Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-716/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, eyni predmet barədə qüvvəyə minmiş məhkəmə qərarı Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili X1, cavabdeh Bakı şəhəri Cavabdeh vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103) -385/2020 saylı, 3 fevral 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən evin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdeh İddiaçı 51.549 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və cavabdeh qismində İddiaçı göstərmişdir. Həmin iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1 798/2019 saylı 2 may 2019-cu il tarixli qərarı ilə iddiaçı Cavabdeh iddiası təmin edilərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə sahibliyi alan orqan Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdeh İddiaçı 51.549 manat məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır.
2. İddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti arasında 22 iyun 2019-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci və 4-cü bəndlərinə əsasən satıcı-İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 113.25 kv.m, yaşayış sahəsi 87.06 kv/m olan 5 otaqlı mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsini (2 otaq) 56.549 manat qiymətinə Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinə satmışdır.
3. Beləliklə işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən mübahisələndirilən kompensasiya məbləği ilə bağlı məhkəmə qərarı olmuş və həmin məhkəmə qərarı qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 3 mart 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvanın sökülməsi ilə əlaqədar ona ödənilməmiş olan 99.451 manat məbləğində pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yer ləşən fərdi yaşayış evi onun mülkiyyətində olmuşdur. AR Nazirlər Kabinetinin 51 nömrəli 16.02.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə onun mülkiyyətində olan həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi dövlət ehtiyacları üçün satın alınmışdır. Cavabdehlə iddiaçı arasında 22.06.2019-cu il tarixli AN-İ-0782477 saylı alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4-cü bəndinə görə bu fərdi yaşayış evinin dəyəri 56.549 manat məbləğində müəyyən edilmişdir. Həmin bu söküntü işləri gedən zaman cavabdeh orqanın rəhbərliyi və digər nümayəndələri iddiaçı ilə arala rında söhbət zamanı bağlanmış alqı-satqı müqaviləsində göstərilən məbləğə baxmayaraq, ona faktiki istifadəsində olan sahəyə uyğun olaraq əlavə kompensasiya ödəyəcəklərini də bildirmişdirlər. İddiaçının həmin fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsində onun payına düşən hissənin 29.12 kv.m olduğu göstərilsə də, əslində mülkiyyətində 80 kv.m sahə olmuşdur. İddiaçı həmin əlavə sahələrə dair dəyişikliklərin ona məxsus mənzilin texniki pasportunda qeyd etməsi ilə əlaqədar Bakı şəhər Cavabdehnə müraciət etmiş və başçının 14.01.2005-ci tarixli 23 saylı sərəncamı ilə həmin əlavə sahələrin dair dəyişiklərin də ona məxsus mənzilin texniki pasportunda qeydə alınması müvafiq dövlət orqanına tapşırılmışdır. Faktiki istifadəsində olan 80 kv.m sahəyə görə 120.000 manat m əbləğində pul və həmin əlavə 30%-ə görə 36.000 manat məbləğində olmaqla ümumilikdə 156.000 məbləğində kompensasiya ödənilməli olduğu halda, ona cəmi 56.549 manat məbləğində kompensasiya ödənilmişdir. Bu da qanunvericililiklə nəzərdə tutulmuş ödəniləcək məbləğdən 99.541 manat az məbləğ edir. Cavabdehin axırıncı cavab məktubunda ona bildirilmişdir ki, dövlət ehtiyacları üçün torpaq sahəsi alınarkən mənzilin əsas sahəsinə görə hər kv.m üçün 1500 manat, digər köməkçi sahələrə görə isə onun təmir səviyyəsindən və konstruksiyasından asılı olaraq ***-**** manat məbləğində kompensasiya ödənilir. Cavabdehin gətirdiyi bu arqument tamamilə əsassız və qanunsuzdur.
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, qeyd olunan iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Belə ki, ünvan 4 ünvan ında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 51.549 manat məbləğində kompensasiya ödənilməsinə dair qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 02.05.2019-cu il tarixli qərarı vardır. Bundan başqa cavabdeh ilə iddiaçı arasında iddiaçının mülkiyyətində olan sözügedən əmlaka dair AN-İ nömrəli ******* saylı “Daşınmaz Əmlakın alqı-satqı Müqaviləsi” bağlanaraq iddiaçıya 56.549 manat məbləğində kompensasiya ödənilmişdir. İddiaçının əmlakı dövlət ehtiyacları üçün alınan zaman müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun, eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2 007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələr nəzərə alınaraq ədalətli olaraq qiymətləndirilmişdir. Beləliklə iddiaçı ona təklif olunan kompensasiya məbləği ilə razılaşaraq ünvan 3 ünvanında yerləşən ona məxsus əmlaka dair cavabdeh ilə alqı-satqı müqaviləsi bağlamışdır. Tərəflər arasında əqd, yəni müqavilə münasibətləri yaranmış və bu münasibətlər alqı-satqının baş tutduğu və həmin müqavilə üzrə tərəflər öhdəliklərini yerinə yetirdiyi anda başa çatmışdır. Qanunvericiliyin norması onu deməyə əsas verir ki, məbləğindən asılı olmayaraq əqdi imzalanmış tərəf özünün iradəsini ifadə etmiş və bununla da onu mübahisələndirmək hüququnu itirmişdir. Digər tərəfdən, əgər müqavilə üzrə narazılığını ifadə edən şəxs həmin əqdin etibarsızlığını əvvəlcə mübahisələndirməli və həmi n əqd məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında etibarsız hesab edildikdən sonra və bəzi hüquqi prosedurlardan sonra şəxs (iddiaçı) məsələni mübahisələndirə bilər. Bu zaman isə hüquqi prosedur kimi əsas məqam Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə görə tərəflərin aldıqlarını bir birinə tam qaytarılması prosedurudur. Başqa sözlə işin bu halında iddiaçı aldığı 56.549 manatı tam şəkildə geri qaytardıqdan sonra məsələni mübahisələndirməyə başlamalıdır.
7. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-1(112)-3819/2020 saylı iş) 16 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğ ilə bağlı narazılığını bildirməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 may 2019 -cu il tarixli qərarından şikayət verməmiş və üstəlik Bakı şəhəri Cavabdeh ilə həmin yaşayış evinin satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Eyni tərəflər arasında və eyni mahiyyət üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir işdə təkrar sübut edilə bilməz. Bu məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş və hazırkı iş üçün preyudisial əhəmiyyətə malik olan faktlardan görünür ki, eyni tərəflər arasında sözügedən daşınmaz əmlaka dair kompensasiya ödənişi ilə bağlı məhkəmə mübahisəsi olmuş, məhkəmə qərarı qəbul edilmiş, hazırki iddiaçı (digər iş üzrə cavabdeh) tərəfindən məhkəmə qərarı mübahisələndirilməmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra olunaraq, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmış, kompensasiya ödənişi həyata keçirilmişdır.
9. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X5-məruzəçi, X6 və X10, 2-1(103)-385/2021 saylı iş) 3 fevral 2021-ci il tarixli qərardadla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır.
11. İddiaçı 19 fevral 2021-ci il tarixdə qərardadın surətini almış, 26 fevral 2021-ci tarixdə kasasiy a şikayəti verərək qərardadın ləğv edilməsi və işin yenidən araşdırılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
12. Məhkəmənin qərardadı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qəbul etdiyi qərardadın əsaslandırma hissəsində iddiaçı ilə cavabdeh arasında mənzilin alqı-satqısına dair müqavilə bağlandığı və həmçinin bu mübahisə predmetinə aid olan Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.05.2019-cu il tarixli 2-1(81)-1798/2019 saylı qərarı olduğu üçün apellyasiya şikayətinin təmin olunmaması qənaətinə gəlmişdir.
13. Məhkəmənin bu qənaətə gəlməsi tamamilə əsassız və yanlışdır. Belə ki, inzibati işin materiallarından da görünür ki, iddiaçının iddiasının mahiyyəti cavabdehlə iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi deyildir. İddianın əsas mahiyyəti bu alqısatqı müqaviləsində göstərilən məbləğdən əlavə pul vəsaiti ödəməli olduğu halda, cavabdeh tərəfindən ödənilməməsidir. Lakin məhkəmənin istinad etdiyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.05.2019-cu il tarixli qərarı isə hal-hazırkı iş üzrə cavabdeh orqan tərəfindən mənə qarşı qaldırılmış iddia əsasında qəbul edilmişdir. Yəni həmin məhkəmə icraatında iddiaçı cavabdeh qismində iştirak etmiş, hal-hazırkı inzibati işdə isə o iddiaçı kimi inzibati orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
14. İddiaçının prosessual hüquqları da pozulmuşdur. Belə ki, İPM-in tələblərinə görə inzibati işin iştirakçıları müvafiq mübahisəyə baxılan zaman məhkəmə tərəfindən məhkəmə iclasına dəvət edilməli və hər iki tərəfin iştirakı ilə inzibati mübahisənin bütün detalları ətraflı araşdırılmalıdır. Lakin əfsuslar olsun ki, həm birinci instansiya məhkəməsində, həm də apelyasiya instansiya məhkəməsində iddiaçının məhkəmə prosesində iştirakı təmin edilməmiş və bununla da prosessual hüquqları pozulmuşdur. İddiaçının məhkəmə prosesində iştirakı təmin olunsaydı, onda öz hüquqlarının müdafiəsi ilə əlaqədar zəruri tədbirləri görə bilərdi. Ona görə də hesab edir ki, məhkəmənin bu qərardadı qanunvericiliyin tələblərin kobud şəkildə pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəm ə icraatı iştirakçılarının izahatları
16. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
17. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
18. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfind ən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (-); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; (-). Maddə
78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 92.0.3. Proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda, məhkəmə qərardadı kasasiya qaydasında ləğv olunmalıdır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelya siya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü
20. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Kasasiya məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş və düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, ev 53A-nın sökülməsi ilə əlaqədar ona ödənilməmiş olan 99.451 manat məbləğində pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, mübahisəyə əvvəllər məhkəmə qaydasında baxıldığı üçün iddia mümkün sayılmamışdır.
23. İddiaçı kasasiya şikayətində əvvəlki işdə iddiaçı deyil, cavabdeh qismində iştirak etdiyinə görə mübahisəyə mahiyyəti üzrə baxılmalı olduğunu və məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmədiyini bildirib apelyasiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir.
24. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
25. Hazırkı tələbində iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, ev 53A-nın sökülməsi ilə əlaqədar ona ödənilməmiş olan 99.451 manat məbləğində pulun ödənilməsi vəzifəsinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. İddiaçı hesab edir ki, cavabdeh mənzilin sökülməsi ilə bağlı ona məxsus bütün yaşayış və qeyri-yaşayış sahəsinə görə deyil, mənzilin yalnız bir hissəsi nə görə kompensasiya ödəmişdir.
27. İşin halları ilə müəyyən edilir ki, iddiaçı Cavabdeh 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (hazırki Bakı İnzibati Məhkəməsinə) iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən evin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdeh İddiaçı 51.549 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və cavabdeh qismində İddiaçı göstərmişdir. Həmin iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1798/2019 saylı 2 may 2019-cu il tarixli qərarı ilə iddiaçı Cavabdeh iddiası təmin edilərək, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə sahibliyi alan orqan Cavabdeh tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi, ünvan 6 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdeh İddiaçı 51.549 manat məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır.
28. Məhkəmə qərarı qüvvəyə minmiş və bundan sonra tərəflər arasında mənzilin alqı-satqı müqaviləsi bağlanmış, iddiaçıya 56.549 manat ödənilmişdir.
29. Göründüyü kimi, iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə görə kompensasiya ödənilməsi barədə inzibati məhkəmə icraatı qaydasında məhkəmə mübahisəsi olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qə rarı ilə məhkəmə icraatı bitmişdir.
30. İddiaçının mənzilinin sahəsi və dəyəri ilə bağlı məsələ həmin məhkəmə icraatında həllini tapmışdır.
31. İddiaçının açdığı mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları üçün məcburi olduğundan və bu halda iddia mümkün sayılmamalı olduğundan, apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
32. İddiaçı şikayətində bildirmişdir, o, əvvəlki məhkəmə icraatında olan işdə iddiaçı deyil, cavabdeh olduğundan həmin iş üzrə məhkəmə qərarı onun üçün məcburi sayıla bilməz.
33. İPM-in 78-ci maddəsində qanunverici proses iştirakçının hansının əvvəlki işdə cavabdeh, sonrakı işdə iddiaçı olması ilə bağlı fərqləndirmə aparmamışdır.
34. Qanunvericiliyin tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qəra rı proses iştirakçıları üçün məcburi olduğundan, iddiaçı əvvəlki işdə də prosesin iştirakçısı olduğuna və həmin işdə ona məxsus mənzilə dair kompensasiyanın ödənilməsi məsələsinə baxıldığından, iddiaçının əvvəlki işdə cavabdeh, hazırkı işdə iddiaçı olması ilə bağlı şikayətinin dəlilləri əsaslı sayıla bilməz.
35. İddiaçıya məhkəmə iclasının vaxtı barədə məlumat verilməməsinə dair şikayətin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 3 fevral 2021-ci il tarixli məhkəmə iclası barədə iddiaçıya həm məhkəmə bildirişi, həm də SMS xəbərdarlığı göndərilmiş, 25 yanvar 2021-ci il tarixdə məhkəmə bildirişini almışdır.
36. Bəhs olunanlara əsasən iddiaçının kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
37. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının po zuntusuna yol verməmişdir.
38. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-385/2021 saylı, 3 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.