Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-717/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (üçüncü şəxs Sumqayıt bələdiyyəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirli yi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (üçüncü şəxs Sumqayıt bələdiyyəsi) qarşı onunla mərhum atası X1 arasında notarial qaydada bağlanmış “torpağın icarə hüququnun bağışlama müqaviləsi” əsasında torpaq sahəsi üzərində yaranmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına reyestrdən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14.01.2022-ci il tarixli, 21(105)-120/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında (şifahi məhkəmə baxışı keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİ N HALLARİ
1. İddiaçı (AZE *******, FİN kod: xxxxxxx) xx xxxx 1976-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. Qarabağ müharibəsi veteranı Şıxəliyev Abduləhəd Əlişah oğluna (iddiaçının atası) 50-ci məhəllə ərazisində istehsalat sahəsi yaratmaq məqsədi ilə torpaq sahəsi ayrılması haqqında Sumqayıt şəhər bələdiyyəsinin 30 mart 2007-ci il tarixli, 417 saylı müraciətinə əsasən Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi ayrılması nəzərdə tutulan torpaq sahəsində mühəndisi kommunikasiya xətlərinin olubolmaması haqqında məlumat əldə etmək məqsədi ilə cizgidə göstərilən torpaq sahəsini müvafiq şəhər təşkilatları, eləcə də, X3 İdarəsi, 4 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi və X2 ilə razılaşdırmış, Şıxəliyev Abduləhəd Əlişah oğluna istehsalat sahəsi yaratmaq mə qsədilə 300 kv.m torpaq sahəsi ayrılmasına etiraz etməmişdir.
3. Sumqayıt şəhər bələdiyyəsinin 01 may 2007-ci il tarixli, 581 saylı müraciətinə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şıxəliyev Abduləhəd Əlişah oğluna 50-ci məhəllə ərazisində istehsalat sahəsi yaratmaq məqsədi ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin ölçüsü 300 kv.m olmaqla İİ kadastr qiymət zonasında yerləşməsi müəyyən edilmişdir. Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyi nəzərə alınaraq, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 11.8-ci maddəsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə istinad e dərək torpaq sahəsinin icarə qaydasında sənədləşdirilməsinə etiraz edilməmişdir.
4. Sumqayıt şəhər bələdiyyəsinin 17 may 2007-ci il tarixli 15 nömrəli qərarı ilə Qarabağ müharibəsi veteranı Şıxəliyev Abduləhəd Əlişah oğluna Sumqayıt şəhəri, Çerkassı küçəsində istehsalat sahəsi yaratmaq məqsədi ilə 300 kv.m torpaq sahəsi icarəyə verilmişdir. 5. 1 noyabr 2017-ci il tarixdə Şıxəliyev Abduləhəd Əlişah oğlu torpağa olan icarə hüququnu oğlu İddiaçı bağışlamışdır.
6. Sumqayıt şəhəri, Çerkassı küçəsində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.0232 ha torpaq sahəsi üzərində 21 noyabr 2017-ci il tarixdə iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” verilmiş, plan və ölçünün tərtib edil məsinə əsas Sumqayıt şəhər notariusunun təsdiq etdiyi 3M-856 nömrəli, 01.11.2017-ci il tarixli “Torpaq sahəsinin istifadə (və ya icarə) hüququnun bağışlanma müqaviləsi” və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 042919 nömrəli, 15.04.2016-cı il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” olmuşdur. 7. 22 noyabr 2017-ci il tarixdə Sumqayıt şəhəri, Çerkassı küçəsində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, məqsədli təyinatı sahibkarlıq olan 0.0232 ha torpaq sahəsi üzərində 01.01.2015-31.12.2019-cu il tarixlərdə İddiaçı icarə hüququ qeydə alınmış, icarə hüququnun əvvəlki yüklülüyünün Şıxəliyev Abduləhəd Əlişah oğluna aid olunması qeyd olunmuş və iddiaçıya RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.
8. İddiaçının atası Şıxəliye v Abduləhəd Əlişah oğlu 2 dekabr 2017-ci ildə vəfat etmişdir.
9. Sumqayıt bələdiyyəsi ilə İddiaçı arasında Sumqayıt şəhəri, Çerkassı küçəsi ərazisində yerləşən ümumi sahəsi 232 kv.m olan torpaq sahəsinin 1 yanvar 2020-ci ildən 31 dekabr 2024-cü ilədək icarəyə verilməsi haqqında 17 dekabr 2019-cu il tarixdə 134 nömrəli “Torpaq icarə müqaviləsi” bağlanmışdır.
10. İddiaçı ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) müraciət edərək Sumqayıt şəhəri, Çerkassı küçəsində yerləşən 0,0232 ha torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının aparılmasını, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsini xahiş etmi şdir.
11. Cavabdehin 29.12.2019-cu il tarixli, **********55 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina edilmiş və bildirilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən 01 dekabr 2007-ci il tarixdən sonra bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq və ya müsabiqələri vasitəsilə əldə edə bilər. Müraciətə əlavə edilmiş 22 noyabr 2017-ci il tarixli **********81 reyestr nömrəli dövlət reyestrindən çıxarışdan görün düyü kimi torpaq sahəsi üzərində icarə müddəti 31 dekabr 2019-cu il tarixdə bitmişdir. Odur ki, həmin torpaq sahəsi üzərində icarə müddətinin uzadılması yalnız açıq torpaq hərracı və ya müsabiqəsi ilə mümkündür. Qeyd edilənlərə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla mərhum atası Şıxəliyev Abduləhəd Əlişah oğlu arasında Sumqayıt şəhər 3 saylı notariat kontorunda bağlanmış 1 noyabr 2017-ci il tarixli 3M-856 nömrəli “Torpağın icarə hüququnun bağışlama müqaviləsi” əsasında atası Şıxəliyev Abduləh əd Əlişah oğluna Sumqayıt şəhər Bələdiyyəsinin 17 may 2007-ci il tarixli 15 nömrəli qərarı ilə icarəyə verilmiş, Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində Çerkassı küçəsində yerləşən, sahəsi 232 kvadrat metr olan torpaq sahəsi üzərindəki yaranmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin 17 may 2007-ci il tarixli 15 nömrəli qərarı ilə mərhum atası Qarabağ müharibəsi veteranı Şıxəliyev Abduləhəd Əlişah oğlunun icarəsinə Sumqayit şəhəri 50-ci məhəllə ərazisində Çerkassı küçəsində sahəsi 300 kv.metr olan torpaq sahəsi ayrılmışdı r. İddiaçı ilə mərhum atası arasında Sumqayıt şəhər 3 saylı notariat kontorunda bağlanmış 01 noyabr 2017-ci il tarixli 3M-856 nömrəli torpağın icarə hüququnun bağışlama müqaviləsi əsasında atası Şıxəliyev Abduləhəd Əlişah oğlunun bələdiyyə mülkiyyətində olan və Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində Çerkassı küçəsində yerləşən sahəsi 232 kvadrat metr olan torpaq sahəsi üzərindəki icarə hüququ iddiaçıya keçmişdir. Həmin bağışlama müqaviləsi bağlandıqdan sonra torpaq sahəsinə dair hüququ iddiaçının adına keçmiş və icarənin müddəti 2019-cu ilin sonunadək müəyyən edilmişdir. Bundan sonra iddiaçı torpaq üzərində hüququnun dövlət qeydiyyatı üçün cavabdehə müraciət etmişdir. Daşınmaz Əmlakdan Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən 22 noyabr 2017-ci il tarixində s özügedən torpaq sahəsi üzərində iddiaçının icarə hüququ dövlət qeydiyyatından keçirilmiş və bu barədə ona Seriya RX saylı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” verilmişdir. Həmin çıxarışa əsasən icarə hüququnun yüklülüyü 2019-cu ilin dekabr ayının 31-i tarixinədək müəyyən edilmişdir. İddiaçı 2019-cu ilin dekabr ayında Sumqayıt Bələdiyyəsinə müraciət edərək torpağın icarə müddətinin başa çatmaq üzrə olduğunu bildirmiş və icarə müddətinin uzadılmasını xahiş etmişdir. İddiaçının müraciəti əsasında Sumqayıt bələdiyyəsi sözügedən torpaq sahəsinə dair iddiaçı ilə 17 dekabr 2019-cu il tarixli, 134 nömrəli yeni torpaq icarə müqaviləsi bağlamış və torpağın icarə müddəti 31 dekabr 2024-cü il tarixədək müəyyən olunmuşdur. Bundan sonra idd iaçı torpaq üzərində hüququnun dövlət qeydiyyatı üçün yenidən ərizə ilə cavabdehə müraciət etsə də, bu dəfə cavabdeh hüququnun dövlət qeydiyyatindan imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə verilmiş 29 dekabr 2019-cu il tarixli **********55 nömrəli cavab məktubunda bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində icarə hüququnun müddətinin uzadılmasının yalnız açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ilə əldə edilə bilinəcəyi göstərilərək, torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Halbuki, qanunvericiliklə 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərracı yaxud müsabiqəsi yolu ayrılması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd etdiyi kimi sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla Sumqayıt şəhər bələ diyyəsinin 17 may 2007-ci il tarixli, 15 nömrəli qərarı ilə iddiaçının mərhum atası Şıxəliyev Abduləhəd Əlişah oğlunun icarəsinə ayrıldığından, həmin torpaq sahəsi üzərində yaranmış icarə hüququnun müddətinin uzadılmasına münasibət 2007-ci ilin dekabr ayının 1-dən sonra müəyyən edilmiş bələdiyyə torpaqlarının ayrılmasına dair normalar tətbiq edilə bilməz. Bu müvafiq qanunvericilik aktında da öz əksini tapmışdır. Belə olan halda hesab edir ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası əsassızdır.
14. Birinci instansiya məhkəməsinin 07.10.2020-ci il tarixli qərardadı ilə Sumqayıt bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
15. Cavabdehin etirazı imtina məktubu ilə eyni məz munludur.
16. Üçüncü şəxs Sumqayıt bələdiyyəsi iddia tələbinə yazılı münasibətində iddia tələbinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir.
17. Sumqayıt İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(118)-291/2021 nömrəli qərarı (hakim İ.Quliyev) ilə iddia tələbi rədd edilmişdir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanun normalarına əsasən yalnız istisna olaraq, 28.10.2008-ci il tarixdən əvvəl Azərbaycan Respublikası vətəndaşlarına sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün icarəsinə ayrılmış torpaq sahələrinin icarə müqavilələri açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən uzadıla bilər. Sumqayıt bələdiyyəsi də iddiaçı ilə 17 dekabr 2019-cu il ta rixli, 134 saylı “Torpaq icarə müqaviləsi” bağlamışdır. Lakin bələdiyyə torpaq sahəsinin ilkin icarəyə verilmə və istifadə əsaslarını müəyyən edib qanunvericiliyin imkan verdiyi halda icarə müqaviləsini uzada bilərdi. Lakin cavabdeh inzibati orqana təqdim edilmiş 17 dekabr 2019-cu il tarixli, 134 saylı “Torpaq icarə müqaviləsi”ndə bu hallar müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.
19. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.05.2021-ci il tarixli, 2-1(105)-293/2021 nömrəli qərarı (sədrlik edən Z.Məmmədov, hakimlər F.Məmmədov və H.Babayeva) ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 6 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1487/2021 nömrəli qərarı (sədrlik edən S.Kərimov, hakimlər R.Nəbizadə və Z.Quliyev) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 26.05.2021-ci il tarixli, 2-1(105)293/2021 nömrəli qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmələr tərəfindən “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28.10.2008-ci il tarixli Azərbaycan Respublikası Qanununun 9cu bəndinə istinad edilməsinə baxmayaraq, konkret mübahisəyə münasibətdə həmin normanın tətbiqinə imkan yaradan və açıq torpaq hərracını və ya müsabiqəsini istisna edən halların (həmin normada nəzərdə tutulmuş dispozisiya şərtlərinin) iddiaçıya və hazırkı mübahisəyə münasibətdə mövcud olub-olmaması araşdırılmam ışdır. Bu baxımdan torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinin məqsədi və istifadə təyinatı, yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün ayrılıb-ayrılmadığı məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə müəyyən edilməli idi. Bu halların yoxlanılması və müəyyən edilməsi yuxarıda istinad olunan normanın hazırkı mübahisəyə tətbiqinin mümkünlüyü və iş üzrə düzgün qərarın qəbulu üçün mühüm əhəmiyyət kəsb edir.
25. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında Sumqayıt bələdiyyəsi tərəfindən torpağın icarəyə verilməsi barədə qərarın qəbul edilibedilməməsi haqqında məlumat aşkar edilməmişdir. Məhkəmələr tərəfindən bu hal da yoxlanılmalı və müəyyən edilməli idi. Belə ki, tərəfl ər arasında müqavilənin bələdiyyənin 17.05.2007-ci il tarixli 15 saylı qərarına əsasən bağlanması müəyyən olunarsa, həmin hal tərəflərin iradəsinin müqavilənin müddətinin uzadılmasına yönəldiyini ifadə etmiş olacaqdır. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
26. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2-1(105)-120/2022 nömrəli qərarı (sədrlik edən R.Ağayev, hakimlər İ.Dəmirov və G.Tağızadə) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2-1(118)-291/2021 nömrəli qərarı ləğv edilərək, yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “onunla mərhum atası Şıxəliyev Abduləhəd Əlişah oğlu ar asında Sumqayıt şəhər 3 saylı notariat kontorunda bağlanmış 01 noyabr 2017-ci il tarixli 3M 856 nömrəli "torpağın icarə hüququnun bağışlama müqaviləsi" əsasında atası Şıxəliyev Abduləhəd Əlişah oğlunun Sumqayıt şəhər bələdiyyəsinin 17 may 2007-ci il tarixli 15 nömrəli qərarı ilə icarəsinə verilmiş və Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində Çerkassı küçəsində yerləşən sahəsi 232 kv.m olan torpaq sahəsi üzərindəki yaranmış icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının verilməsi” öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28.10.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsaslanaraq iddia tələbini rədd edərkən konkret olaraq hazırkı mübahisəyə münasibətdə həmin normanın tətbiqinə imkan yaradan və açıq torpaq hərracını və ya müsabiqəsini istisna edən halların (həmin normada nəzərdə tutulmuş dispozisiya şərtlərinin) iddiaçıya və hazırkı mübahisəyə münasibətdə mövcud olubolmamasını araşdırmamış, başqa sözlə, torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinin məqsədi və istifadə təyinatı, yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə zəruri tikililərin inşası üçün ayrılıb-ayrılmadığı halını yoxlamamışdır. İş üzr ə müəyyən edilmişdir ki, İddiaçı ilə bağlanılmış 17.12.2019-cu il tarixli 134 saylı torpaq icarə müqaviləsi heç də müstəqil müqavilə olmayıb mərhum Şıxəliyev Abduləhəd Əlişah oğlu ilə bələdiyyə arasında 17.05.2007-ci il tarixdə bağlanılmış müqavilənin davamı olaraq bələdiyyə ilə əvvəlki icarədarın hüquqi varisi arasında əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsindən ibarətdir. Yəni, istinad olunan qanunvericilik norması da onu özündə ehtiva edir ki, qanunvericinin məqsədi qəbul etdiyi yeni tənzimləmənin tətbiqi zamanı hüquqi sabitlik məqsədləri baxımından əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsindən ibarətdir.
28. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi v ə iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
29. Cavabdeh hesab edir ki, məhkəmə kollegiyası “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28.10.2008-ci il tarixli Qanunun 9-cu bəndinə istinad etsə də, Qanunun tələblərini səhv təfsir etmiş, nəticədə yanlış qərar çıxarmışdır. Həmin normada birmənalı olaraq göstərilmişdir ki, icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Göstərilən halda isə heç bir torpaq hərracı və ya müsabiqəsi keçirilməmiş, maddi hüquq norması pozulmuşdur. Həmin Qanunun 10-cu bəndi də məhkəmə kollegiyası tərəfindən kobud şəkildə pozmuşdur. Belə ki, Sumqayıt şəhəri, Çerkassı küçəsi ərazisində yerləşən 0,0232 ha torpaq sahəsi üzərində icarə müddəti 31.12.2019-cu il tarixində bitmişdir, deməli həmin maddi hüquq normasına görə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər. Yəni, İddiaçı Sumqayıt şəhəri, Çerkassı küçəsi ərazisində yerləşən 0,0232 ha torpaq sahəsini açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə götürə bilərdi. Sumqayıt bələdiyyəsi isə qanunvericiliyin tələblərinə riayət etməyərək birbaşa 17.12.2019-cu il tarixində 134 saylı torpaq icarə müqaviləsi bağlamışdır. Məhkəmə kollegiyası isə bu qanun pozuntusu nu aradan qaldırmaq əvəzinə hesab etmişdir ki, bağlanmış müqavilə heç də müstəqil müqavilə olmamış, mərhum Şıxəliyev Abduləhəd Əlişah oğlu ilə bələdiyyə arasında 17.05.2017-ci il tarixində bağlanmış müqavilənin davamı olaraq bələdiyyə ilə əvvəlki icarədarın hüquqi varisi arasında əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlığının təmin edilməsindən ibarətdir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, icarə hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə mü raciət edən iddiaçı mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
30. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28.10.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu: İX bənd: Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək m əqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. 32. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində malik olduğu səlahiyyətlərindən biridir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daş ınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0.1. qanunla müəyyən edilmiş qa ydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ər izədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə
15. Hüquqların dövlət qeydiyyat ından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olma dıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin va hidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsini n qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Hazırkı qərarın 33-cü bəndində göstərilən normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı gös tərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.
40. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtinasını onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə müddətinin uzadılması yalnız açıq torpaq hərracı v ə ya müsabiqəsi ilə mümkündür.
41. Apellyasiya məhkəməsi isə haqlı olaraq cavabdehin imtinasını və göstərdiyi dəlilləri əsassız hesab etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Bələdiyyəsi 17 may 2007-ci il tarixli 15 saylı qərarı ilə Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində Çerkassı küçəsində istehsalat sahəsi yaratmaq məqsədilə Qarabağ müharibəsi veteranı Şıxəliyev Abduləhəd Əlişah oğluna istehsalat sahəsi yaratmaq məqsədi ilə torpaq sahəsi ayırmış, sonuncu tərəfindən həmin sahədə müvafiq tikili inşa edilmiş, bundan sonra Sumqayıt şəhər 3 saylı notariat kontorunda bağlanmış 1 noyabr 2017-ci il tarixdə təsdiq edilmiş 3M-856 nömrəli “Torpağın icarə hüququnun bağışlama müqaviləsi” əsasında icarə hüququnu oğluna – iddiaçıya bağışlamış və sonuncunun icarə hü ququ daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı ******* nömrəli çıxarışla ********** saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Sumqayıt Bələdiyyəsi 17 may 2007-ci il tarixli 15 saylı qərara və Daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı ******* nömrəli çıxarışına əsaslanaraq iddiaçı ilə 17 dekabr 2019-cu il tarixdə 134 saylı torpaq icarə müqaviləsi bağlamışdır.
42. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ilə bağlanılmış 17 dekabr 2019-cu il tarixli 134 saylı torpaq icarə müqaviləsi heç də müstəqil müqavilə olmayıb, mərhum Şıxəliyev Abduləhəd Əlişah oğlu ilə bələdiyyə arasında 17 may 2007-ci il tarixdə bağlanılmış müqavilənin davamı olaraq bələdiyyə ilə əvvəlki icarədarın hüquqi varisi arasında 12 dekabr 2008-ci ildən əvvəl yaranm ış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsindən ibarətdir.
43. Hazırkı qərarın 31-ci bəndində qeyd olunan maddi hüquq normasına əsasən bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Həmin qanun 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş, dərc edildiyi, yəni 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmişdir.
44. İşin mübahisəsiz halı ondan ibarətdir ki, mərhum Şıxəliyev Abduləhəd Əlişah oğlu 17 may 2007-ci il tarixli bələdiyyə qərarı üzrə icarə hüquqlarını notarial qa ydada iddiaçıya bağışlamış və iddiaçı həmin müqavilə əsasında olan icarə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Qeyd edilən xüsusatlar cavabdeh tərəfindən də mübahisələndirilməmişdir.
45. Qanunvericilikdə torpaqlara münasibətdə icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi barədə tələb 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş və 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmiş qanunun tətbiqi ilə yaranmış və bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olaraq qeyd edilmişdir.
46. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı ilə üçüncü ş əxs arasında icarə hüquq münasibətləri cavabdehin imtinasında, etirazında və kassasiya şikayətinin dəlillərində istinad etdiyi qanunvericilik normasının tətbiqdən əvvəl meydana gəlmiş və bu xüsusat yeni qanunla da icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi tələbinin tətbiq olunduğu torpaq sahələrinə aid edilməmişdir.
47. Apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2-1(105)-120/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
48. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
49. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. S umqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2-1(105)-120/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.