Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-716/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı vəsiqəsinin dublikatının verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli 2-1(103)-3667/2024 nöm rəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1992-xx.xx.1992-ci illərdə N saylı hərbi hissənin tərkibində Ağdərə rayonunun Çıldıran kəndində döyüşlərdə iştirak etmişdir. 2. 472 №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 78 №-li əmrində “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, ailə vəziyyətinə görə, İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunması qeyd edilmişdir
3. Səbail Rayon Hərbi Komissarlığının xx.xx.1999-cu il tarixli arayışına əsasən, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək Milli Ordunun N saylı hərbi hissəsində hərbi xidmət keçmiş və xx.xx.1992-ci ildə Ağdərə rayonu, Çıldıran kəndində g edən döyüşlərdə yaralanmışdır.
4. İddiaçı xx.xx.1992-ci il tarixdə “Sağ sağrının, sol budun dəlib keçən, sol diz oynağının toxunan güllə yarası”, xx.xx.1992-ci il tarixdə “Sağ sağrının, sol budun dəlib, sol diz oynağının toxunub keçən güllə yaralanması nəticəsində, sol diz oynağında cüzi hərəkət məhdudluğu” və xx.xx.1993-cü il tarixdə “Sağ sağrının, sol budun dəlib keçən güllə yarası. Sol diz oynağının toxunan güllə yarası” diaqnozları ilə Müdafiə Naziliyinin Hərbi Poliklinikasının (229 №-li Hərbi Poliklinikanın) Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Yaralanmanın Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması qeyd edilmişdir.
5. İddiaçıya xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Səbail Rayon Hərbi Komissarlığı tərəfindən müharibə veter anı vəsiqəsi, xx.xx.2004-cü il tarixdə isə təkrar müharibə veteranı vəsiqəsi verilmişdir.
6. İddiaçı cavabdehə müraciət edərək ona xx.xx.2004-cü il tarixdə verilmiş 082695 nömrəli “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsini xahiş etmişdir.
7. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, döyüş əməliyyatları aparılan zaman İddiaçı N nömrəli hərbi hissədə hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumatın, habelə hərbi biletində möhtəbərliyi şübhə doğurmayan hərbi hissənin gerbli möhürü ilə təsdiq olunmuş xidməti və döyüşlərdə iştirakı barədə qeydlər olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı vəsiqəsinin dublikatının verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsində qeyd edilmişdi ki, iddiaçı 1992-1993-cü illər ərzində Azərbaycan Respublikası Silahı Qüvvələrinin müvafiq hərbi hissələrinin tərkibində erməni millətçilərinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Hətta döyüşlər zamanı yaralanaraq müəyyən müddət müalicə almış və sonra yenidən hərbi xidmətə qayıtmışdır. Göstərilənlərə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsi (əvvəlki Müdafiə Nazirliyinin Səbail Rayon Hərbi Komissarlığı) tərəfindən xx.xx.2000-ci il tarixdə ona MN seriyalı 041967 nömrəli “Müharibə v eteranı” vəsiqəsi verilmişdir. Həmin vəsiqə sonradan itdiyi üçün xx.xx.2004-cü il tarixdə ona təkrar olaraq 082695 nömrəli “Müharibə veteranı” vəsiqəsi verilmişdir. Bir müddət sonra isdiaçı naməlum şəraitdə “Müharibə veteranı” vəsiqəsini yenidən itirmiş və bununla əlaqədar həmin vəsiqənin dublikatının verilməsi barədə ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmişdir. Müdafiə Nazirliyi iddiaçıya xx.xx.2020-ci il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Komissiyaya təqdim edilmiş “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər iddiaçıya “Müharibə Veteranı” vəsiqəsinin dublikatının verilməsinə kifayət etmir. Müdafiə Nazirliyinin yuxarıda qeyd olunan məktublarının əlaqəli təhlilindən də məlum olur ki, iddiaçıya "Müharibə Veteranı” vəsiqəsi verilmiş və həmin vəsiqə hazırda da qüvvədədir. Çünki Nazirlik birinci məktubunda iddiaçıya "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi və yaxud "Müharibə veteranı” statusunun ləğv edilməsi barədə protokolun və ona əsas olmuş sənədlərin surətlərinin təqdim olunması ilə bağlı da sorğu verdiyini qeyd etmişdir. İkinci məktubda isə sorğulara cavab olaraq Komissiyaya təqdim olunmuş sənədlərin daha əvvəl iddiaçıya verilmiş vəsiqənin dublikatının verilməsinə guya kifayət etmədiyi bildirilmiş, lakin vəsiqənin statusunun ləğv olunması ilə bağlı hər hansı bir qeyd göstərilməmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Müdafi ə Nazirliyinin imtinasının qanunsuz hesab olunması və daha əvvəl ona verilmiş “Müharibə Vetranı” vəsiqəsinin dublikatının verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)- 940/2021 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuşdur. Bundan dərhal sonra iddiaçı məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)940/2021 saylı qərarı əlavə olunmaqla yenidən ərizə ilə Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Müdafiə Nazirliyi ərizəyə xx.xx.2021-ci il tarixli məktubla cavab verərək yenə də “Müharibə Veteranı” vəsiqəsinin dublikatının verilməsindən imtina etmişdir. Daha sonra isə Məhkəmə xx.xx.2021-ci il tarixli məktubu ilə xx.xx.2021-ci il tarixli, 2-1(112)-940/2021 saylı qərarını icra olunması üçün AR Müdafiə Nazirliyinə göndərmişdir. Lakin bugünədək Müdafiə Nazirliyi tərəfindən Məhkəmənin qərarının icrası ilə bağlı hər hansı bir rəsmi məlumat verilməmişdir.
10. Cavabdeh iddia dair imtina məktubuna uyğun etiraz verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2-1(112)-171/2024 nömrəli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilərək, iddiaçıya “Müharibə veteranı” vəsiqəsinin dublikatının veri lməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə iddiaçının 1992-1994-cü illərdə N və N saylı hərbi hissənin tərkibində Ağdərə, Fizuli rayonlarında döyüş əməliyyatlarında iştirak etməsi, bu zaman yaralanması və aldığı xəsarətin səlahiyyətli orqan tərəfindən “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilməsi, həmçinin iddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 78 nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, ailə vəziyyətinə görə, həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunması tam təsdiq edilir. Belə olan halda aydındır ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilm iş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə uyğun olaraq ona müharibə veteranı adının verilməsi üçün tələb olunan bütün şərtləri ödəmişdir. İşdən görünür ki, məhz bu hallar nəzərə alınaraq xx.xx.2000-ci ildə iddiaçıya ilk dəfə müharibə veteranı statusunu təsdiq edən vəsiqə verilmişdir. Cavabdeh iddiaçıya müharibə veteranı statusunun və bunu təsdiq edən vəsiqəsinin verilməsini qəbul etmiş, onun ləğv edilib edilməməsi hallarını araşdırmaq üçün zəruri sorğu göndərmiş, lakin həmin halı aydınlaşdırmadan təqdim edilmiş “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin iddiaçıya “Müharibə Veteranı" vəsiqəsinin dublikatının verilməsinə kifayət etmədiyi barədə hər hansı bir əsaslandırmadan məhrum qənaətə gəlmiş, bununla statusun ləğv edilməməsini və hazırda qüvvədə olduğunu qəbul etmişdir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli 2-1(103)-3667/2024 nömrəli qərarı ilə (hakimlər: E.Əliyev - sədrlik edən və məruzəçi, R.Səmədov və X.Cəmilova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı iddia üzrə iddiaçının artıq mühar ibə veteranı statusunun olduğu müəyyən olunur və iddiaçının həmin statusunun olmaması və ya ləğv edilməsi halı məhkəmə tərəfindən müəyyən edilmir.
16. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən «Veteranlar haqqında» Qanunun 3, 7-ci maddələrinə, eləcədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə istinad etmişdir.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, döyüş əmə liyyatları aparılan zaman iddiaçının N nömrəli hərbi hissədə hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumatın, habelə hərbi biletində mötəbərliyi şübhə doğurmayan hərbi hissənin gerbli möhürü ilə təsdiq olunmuş xidməti və döyüşlərdə iştirakı barədə qeydlər olmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Bu səbəbdən Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası” tərəfindən haqlı olaraq "Müharibə Veteranı" adının və vəsiqəsinin yenidən (təkrar) verilməsindən imtina edilmişdir.
19. Kassator şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnaməyə istinad etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “İnzibati icraat haqqında” Qanun: Maddə
1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.... Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktika sına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu ş əxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 22. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
3. Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğr unda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.... Maddə
7. Veteran adl arının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. …
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994- cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Quba dlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziy a) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəra ətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.
24. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibat i orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməs i vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
25. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, K ASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tət biq olunmuşdur.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı ona “müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsinə yönəlmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus НЗ №6508145 nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1992-xx.xx.1992-ci illərdə N saylı hərbi hissənin tərkibində Ağdərə rayonunun Çıldıran kəndində döyüşlərdə iştirak etmişdir.
33. Həmçinin iş materiallarına olan, Səbail Rayon Hərbi Komissarlığının xx.xx.1999-cu il tarixl i arayışından görünür ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək Milli Ordunun N saylı hərbi hissəsində hərbi xidmət keçmiş və xx.xx.1992-ci ildə Ağdərə rayonu, Çıldıran kəndində gedən döyüşlərdə yaralanmışdır.
34. Bununla bağlı o, səlahiyyətli orqan - Müdafiə Nazirliyinin Hərbi Poliklinikasının (229 №-li Hərbi Poliklinikanın) Hərbi Həkim Komissiyası tərəfindən “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi şəhadətləndirilmişdir.
35. Qeyd edilən səbəblərdən iddiaçıya xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Səbail Rayon Hərbi Komissarlığı tərəfindən müharibə veteranı vəsiqəsi, xx.xx.2004-cü il tarixdə isə təkrar müharibə veteranı vəsiqəsi verilmişdir.
36. Göründüyü kimi iddiaçının hazırkı tələbi “müharibə veteranı” statusunun de yil, artıq onda olmuş həmin status əsasında vəsiqənin dublikatının alınmasıdır. İddiaçı “müharibə veteranı” statusunda olması hazırkı mübahisənin predmetini təşkil etmir.
37. Belə ki, onun “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi barədə inzibati aktın qüvvədən düşməsi, ləğv edilməsi və ya geri çağırılması barədə cavabdeh tərəfindən heç bit sübut təqdim edilməmişdir.
38. Belə olan halda, cavabdehin iddiaçıya “müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsindən imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
39. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 21-24(a) bəndlərində qeyd olunan maddi və prosessual normaların tələblərinə uyğun ol duğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli 21(103)-3667/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.