Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-716/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə dair kirayə müqaviləsinin bağlanılmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2-1(103)-2556/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. B.Sərdarov adına maşınqayırma zavodu tərəfindən verilmiş 471 saylı Orderdən görünür ki, iddiaçının anası X2 "xxxx" TASC-da işlədiyi müddətdə M.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 9 ünvanında yerləşən yataqxananın 1-ci mərtəbəsində olan 115 saylı otaq verilmişdir.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 018-176443-1221 saylı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən, X7 xx.xx.2017-ci il tarixdən, X8 xx.xx.2017-ci il tarixdən ünv an 1 ünvanında qeydiyyatdadırlar.
3. İddiaçı anasına iş yeri tərəfindən adı çəkilən yataqxanada 115 saylı otaq verilsə də, sonradan ailə üzvlərinin artması ilə əlaqədar qonşuluqda olan 100 saylı otağa ailəsi ilə birlikdə köçdüyünə istinad edərək Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi, ev 9, mənzil 100-ə dair onunla kirayə müqaviləsinin bağlanması ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciətinə münasibətdə hərəkətsizlik edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində birinci icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi, ev 9, mənzil 100-ə dair kirayə müqaviləsin in bağlanması barədə sərəncam verilməsi öhdəliyinin Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X4 "xxxx" TASC-da 1987-ci ildən 2007-ci ilə kimi işləmişdir. Onun bu zavodda işlədiyi müddətdə kollektivin üzvü olduğu üçün bu zavodun Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsində yerləşən 9 saylı binasından 109 saylı mənzil verilmişdir. Həmin mənzilə dair anasının adına müvafiq order də verilmişdir. Sonradan ailə üzvlərinin sayı artdığı üçün qonşuluqda yerləşən 100 saylı mənzil də onun ailəsinin istifadəsinə verilmişdir. Lakin həmin vaxtlar "xxxx" TASC fəaliyyətini dayandırdığı üçün bu mənzilin onların adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Bir müddət sonra bu zavodun balansında olan bina Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdi. O, faktiki uzun müddətdir yaşadığı mənzilin adına rəsmiləşdirilməsi və müvafiq kirayə müqaviləsinin bağlanması üçün cavabdeh orqana müraciət etmiş, lakin sonuncu müraciətindən 3 aydan artıq vaxt keçməsinə baxmayaraq bu günə kimi ona heç bir rəsmi cavab verilməmişdir. Bu da cavabdeh tərəfin onun müraciəti ilə əlaqədar hərəkətsizlik etdiyini sübut edir.
6. Cavabdeh iddia dair etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 200 nömrəli Qərarının icrası ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 584 saylı sərəncamına əsasən ləğv edilmiş "xxxx" DŞ-nin B. Sərdarov adına X6 Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş qeyd edilən ünvanda yerləşən yataqxana binası 07 may 2014-cü il tarixli təhvil-təslim aktı ilə Bakı şəhər MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. İddiaçı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə xx.xx.2019-cu il tarixli (xx.xx.2019-cu il tarixdə Q-84 sayla qeydiyyata alınmış) yazılı ərizə ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən yataqxana binasının 100 saylı mənzilinə dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Ərizəyə tələb olunun sənədlər (order, protokol, 2 saylı formada arayış, mənzilin sxemi, binanın əvvəllər məxsus olduğu təşkilatla əmək münasibətlərini təsdiq edən sənəd və s.) əlavə edilmədiyindən onun ərizəsi Departamentin xx.xx.2019-c u il tarixli, Q-84 saylı məktubu ilə baxılması üçün 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, ünvan 2 saylı evin 100 saylı mənzilini heç bir hüquqmüəyyənedici sənəd olmadan qanunsuz olaraq zəbt etmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, o, həmin mənzili boşaldıb MKİS-ə təhvil verməkdən imtina etmişdir. İddiaçının anası X5 isə həmin binanın 515 saylı mənzilində faktiki olaraq yaşayır. Əldə etdiyi "xxxx"nun xx.xx.2002-ci il tarixli 471 saylı orderinə əsasən ünvan 3 ünvanında yerləşən yataqxananın 115 saylı mənzili ailə tərkibi 2 nəfər olmaqla (özü və oğlu) X1 adına yazılmışdır. İddiaçının ünvan 2 saylı evin 100 saylı mənzilinə dair hər hansı hüquqi əsası yoxdur və o, həmin mənzili əldə etmək məqsədi ilə özbaşına zəbt etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4216/2020 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia tələbi təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, Z.Qənbərov küçəsi, 9 saylı evin 100 saylı mənzilinə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, Z.Qənbərov küçəsi, 9 saylı evin 100 saylı mənzilində 1 oktyabr 2009-cu il tarixdən əvvəlki dövrdən etibarən yaşadığından, mənzildə yaşayan hər hansı digər yetkinlik yaşına çatmış şəxslərin buna etirazı olmadığından, onun başqa yaşayış yerinin olması barədə əlavə məlumat təqdim edilmədiyindən, habelə onun həmin mənzildə yaşam ası üçüncü şəxslərin hüquqlarını pozmadlğından (bu barədə də məhkəmə icraatında heç bir dəlil, sübut gətirilməmişdir), cavabdeh Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin “mənzilə dair kirayə müqaviləsinin bağlanması”dan imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2021-ci il tarixli, 21(103)-1231/2021 nömrəli qərardadı ilə (hakimlər: A.Nuriyeva – sədrlik edən və məruzəçi, A.Hüseyn və S.Bəktaşi) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iş yenidən bax ılması üçün həmin məhkəməyə göndərilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia ərizəsində qonşuluqda yerləşən 100 saylı mənzilin onun ailəsinə istifadəyə verilməsini göstərsə də, buna dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Eyni zamanda kollegiya qeyd edir, iddiaçının şəxsiyyət vəsiqəsində Bakı şəh., Rəsulzadə qəs., Z Qəmbərov küçəsi ev 9 m.100 qeydiyyatda olduğu göstərilsə də, birinci instansiya məhkəməsi həmin ünvana onun qeydiyyata düşməsinə dair əsas olmuş halları araşdırmamışdır. a. birinci instansiyası məhkəməsində ikinci icraat.
12. Bakı İnzibati Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-1(112)-226/2022 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilməmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının anası X3 "xxxx"nun xx.xx.2002-ci il tarixli 471 saylı orderinə əsasən ünvan 3 ünvanında yerləşən yataqxananın 115 saylı mənzili ailə tərkibi 2 nəfər olmaqla (özü və oğlu - İddiaçı) verilmişdir. İddiaçı iddia ərizəsində qonşuluqda yerləşən 100 saylı mənzilin onun ailəsinə istifadəyə verilməsini göstərsə də, buna dair heç bir hüquqmüəyyənedici sənəd yoxdur. İddiaçının mübahisəli mənzilə qeydiyyata alınmasına dair polis orqanı tərəfindən təqdim edilmiş sənədlərin arasında qanunla qeydiyyata alınması üçün nəzərdə tutulmuş zəruri olan sənədlər (o cümlədən order) aşkar edilməmişdir.
14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2-1(103)-2556/2022 nömrəli qərarı ilə (hakimlər X.Cəmilova – sədrlik edən və məruzəçi, A.Oruczadə və M.Tağızadə) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2-1(112)-226/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının hazırki tələbinin təmin olunması üçün sözügedən mənzilin ona məxsus olmasını təsdiq edən (100 saylı otağın onların ailəsinin istifadəsinə verilməsini bildirilsə də, bu barədə sənəd təqdim olunmamışdır) sübutları təqdim etməsi zəruridir. Lakin hazırki işdə iddiaçıda yalnız anasına işlədiyi müəssisə tərəfindən sözüge dən yataqxananın 115 saylı mənzilinə dair verilmiş (ailə üzvü 2 nəfər olmaqla, özü və oğlu İddiaçı) xx.xx.2002-ci il tarixli 471 saylı order mövcuddur ki, həmin order də 115 saylı otağa aid olduğundan iddiaçı ilə onun zəbt etdiyi 100 saylı otağa dair kirayə müqaviləsinin bağlanması üçün əsas vermir.
17. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayətində qeyd edir ki, məhkəmə tərəfindən işə baxılarkən hansı səbəbə və hüquqi əsasa görə cavabdeh tərəfindən iddiaçı ilə kirayə müqaviləsinin bağlanması ilə əlaqədar hərəkətsizlik edildiyi araşdırılmamışdır. Belə ki, həmin bu mənzil o nsuz da hansısa bir vətəndaşa kirayə müqaviləsi əsasında veriləcəkdir. İddiaçıda bu mənzilə görə kirayə müqaviləsi bağlanması ilə əlaqədar kifayət qədər hüquqi əsasın və üstünlüyü var. Eyni zamanda bu iş üzrə apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi əvvəlki iştirak etdiyi proseslərdə apellyasiya şikayətinə münasibətdə qərarın qəbul edilməsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Belə ki, cavabdehin nümayəndəsi onun ailəsinin vəziyyəti ilə tanış olduqdan və ailənin maddi vəziyyətinin çətin olduğunu gördükdən sonra onunla kirayə müqaviləsinin bağlanmasına müsbət yanaşdıqlarını və bu səbəbdən də apellyasiya şikayəti üzrə qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. İnzibati işin sənədlərindən də görünür ki, iddiaçı uzun müddətdir ki, bu mənzildə yaşayır, həm o, həm də arvadı bu mənzildə daimi pasport qeydiyyatındayıq.
19. İddiaçı apellyasiya məhkəməsi tərəfindən Mənzil Məcəlləsinin 48 və 59-cu maddələrinin pozulduğunu qeyd edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan): Maddə
48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir... Maddə
51. Yaşa yış sahəsini icarə müqaviləsi. Yaşayış sahəsini icarə müqaviləsinin bağlanması Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.... Maddə
52. Yaşayış sahəsini icarə müqaviləsinin predmeti Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Otağın bir hissəsi və ya digər otaqla qapısı bir olan otaq (təcrid olunmayan iç-içə otaqlar), habelə yardımçı sahələr (mətbəx, dəhliz və i. a.) icarə müqaviləsinin müstəqil predmeti ola bilməz. Maddə
106. Yataqxanalar Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir... Maddə
107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhs il dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir... Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən. order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir...
22. Mənzil Məcəlləsi (hal hazırda qüvvədə olan): Maddə
8. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələr in baş verməsi.
23. İnzibati Prosessual Məcəllə a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qə rardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
24. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynili k təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
30. Hazırkı mübahisə iddiaçının yaşadığı mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi ilə bağlıdır.
31. Qərarın 21-cı bəndində qeyd olunan normaya əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilm iş vətəndaş arasında yazılı şəkildə bağlanır.
32. Eyni ilə hazırkı qərarın 22-ci bəndində qeyd olunan maddi hüquq normalarının tələblərinə görə, qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi mənzil hüqu q və vəzifələrinin əmələ gəlməsinin əsasları kimi çıxış edirlər.
33. Göründüyü kimi, iddiaçının hazırkı tələbinin təmin olunması üçün sözügedən mənzilin ona məxsus olmasını, qeyd olunan qanunvericilikdə göstərilən əsaslar üzrə təsdiq edən sübutları təqdim etməsi zəruridir. Lakin iş materiallarında iddiaçıda yalnız anasına işlədiyi müəssisə tərəfindən sözügedən yataqxananın 115 saylı mənzilinə dair verilmiş (ailə üzvü 2 nəfər olmaqla, özü və oğlu İddiaçı) xx.xx.2002-ci il tarixli 471 saylı order mövcud olması müəyyən olunur.
34. Həmin order də 115 saylı otağa aid olduğundan iddiaçı ilə onun zəbt etdiyi 100 saylı otağa dair kirayə müqaviləsinin bağlanması üçün əsas vermir.
35. Bununla yanaşı işin hallarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyul 2019-cu il tarixl i, 2(001)-4397/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 78 saylı MənzilKommunal İstismar Sahəsinə qarşı “mənzildən istifadə və sahiblik hüququnun tanınması” tələbi barədə iddiası təmin edilməmişdir.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 21(103)-2556/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.