Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-716/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və 07.05.2019 Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Tərəflərin iştiraki olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı dövlət qulluqçusunun əmək haqqına düşən əlavər nəzərə alın maqla pensiyanın təyin edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qərarından cavabdeh şöbətərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, 17 oktyabr 1978-ci il tarixdən 15 sentyabr 2000-ci il tarixə kimi dövlət qulluğunda işlədiyi müddət nəzərə alınmaqla vəzifə maaşının dövlət qulluğunda çalışdığı vəzifəsinə uyğun olaraq vəzifə maaşının 3 mislində mükafat, 1 vəzifə maaşı həcmində müavinət, dövlət qulluğunun müşavir i ixtisas dərəcəsinə görə əlavə haqq, hakimiyyət səlahiyyətinin icrasına görə 15 faiz əlavə nəzərə alınmaqla pensiyasının hesablanması və 02 iyul 2001-ci il tarixdən, yəni iddiaçıya pensiya təyin edildiyi tarixdən bu günə kimi olan fərqin pensiyasının üzərinə hesablanıb birdəfəlik iddiaçıya ödənilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakim E.Məmmədov; iş № 2-1(81)-3519/2018) iddianın qismən təmin edilməsi; 17.10.1978-ci il tarixdən 15.09.2000-ci il tarixədək dövlət qulluğunda işlədiyi müddət nəzərə alınmaqla, hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində təyin edilən və ödənilən əlavə haqq, dövlət qulluqçularına il ərzində ödənilən 3 aylıq vəzifə maaşı mə bləğində mükafat və 1 aylıq vəzifə maaşı məbləğində müavinət nəzərə alınmaqla, iddiaçının əmək pensiyasının 02.07.2001-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi; iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən Ü.Mayilov, hakimlər M.Tağızadə və K.Abiyeva; iş № 2-1(103)2646/2018) iddiaçı və cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesa b edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, işin materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş arxiv arayışına və əmə k kitabçasına əsasən, iddiaçının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mərkəzi aparatında 21 il 10 ay 29 gün iş stajı vardır, belıə ki, iddiaçı 1978-ci il oktyabrın 17-dən 1985-ci il iyulun 1-dək 1985-ci il avqustun 15-dək, Tədris müəssisələləri və kadr şöbəsinin böyük inspektoru, 1985-ci il avqustun 15-dən 1988-ci il dekabrın 1-dək Kadrlar və tədris müəssisələri İdarəsinin böyük inspektoru, 1988-ci il dekabrın 1-dən 1989-cu il noyabrın 1-dək həmin idarənin baş inspektoru, 1989-cu il noyabrın 1-dən 2000-ci il avqustun 3-dək həmin İdarənin rəis müavini, 2000-ci il avqustun 3-dən 2000-ci il sentyabrın 15-dək Kadrlar və mütəxəssislərin hazırlanması şöbəsinin rəis müavini işləmişdir. Eyni zamanda, iddiaçı 02 iyul 2001-ci il tarixdən İİ qrup əlilliyə görə pensiya alır. Ona təyin olunm uş pensiya hesablanarkən dövlət qulluqçusu kimi, 17 oktyabr 1978-ci il tarixdən 15 sentyabr 2000-ci il tarixə kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mərkəzi Aparatında 21 il 10 ay 29 gün iş stajı nəzərə alınmışdır. İddiaçının iddia ərizəsində qeyd edilənlərə görə, ona pensiyanın hesablanması zamanı Azərbaycan Respublikası Prezidentinin 20.06.2008-ci il tarixli 776 saylı Fərmanı ilə hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularının mükafatlandırılmasımn növləri və qaydaları haqqında» Əsasnamənin 12-ci bəndində dövlət qulluqçularına ildə 3 aylıq vəzifə maaşı həcmində mükafat verilməsi, 948 №-li 23 oktyabr 2003-cü il tarixli Fərmanının 1-ci bəndinə əsasən, dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda 1 aylıq vəzifə maaşı həcmində müavinət ödənilməsi, “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən dövlət qulluqçusuna dövlət qulluğunda 15 ildən çox qulluq stajına görə aylıq vəzifə maaşına 30% əlavə haqq və ixtisas dərəcəsinə görə əlavə nəzərə alınmamışdır. Bu əsaslarla iddiaçı yaxırda qeyd edilən əlavələr nəzərə alınmaqla ona təyin olunmuş əmək aensiyasının yenidən hesablanması haqqında müvafiq ərizə ilə cavabdeh şöbəyə müraciət etmişdir. Həmin inzibati orqanın iddiaçıya ünvanladığı 22.06.2018-ci il tarixli, 14/3473 saylı imtina m əktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuş və buna əsas kimi göstərilmişdir ki, iddiaçıya 17.10.1978-ci ildən 15.09.2000-ci ilədək 21 il 10 ay 28 gün dövlət qulluğu stajına əsasən, təminedici şöbə müdirinin müavini vəzifə maaşına 770 manat, dövlət qulluğundakı iş stajına görə 30% 231 manat, mükafat 99,33 manat nəzərə alınmaqla, 01.12.2013-cü ildən 880,26 manat pensiya hesablanaraq ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 07 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları»nın 11-ci və 12-ci bəndlərinə əsaslanaraq tərəfindən pensiya hesablanması üçün təqdim edilmiş əmək haqqı arayışlarında qeyd olunan əlavələrdən mükafat və staja görə əlav ə alması qeyd olunduğundan, digər əlavələri alması barədə heç bir qeyd edilməmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, qüvvədə olan qanunvericiliyə görə, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə, dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan dəyişməlidir. Fəaliyyətdə olan dövlət qulluçusunun dövlət məvacibinə vəzifə maaşı, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatlar, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələr və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişləri daxildir. Beləliklə, iddiaçının tələb etdiyi əlavələr dövlət məvacibinin tərkibinə dax ildir. İddia tələbəinin hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində təyin ediln və ödənilən əlavə haqq hissəsi ilə bağlı qeyd olunmalıdır ki, “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında» 31.05.2002-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edildiyi vaxtdan müvafiq səlahiyyətlərin icrasına görə hər ay vəzifə maaşına qanunverciliklə müəyyən edilmiş məbləğdə əlavə haqq verilir. Azərbaycan Respublikası Prezidentinin “”Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nın və “Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq e dilməsi barədə” 20.06.2008-ci il tarixli 776 saylı Fərmanına əsasən, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15% məbləğində əlavə haqq təyin edilir. Qeyd edilən Siyahının 25.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının nazirliklərinin, dövlət komitələrinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarının təminedici və yardımçı şöbə müdirləri və şöbə müdirlərinin müavinləri hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçuları sırasına daxildirlər. Bundan başqa, iddia tələbinin il ərzində dövlət qulluqçularına ödənilən 3 aylıq vəzifə maaşı həcmində mükafat və 1 aylıq vəzifə maaşı həcmində müavinətin nəzərə vlınvrvq aparılması hissəsi ilə əlaqədar qeyd olunmalıdır ki, Azərbaycan Respulikası Prezidentinin 24.08.2002-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında» Əsasnamənin 12-ci bəndinə əsasən dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” 23.10.2003-cü il tarixli, 948 saylı Fərmanının 1-ci bəndinin 1-ci abzasına əsasən 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilməsi müəyyən edilmişdir. Beləliklə, qanunvericiliklə dö vlət qulluqçularına hər il vəzifə maaşına əlavələrlə birlikdə dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun 4 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur ki, həmin mükafatların məbləği pensiyaya çıxarkən dövlət qulluqçusunun pensiyasının məbləğinə təsir etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin bir sıra Fərmanları ilə dövlət qulluqçularının a ylıq vəzifə maaşlarının tərkibinə bir sıra əlavələrin edilməsi nəzərdə tutulmuşdur. Həmin əlavələr dövlət məvacibinin tərkib hissəsi olduğu, habelə