Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-717/2024 26.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxs qismində icraata cəlb edilmə barədə vəsatət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzillərə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrındə qeydiyyata alınaraq texniki pasportun tərtib edilməsi və rey estrdən çıxarışın verilməsi tələbinə dair iddiası üzrə ərizəçilər Ağazadə Qəhrəman Səlim oğlu və Süleymanova Ziba Zaur qızı tərəfindən verilmiş “üçüncü şəxs qismində cəlbetmə” barədə vəsatətə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2270/2018 nömrəli qərardadından ərizəçilər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2017-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi ev 94, mənzil 9, 12 və 14a-nın ölçüləri dəqiq göstərilməklə mülkiyyət hüququnu təsdiq edən sənədin və texniki pasportun tərtib edilməsi ni xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2017-ci il tarixli, **********56 nömrəli məktubla müraciəti təmin etməkdən imtina edərək bunu onunla əsaslandırmışdır ki, mənzillərin dövlət reyestrlərində qeydiyyatdan keçən sahəsi ilə faktiki istifadə olunan sahəsi arasında fərq mövcuddur. Faktiki istifadə olunan sahələrin dəqiqləşdirilməsi haqqında hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən ərizənin icrası qeyri-mümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1, 9 saylı mənzilə dair ümumi sahəsi 31.4 kv.m kimi göstərilməklə, ünvan 1, 12 saylı mənzil ə dair ümumi sahəsi 36.3 kv.m göstərilməklə, ünvan 1, 14 a saylı mənzilə dair ümumi sahəsi 133.2 kv.m kimi göstərilməklə, yeni qeydiyyat aparılmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsinə və 500 manat maddi və 2000 manat mənəvi zərərin ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
4. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia ərizəsinin 29-cu bəndi üzrə iddia tələbinin, “Mirzə Mənsur küçəsi, ev 94, 12 saylı mənzilə dair ümumi sahəsi 36.4 kv.m kimi göstərilməklə”, 30-cu bəndi üzrə isə iddia tələbinin Mirzə Mənsur küçəsi, ev 94, 14 a saylı mənzilə dair 125.7 kv.m mənzilin iç ölçüləri və 7.5 kv.m faktiki ölçüləri olmaqla köməkçi sahə üzrə ümumi sahəsi 133.2 kv.m göstərilməklə yeni qeydiyyatın aparılması və texniki pasportun verilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1232/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 1, 9 saylı mənzilə dair ümumi sahəsi 31.4 kv.m kimi göstərilməklə, ünvan 1, 12 saylı mənzilə dair ümumi sahəsi 36.4 kv.m göstərilməklə, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, ev 94, 14 a saylı mənzilə dair ümumi sahəsi 133.2 kv.m kimi göstərilməklə İddiaçı adına dövlət reyestrində qeydə alınması, həmin mənzillərə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi v əzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə olunmuş, iddia maddi və mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməmişdir.
6. İddiaçı qərardan apellyasiya şikayəti vermiş, qərarın təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
7. Cavabdeh qərardan apellyasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(103)-2270/2018 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi M əhkəməsinin 2-1(81)-1232/18 saylı iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmiş, ünvan 1 ünvanında yerləşən 14 a saylı mənzilə dair ümumi sahəsi 129,39 kv.m kimi göstərilməklə iddiaçının adına dövlət reyestrində qeydə alınması, həmin mənzilə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi, qərarın qalan hissələrdə isə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b. Kassasiya instansiyası məhkəməsindəki icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-646/2019 saylı qərarı ilə iddiaçı və cavabdehin kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)-2270/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. b. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat 12. 26.07.2023-cü il tarixdə ərizəçi Ağazadə Qəhrəman Səlim oğlu apellyasiya instansiyası məhkəməsinə həmin iş üzrə üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatətlə müraciət etmişdir.
13. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə icraat təzələnməli, ərizəçi işə üçüncü şəxs qismində cəlb edilməklə həmin işə yenidən baxılmalıdır. Belə ki, bu iş üzrə 2018ci ildə şahidin və üçüncü şəxsin iştirakı olmadan məhkəmə baxışı keçirilməklə xəbəri olmadan qərar verilmiş, iddiaçı onun razılığı olmadan (15 kv m) ümumi sahəni zəbt etməklə 14a saylı mənzilin sahəsinə daxil etmiş, həmin mənzildə bu məqsədlə istinad divarlarını dağıtmış, qoruq ərazisində arxitektur mədəniyyətini pozmuş, çöl taxta divarları kərpic divarlarla əvəzlənmişdir. Ümumi mətbəxin təyinatını dəyişdirməklə 12 saylı mənzilin sahəsinə yaşayış sahəsi kimi daxil etmişdir. Mülkiyyətçisi olduğu mənzil isə 94 həyətində 14a mənzilinin tam üzərində yerləşdiyini və iddiaçının bu qanunsuz əməlləri nəticəs ində ona məxsus mənzildə divarlar çatlamış, qəzalı vəziyyət yaranmış, mənzil mətbəxsiz qalmışdır. 14. 04.10.2023-cü il tarixdə X2 Zaur qızı apellyasiya instansiyası məhkəməsinə həmin iş üzrə üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatətlə müraciət etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2270/2018 saylı qərardadı ilə ərizəçilər Ağazadə Qəhrəman Səlim oğlu və Süleymanova Ziba Zaur qızı tərəfindən verilmiş oxşar məzmunlu vəsatətlər təmin edilməmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə qəbul edilmiş qərarlar iddiaçı üçün yeni vəziyyət yaratmamışdır. Qəbul edilmiş məhkəmə aktlarından istifadə etməklə təmir-bərpa, eləcə də yenidənqurma işləri belə aparılmamış, yalnız inzibati orqanla arasında hüquqi münasibətlər t ənzimlənmişdir. Belə ki, 14a saylı mənzil üzrə aparılmış təmir işləri 2006-2007-ci illəri əhatə etmiş, bu da İçərişəhər Dövlət TarixMemarlıq Qoruq İdarəsinin ərizəçi Ağazadə Qəhrəman Səlim oğluna xx.xx.2023-cü il tarixdə ünvanlanmış cavab məktubunda da öz əksini tapmışdır.
17. Həmçinin Qoruq İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ərizəçiyə məxsus 9a saylı mənzildə hər hansı qəzalı vəziyyət müəyyən edilməmişdir.
18. Vəsatətdə qeyd edilən ərizəçinin razılığı olmadan, iddiaçının 15 kv.m ümumi həyət sahəsinin zəbt edilərək 14a saylı mənzilə daxil edilməsi, həmçinin həmin mənzildə istinad divarlarının sökülməsinə dair dəlilini sübut etmək üçün ərizəçi hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Əksinə, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023 tarixli etiraz əri zəsinə əlavə edilmiş xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli ekspert rəylərindən görünür ki, sözügedən 14a saylı mənzildə heç bir istinad divarları sökülməmiş və faktiki vəziyyət Qoruq İdarəsinin təqdim etdiyi arxiv sənədi ilə eynilik təşkil edir. Qoruq İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə 94 saylı binanın texniki-cizgi planı olan arxiv sənədi də məhkəməyə təqdim edilmişdir.
19. Qoruq İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, sözügedən mənzildə təmir-tikinti işləri 2006-cı il tarixdə İdarənin nəzarəti altında aparılmış və inşaat norma və qaydalarına uyğun bərpa-təmir işləri həyata keçirilmiş və ərizəçinin qeyd etdiyi ümumi həyətin zəbt edilməsi faktı heç bir sənəddə öz təsdiqini tapmamışdır.
