Məhkəmə qərarları › İş №2-1(102)-718/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-718/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-718/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya icraatının mümkünsüzlüyü, şikayətə vəkilin orderinin əlavə edilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplomun tanınması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 2-1(103)61/2021 nömrəli, 28 yanvar 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Respublikasının İ.İ.Meçnikov adına Odessa Milli Universiteti tərəfindən verilmiş 30 iyun 2015-ci il tarixli, Dİ seriyalı, xxxx nömrəli ali təhsil haqqında bakalavr diplomunun ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydada nostrifikasiya olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2 -1(82)1604/2019 saylı qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia təmin edilmiş, Ukrayna Respublikası İ.İ.Meçnikov adına Odessa Milli Universiteti tərəfindən iddiaçının adına verilmiş 30.06.2015-ci il tarixli, Dİ xxxx nömrəli diplom üzrə aldığı ixtisasın tanınması və müvafiq ekvivalentlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

3. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olunmasını iddianın təmin olunmamasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2055/2019 nömrəli iş üzrə 05 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.Ə.Baxışova, hakimlər: V.Ə.Baxışova və H.Ü.Həmidov) cavabdehin apelyasiya şikayəti təmin ed ilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2-1(82)- 1604/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

5. İddiaçı həmin qərarla razılaşmayaraq kassasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-3482/2019 nömrəli iş üzrə 17 dekabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: X.A.Məmmədov, hakimlər: R.S.Nəbizadə və A.S.Hüseynov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2055/2019 nömrəli iş üzrə 05 sentyabr 2019-cu il tarixli qər arı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-61/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və A.Ə.Hüseyn) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2-1(82)- 1604/2019 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

8. İddiaçı həmin qərarla razılaşmayıb kassasiya şikayəti vermiş, qərarın ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ

9. İddiaçının kassasiya şikayətini nəzər dən keçirərkən müəyyən edilmişdir ki, şikayət Vəkil1 tərəfindən imzalansa da, onun müvafiq səlahiyyətini təsdiq edən vəkil orderi şikayətə əlavə edilməmişdir.

10. Bununla əlaqədar iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə baxılması 04 may 2021-ci il tarixinə təyin edilmişdir. Həmin tarixdə iddiaçı və şikayəti imzalamış vəkil məhkəmə iclasına gəlməmiş, qeyd edilən çatışmazlıq da aradan qaldırılmamışdır. Odur ki, məhkəmə iclası 18.05.2021-ci il tarixinə təxirə salınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:

11. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiyanın mümkün sayılmamasını xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məh kəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 67.1 Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız v əkillə birgə iştirak edirlər. Maddə 407.3 Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 407.4 Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

14. Azərbaycan Respublikası Vəkillər X1 27.09.2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Vəkil orderi və ondan istifadə haqqında” Əsasnamə: Maddə 1.5. Vəkil orderi (bundan sonra - order) – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, i nzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir (1 nömrəli Əlavə).

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3 Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasın a və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Bu Qərarın 13-14-cü bəndlərində qeyd edilən normaların tələbindən göründüyü kimi, kassasiya şikayəti və kil tərəfindən tərtib edilib imzalanmalı, şikayətə vəkilin orderi əlavə edilməlidir.

17. İddiaçının şikayətinə vəkilin orderi əlavə edilmədiyindən onun dinlənilmə hüququnun təmin edilməsi üçün verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə baxılması 04 may 2021-ci il tarixinə məhkəmə iclasına təyin edilmiş, bu barədə iddiaçıya və şikayəti imzalamış Vəkil1 müvafiq məhkəmə bildirişi göndərilməklə yuxarıda qeyd olunan çatışmazlığın aradan qaldırılması, vəkilin orderinin təqdim edilməsi təklif olunsa da, həmin çatışmazlıq aradan qaldırılmamış, onlar məhkəmə iclasına gəlməmişlər. Kassasiyanın mümkünlüyünə baxılması ilə bağlı məhkəmə iclası təxirə salınmaqla, 18 may 20121-ci il tarixinə təyin edilmiş, iddiaçıya və Vəkil1 eyni məzmunlu məhkəmə bildirişi göndərilməklə qeyd edilən çatışmazlığın aradan qaldırılması təkrarən təklif edilmişdir. Eyni zamanda, 04 may 2021-ci il tarixdə iddiaçının kassasiya şikayətini imzalamış Vəkil1la telefon vasitəsi ilə əlaqə saxlanılaraq səlahiyyətini təsdiq edən müvafiq orderin təqdim edilməsi ona təklif olunmuş, vəkil kassasiya şikayətinə ilk dəfə Ali Məhkəmədə baxılarkən order təqdim edildiyi üçün yeni orderin təqdim edilməsinə zəruriyyət görmədiyini bildirmişdir. Beləliklə də, 18 may 2021-ci il tarixdə keçirilən məhkəmə iclasına da iddiaçı və şikayəti imzalayan Vəkil1 gəlməmiş, qeyd edilən çatışmazlıq aradan qaldırılmamışdır.

18. Vəkil1 kassasiya şikayətinə ilk dəfə Ali Məhkəmədə baxılarkən order təqdim edildiyi üçün yeni orderin təqdim edilməsinə zəruriyyət olmaması barədə mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, vətəndaşlara göstərilən hüquqi yardımın daha da təkmilləşdirilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 27.09.2018-ci il tarixli qərarı ilə “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamə təsdiq edilmişdir. Vəkil1 mövqeyi həmin Əsasnamənin tələblərinə ziddir. Qeyd olunmalıdır ki, vəkil orderi vəkilə bir məhkəmə instansiyasında, bir dəfə, yəni həmin məhkəmə instansiyasında bir icraat başa çatanadək təmsilçilik və hüquqi yardımın göstərilməsi üçün verilir. Bu tələb istinad edilən Əsasnamənin 1.5-ci maddəsinin mahiyyətindən irəli gəlir.

19. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Odur ki, şikayətin qəbulundan imtina edilməlidir.

20. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası Qərara aldı: Bakı Ap elyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-61/2021 nömrəli, 28 yanvar 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar