Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-715/2025 17.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “TRANS SERVİS” 2018” MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: şikayətin geri götürülməsi səbəbi ilə kassasiya icraatına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı “TRANS SERVİS” 2018” MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmənin qaytarılmasına dair rəy verilməsi” tələbinə dair inz ibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-3775/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə ərizəyə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun tərəfindən artıq ödənilmiş 166.528,51 manat vergi məbləğinin qaytarılması barədə rəy tərtib edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilməsi və artıq ödənilmiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin iddiaçıya ödənilməsi xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-8895/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının dövlət büdcəsinə artıq ödənilən 166.528,51 manat pul vəsaitinin və iş üzrə məhkəmə qərarı qəbul edilən günədək, yəni xx.xx.2024-cü il tarixədək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin iddiaçıya geri qaytarılması barədə rəy verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
3. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən dəyişərək, gecikdirilmiş hər bir gün üçün 0,1 % məbləğində vəsaitin qərar icra edilən günədək hesablanması və qaytarılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
4. Həmçinin cavabdeh apelyasiya şikayəti verərək qərarın tam təmin edilməsini və iddia tələbinin qismən təmin olunan hissədə rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-3775/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-8895/2024 nömrəli qərarı dəyişdirilmiş, iddiaçının dövlət büdcəsinə artıq ödənilən 166.528,51 manat pul vəsaitinin və artıq ödənilmiş həmin məbləğ qaytarılanadək gecikdirilmiş hər bir gün üçün 0,1% məbləğində vəsaitin iddiaçıya geri qaytarılması barədə rəy verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
6. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İş hakimin icraatına verildikdən sonra cavabdeh Ali Məhkəməyə ərizə təqdim edərək kassasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
97. Kassasiya şikayətinin geri götürülməsi 97.1. Kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər. 97.2. Şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. 97.3. Şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. 97.4. Şikayətin geri götürüldüyü hallarda, prosessual xərclər haqqında Ali Məhkəmə tərəfindən qərardad qəbul edilir. Maddə
111. Prosessual xərclərin bölüşdürülməsi... 111.3. Şəxsin ərizədən, idd iadan və ya şikayətdən imtina etdiyi hallarda, prosessual xərclərin ödənilməsi vəzifəsi həmin şəxsin üzərinə qoyulur.... KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Şikayətdən imtina barədə ərizə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
10. İPM-in 97.1-ci maddəsinin tələbindən göründüyü kimi, kassasiya şikayəti verən şəxs Ali Məhkəmənin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürə bilər.
11. Şikayətdən imtina həmin normanın, həmçinin İPM-in 97.2-ci maddəsinin tələblərinə uyğundur.
12. İcraat üzrə prosessual xərclərə dair məsələ İPM-in 111.3-cü maddəsinə uyğun olaraq həll edilir.
13. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayətinin geri qaytarılması barədə ərizəsi təmin edilir. Kassasiya icraatına xitam verilir. Cavabdehə izah olunur ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İcraat üzrə prosessual xərclər cavabdehə aid edilir.