20. Daha sonra, ərizədə qeyd edilən ümumi mətbəxin təyinatını də yişdirərək 12 saylı mənzilin sahəsinə daxil edilməsi faktı üzrə qeyd edilməlidir ki, ərizəçi tərəfindən məhkəməyə heç bir sənəd təqdim edilməmiş, iddiaçı tərəf isə öz etiraz ərizəsində 12 saylı mənzilin texniki pasportunun hələ 2004-cü ildən mövcud olmasına dair sənəd təqdim etmiş və məhkəmədə qaldırılan iddia tələbində iş üzrə cavabdeh olan AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsindən yalnız mənzilin ümumi ölçülərinin dəqiqləşdirilməsini xahiş etmişdir.
21. İş materiallarında olan 26 Bakı Komissarı adına X1 İcraiyyə Komitəsinin 1979-cu il tarixli 104 nömrəli qərarı ilə 12 saylı mənzil üzərinə birinci mərtəbədə yerləşən 10 kv m yaşayış otağı verilmişdir və bu sənəd hüquqmüəyyənedici sənəd olmaqla 12 saylı mənzilin faktiki ölçülərini təşkil edir və ümumi istifadə sahəsinə aidiyyəti yo xdur.
22. Digər ərizəçinin vəsatətinə dair məhkəmə kollegiyası qeyd edir ki, X2 Zaur qızının təqdim etdiyi Səbail rayon İcra Hakimiyyəti başçısının 2 iyun 1994-cü il tarixli 1771 nömrəli Sərəncamı, 94 saylı binanın 14a saylı mənzili üzərinə verilmiş, bu hüquqmüəyyənedici sənəd 14a saylı mənzilin dövlət qeydiyyatından keçməsinə əsas olmuş, mülkiyyət hüquqlarının məlum mənzil üzrə göstərilən ölçülər daxilində tanınmış və qanuni əsaslarla digər mülkiyyətçilərə ötürülmüşdür. X2 Zaur qızının 14a saylı mənzil üzrə heç bir mülkiyyət hüququ qalmamışdır. İddiaçı da sözügedən 14a saylı mənzili tək payla alqı-satqı yolu ilə almışdır.
23. Belə olan halda, məhkəmə kollegiyası hazırki iş üzrə çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə aktlarının ərizəçilər Ağazadə Qəhrəman Səlim oğluna və Süleymanova Ziba Zaur qızının hər hansı qanuni mənafeyinə toxunmasının iş üzrə müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, ərizəçilərin işə cəlb olunması barədə vəsatətləri təmin edilməməlidir.
24. Ərizəçilər həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Ağazadə Qəhrəman Səlim oğlunun kassasiya şikayətinin dəlilləri
25. Şikayətin dəlillərinə görə, bu iş üzrə 2018-ci ildə şahidin və 3-cü şəxsin iştirakı olmadan məhkəmə baxışı keçirilməklə onun xəbəri olmadan qərar verilmişdir. Onun mülkiyyət hüquqları pozulmuşdur.
26. İddiaçı Qəhrəman Ağazadənin razılığı olmadan (15kv.) ümumi həyət sahəsini zəbt etməklə 14a saylı mənzilin sahəsinə daxil etmiş, həmin mənzildə bu məqsədlə istinad divarlarını dağıtmış, qoruq ərazisində arxitektur mədəniyyəti pozub çöl taxta divarları kərpic divarlarla əvəzlənmişdir. Ümumi mətbəxin təyinatını dəyişdirməklə 12 saylı mənzilin sahəsinə yaşayış sahəsi kimi daxil etmişdir. Mülkiyyətçisi olduğum 9a mənzili 94 həyətində 14a - mənzilinin tam üzərində yerləşir. İddiaçının bu qanunsuz əməlləri nəticəsində mənə məxsus 9a mənzilində divarlar çatlamış, qəzalı vəziyyət yaranmış, mənzil mətbəxsiz qalmışdır. Məhkəmədə üçüncü şəxs kimi hüquq və mənafelərim müdafiə olunmamışdır. İddiaçının qanunsuzluqları müdafiə olunaraq belə bir qətnamə çıxarılmışdır.