hazırda dövlət qulluğunda çalışıb pensiyaya çıxan şəxslərə münasibətdə tətbiq edilsə də, əsassız olaraq iddiaçıya münasibətdə tətbiq edilməmiş və bununla da, iddiaçıya verilən pensiyanın məbləği düzgün hesablanmamışdır. Bununla yanaşı, qeyd olunmalıdır ki, iddiaçının dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə görə əlavə haqqın nəzərə alınması hissəsində iddia tələbi əsaslı sayıla bilməz. Belə ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə görə, dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təmi natlardan istifadə etmək hüququ verir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habeb əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin Qanunun 17.5-ci maddəsinə görə, dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 17.6-cı maddəsinə əsasən, bu Qanunun 33.1.7-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir və bu barədə şəxsin əmək kitabçasında müvafiq qeyd aparılır. Azərbaycan Respublikası Prezidentinin 03.09.2001 -ci il tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları»nın 5-ci bəndinə görə, dövlət qulluqçusuna ixtisas dərəcələri aşağıdakı səlahiyyətli şəxslər tərəfindən verilir: 5.1. 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri - Azərbaycan Respublikasının Prezidenti; 5.2. dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri - müvafiq dövlət orqanının 12-ci bəndinə əsasən, ixtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçusuna hər ay Qaydalarda göstərilən məbləğdə (manatla) vəzifə maaşına ixtisas dərəcələrinə görə əlavə haqq ödənilir. Həmin Qaydaların 15-ci bəndinə görə, dövlət qulluqçusunun ixtisas dərəcəsinin aşağı salınması və ixtisas dərəcəsindən məhrum edilməsi qanunvericiliklə nəzərdə tutulmuş hallarda həyata keçirilir. Bununla əlaqədar qeyd olunmalıdır ki, dövlət qulluqçusuna hansı ixtisas dərəcəsinin verilməsi müvafiq dövlət orqanının rəhbəri tərəfindən qanunun tələbləri nəzərə alınmaqla, onun mülahizəsinə əsasən həll edilir. Bundan başqa, qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət qulluqçusunun ixtisas dərəcəsinin aşağı salınması və ya onun ixtisas dərəcəsindən məhrum edilməsi də mümkündür. Digər tərəfdən, ixtisas dərəcəsinə görə əlavələr yalnız ixtisas dərəcəsinin verildiyi gündən başlayaraq ödənilə bilər. Bu da o deməkdir ki, ixtisas dərəcəsinə görə əlavə qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilmədiyi üç ün, iddia həmin əlavə nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması tələbinə dair hissədə əsaslı sayıla bilməz. Həmçinin iddia tələbinin 02 iyul 2001-ci il tarixdən, yəni iddiaçıya pensiya təyin edildiyi tarixdən bu günə kimi olan fərqin pensiyanın üzərinə hesablanıb birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində də iddia əsaslı sayıla bilməz. Eyni zamanda, qeyd olunmalıdır ki, cavabdeh şöbə tərəfindən iddiaçıdan onun əmək haqqına verilən əlavələr haqqında arayış tələb olunsa da, həmin arayış dövlət qulluqçusu pensiyaya çıxarkən və ona ilkin pensiya təyin edilərkən tələb edilə bilər. İddiaçıdan isə belə bir arayış tələb edildiyi iş materialları ilə müəyyən edilmir. Belə olan halda, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsin dən imtina etməsi qismən əsaslı və qanuni oldğundan, iddiaçının da iddia tələbi qismən əsaslı və qanuni olduğundan həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən qismən təmin olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hamı məhkəmə və qanun qarşısında bərabərdir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vaziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (ö hdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin X1 08 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-716/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-716/2019
07.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver