Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-716/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, bələdiyyə qərarı, rayon torpaq şöbəsinin rəyi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əm lak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (Göygöl rayon Toğanlı Bələdiyyəsi üçüncü şəxs olmaqla) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2-1(104)-145/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Göygöl rayonu, Toğanalı kəndində yerləşən 0,12 ha torpaq sahəsi Göygöl rayonu Toğanalı Bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 12 saylı qə rarı ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı satılması qərara alınmışdır.
2. Toğanalı Bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə satılması qərara alınmış Göygöl rayonu, Toğanalı kəndində yerləşən 0,12 ha torpaq sahəsi 13 may 2008-ci il tarixdə İddiaçı satılmış və bu barədə “Torpaqların alqı-satqısına dair” akt tərtib edilmişdir. Akt DT v XK-ın Xanlar rayon şöbəsinin mütəxəssis, Toğanlı bələdiyyəsinin üzvü və iddiaçı tərəfindən təsdiq edilmişdir. Qeyd edilmişdir ki, yaradılmış komissiya yerində baxış keçirərək Xanlar rayonu Toğanalı Bələdiyyəsi kənd daxili ərazisindəki torpaq sahəsindən 0,24 ha ayırlıb İddiaçı və X1 hər birinə 0,12 ha olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı satqı yolu ilə satılması məqsədə uyğun hesab etmişdir.
3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin 28 noyabr 2007-ci il tarixli 316d saylı rəyində torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla satılması nəzərdə tutulan kənd daxili torpaq sahəsi olduğu qeyd edilmiş, torpaq sahəsinin yer quruluşu planı tərtib edilmiş, bu plan DT və XK-ın Xanlar rayon şöbəsinin mütəxəssis tərəfindən təsdiq edilmişdir.
4. İddiaçı Göygöl rayonu, Toğanalı kəndində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir.
5. Cavabdeh 15 fevral 2022-ci il tarixdə m üraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, aparılan araşdırma zamanı ərizəyə torpaq sahəsinə dair plan və ölçü sənədinin əlavə edilmədiyi, həmçinin ərizəyə əlavə edilmiş “Torpaqların alqı-satqısına dair” aktın ərazi idarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı, lakin faktiki torpaq sahəsinin Ərazi İdarəsinin kadastr məlumat bazasına əsasən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı ərazisində yerləşdiyi müəyyən edilmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (Göygöl rayonu Toğanalı Bələdiyyəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göygöl rayonu Toğanalı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı əsasında ona verilmiş, hazırda sahibliyində və istifadəsində olmaqla Göygöl rayonu, Toğanalı kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayon Toğanalı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə bələdiyyənin kənd daxili ərazisindəki torpağından fərdi yaşayış evi tikmək üçün iddiaçıya 0.12 ha həyətyanı torpaq sahəsi ayrılıb və satılmışdır. O, torpaq sahəsini alqı-satqı etdikdən sonra orada yaşayış evi tikmiş və 15 ildir orada ailəsi ilə birlikdə yaşayır. Həmin yaşayış evinə kommunal sayğaclar quraşdırılıb və bütün kommunal xidmətlərdən istifadə edir. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü çəkilmiş və bütün sənədləri tam olaraq qanunidir. İddiaçı aidiyyəti üzrə çıxarışın verilməsi üçün cavabdehə müraciət etsə də, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunmuşdur.
8. Gəncə İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərardadı ilə Göygöl rayonu Toğanalı Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir.
9. Cavabdeh iddia tələbinə etiraz etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil etmişdir.
10. Gəncə İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli protokol qərardadı ilə torpaq sahəsinə yerli baxış keçilməsi qərara alınmış, 30 sentyabr 2022-ci il tarixdə keçirilmiş yerli baxış zamanı torpaq sahəsinin Göygöl rayonu Toğanalı kəndində yerləşdiyi, torpaq sahəsinin ətrafında fərdi yaşayış evlərinin mövcud olduğu, torpaq sahəsinin ətrafındakı fərdi yaşayış evlərinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış verildiyi, həmçinin həmin yerləşdiyi ərazinin su, qaz, işıq ilə təmin olunduğu müəyyən edilmişdir.
11. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı iddiasını işdə olan mütəxəssis rəyinə uy ğun olaraq 0.926 ha (9 sot 26 kv.m) hissədə təmin edilməsini xahiş etmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
13. Gəncə İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, e-2-1(114)-1179/2022 saylı qərarı ilə (hakim X7) iddia təmin edilmiş, Göygöl rayonu Toğanalı Bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə satılmış, Göygöl rayonu, Toğanalı kəndində yerləşən 0.926 ha (9 sot 26 kv.m) torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pub lik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
14. Məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericiliyə əsasən fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə torpağının alqı-satqı edilməsi nəzərdə tutulmuşdur. Həmçinin bələdiyyələrə məxsus olan daşınmaz əmlaka dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur.
15. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
16. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2-1(104)-145/2023 nömrəli qərarı ilə (hakimlər X2 (məruzəçi), X6 və X3) apelyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixl i, e-21(114)-1179/2022 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
17. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Toğanalı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarında kənd daxili torpaq sahəsinin iddiaçıya ayrılması barədə, eləcə də DTXK-nin Xanlar rayon şöbəsinin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu barədə 3162 saylı, xx.xx.2007-ci il tarixli rəyində kənd daxili torpaq sahəsinin satılmasının məqsədə uyğun olması qeyd edilsə də, işdə olan mütəxəssis rəyilə müəyyən edilir ki, həmin torpaq sahəsi torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə istinadən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla, örüş sahəsidir. Göründüyü kimi hazırda iddiaçının istifadəsində ola n torpaq sahəsi kənd təsərrüfatının örüş torpaqları növünə daxildir. Yuxarıda aparılan qiymətləndirməyə əsasən isə kənd təsərrüfatı təyinatlı örüş torpağının yararlı və ya yararsız olmasının fərqləndirilməsinə zərurət yoxdur, keyfiyyət dərəcəsindən asılı olmayaraq belə torpaqlar mülkiyyətə verilə bilməz. Örüş, otlaq və biçənək sahələri zamanla məhsuldarlığı və münbitliyini itirsə belə, yəni az yararlı və ya ümumiyyətlə yararsız olsa belə, bu yenə də həmin torpaqların mülkiyyətə verilməsini istisna edəcək. Bu səbəbdən iddiaçının istifadəsində olan torpaq sahəsinin hazırda yararlılığının müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılmasına zərurət yoxdur. Belə ki, bütün hallarda, iddiaçının vəziyyətində heç nə dəyişməyəcək, yəni torpaq sahəsi örüş yeri üçün yararsız olsa belə, yenidən sa ğlamlaşdırılması üçün dövriyyədən çıxarılacaqdır.
18. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədi üçün satılmış cəmi 0.12 ha torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı örüş torpaq sahəsidir. Həmçinin, Torpaq Məcəlləsinin 9 və 13-cü maddələrinə istinad edərək qeyd edir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin başqa məqsədlər üçün istifadəsi yalnız kateqoriyası dəyişdirildikdən sonra mümkündür. Hazırki iş üzrə isə Toğanalı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən fərdi yaşayış evinin tikintisi məqsədi üçün iddiaçıya satılması qərara alınmışdır. Halbuki, bələdiyyənin kənd təsərrüfatı təyinatlı örüş torpağı yalnız məqsədli təyinatı üzrə icarəyə və ya is tifadəyə verilə bilərdi. Həmçinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən, əhalinin malqarası üçün istifadə olunan örüş sahələrinin torpaqlarının xüsusi mülkiyyətə verilə bilməsi istisna olunur.
19. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
20. Şikayətdə Konstitusiyanın 13, 29-cu maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 10.1-ci maddəsinə, Mülki Məcəllənin 139.1-ci maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.3.1-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə istinad edilərək qeyd edilir ki, iddiaçı konstitusion hüququndan istifadə edərək qanunvericiliyin tələbinə uyğun mülkiyyət hüququnun qeydə alınmasını tələb etsə də, cavabdeh orqan bundan imtina edib, apelyasiya instansiyası məhkəməsi isə imtinanın əsaslı olması qərarına gəlmişdir.
21. Lakin gəlinmiş bu nəticə qanuni sayıla bilməz. Belə ki, apelyasiya instansiyası məhkəməsi və cavabdeh orqandan başqa bütün dövlət orqanları və bələdiyyə (mülkiyyət sahibi) mübahisəli torpaq sahəsinə və yaşayış evinə iddiaçının mülkiyyət hüququnu tanımışdır. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi 2007-ci ildən iddiaçıya satılmış, iddiaçı həmin torpaq sahəsində yaşayış evi və digər əlavə tiklilər tikərək ailəsi ilə orada yaşayır, qeyd olunan yaşayış evi yerli orqanlar tərəfindən qeydiyyata alınmış, iddiaçı və digər ailə üzvlə ri həmin evdə pasport qeydiyyatına alınmışdır. Bundan əlavə dövlət yaşayış evini və torpaq sahəsini iddiaçının mülkiyyəti kimi tanıyaraq oraya qaz, işıq xətti çəkmişdir.
22. Daha sonra qeyd edilir ki, 16 ildir iddiaçının sahibliyində və istifadəsində olan torpaq sahəsini iddiaçı bələdiyyə orqanı ilə alqı-satqı edərək və aidiyyəti dövlət orqanlarının rəylərini və digər mötəbər sənədlərinə inanaraq almışdır. Torpaq sahəsi əldə edilərkən hazırki cavabdeh orqanın sələfinin (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) rəyi də əldə edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam veri lməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsı z hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.... 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. (28 noyabr 2008-ci il tarixədək olan redaksiya) 26. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: (əvvəlki redaksiya)...
2. Müəyyən edilsin ki:... 2.5. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutul muş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarını n tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndiril diyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
31. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Göygöl rayonu Toğanalı Bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün Göygöl rayonu, Toğanalı kəndində yerləşən 0.926 ha (9 sot 26 kv.m) torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasında ibarətdir.
32. Cavabdeh və onun mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhk əməsi hesab etmişlər ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədi üçün satılmış torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı örüş torpaq sahəsi olduğundan həmin torpaq xüsusi mülkiyyətə verilə bilməz.
33. Apelyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsaslanmışdır. Qeyd edilən rəydə göstərilmişdir ki, İddiaçı faktiki istifadəsində olan 0.14 ha torpaq sahəsi, torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsi və torpaqları elektron kadastr informasiya sisteminə istinadən bələdiyyə mülkiyyətinə aiddir. İddiaçı faktiki istifadəsində olan 0.14 ha torpaq sahəsi, torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə istinadən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olma qla, örüş sahəsidir.
34. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin 28 noyabr 2007-ci il tarixli 316d saylı rəyində torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla satılması nəzərdə tutulan kənd daxili torpaq sahəsi olduğu qeyd edilmişdir.
35. Vurğulamaq lazımdır ki, bu rəy torpaq sahəsi ayrılan zaman səlahiyyətli orqan tərəfindən verilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin rəy verilən zaman qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud tex niki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 36. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
37. Yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə torpağın təyinatı və satılmağa uyğunluğu ilə bağlı rəy həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Xanlar rayon şöbəsi tərəfindən verilmişdir.
38. İşdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə iddiaçı ilə bələdiyyə arasında bağlanmış 13 may 2008-ci il tarixli alqı-satqı müqaviləsi, müqavilənin rayon torpaq şöbəsində qeydə alınması barədə məlumat, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, kənd daxili olmaqla satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsinin rəyi, habelə rayon torpaq şöbəsinin təsdiq etdiyi yer quruluşu planı mövcud olmuşdur.
39. Odur ki, 2007 və 2008-ci illərdə torpaq sahəsinin satılmasının qanunamüvafiqliyi barədə səlahiyyətli dövlət orqanı tərəfindən verilən sənədlər mötəbər hesab olunduğundan, hazırda həmin torpaq sahəsinin örüş sahəsi olması barədə verilən mütəxəssis rəyi əsaslı hesab edilə bilməz.
40. Məhkəmə kollegiyası əlavə olaraq bildirir ki, fərmanda sadəcə olaraq torpaq sahə ilə bağlı rəy verən orqanların adı dəyişdirilmişdir. Həmin fərmanda, eləcə də başqa bir normativ hüquqi aktda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları tərəfindən verilmiş rəylərin etibarsızlığı və ləğv edilməli olması ilə bağlı müddəa mövcud deyildir. Odur ki, iddiaçının mübahisə edilən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edilməsi üçün zəruri sənədlərə (torpaqların alqı-satqısına dair akt, mübahisəli torpaq sahəsinin yerləşdi yi yerə uyğun yerquruluşu haqqında plan, həmçinin torpaq sahəsinin satılmağa uyğunluğu barədə səlahiyyətli orqanın rəyi) malik olduğundan onun tələbi əsaslıdır.
41. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən etmişdir. Hazırki işdə belə əsaslar mövcud deyildir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməlidir.
43. Bələdiyyə qərarı ilə iddiaçıya 0,12 ha satılmasına baxmayaraq iddiaçı 0,926 ha torpaq sahəsinə hüququn qeydə alınması barədə ərizə verdiyindən həmin hissədə torpaq sahəsinə hüququn qeydə alınması cavabdehin üzərinə qoyulmalıdır. 44.Yu xarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2-1(104)-145/2023 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. Göygöl rayonu Toğanalı Bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 12 saylı qərarı ilə satılmış, Göygöl rayonu, Toğanalı kəndində yerləşən 0.926 ha (9 sot 26 kv.m) torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar qət