27. Qəzalı vəziyyət qismən aradan qaldırmaq üçün Q.Ağazadə 2022-ci il tarixdən ümumi məhkəmədən 9a mənzilinin 2 metrlik sol cinah istinad divarın bərpası və v urulmuş ziyanın ödənilməsi tələbini qaldırsa da qüvvədə olan 2018-ci il qərarı əsasında verilmiş iddiaçıya məxsus yeni texniki sənədlər və bunun əsasında ekspert rəyi buna mane olmuşdur. İddiaçı 4 ədəd 30 kv.metr sahəli tarixi əhəmiyyətli mənzili birləşdirməklə 133kv.m sahəli 14a mənzili quraşdırmış, bununla da tarixi saxtalaşdırmışdır. İddiaçı ilə arasında 2016-ci il tarixdən mübahisə getmiş, iddiaçı qanunsuz hərəkətlərin rəsmiləşdirmək üçün 2018-ci ildə İnzibati Məhkəməyə müraciət etmiş, əsl niyyətini məhkəmədən gizlətmişdir. Mübahisələrin davamı olaraq xx.xx.2023-cü il tarixdə iclas təyin olunmaqla İnzibati Məhkəmədə iş icraatdadır. Aşağıdakı qaydada inzibati mübahisələrə son qoya bilər: 1. 9A mənzilindən qəzalı vəziyyəti qismən aradan qaldırmaq üçün 2 metrlik sol cinah istinad divarı y erinə bərpa olunmalı, 12 saylı mənzilin tərkibinə yaşayış sahəsi kimi salınmış 14 kv.metr ümumi mətbəx təyinatı üzrə ümumi istifadəyə qaytarılmalı, zəbt olunmuş 13.kv metr ümumi həyət sahəsi 94 sakinlərinin istifadəsinə qaytarılmalıdır.
2. Qoruğa aid 17 kv metr sahə boşaldılmalı və abidə sahələri köhnə vəziyyətinə qaytarılmalı, 14 A mənzili çöl divarın taxta aynabəndlə əvəzlənməsi təmin olunmalıdır.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 12 və 14A saylı mənzillərin sahələrinə dair əlavə hüquqmüəyyənedici sənədlərin olmaması səbəbindən inzibati mahiyyətli məhkəmənin köhnə qərarları ləğv olunmalıdır.
4. Süleymanova Zibaya məxsus 14A mənzilinə özbaşına daxil edilmiş sanitar qovşağı.köçürülən 33 kv.metr sahəli 2-ci dəhliz üzrə mülkiyyətçi hüquqları bərpa ol unmalıdır. b. Süleymanova Ziba Zaur qızının kassasiya şikayətinin dəlilləri
28. Şikayətin dəlillərinə görə, bu iş üzrə 2018-ci ildə onun iştirakı olmadan məhkəmə baxışı keçirilməklə qərar verilmişdir. Onun mülkiyyət hüquqları pozulmuşdur.
29. İddiaçı Z.Süleymanovanın razılığı olmadan (15kv.) ümumi həyət sahəsini zəbt etməklə 14a saylı mənzilin sahəsinə daxil etmiş, həmin mənzildə bu məqsədlə istinad divarlarını dağıtmış, qoruq ərazisində arxitektur mədəniyyəti pozub çöl taxta divarları kərpic divarlarla əvəzlənmişdir. Ümumi mətbəxin təyinatını dəyişdirməklə 12 saylı mənzilin sahəsinə yaşayış sahəsi kimi daxil etmişdir. Pyaçiqorskaya məxsus yaşayış sahəsi 20,5 kv.m olan bir otaqlı mənzili və qonşu sahəsi cəmi 33kv.m olan (hazırki texniki sənəddə 2-ci dəhliz otağı və sanitar qovşağı) digər m ənzili isə Erməni millətinin nümayəndəsindən köç zamanı qeyri-rəsmi alınıb. Z.Süleymanova 1994-cü ildə Səbail rayon İcra Hakimiyyətinin sərəncamı ilə 20,5 kv.m sahə üzrə kirayə müqaviləsi bağlayıb. 33 kv.m digər sahə isə yalnız faktiki istifadəsində qalmışdır.
30. Z.Süleymanovaya məxsus 14a mənzilin ZaminBank kredit müqaviləsinin pozulması bəhanəsi ilə cəmi 76,5 kv.m sahəsini iddiaçının sifarişi ilə hərracla balansına keçirmiş, Z.Süleymanovanın istifadəsində olan mübahisəli digər 33kv.m sahə isə yenə onun istifadəsində qalmaqda davam etmişdir. 14a mənzilin Rəşad ZaminBankdan aldıqdan sonra köçürmə icra işi zamanı Z.Süleymanova mənzildə olan 39.000 manatlıq əşyanı həmin 33kv.m sahəyə köçürmək məcburiyyətində qalmışdır. Sonra iddiaçı ilə münaqişəsi düşmüş, dözülməz şəraitdə yaşayış ünvanın ı dəyişməyə məcbur olmuşdur. Daha sonra, iddiaçı 2018-ci ildə Z.Süleymanovadan xəbərsiz Z.Süleymanovanın istifadəsində olan 33 kv.m sahəni mülkiyyətində olan 76,5kv.m sahəyə birləşdirməklə özgəninkiləşdirmə etmişdi, 33kv.m sahədəki 39.000 manatlıq əşyaların yerin dəyişmək bəhanəsi ilə onlardan da heç bir məlumatı yoxdur. b. İddiaçının kassasiya şikayətlərinə qarşı etirazının dəlilləri
31. Məhkəmə gedişatı dövründə, cavabdeh tərəf özü, həm apellyasiya, eləcə də kassasiya şikayətlərində, potensial üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilə biləcək şəxslərin dairəsini sadalayaraq, “İçərişəhər” Qoruq İdarəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Səbail rayon İcra Hakimiyyətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin adlarını çəkmiş və subyektiv maraqlarının qorunmasında şikayətlərini əsaslandırmağa çalışmışlar.
32. Həm apellyasiya, eləcə də kassasiya məhkəmələri də öz xidməti vəzifələrinə uyğun olaraq, sözügedən inzibati orqanları üçüncü şəxs qismində, məhkəməyə cəlb etməyi lazım bilməmiş və ya zərurət halı kimi görməmişlər.
33. Beləliklə, İnzibati icraat və İnzibati aktın qəbulu ilə əlaqədar olan iddia tələbində, ərizəçi olan subyektin, üçüncü şəxs qismində işə cəlb edilməsi, sonuncunun, subyektiv hüququnun olmaması səbəbindən, mübahisə edilən hüquq münasibətində şərtləndirilə bilməz.
34. Belə ki, qəbul edilmiş inzibati Qərarlar yalnız iddiaçı üçün hüquq müəyyənedici sənədlər olmaqla, ümumi bina üzrə faktiki vəziyyət üzərində hərəkətliliyə səbəb olmamışdır.
35. Digər bir tərəfdən, sözügedən mənzillərdə təmir işləri 2006-2007-ci illərdə həyata keçirilmiş, ərizəçi isə 94 saylı binadan 9a saylı mənzilini 2016-cı ildə almışdır. Yəni, 2018-ci il üzrə qəbul edilmiş İnzibati İcraat üzrə Qərarlar, 2006-2007-ci ildəki faktiki və qanuni vəziyyətin hüquqi əsası kimi qəbul edilmiş məhkəmə aktları olmaqla, yalnız hüquq müəyyən edən olduğundan, ərizəçi üçün yeni vəziyyət yaratmır və bu hal sonuncu üçün dəyişməz olaraq qalır ( Qoruq İdarəsinin xx.xx.2023-cü il tarixlı məktubuna bax.)
36. Şikayətdə qeyd edilir ki, guya iddiaçı ümumi həyət ərazisinin 15 kv.metr sahəsini zəbt etmiş və 14a saylı mənzilinə daxil etmiş və bütün bunları ərizəçinin razılığı olmadan etmişdir.
37. Əvvəla, iddia edilən hərəkət ərizəçi tərəfindən əsaslandırılmalı və sübut edilməlidir. İkincisi, şikayət ərizəsində yazılanların tam əksini iddiaçı rəsmi sənədlərlə sübut etmiş olduğund an, ərizəçinin yalan danışdığının bir daha şahidi oluruq və nəhayət yuxarıda qeyd edildiyi kimi, 2006-2007-ci illərdə ərizəçi ümumiyyətcə 94 saylı həyətdə yaşamamış və yalnız 10 ildən sonra, sözügedən həyətin mülkiyyətçisinə çevrilmişdir.
38. Şikayətdə bildirilir ki, iddiaçı hansısa mətbəxin təyinatını dəyişdirməklə onu 12 saylı mənzilinə yaşayış sahəsi kimi daxil etmişdir. Bununla əlaqədar iddiaçı bildirir ki, 12 saylı mənzilin texniki pasportu hələ 2004-cü ildən mövcud olmuşdur və cavabdeh tərəfdən də bu barədə iddiaçının tələbi, yalnız 2 otaqlı mənzilin ümumi ölçülərində dəqiqlik aparılması olmuşdur. Yəni sözügedən 12 saylı mənzilin birinci mərtəbədə yerləşən hissəsi üzrə heç bir təmir işləri də aparılmamışdır.
39. Şikayətdə ərizəçiyə məxsus 9a saylı mənzildə divarların çatlaması qeyd e dilir və bunun səbəbi kimi 14a saylı mənzil göstərilir.
40. Birincisi, yuxarıda bəhs edilən 12 saylı mənzil, 9a saylı mənzillə qonşu deyil və ortaq divarları da yoxdur. 14a saylı mənzildə isə heç bir istinad və s. yükdaşıyan divarlara dəyilməmişdir və əksinə ərizəçiyə məxsus 9a saylı mənzildə 0.70 metr qalınlığında istinad divarı, 7 metr uzunluğunda sökülmüşdür və deyilənlər mötəbər sənədlərlə sübut olunur.
41. Daha sonra, kassasiya şikayətində qeyd edilir ki, guya iddiaçı “dörd mənzili birləşdirərək 14a saylı mənzilin sahəsini məlum həddə quraşdırmış, bununla da tarixi saxtalaşdırmışdır.” Halbuki, 14a saylı mənzil tək payla iddiaçıya məxsusdur və heç bir başqa mənzil ilə birləşdirilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
42. İnzibati Prosessual Məcəllə: Maddə
28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs bar əsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).... 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şi kayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
43. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
44. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
45. Şikayətlər aşağıdakı səbəblərə görə təmin oluna bilməzlər.
46. İPM-in 28-ci maddəsinin müddəalarının tələblərindən göründüyü kimi, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qi smində inzibati məhkəmə icraatına o hallarda cəlb edə bilər ki, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı müəyyən edilmiş olsun, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirsin. Həm də şəxsin icraata cəlb edilməsinə əsas verən hallar və şərtlər iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə müəyyən edilməlidir (28.1 və 28.2-ci maddələr).
47. Hazırkı işdə İPM-in 28.1 və 28.2-ci maddələrində təsbit edilən və ərizəçilərin icraata cəlb edilmələrinə əsas verən hallar və şərtlər müəyyən edilməmişdir.
48. Həmçinin ərizəçilər tərəfindən də onların icraata cəlb e dilmələrinə əsas verən hallara dair sübutlar apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir.
49. Məhkəmə kollegiyası bu qənaətə gələrkən, həmçinin nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həddə təmin edilmişdir.
50. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiyası məhkəməsi ərizələrin əsasları ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi, həm də əvvəlki icraat zamanı tədqiq edilmiş sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edir.
51. Apellyasiya instans iyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətlərin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas vermir.
52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2270/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.