərində qeyd olunur ki, “... göstərilən sahənin 20 nömrəli məktəb-bağçılıq-yoldaşlığın ayrıc aktından təqribən 1200-1300 metr aralı yerləşməklə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyalı dövlət mülkiyyəti torpaq olduğu müəyyən olundu”.
51. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, əvvəla buna dair işdə hər hansı bir təsdiqedici hüquqmüəyyənedici sənəd yoxdur.
52. Digər tərəfdən, ölçüsü cəmi 12 sot olan torpaq sahəsinin onda həm sənaye, həm nəqliyyat, həm rabitə, həm müdafiə və digər təyinatı müxtəlif kateqoriyalı torpaqlara aid olması inandırıcı deyil, sadəcə söz naminə belə şeylərin yazılması yolverilməzdir.
53. Başqa sözlə, apellyasi ya məhkəməsi bu məsələyə ciddi yanaşıb, onu tam və hərtərəfli araşdırılmalıdır.
54. Eyni zamanda həm mütəxəssis məhkəməyə xx.xx.2022-ci il tarixdə göndərilmiş, həm də ekspert rəylərində “göstərilən bağ sahəsi” ifadəsindən istifadə edirlər, lakin iddiaçının keçirilmiş həmin baxışlarda iştirak etməsi müəyyən olunmur.
55. Yalnız xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin rəyində (işin İ cildinin 219-cu səhifəsində) göstərilir ki, “iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür”.
56. Lakin oradakı suallar və cavablar X4 ayrılmış bağ sahəsi ilə əlaqəli olmuşdur.
57. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş təkrar həll edilərkən yerində məhkəmə baxışı keçiri lməli, mübahisəli bağ sahəsinin (iddiaçıya verilmiş sənədlərə əsasən) 20 nömrəli bağçılıq yoldaşlığına qanuni şəkildə ayrılmış torpaq ərazisinin hüdudları çərçivəsində yerləşibyerləşməməsi müəyyən edilməli və bunun əsasında qanuni və əsaslı məhkəmə qərarı qəbul edilməlidir.
58. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
59. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1897/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qərar ı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.