Məhkəmə qərarları › İş №2-1(102)-718/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-718/2019

27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-718/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon Şöbəsinə qarşı 04.11.1996-cı il tarixdən 23.01.2012-ci il tarixədək işlədiyi müddətin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-612/18 saylı 27 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 27.02.2018-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 04.11.1996-cı il tarixdən 23.01.2012-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində yerləşən Rusiya Federasiyasına məxsus **** nömrəli hərbi hissənin yeməkxanasında mətbəx işçisi işləmişdir. İddiaçı ona əlilliyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 18.04.2018-ci il tarixli **/** nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, o, 04.11.1996-cı il tarixdən 23.01.2012-ci il tarixədək Rusiya Federasiyasına məxsus hərbi hissədə işlədiyindən və q anunverciliklə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqqı ödəmədiyindən həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Bununla razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04.11.1996-cı il tarixdən 23.01.2012-ci il tarixədək işlədiyi müddətin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisаdi Məhkəməsinin 10 sentyabr 2018-ci il tаrixli, 2-1(84)-1065/2018 saylı qərarı ilə (hаkim Rüfət Məcidov) iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsinin üzərinə iddiaçı Iddiaçı 04.11.1996-cı il tarixdən 23.01.2012-ci il tarixədək işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilm əsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsi Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 10 sentyabr 2018-ci il tаrixli, 2-1(84)-1065/2018 saylı qərarından apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-612/18 saylı 27 noyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibatiİqtisаdi Məhkəməsinin 10 sentyabr 2018-ci il tаrixli, 2-1(84)-1065/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-612/18 saylı 27 noyabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə “Azərbaycan Respublik ası Höküməti ilə Rusiya Federasiyası Höküməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Saziş 03 aprel 2001-ci ildə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müvafiq Qanunla təsdiq edilsə də Rusiya Federasiyası tərəfindən adı çəkilən Saziş ratifikasiya edilməmişdir. Həmin Sazişin 12.1-ci maddəsinə əsasən bu saziş, tərəflərin onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurlarını yerinə yetirməsi haqqında sonuncu yazılı bildiriş verilən tarixdən qüvvəyə minir. “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğvi haqqında” AR Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası beynəlxalq müqavilələrin onun üçün məcburiliyinə razılığını müqavilənin imzalanması, müqaviləni təşkil edən sənədlərin mübadiləsi, müqavilənin ratifikasiyası, qəbul edilməsi,təsdiq edilməsi, ona qoşulma vasitəsilə və razılığa kələn tərəflərin şərtləşdiyi hər hansı başqa üsulla ifadə edə bilər. Həmin Qanunun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin ratifikasiyası haqqında Azərbaycan Respublikasının qanunu əsasında müvafiq icra hakimiyyəti orqanı ratifikasiya sənədini (təsdiqnaməni) imzalayır. Həmin Qanunun 12-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və ya həmin orqanın tapşırığı ilə Azərbaycan Respublikasının müvafiq dövlətdəki diplomatik nümayəndəliyi və ya beynəlxalq konfransda, beynəlxalq təşkilatda və ya onun orqanlarının birindəki nümayəndəliyi təsdiqnamələri mübadilə edir və onları saxlanmaq üçün depozitariyə verir. Qanunun məzmununa əsasən Azərbaycan Respublikasını n tərəfdar çıxdığı beynəlxalq müqavilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunduqdan müqaviləni təsdiq edən təsdiqnamə imzalayır və beynəlxalq müqavilənin digər tərəfi olan dövlətin aidiyyəti müqaviləni təsdiq edən təsdiqnamələri ilə mübadilə edilir və yalnız bu halda beynəlxalq saziş Azərbaycan Respublikasının qanunvericilik sisteminin sisteminin tərkib hissəsinə çevrilir. Belə olan halda 03.04.2001-ci il tarixdə “Azərbaycan Respublikası Höküməti ilə Rusiya Federasiyası Höküməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Saziş 03 aprel 2001-ci ildə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müvafiq Qanunla təsdiq edilsə də Rusiya Federasiyası tərəfindən adı çəkilən Saziş ratifikasiya edilmədiyindən, sazişin Azərbaycan Respubli kası ərazisində heç bir hüquqi qüvvəsi yoxdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2; 2.2; 8; 10; 21.1 və 23-cü maddələrinə uyğun olaraq, D.Cəlilovanm pensiya hüququ müəyyən olunarkən 01.01.1992-ci il tarixədək keçmiş SSRİ ərazisində iş müddəti nəzərə alınmaqla, 01.01.2006- cı il tarixədək olan dövr üzrə 11 il sığorta stajı təsdiq olunmuşdur. Lakin, 01.01.1992-ci ildən sonrakı dövr üzrə əmək fəaliyyəti Rusiya Federasiyasına məxsus hüquqi subyektdə olmuş və 3 həmin dövrdə iddiaçı qazandığı əmək haqqından Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. «Qanun"un 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasın dan, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin fəaliyyət müddəti sığorta stajına daxil edilir. Eyni zamanda, həmin Qanunun 23.1-ci maddəsində, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrünün Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə sığorta stajına daxil edilməsi nəzərdə tutulmuşdur. **/** işlədiyi hərbi hissə Azərbaycan Respublikasının ərazisində, Rusiya Federasiyası tərəfindən icarəyə götürülmüş torpaq sahəsində fəaliyyət göstərsə də, hərbi hissənin ərazisi Rusiya Federasiyasının ərazisi hesab olunmuş, həmin ərazidə Rusiya Federasiyasının dövlət bayrağı asıl araq, Moskva şəhəri ilə eyni saat qurşağı tətbiq olunmuş və ərazi Rusiya Federasiyasının silahlı qüvvələri tərəfindən mühafizə olunmuşdur. Həmin hərbi hissədə çalışan işçilərə ödənilən əməkhaqqı Rusiya Federasiyasının dövlət büdcəsindən maliyyələşdirilmiş, bu əməkhaqqından Azərbaycan Respublikası Dövlet Sosial Müdafiə Fonduna hər-hansı məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya sahəsində əməkdaşlıq və bir dövlətin ərazisindəki iş dövrünün digər dövlətdə tanınması barədə hər-hansı müqavilə mövcud deyildir. Həmçinin, «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununda, məcburi dövlət sosial sığorta haqları qismində əməkhaqqının 22%-i həcmində məbləğin işəgötürən müəssisə tərəfindən, 3%-i həcmində (bu faizlə göstəricilər ayrı- ayrı dövrlərdə dəyişmişdir) məbləğin isə, işçiyə verilən əməkhaqqından tutularaq ödənilməsi nəzərdə tutulmuşdur. Dövlət Sosial Müdafiə Fonduna ödənilməli olan 22 % əməkhaqqı fonduna üstəlik işəgötürən müəssisə tərəfindən ödənilməməklə bərabər, Iddiaçı aldığı əməkhaqqından tutularaq ödənilməli olan 3% məcburi dövlət sosial sığorta haqları da ödənilməmişdir. «Qanunun» 23.2-ci maddəsinə əsasən isə, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRl-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Kassator hesab edir ki, məhkəmə düzgün olmayaraq hərbi hissənin ərazisini Azərbaycan Respublikasının ərazisi hesab etmişdir. Bundan əlavə, məhkəmə öz qərarında pensiya təyin olunarkən iş stajının əmək kitabçasına ə sasən müəyyən edilməli olduğu müddəasına istinad etmişdir. Halbuki, pensiya təyin olunarkən iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olduğu müddəası, əmək kitabçasının istisnasız qəbul edilməsi hökmü ilə eyniləşdirilə bilməz. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 90, 91, 94,96-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-405, 407, 417.4, 418-ci maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-612/18 saylı 27 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxçayaraq cav abdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı vəkilsiz təmsil olunduğundan işə onun izahatı alınmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-612/18 saylı 27 noyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçı 03.06.1967-ci il tarixdə anadan olmuş və 04.11.1996-cı il tarixdən 23.01.2012-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində yerləşən Rusiya Federasiyasına məxsus ****nömrəli hərbi hissənin yeməkxanasında mətbəx işçisi işləmişdir. İddiaçı 01.06.2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04.11.1996-cı il tarixdən 23.01.2012-ci il tarixədək işlədiyi müddətin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. İşə baxan məhkəmələr iddiaçının tələbini təmin etsələr də iddiaçının pensiya hüququnun yaranıb-yaranmaması məsələsinə qiymət vermədən işə baxmışlar. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçı 03.06.1967-ci il təvəllüdlü olmaqla iddia ərizəsini məhkəməyə təqdim edərkən 51 yaşında olmuşdur. Belə olan halda ilk növbədə işə baxan məhkəmələr iddiaçının pensiya hüququnun olub-olmamasına qiyməıt verməli, daha sonra isə iddiaçının iş stajının müəyyən edilməsi məsələsini həll etməlidirlər. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almadan qərar qəbul etmişdi r. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yan ında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon Şöbəsinin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-612/18 saylı 27 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar