Məhkəmə qərarları › İş №2-1(102)-715/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-715/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-715/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, təhsil illərinin sosial sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, vəkili X4 və c avabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.01.2021-ci il tarixli, 2-1(103)-142/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur.

2. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasından, ГР 048684 nömrəli hərbi biletdən, УВ 729410 nömrəli diplomun surətindən və arxiv arayışlarından görünür ki, o 01.09.1975-cı il tarixdən 24.07.1978-ci il tarixədək texniki peşə məktəbində, 1985-1991ci illərdə X1 təhsil almış, 20.05.1980-cı il tarixdən 30.06.1982-ci il tarixə kimi hərbi xidmətdə olmuş, 01.08.1978-ci il tarixdən 23.04.1980-cı il tarixə kimi Sumqayıt şəhərində yerləşən keçmiş “Sintezkauçuk” zavodunda 3-cü dərəcəli tokar, 11.08.1982-ci il tarixdən 26.10.1983-cü il tarixə kimi “Metallurq Təmir Mərkəzi” trestində 3-cü dərəcəli quraşdırıcıçilingər, 07.12.1983-cü il tarixdən 29.11.1985-ci il tarixə kimi həmin zavodda 3-cü dərəcəli tornaçı, 19.11.1992-ci il tarixdən 06.02.2017-ci il tarixə kimi “xxxx” ASC-də boru yayma sexində sahə ustası, növbə rəisi vəzifələrində işləmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

4. Cavabdeh iddiaçının ərizəsinin icra edilməsindən imtina edərək göstərmişdir ki, onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir və buna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 01.09.1975-ci il tarixdən 24.07.1978-ci il tarixədək texniki peşə məktəbində, 01.12.1985-ci ildən 18.06.1991-ci ilə kimi ali məktəbdə təhsil aldığı müddət nəzərə alınmaqla ona 11.08.2017-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01.09.1975-cı il tarixdən 24.07.1978- ci il tarixədək texniki peşə məktəbində əyani təhsil almış və ona 790492 saylı diplom verilmişdir. 01.08.1978-ci il tarixdən 23.04.1980-cı il tarixə kimi Sumqayıt şəhərində yerləşən keçmiş “Sintezkauçuk” zavodunda 3-cü dərəcəli tornaçı işləmişdir. 20.05.1980-cı il tarixdən 30.06.1.982-ci ilə kimi hərbi xidmət keçmişdir. 11.08.1982-ci İl tarixdən 26.10.1983-cü il tarixə kimi “Metallurq Təmir Mərkəzi” trestində 3-cü dərəcəli quraşdırıcı çilingər, 07.12.1983-cü il tarixdən 29.11.1985-ci il tarixə kimi həmin zavodda 3-cü dərəcəli tornaçı vəzifəsində işləmiş, həmin vaxt zavoddan X2 ali təhsil almaq üçün göndərilmişdir. 01.12.1985-ci il tarixdən həmin institutun hazırlıq kursunda, 01.09.1986-ci tarixdən 18.06.1991-ci il tarixə kimi isə həmin institutda əya ni təhsil almışdır. 19.11.1992-ci il tarixdən 06.02.2017-ci il tarixə kimi “Boru yayma” sexində növbə ustası, növbə rəisi vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahının 3.8-ci bölməsinin “b” yarım bölməsində göstərilməklə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr sırasındadır. İddiaçının texniki peşə məktəbində təhsil aldığı müddət və ali təhsil aldığı müddət də daxil olmaqla 01 yanvar 2006-cı ilə kimi ümumilikdə 28 il 7 ay 7 gün iş stajı var. Həmin stajın 13 il 2 ayını zərərli işlərdə işləmişdir. 19.11.1992-ci il tarixdən 1999-cu il tarixə kimi xüsusi zərərli işlərdə, 1999-cu il tarixdən 2006-cı tarixə kimi zərərli işlərdə işləmişdir. ”Əmək pensiyaları haqqında” Qanuna əsasən 11.08.2017-ci il tarixdən iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. Bununla əlaqədar olaraq, cavabdehə ərizə ilə müraciət edərək, iddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin ona ümumi iş stajını 25 ildən az olmasına istinad edərək pensiya təyin etməkdən imtina etməsi əsassızdır. 7 Cavabdehin iddia tələbinə qarşı yazılı etirazı imtina məktubunun məzmununa uyğun olmuşdur.

8. Bakı İnzibati Məhkəməsinin 11.06.2020-ci il tarixli, 2-1(112)-924/2020 saylı qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilərək, iddiaçının 01.09.1975-ci il tarixdən 24.07.1978-ci il tarixədək texniki peşə məktəbində, 01.12.1985-ci il tarixdən 18.06.1991-ci il tarixə kimi ali məktəbdə təhsil aldığı müddət nəzərə alınmaqla ona 11.08.2017-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi qərarını “Əmək pensiyaları haqqında” Qanunun 9.8ci maddəsi, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının Vİİİ bölməsinin müvafiq bəndləri ilə əsaslandırmışdır.

10. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.01.2021-ci il tarixli, 21(103)-142/2021 nömrəli qərarı ilə (hakimlər A.Nuriyeva (sədrlik edən və məruzəçi), A.Hüseyn və V.Məmmədov ) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11.06.2020-ci il tarixli, 2-1(112)-924/2020 saylı qərarı dəyişdirilmədən saxlanmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri 14.Kassasiya şikayətində göstərilir ki, iddiaçı 01.01.2006-cı il tarixədək tələb edilən güzəştli iş stajı olan 12 il 6 ayı tamamlamamışdır. Belə ki, xxxx ASC tərəfindən təqdim edilmiş 10.08.2017- ci il tarixli 108 nömrəli arayışa əsasən İddiaçının 19.11.1992 06.02.2017-ci illər ərzində işləmiş olduğu peşələr güzəştli peşə hesab edilir. Həmin arayışdan görünür ki, İddiaçı 01.08.1999 - 31.08.2000-ci illər ərzində (1 il 1 ay) ödənişsiz məzuniyyətdə olmuşdur: 19.11.1992 - 01.01.2006 (cəmi 13 il 1 ay 12 gün). Həmin müddətlər qanunvericiliyin tələblərinə əsasən ümumi iş stajına daxil edilsə də, güzəştli iş stajına daxil edilə bilməz. 13 il 1 ay 12 gündən İddiaçının ödənişsiz məzuniyyətdə olduğu 1 il 1 ayı çıxdıqda, iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajı cəmi 12 il 12 gün təşkil edir. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin b bəndinin müddəalarını İddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Bu səbəbd ən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçınjn güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. b. Kassasiya şikayətinə qarşı etiraz

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uygun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

17. İddiaçı və onun vəkili şikayətin təmin edilməməsini xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə

22. Hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır.

20. «Əmək pensiyaları haqqında» Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa g örə əmək pensiyası hüququ vardır.... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanun Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazi rlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... (13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır). Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş s tajına daxil edilməlidir. v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə

2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

23. İnzibati icraat haqqında Azərbaycan Respublikasının qanunu Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə

17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquq i statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhk əməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslan dırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin və “ Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndinin əlaqəli təhlilindən göründüyü kimi bu bəndə əsasən o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.

29. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən iddianın təmin edilməsi mümkün olmayacaqdır.

30. İddiaçının xx.xx.1960-ci il tarixdə doğulması və pensiya təyin edən orqana müraciət etdiyi vaxt 57 yaşa çatması işin mübahisəsiz halıdır.

31. Yuxarıda qe yd olunduğu kimi, “Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

32. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Baxılan iş üzrə bu cür arayış təqdim olunmuşdur. Həmin arayışda iddiaçının 20.08.1991-ci il tarixdən 06.02.2017-ci il tarixədək 1 nömrəli boru yayma sexində “140” aqreqatında isti yaymada usta köməkçisi, növbə rəisi işlədiyi, göstərilən peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının 2 bölməsinin 4a yarım bölməsinin 2040400a23187; 24043 şifrində nəzərdə tutulan peşələrə uyğun olduğu göstərilir.

33. Həmçinin, həmin arayışda 01.08.1999-cu ildən 31.08.2000-ci ilədək (1 il 1 ay) və 01.04.2009-cu ildən 31.05.2009-cu ilədək (2 ay) ödənişsiz məzuniyyətdə olması qeyd edilmişdir.

34. İddiaçının qeyd olunan peşədə 01.01.2006-cı ilədək olan sosial sığorta stajı, ödənişsiz məzuniyyətdə olduğu 1 il 3 ay çıxılsa belə, 12 il 6 aydan çoxdur. Yəni iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün zəruri olan xüsusi stajı da vardır.

35. Ümumiyyətlə cavabdehin iddiaçıya pensiya təyin etməkdən imtina barədə məktubunda, həm iddia tələbinə qarşı etirazda, həm də apelyasiya və kassasiya şikayətlərində iddiaçıya pensiya təyin edilməsinin mümkün olmadığı barədə yeganə dəlil, iddiaçının zəruri olan ümumi iş s tajının olmamasından ibarətdir. Cavabdeh iddiaçının təhsil aldığı müddəti nəzərə almır.

36. İş materiallarına əlavə olunmuş Azərbaycan SSR X5 Təhsili Komitəsi tərəfindən verilmiş 790492 nömrəli diplom ilə müəyyən edilir ki, iddiaçı 01.09.1975-ci il tarixdə Sumqayıt şəhəri 41 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 24.07.1978-ci il tarixdə təhsilini bitirmişdir. 37.Bundan başqa iş materiallarına əlavə olunmuş X3 tərəfindən verilmiş 724410 nömrəli diplom ilə müəyyən edilir ki, iddiaçı 01.12.1985-ci il tarixdə ali məktəbə daxil olmuş və 18.06.1991-ci il tarixdə təhsilini bitirmişdir.

38. Məhkəmələr iddiaçının bu təhsil dövrünü də haqlı olaraq sosial sığorta stajına daxil etmişdir.

39. Belə ki, iddiaçının texniki peşə təhsili və ali təhsil aldığı dövrdə qüvvədə olan, yəni 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər.

40. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir.

41. Həmçinin 1992-ci il 23 sentyabr tarixli «Vətəndaşların pensiya təminatı haqqında» qanunun 67-ci maddəsinin ğ) bəndində də ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

42. Göründüyü kimi iddiaçının texniki peşə təhsili aldığı və ali təhsil aldığı müddətlərin onun əmək stajına daxil edilməsi, təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmışdır.

43. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində deyilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

44. Bundan başqa, «Əmək pensiyaları haqqın da» Azərbaycan Respublikası Qanunun 27-ci maddəsində 2006-cı ilin yanvarın 1-dək qazanılmış pensiyanın nəzərə alınması müəyyən edilmişdir.

45. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir.

46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır.

47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.01.2021-ci il tarixli, 2-1(103)-142/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar