Məhkəmə qərarları › İş №2-1(102)-717/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-717/2019

27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-717/2019 ALİ MƏHKƏMƏ “IDDIAÇI” MMC-nin Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə 27.02.2019 GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı “IDDIAÇI” MMC-nin vəkili Vəkil və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiаçı “IDDIAÇI” MMC-nin Bakı şəhər İcra Hakimiyyətinə qarşı 08.05.2015-ci il tarixli, *** nömrəli “sərəncamının ləğv olunması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2118/18 saylı 26 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 27.02.2019-cu il tarixdə açıq məhkəmə iclas ında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 22 aprel 1993-cü il tarixli, 694 saylı “Torpaq sahəsi ayrılması haqqında” sərəncamından çıxarışa əsasən “X” Elmi İstehsalat Kommersiya Firmasına 11 fevral 1993-cü il tarixli müraciəti nəzərə alınaraq Suraxanı-X yolunda “X” elektrik yarımstansiyasının şimal-şərqində yardımçı təsərrüfat təşkil edilməsi üçün torpaq sahəsi ayrılmışdır, sərəncamın 47.5-ci bəndində göstərilmişdir ki, torpaq sahəsi ayrılmış məqsəd üçün istifadə olunmalıdır, obyektin tikintisinə ayrılmış torpaq sahəsinin inşaat pasportu alındıqdan və layihə-smeta sənədləri Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıldıqdan sonra başlanılmalıdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilənədək, idd iaçı tərəfindən 02 may 2007-ci il tarixdə sözügedən torpaq sahəsinin kadastr və şəhadətnaməsinin verilməsi ilə bağlı sonuncuya müraciət edilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsi tərəfindən **/**-*** saylı, 18 may 2007-ci il tarixli məktubla cavab verilərək göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 22 aprel 1993-cü il tarixli, 694 saylı sərəncamı ilə «X» Elmiİstehsalat Firmasına Suraxanı-X yolunda «X» elektrik yarımstansiyasının şimal-şərqində yardımçı təsərrüfat təşkil etmək üçün ayrılmış 2,5 ha torpaq sahəsinin cənub hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Qeyd olunan sərəncamda və sərəncamın ayrılmaz hissəsi olan ayrıc aktında yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası çıxılma qla müvafiq dəyişiklik və sahənin sərhədləri bərpa edildikdən sonra müraciətə yenidən baxılacağı iddiaçıya bildirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin **/**-*** saylı, 04 sentyabr 2008-ci il tarixli müşayət məktubu ilə iddiaçının 10 oktyabr 2007-ci il tarixli, 04 saylı müraciətinə cavab olaraq «X-AE» MMC-nin dəqiqləşdirilmiş ayrıc aktı iddiaçıya təqdim olunmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin *** saylı, 08 may 2015-ci il tarixli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin 22 aprel 1993-cü il tarixli, 694 saylı sərəncamının 40-cı bəndi ləğv edilmiş, buna əsas kimi “X” Elm-İstehsalat Kommersiya Firmasına Suraxanı rayonu, Suraxanı-X yolunda, “X” elektrik yarımstansiyasının şimal şərqində yardımçı təsərrüfatın təşkili üçün ayrılmış torpaq sahəsində n uzun müddət istifadə edilməməsi göstərilmişdir. İddiaçı «Iddiaçı» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 08.05.2015-ci il tarixli, ***nömrəli sərəncamının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-654/2017 saylı, 31.08.2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-240/2018 saylı, 08 fevral 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-654/2017 saylı, 31.08.2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Qərardan iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1182/2018 saylı 13 iyun 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-240/2018 saylı, 08 fevral 2018ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2118/18 saylı 26 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-654/2017 sayl ı, 31.08.2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçı “Iddiaçı” MMC-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Məhkəmə hesab etmişdir ki, sözügedən topaq sahəsinin dəqiqləşdirilmiş ayrıc aktının 2008-ci ildə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təqdim olunmasına baxmayaraq iddiaçı həmin torpaq sahəsi üzərində hüquqların dövlət torpaq kadastrında qeydə alınması üçün həmin vaxt fəaliyyətdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsinə müraciət etməmişdir və belə bir müraciətin olması iş materialları ilə öz təsdiqini tapmır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqlarına dai r Dövlət Aktı və ya «Torpaq sahəsinin planı və ölçüsü» olmadığından, onun həmin torpaq sahəsi üzərində də dövlət tərəfindən təminat verilən istifadə hüquqları yaranmadığından iddiaçıya torpaq sahəsinin ayrılmasına dair 22 aprel 1993-cü il tarixli, 694 saylı sərəncamın, torpaq sahəsinin uzun müddət istifadə edilməməsi əsası ilə ləğv edilməsi, həm işin faktiki hallarına həm də qüvvədə olan torpaq qanunvericiliyinin tələlərinə uyğun olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2118/18 saylı 26 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, apellyaisya instansiya məhkəməsi torpaq sahəsindən 2 il ərzində üzürlü səbəb olmadan istifadə edilməməsinə dair araşdır ma aparmamışdır. Bundan əlavə mübahisələndirilən sərəncamın qəbulu zamanı İnzibati icraat haqqında Qanunun təlbərinə riayət edilib-edilməməsi araşdırılmamışdır. Halbuki həmin məsələlərin araşdırılması barədə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1182/2018 saylı 13 iyun 2018-ci il tarixli qərarında birbaşa göstəriş nəzərdə tutulmuşdur. Buna baxmayaraq məhkəmə həmin istiqamətdə araşdırma aparmadan, cavabdeh tərəfindən iddiaçının 2 il ərzində üzürlü səbəb olmadan istifadə edilməməsinə və inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati icraatın aparılması nəticəsində sərəncamın qəbul edilməsinə dair sübutlar təqdim edilməməsinə baxmayaraq iddia tələbini rədd etmişdir. Kassator İnzibati Prosessual Məcəllənin 90 və 96.9cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2118/18 saylı 26 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “IDDIAÇI” MMC-nin vəkili vəkili və nümayəndəsi nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2118/18 saylı 26 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edil məsini məhkəmədən xahiş etmişlər. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2118/18 saylı 26 oktyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə cavabdehin 08.05.2015-ci il tarixli, *** saylı sərəncamında 22 aprel 1993-cü il tarixli, 694 nömrəli “Torpaq sahəsi ayrılması haqqında” sərəncamının iddiaçıya aid hissədə ləğv etməsinin əsası kimi həmin torpaq sahəsindən uzun müddət istifadə edilməməsi göstərilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları ü çün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna hallarda xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin 22 aprel 1993-cü il tarixli, 694 nömrəli “Torpaq sahəsi ayrılması haqqında” sərəncamından görünür ki, iddiaçı ayrılmış torpaq sahəsində obyektin tikintisinə torpaq sahəsinin inşaat pasportu alındıqdan və layihə-smeta sənədləri Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıldıqdan sonra başlaya bilər. Yuxarıda da qeyd olunduğu kimi, torpağın ayrılması haqqında sərəncam verildikdən sonra 1994-cü ildə iddiaçının sifarişi ilə ona ayrılmış torpaq sahəsinin inşaat pasportu hazırlanmış, bundan sonra iddiaçı Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tor paq sahəsinin ayrıc aktı 2006-cı ildə iddiaçıya göndərilmiş, iddiaçı isə 2006-cı ildə yardımçı təsərrüfatda tikinti pasportunun hazırlanmasının dəyəri kimi cavabdehin struktur bölməsinə 1776,07 manat ödəmiş, yardımçı təsərrüfat binalarının layihəsinin planını razılaşdırmaq üçün 15.11.2006-cı ildə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Dövlət Xəritəçəkmə və Torpaq Komitəsinin Bakı şəhər torpaq şöbəsinə kadastr və şəhadətnamə barədə rəy verilməsi üçün müraciət etmiş, həmin dövlət orqanı tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi bildirildiyi üçün iddiaçı dəqiqləşdirilmiş ayrıc aktının tərtib edilməsi ilə bağlı cavabdehin struktur bölməsinə müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi iddiaçıya 2008-ci ildə dəqiqləşdirilmiş ayrıc aktını təqdim etmişdir. İddiaçı bundan sonra yenidən mühafizə zonası ilə bağlı ayrıc aktına dəqiqləşdirmə aparılması barədə müraciət etmiş, 2008-ci ildə iddiaçının sifarişi ilə ona ayrılmış torpaq sahəsində yardımçı təsərrüfat binalarının layihəsinin planı hazırlanmış və layihə təsdiq edilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilmişdir. Həmin müraciətlə bağlı iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinə dəvət edilmiş, lakin iddiaçının direktoru həmin idarədə qəbul edilmədiyi üçün iddiaçı həmin idarəyə 07.01.2013-cü ildə teleqra mla müraciət etmiş, həmin teleqrama cavab verilməmişdir. Bundan sonra iddiaçı həmin teleqrama cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmiş, həmin ərizə hazırda qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edmişdir. Daha sonra iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinə 2014-cü ildə müraciət edərək yardımçı təsərrüfat binalarının layihəsinin razılaşdırılmasına dair göstəriş verilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. Həmin məktuba verilən cavab aydın olmadığı üçün iddiaçı 03.09.2015-ci il tarixli məktubla müraciət edərək yardımçı təsərrüfat binalarının layihəsinin razılaşdırılması üçün iddiaçının rəhbərliyindən nəyin tələb olunduğunu sorğu etmiş, həmin məktub a cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi “Sİqma” Elm-İstehsalat Kommersiya Firmasına Suraxanı rayonu, Suraxanı-X yolunda, “X” elektrik yarımstansiyasının şimali-şərqində yardımçı təsərrüfat təşkil edilməsi üçün torpaq sahəsi ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinin sərəncamının cavabdehin 18.05.2015-ci il tarixli, *** saylı sərəncamı ilə ləğv edildiyini bildirmişdir. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Hazırkı iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1182/2018 saylı 13 iyun 2018-ci il tarixli qərarında ape llyasiya instansiya məhkəməsinə göstəriş olaraq qeyd edilmişdir ki, iddiaçının ona ayrılmış torpaq sahəsindən istifadə etməməsinin üzürlü və ya üzürsüz səbəblərdən baş verməsini işin yuxarıda göstərilən hallarına hərtərəfli qiymət verməklə müəyyən etməli və həmçinin cavabdeh tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən İnzibati icraat haqqında Qanunun tələblərinə cavabdeh tərəfinən riayət edilibedilməməsinə qiymət verilməlidir. Ali Məhkəmənin yuxarıda qeyd edilən göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən riayət edilmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirm ək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu halda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5.1ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İddiаçı “IDDIAÇI” MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2118/18 saylı 26 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar