Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-717/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4, Cavabdeh6, İbrahimova (Dostəliyeva) Reyhanə Əbülfəs qızına, İbrahimova (Dostəliyeva) Rəna Əbülfəs qızına, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Kuhi (Dostəliyeva) Gülarə Əbülfəs qızına, X4 qarşı işi üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü; inzibati məhkəmə icraatının iştirakçısı olmayan şəxs tərəfindən verilmiş şikayət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4, Cavabdeh6, İbrahimova (Dostəliyeva) Reyhanə Əbülfəs qızına, İbrahimova (Dostəliyeva) Rəna Əbülfəs qızına, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Kuhi (Dostəliyeva) Gülarə Əbülfəs qızına, X4 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiya ödənilməklə fərdi yaşayış evinin boşaldılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(103)-68/2022 nömrəli qərardadından Cavabdeh15 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
1. İddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehlərə 72907 manat məbləğində kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-85/2020 nömrəli qərarı (hakim: X2) ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınmas ı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı həmin əmlakın 1/24 hissəsinin mülkiyyətçisi Cavabdeh5 17706.42 manat, 1/48 hissəsinin mülkiyyətçisi Cavabdeh6 8853.21 manat, 1/32 hissəsinin mülkiyyətçisi İbrahimova (Dostəliyeva) Reyhanə Əbülfəs qızına 13279.81 manat, 1/32 hissəsinin mülkiyyətçisi İbrahimova (Dostəliyeva) Rəna Əbülfəs qızına 13279.81 manat, 1/96 hissəsinin mülkiyyətçisi Cavabdeh7 4426.60 manat, 1/96 hissəsinin mülkiyyətçisi Cavabdeh8 4426.60 manat, 1/96 hissəsinin mülkiyyətçisi Cavabdeh9 4426.60 manat, 1/32 hissəsinin mülkiyyətçisi Cavabdeh10 13279.81 manat, 1/32 hissəsinin mülkiyyətçisi Cavabdeh11 13279.81 manat, 1/96 hissəsinə Cavabdeh 12 4426.60 manat, 1/96 hissəsinin mülkiyyətçisi Cavabdeh13 4426.60 manat, 1/96 hissəsinə Cavabdeh14 4426.60 manat, 1/32 hissəsinin mülkiyyətçisi Kuhi (Dostəliyeva) Gülnarə Əbülfəs qızına 13279.81 manat, 1/4 hissəsinin mülkiyyətçisi X4 106238.50 manat və 1/6 hissəsinin mülkiyyətçisi Cavabdeh1 70825,67 manat məbləğində kompensasiya ödənilməklə cavabdehlər tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi boşaldılması qərar alınmışdır.
3. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Ələkbər Dostalizadə, Cavabdeh5, Vidadi Dostaliyev, Gülnarə Abbasova, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər.
4. X11 və X3 da həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia təl əbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(103)-68/2022 nömrəli qərarı ilə (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X5 və X17) cavabdehlərin şikayəti təmin edilməyərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(103)-68/2022 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından verilmiş apellyasiya şikayəti Cavabdeh15 və X6 münasibətdə mümkün sayılmamışdır.
7. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2020 saylı, xx.x x.2020-ci il tarixli qərarından cavabdehlərlə birlikdə, işdə iştirak etməyə cəlb edilməyən X3 və X11 apellyasiya şikayəti vermişlər. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 81.2-ci maddəsinin tələbinə əsasən yalnız inzibati məhkəmə icraatının iştirakçıları şikayət verə bilər. İşdə iştirak etməyə cəlb edilməyən digər şəxslər belə bir hüquqa malik deyildir. Cavabdeh15 və X11 məhkəmə icraatının tərəfi olmamışdır. Beləliklə, işdə iştirak etməyən, yəni proses iştirakçısı olmayan şəxslərin prosessual qanunvericiliyin qeyd olunan tələbi baxımından Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından apellyasiya şikayəti vermək hüququna malik olmadıqlarından, onların apellyasiya şikayəti üzrə məhkəmə icraatı mümkün sayıla bilməz.
8. Cavabdeh15 həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
9. Kassasiya şikayətində qeyd edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən istinad edilən və iş materiallarına əlavə edilmiş DƏDRX tərəfindən daşınmaz əmlakın hüquqi vəziyyəti ilə bağlı arayışda göstərilmişdir ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 129,9 kv. m. olan 7 otaqlı fərdi yaşayış evi (yerləşdiyi 0,02067 ha torpaq sahəsi üzərində mülkiyyət növü - dövlət, hüququn növü-istifadə) paylı mülkiyyətdə olmaqla X7, X8, X9, X1 və X13 adına ilkin qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 4Ə/165 reyestr nömrəli xx.xx.2001-ci il tarixli alqı- satqı müqaviləsinə əsasən X9 1/5 hissəsindən 1 otaq (11,7 kv.m.) X10 adına qeydiyyatdan keçmişdir. xx.xx.2001-ci il tarixli 2v-165 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X9 1/5 hissədən qalan hissə xx.xx.2009-cu il tarixdə Cavabdeh15 adına qeydiyyatdan keçmişdir. Həmin hallar, Apellyasiya Məhkəməsinin 2(103)-3580/22 saylı həmin iş üzrə yeni baxış ərəfəsində araşdırılaraq, bu iş üzrə iddiaçının təqdim etdiyi xüsusatların iftira, yanlış, faktiki hallara uyğunsuz, eləcə də, məhkəmə araşdırmasını yayındırma niyyətli olması səbəbindən rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Beləliklə, göstərilən şəxslərin həmin əmlaka hüquqları müəyyən edilsə də, eləcə də, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/20 20 saylı həmin iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə həmin şəxslərin prosessual hüquqları ilə bağlı məsələyə münasibət bildirildiyi halda Bakı Apellyasiya Məhkəməsinin 2- 2(103)-68/22 saylı həmin iş üzrə xx.xx.2022ci il tarixli qərardadı ilə həmin şəxslərin konstitusion və prosessual hüquqları bir-başa pozulmuş hesab edilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri
11. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qərardadını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə
27. İnzibati məhkəmə icraatının iştirakçıları 27.0. Aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.1. iddiaçı (və ya bu Məcəllənin 1 32-ci maddəsinə uyğun olaraq ərizəçi); 27.0.2. cavabdeh; 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. Maddə
81. Apellyasiya şikayəti vermək hüququ 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının t əqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikay ətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri nə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
16. Belə ki, İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
17. İşin halları ilə müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2020 saylı, 28 avqust 2020-ci il tarixli qərarından cavabdehlərlə birlikdə, inzibati məhkəmə icraatının iştirakçısı olmayan X3 apellyasiya şikayəti vermişdir.
18. Yuxarıda qeyd olunan normaya əsasən yalnız inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə qərarından apelyasiya şikayəti verə bilər. Belə ki, tərəflər və məhkəmə icr aatına cəlb olunmuş üçüncü şəxslər apellyasiya şikayəti verə bilər. İşdə iştirak etməyə cəlb edilməyən digər şəxslər belə bir hüquqa malik deyildir.
19. Beləliklə, Cavabdeh15 prosessual qanunvericiliyin qeyd olunan tələbi baxımından Bakı İnzibati Məhkəməsinin 2-1(112)-85/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından apellyasiya şikayəti vermək hüququna malik olmadığından, onun apellyasiya şikayəti üzrə məhkəmə icraatı mümkün sayıla bilməz.
20. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsində və “İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məh kəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında tənzimlənmişdir. Cavabdeh15 izah edilir ki, həmin normaların tələbinə uy\un qaydada üçüncü şəxs kimi məhkəmə icraatına cəlb olunması ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər.
22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh15 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2022-ci il tarixli, 2-1(103)-68/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.