Məhkəmə qərarları › İş №2-1(102)-716/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-716/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-716/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2-1(105)-85/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə işə yazılı məhkəmə icraatı qaydasında (şifahi məhkəmə baxışı keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (AZE ********, FİN kod: xxxxxxx) xx xxxxxx 1967-ci ildə Quba rayonunun Zərqava kəndində anadan olmuşdur, həmin kənddə qeydiyyatda olmaqla yaşayır.

2. İddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletdə qeyd edilmişdir ki, İddiaçı 26 nömrəli əmrə əsasən (əmrin nömrəsində düzəliş edilmişdir) 07.07.N-ci il tarixdən, 60 nömrəli əmrə əsasən 01.11.N-ci il tarixə kimi N nömrəli hərbi hissənin tərkibində Cəbrayıl ərazisində vuruşmuşdur.

3. İddiaçıya verilən Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 4 mart 2021-ci il tarixli, 9/2-1924 nömrəli arxiv arayışına əsasən, N nömrəli hərbi hissə komandirinin N iyul N-ci il tarixli, 26 nömrəli əmrində (əmrdə adı və atasının adı tam yazılmamışdır) Quba RHK-dan səfərbər edilmiş çağırışçı İddiaçı hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilməsi və bütün növ təminatlarla təmin edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N oktyabr N-ci il tarixli 82 nömrəli əmrində (əmrdə adı və atasının adı tam yazılmamışdır) Quba RHK tərəfindən səfərbər edilmiş çağırışçı İddiaçı 01.09.N-ci il tarixdən hərbi hissənin şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumat vardır.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 12 aprel 2021-ci il tarixli, 1/Q-9117 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Arxivin 4 mart 2021-ci il tarixli, 9/2-1924 nömrəli arayışına əsasən, 1 sentyabr N-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin üzvlüyündən azad olunmağının səbəbi məlum olmadığına, qeyd edilən arayışda N nömrəli hərbi hissə komandirinin əmrlərinin nömrəsi hərbi biletin 6cı səhifəsində qeyd edilən əmr nömrələri ilə ziddiyyət (düzəliş) təşkil etdiyinə görə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N iyul N-ci ildən N oktyabr N-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Naz irliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər başlayandan sonra N iyul N-ci il tarixdə o, da vətənin azadlığı uğrunda gedən döyüşlərə qatılmışdır. N iyul N-ci il tarixdən N oktyabr N-ci ilə qədər N nömrəli hərbi hissənin tərkibində olmuşdur. Əvvəlcə, Fizuli rayonunda, daha sonra isə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Daha sonra N oktyabr N-ci ildə geri qayıtmışdır. Ona görə də N iyul N-ci ildən N oktyabr Nci ilədək döyüş əməliyyatlarında iştirak etdiyindən ona müharibə veteranı adının verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Müdafiə Nazirliyinin məktubu ilə ona müharibə veter anı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Qeyd etdiyi illərdə o, döyüşlərdə iştirak etmişdir. Lakin bu barədə onun hərbi biletinin yeddinci səhifəsində qeyd olunsa da, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilən 04 mart 2021-ci il tarixli və 12 aprel 2021-ci il tarixli arayışlarda onun N nömrəli hərbi hissənin şəxsi heyətinin üzvlüyündən azad edilmə səbəbinin məlum olmadığı, Mərkəzi Arxivin arayışında N nömrəli hərbi hissə komandirinin əmrlərinin nömrəsinin hərbi biletinin 6-cı səhifəsində qeyd edilən əmr nömrələri ilə ziddiyyət təşkil etdiyi bildirilərək ona veteran adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Halbuki, hərbi biletdə əmrin sırasında düzəliş etmək onun səlahiyyəti deyildir. O, bir əsgər kimi sadəcə, verilən əmrləri yerinə yetirm işdir. Hazırda müharibə veteranı adı və vəsiqəsini ala bilmir.

7. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı, həqiqi hərbi xidmətdən buraxılması üçün güzəştli əsaslara malik olmadığı halda, 29.10.N-ci ildə həqiqi hərbi xidmətdən buraxıla bilməzdi. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən əsaslı və qanuni olaraq imtina etmişdir. Belə ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakı (o rdudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı.

8. Sumqayıt İnzibati Məhkəməsinin 6 avqust 2021-ci il tarixli, 2-1(118)-1242/2021 nömrəli qərarı (hakim L.Mirzəyeva) ilə iddia tələbi təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı, şəxsi heyətin üzvlüyündən azad edilməsi qeyd olunan arayışlarla öz təsdiqini tapır. İddiaçıya məxsus НЗ ******* saylı hər bi biletdə də onun 07.07.N-ci il tarixdən 01.09.N-ci il tarixə kimi N nömrəli hərbi hissənin tərkibində Cəbrayıl ərazisində vuruşduğu qeyd edilmişdir. Eyni zamanda, iş materialları ilə iddiaçının hərbi hissəni özbaşına tərk etməsi müəyyən olunmur. Habelə, məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Hərbi prokurorluğunun yuxarıda qeyd olunan məktubunda iddiaçı barəsində hər hansı bir cinayət işinin və ya təqsirləndirici materialın olmadığı qeyd olunmuşdur. Beləliklə, iddiaçının döyüş bölgəsində iştirakı öz təsdiqini tapır və ona müharibə veteranı statusu verilməsini istisna edəcək hər hansı bir hal müəyyən olunmamışdır. İddiaçının şəxsi heyət üzvlüyündən azad olunmasına dair əmr olduğu halda, həmin əmrdə iddiaçının azad olunmasının səbəbi barədə məlumatın olmaması və hərbi biletdə əmrin nömrəsinin düzgün qeyd olunmaması iddiaçının təqsiri hesab edilə bilməz. Belə olan halda, cavabdeh inzibati orqanın iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsindən imtinası əsaslı olmamışdır

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.01.2022-ci il tarixli, 2-1(105)-85/2022 nömrəli qərarı (sədrlik edən R.Ağayev, hakimlər İ.Dəmirov və H.Babayeva) ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 6 avqust 2021-ci il tarixli, 2-1(118)-1242/2021 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək İddiaçı cavabd eh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “0N iyul N-ci ildən N oktyabr N-ci ilədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması faktı da tam sübuta yetirilməlidir. Qanunvericiliyin tələblərinə əsasən, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və ça ğırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul edir və belə bir fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Beləliklə, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti 09 oktyabr 1991-ci il tarixindən müxtəlif vaxtlarda başlana bilər, lakin onun dövrü 10 may 1994-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezide ntinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar 1996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı 29 sentyabr 1996-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996cı ildən başlanmışdır və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq r əsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. Beləliklə, iddiaçı qanuni əsaslarla hərbi hissədən tərxis olunmadığı üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.

13. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

14. İddiaçı hesab edir ki, o, 0N iyul N-ci il tarixdən N oktyabr N-ci ilə qədər N saylı hərbi hissənin tərkibində olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə, əvvəlcə Füzuli rayonu, daha sonra Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Onun vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə i ştirakını Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin 04 mart 2021-ci il tarixli arxiv arayışı və ona məxsus hərbi bilet, o cümlədən onunla birlikdə döyüş yolu keçən hər kəs təsdiq edir. Əmrə tabe olan əsgər olduğundan şəxsi heyət üzvlüyündən azad olunarkən həmin azad olunmanın səbəbini və əmrlərin nömrələrini əlbəttə ki, özü yaza bilməzdi və azad olunmağının səbəbinin qeyd olunmaması onun təqsiri deyildir. Əgər o, hərbi hissəni özbaşına tərk etmişdirsə, bununla bağlı ən azından hər hansı bir cinayət işi və ya araşdırma olmalı idi. Lakin birinci instansiya məhkəməsinin müvafiq orqanlara göndərdiyi sorğulara cavablardan da göründüyü kimi, onun barəsində hərbi prokurorluqda hər hansı bir cinayət işi və ya təqsirləndirici material olmamışdır. Hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərini düzgün tətbiq etməməklə maddi hüquq normalarını pozmuşdur. Onun hərbi hissədən qanunsuz əsaslarla gəlməyi, hərbi hissəni özbaşına tərk etməyi və ya hər hansı digər əsasların sübut edilməsi yükü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəsidir. O, qeyd edilən Əsasnamədə müharibə veteranı adı almaq üçün lazım olan bütün sənədləri, həm cavabdeh orqana, həm də məhkəməyə təqdim etmişdir (hərbi bilet, hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə). Təqdim etdiyi sübutların heç biri nəzərə alınmadan, cavabdeh tərəfin isə təqdim etmədiyi və sübut edə bilmədiyi hallar xəyalən sübut kimi qiymətləndirilərək, qanu nvericiliyin tələbləri kobudcasına pozulmaqla qərar qəbul edilmişdir. Onun barəsində qəbul edilən hərbi hissə komandirinin əmrinin qanuni verilib-verilməməsi ilə bağlı hər iki instansiya məhkəməsində cavabdeh olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hər hansı iddia qaldıraraq həmin əmri mübahisələndirməmiş, mübahisələndirilməyən və ləğv edilməyən bir əmr qüvvədə olsa da, məhkəmə tərəfindən bu hallar nəzərə alınmamış və yuxarıda sadaladığı və hadisələrin baş verdiyi dövrdə qüvvədə olan Qanun kimi 25.12.1991-ci il tarixli Azərbaycan Respublikasının “Hərbi qulluqçuların statusu haqqında” Qanunun digər bir çox tələbləri kobud şəkildə pozulmuşdur. Ən əsası isə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hazırda mübahisələndirdiyi qərarın 36-cı abzasında “iddiaçı qanuni əsa slarla hərbi hissədən tərxis olunmadığı üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur" cümləsini qeyd etməklə, onu hərbi hissəni özbaşına tərk etməkdə və ya onun hərbi hissənin şəxsi heyət üzvlüyündən azad edilməsi barədə əmri verən hərbi hissə komandirini vəzifə səlahiyyətlərini aşmaqla bilavasitə cinayət törətməkdə ittiham edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıql arı, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 17. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar: (-); Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-); Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kat eqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-); Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil e dilmir. Maddə

7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə:

1. Müharibə veteranları Müharibə veteranı adı aş ağıdakı qaydada verilir: (-); Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmət i, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-); Qeyd.

1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisn a olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. (-); Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşm üş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərba ycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. (-).

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər mate riallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq o lunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qəra rını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖV QEYİ

22. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Belə ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Bununla bağlı, döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməni təsdiq edən sənəd kimi yalnız hərbi biletə və oradakı qeydlərə istinad edilə bilməz. Artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə, müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunl a müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir.

24. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 4 mart 2021-ci il tarixli, 9/2-1924 nömrəli arxiv arayışına əsasən, N nömrəli hərbi hissə komandirinin 07.07.N-ci il tarixli, 26 nömrəli əmrində (əmrdə adı və atasının adı tam yazılmamışdır) Quba RHK-dan səfərbər edilmiş çağırışçı İddiaçı hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilməsi və bütün növ təminatlarla təmin edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə k omandirinin 29.10.N-ci il tarixli 82 nömrəli əmrində (əmrdə adı və atasının adı tam yazılmamışdır) Quba RHK tərəfindən səfərbər edilmiş çağırışçı İddiaçı 01.09.N-ci il tarixdən hərbi hissənin şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumat vardır.

25. Lakin qeyd edilən əmrlərdən verilən arxiv çıxarışından məlum olur ki, həmin əmrlər hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır.

26. Eləcə də, iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin 11 oktyabr 2021-ci il tarixli 1166 nömrəli məktubunda iddiaçının Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçməsi barədə şöbənin arxivində heç bir məlumatın olmadığı qeyd edilmişdir.

27. İş materiallarında olan, iddiaçıya məxsus hərbi uçot kartasında da N-ci ilə aid hər hansı qeyd olmamış, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi göstərilməmişdir.

28. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçının izahatları ilə müəyyən edilmişdir ki, o, 07.07.N-ci ildən 29.07.N-ci ilə qədər döyüş bölgəsində olmaqla, Füzuli və Cəbrayıl rayonlarında gedən döyüşlərdə iştirak etdikdən sonra döyüşlərdə qəlpə yarası almaqla yaralansa da, bununla bağlı hospitalda müalicə almamış, sonradan 40-45 nəfərdən ibarət olan batalyon əsgərləri evə buraxılmış və ailə vəziyyəti ilə əlaqədar bir daha döyüş bölgəsinə qayıtmamışdır.

29. Belə olan halda apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının istinad etdiyi arxiv arayışında və hərbi biletindəki müvafiq qeydlər digər rəsmi sənədlərlə təsdiq edilməmiş, ən əsası is ə 1 sentyabr N-ci ildə ordudan tərxis edilməsinə dair hər hansı güzəştli əsasının olması heç bir sübutla müəyyən edilməmişdir. İddiaçı qanuni əsaslarla hərbi hissədən tərxis olunmadığı üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.

30. Beləliklə də, məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir.

31. Odur ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddia çı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-85/2022 saylı iş üzrə 19 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar