Məhkəmə qərarları › İş №2-1(102)-718/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-718/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-718/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi və işə bərpa 22.04.2022 giriş hissəsi: Hakimlər: Quliyev Zakir Müslüm oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü X10 tərəfindən onun barəsində qəbul olunmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair xx.xx.2020-ci il tarixli, 015 əç nömrəli əmrin ləğv edilməsi və N saylı hərbi hissənin 2-ci motoatıcı taborunun motoatıcı bölüyünün m otoatıcı taqımının motoatıcı manqasının komandiri vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-53/2022 saylı, 18 yanvar 2022ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. SHXÇDX-nin Ağdaş rayon şöbəsində qeydiyyatda olan iddiaçı xx.xx.2016-cı ildə N nömrəli hərbi hissə komandirinə ərizə ilə müraciət edərək müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmasını xahiş etmişdir.

2. Hərbi xidmətə qəbul haqqında xx.xx.2016-cı il tarixli Bağlaşmaya əsasən N nömrəli hərbi hissə komandiri şəxsində müvafiq dövlət orqanı ilə baş çavuş İddiaçı arasında N il müddətində həmin hərbi hissədə əsgər-çavuşun vəzifəsində xidmətə qəbul edilmişdir.

3. Həqiqi hərbi xidmətin müddətinin uzadılmasına dair Bağlaşmaya əsasən iddiaçı MAHHXHQ vəzifəsində həqiqi hərbi xidmət müddətinin 5 il xx.xx.2024-cü ilədək artırılmasını xahiş etmiş və bu müvafiq dövlət orqanının rəhbəri tərəfindən təsdiqlənmişdir.

4. MAHHXHQ-nın baş çavuşu – iddiaçı xx.xx.2019-cu il tarixli raportla iş və vəzifəsinin öhdəsindən gəlməkdə çətinlik çəkdiyi üçün “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “d” bəndinə əsasən aşağı vəzifəyə köçürülməsi barədə komandanlıq qarşısında vəsatət qaldırılması üçün Batareya komandirinə müraciət etmişdir.

5. N nömrəli hərbi hissənin müddətdən artıq həq iqi hərbi xidmət qulluqçularının şərəf məhkəməsinin xx.xx.2020-ci il tarixli 53 saylı Protokoluna əsasən hərbi hissə komandiri tərəfindən qəbul edilmiş qərara əsasən gündəlikdə duran məsələ, N nömrəli hərbi hissənin 2-ci tabor 6-cı çölük 1-ci taqım 1-ci manqa komandiri vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu baş çavuş – iddiaçı hərbi manqasına təhkim olunmuş ərazini təmizlətdirmədiyi, manqanın adlı siyahısını vaxtlı-vaxtında işləmədiyi, subordinasiya qaydalarına əməl etmədiyi, tabeçiliyində olan şəxsi heyətin zahiri görünüşünə diqqət yetirmədiyi və s. məsələlərlə bağlı şəxsin işinə baxılmasından ibarət olmuş və qeyd edilən məsələ ilə bağlı müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu baş çavuş – iddiaçı dinlənilərkən ona qarşı deyilən iradlarla razı olmayar aq bölük komandirinin ona qarşı qərəzli xidmət apardığını bildirmişdir.

6. N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının şərəf məhkəməsinin xx.xx.2020-ci il tarixli 60 saylı Protokoluna əsasən hərbi hissə komandiri tərəfindən qəbul edilmiş qərarla gündəlikdə duran məsələ, N nömrəli hərbi hissənin 2-ci tabor 6-cı çölük 1-ci taqım 1-ci manqa komandiri vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu baş çavuş İddiaçı sıra düzülüşlərinə gecikdiyi, çölük növbətçi olduğu zaman naryad nəfərlərinin düzgün xidmət etmələrinə nəzarət etmədiyi, xidmət yerini tərk etməyə meylli olduğu, komandirlərini aldatmağa cəhd göstərdiyi və s. məsələlərlə bağlı şəxsin işinə baxılmasından ibarət olmuş və qeyd edilən məsələ ilə bağlı müddətdən artıq həqiqi hərb i xidmət qulluqçusu baş çavuş –iddiaçı dinlənilərkən məhkəmədə ona qarşı deyilən iradlarla razı olmadığını bildirmişdir.

7. N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının şərəf məhkəməsinin xx.xx.2020-ci il tarixli 60 saylı Qərarı ilə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu baş çavuş – iddiaçının xidmətə uyğunsuzluqla Azərbaycan Respublikası silahlı qüvvələrindən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. 8. 4-cü X6 xx.xx.2020-ci il tarixli 015 əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, 888-ci motoatıcı briqadanın 8882ci motoatıcı taborunun motoatıcı taqımının motoatıcı manqasının komandiri baş çavuş – iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4-cü X10 tərəfindən onun barəsində qəbul olunmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair xx.xx.2020-ci il tarixli, 015 əç nömrəli əmrin ləğv edilməsi və N saylı hərbi hissənin 2-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri vəzifəsinə bərpa olunması və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ona ödənilməsi” tələbinə dair iddiasının təmin edilməsi b arədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, 4 noyabr 1989-cu il tarixdə anadan olmuş, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2009-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət keçmiş və DQK-nın xx.xx.2015-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır. Bundan sonra xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək N saylı hərbi hissədə, xx.xx.2016cı il tarixdən xx.xx.2017-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək N saylı hərbi hissəd ə müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. 4-cü X6 xx.xx.2020-ci il tarixli, 015 əç nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında əsasnamənin” 156-cı maddəsinin "e" bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Qeyd olunan əmri qanunsuz və əsassız hesab edir. Belə ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri vəzifəsində xidmət keçdiyi dövrdə bölük komandiri ondan həmin bölükdə olan əsgərlərdən pul yığmağını tələb etdikdə o bundan imtina elədiyi üçün bölük komandiri ilə münasibətləri pisləşmiş və bölük komandiri hərbi rütbəsindən və vəzifəsindən istifadə edərək onunla ədavət aparmış və onu işdən çıxarmaqla hədələmişdir. 06 mart 2020-ci il tarixdə, təxminən saat N radələrində hərbi hissədə xidmətdə olduğu vaxt digər müddətdən artıq xidmət edən hərbi qulluqçu Elvin Novruzov bölüyün şəxsi heyətinin qarşısında onu ağır ifadələrlə təhqir edərək onun yumruqla baş nahiyəsinə və təpiklə sinə nahiyəsinə vurmuş və bununla bağlı o, bölük komandirinə müraciət etdikdə komandir onun müraciətinə heç bir reaksiya verməmişdir. Bundan sonra o tabor komandirinin təlim-tərbiyə işləri üzrə müavininə müraciət etmiş, o da onun müraciətinə laqeyd münasibət göstərərək bu məsələnin onun səlahiyyətlərinə aid olmadığını bildirmişdir. Belə olduqda o bu məsələnin həll olunması ilə bağlı tabor komandirinə müraciət etmiş və tabor komandiri də onun müraciətinə heç bir reaksiya verməmişdir. Daha sonra o hərbi hissə komandirinin təlim-tərbiyə işləri üzr ə müavininə müraciət etmiş, o da eynilə onun müraciətinə laqeyd münasibət göstərmiş, bundan sonra o məcbur olub Sumqayıt Hərbi Prokurorluğuna yazılı ərizə ilə müraciət etmişdir. Bununla əlaqədar müddətdən artıq xidmət edən hərbi qulluqçu Elvin Novruzova qarşı cinayət işi açılmış və hazırda qeyd olunan cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Hərbi prokurorluğa müraciət etdikdən sonra tabor komandiri və bölük komandiri onunla ədavət aparır, hər vasitədən istifadə edərək hərbi hissə komandanlığı və şəxsi heyət qarşısında onu nüfuzdan salaraq onun hərbi xidmətdən uzaqlaşdırılmasına çalışmışlar. Bunun nəticəsi olaraq o, 17 mart 2020-ci il tarixdən 05 aprel 2020-ci il tarixədək növbəti məzuniyyətində olduğu dövrdə ona məlumat verilmədən, onunla heç bir söhbət aparılmadan onun "Hərbi x idmətkeçmə haqqında əsasnamənin" 156-cı maddəsinin "e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə əmr verilmişdir. "Hərbi xidmətkeçmə haqqında əsasnamənin" 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Ona ehtiyata buraxılmağı ilə bağlı heç bir xəbərdarlıq edilməyib. Bütün bu göstərilənlər bir daha sübut edir ki, onun "Hərbi xidmətkeçmə haqqında əsasnamənin" 156-cı maddəsinin "e" bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə əmr qanunsuz və əsassızdır. Həmçinin o, həqiqi hərbi xidmət keçdiyi dövr ərzində qü sursuz xidmətinə görə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0751 nömrəli 20 iyun 2019-cu il tarixli əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi yubiley medalı ilə təltif olunmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir.

11. İddiaçının nümayəndəsi F.Q.Əlimərdanov xx.xx.2021-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək inzibati iş üzrə vermiş olduqları iddia tələbini dəqiqləşdirərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri tərəfindən R.İsmayılov barəsində qəbul olunmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağa dair xx.xx.2020-ci il tarixli, 015 əç nömrəli əmrin ləğv edilməsini və R.İsmayılovun N saylı hərbi hissənin 2-ci motoatıcı taborun un motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri vəzifəsinə bərpa olunması və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsini xahiş etmişdir.

12. Cavabdehin iddiaya etirazında qeyd edilir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N N-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 015 əç nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndi ilə ehtiyata buraxılmışdır. İddiaçı barədə təqdimat (raport) səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaya təqdim edilmiş və müvafiq əmrə əsasən ehtiyata buraxılmışdır. N N-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 100 N-li əmrilə iddiaçıya əmr elan edilmiş və sənədləri ona təqdi m edilərək şəxsi heyətin siyahısından çıxarılmışdır (əmrdən çıxarış etiraza əlavə edilir). Ehtiyata buraxıldığdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuş, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N N-li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 015 əç nömrəli əmri ilə tanış olmuş və əmri icra etmişdir. Belə olan halda iddiaçı həmin dövrdə barəsində qəbul edilmiş qərarlardan narazı qaldığına görə şikayət instansiyalarına müraciət etmək hüququndan istifadə edə bilərdi və bunun üçün bütün imkanlara malik olmuşdur. Hərbi qulluqçuların vəzifəyə təyin edilməsi (azad edilməsi), xidmət yerinin dəyişdirilməsi, həqiqi hərbi xid mətdən ehtiyata və istefaya buraxılması, hərbi rütbələrin verilməsi (aşağı salınması, məhrum edilməsi) və sair Azərbaycan Respublikasının “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsi ilə tənzimlənir. Hərbi qulluqçuların yuxarıda sadalanan hallardan asılı olmayaraq məzuniyyətdə olan hərbi qulluqçular barəsində müvafiq komandirin (rəisin) əmrinin imzalanması üçün qadağaedici müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinə əsasən bu məcəllə hərbi qulluqçulara şamil edilmir. Lakin, iddiaçı bunu etməmişdir 34 gün vaxt keçdikdən sonra barəsində qəbul edilmiş qərarı mübahisələndirir. Bununla da o, qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd oluna nlara əsasən qənaətə gəlinir ki, iddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır. Burada qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir: “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir.” «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3-cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini arada n qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradır. İPM-in 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətinə qaldırıla bilər. «İnzibati icraat» haqqında Azərbaycan Respublika sı Qanununun İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi haqqında 62-ci maddəsində inzibati aktın qəbul olunması haqqında rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Burada inzibati orqan hansı formada istifadə etməklə rəsmi məlumatın çatdırılması inzibati orqanın diskresion səlahiyyətlidir. («İnzibati icraat» haqqında Qanunun şərhi) Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Qeyd olunana əsasən iddiaçı qüvvədə olmuş mülki-prosessual və qüvvədə olan inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respu blikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia müddətinin üzrlü səbəblər olmadan buraxılması iddianın rədd edilməsi üçün əsasdır. Hesab edirlər ki, məhkəmə, ilk növbədə, iddianın mümkünlüyü məsələsinə yuxarıda qeyd edilən prosessual-hüquq normalarına əsasən qiymət verməlidir. Belə ki, hüquqi mübahisənin bütün mərhələsində (iddia məhkəməyə daxil olduqda, məhkəmə baxışının vaxtı təyin edildikdə, məhkəmə baxışına hazırlıq aparıldıqda, məhkəmə qərarına apellyasiya və ya kassasiya şikayətinə əsasən yenidən baxdıqda) məhkəmə daim işin faktiki hallarını nəzərdən keçirməli, iddianın mümkünlüyünü yoxlamalıdır. İddianın əsaslığının araşdırılması üçün əsas şərt iddianın mümkün olmasıdır. Yəni məhkəmənin iddianın mahiyyəti üzrə qərar qəbul edə bilməsi üçün mümkünlük şərtləri mövcud olmalıdır. Çünki, Azərbaycan Respublikasının “İnzibati-Prosessual Məcəlləsinin” kommentariyasında (müəlliflər Səyyad Kərimov, Günəş Vəliyevə) iddia müddəti haqda 38-ci maddənin şərhində iddia müddətinə əməl olunması bəndində (səhifə 149) göstərilmişdir ki, “həm mübahisələndirmə, həm də məcburetmə haqqında iddia növündə 30 günlük müddət ərzində iddia ərizəsinin məhkəməyə təqdim olunması idd ia müddətinə əməl olunma kimi qiymətləndirilir. İddiaçı iddia ərizəsini məhkəməyə deyil, inzibati icraatda və ya şikayət instansiyasında inzibati işə baxmış inzibati orqana təqdim edilə bilər. Ərizənin 30 gün ərzində müvafiq inzibati orqana təqdim edilməsi də, iddia müddətinə riayət olunduğu hal kimi qiymətləndirilməlidir”.

13. Cavabdehin nümayəndəsi E.V.Şərifov, eyni zamanda iddiaçının nümayəndəsi və vəkili F.Q.Əlimərdanov məhkəməyə vəsatət təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyini əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi ilə əvəz edilməsini xahiş etmişlər.

14. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Resp ublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi ilə əvəz edilməsi qərara alınmışdır.

15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-4447/2020 saylı qərardadı (hakim R.L.Kərimli) ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” barədə iddia tələbinə dair inzibati işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

16. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X3, 2-1(118)-476/2021 saylı iş) 2 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissə komandiri tərəfindən iddiaçının barəsində qəbul olunmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağına dair xx.xx.2017 -ci il tarixli, 015 əç nömrəli əmrinin ləğv edilməsi, iddiaçının N saylı hərbi hissənin 2-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının motoatıcı manqasının komandiri vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi qərara alınmışdır.

17. Sonradan Sumqayıt İnzibati Məhkəməsinin 6 iyul 2021-ci il tarixli qərardadı ilə 2 iyun 2021-ci il tarixli qərarında buraxılmış yanlışlıqlar düzəldilərək “xx.xx.2017-ci il” tarixinin “xx.xx.2020-ci il” tarixi kimi oxunması qərara alınmışdır.

18. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının Xidməti Vərəqəsinin təsdiqlənmiş surətindən göründüyü kimi, iddiaçının xidməti uyğunsuzluğuna səbəb kimi, xidmətdə buraxdığı nöqsanları və intizam pozuntularına görə bir neçə dəfə “töhmət”, “şiddətli töhmət" və 1 dəfə "vəzifəsinə uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehi tədbirləri tətbiq olunmuşdur. Lakin qeyd olunan intizam tənbehlərinə cəlb edilməsi haqqında İddiaçı məlumatlı olması barədə hər hansı bir dəlil aşkar edilmədi. İddiaçı barəsində keçirilən şərəf məhkəməsi haqqında qərarda və iclas protokolunda İddiaçı iştirak etməsi göstərilsə də, onun həmin məhkəmədə iştirakını sübut edəcək hər hansı dəlilə rast gəlinmədi. Bu isə İddiaçı hazırki, məhkəmə iclasında dediklərini bir daha sübut edir. Belə ki, İddiaçı özündən yüksək rütbəli zabitlər tərəfindən ona müxtəlif vaxtlarda onun intizam tənbehinə cəlb edilməsini söylədikləri və sonradan həmin tənbehlərin ona rəsmi qaydada təqdim edilməməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin” prinsiplə rinə ziddir. Hazırki halda N saylı Hərbi Hissə komandirinin 31 mart 2020-ci il tarixli, 015 əç nömrəli əmrinin qəbul edilməsi zamanı “Hərbi vəzifə və xidmət haqqında” Qanunun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmasını təsdiq edən hallar iş üzrə öz təsdiqini tapdığından iddia əsaslıdır və təmin edilməlidir.

19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X7məruzəçi, X2 və X9, 2-1(105)-53/2022 saylı iş) 18 yanvar 2022-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək, Sumqayıt İnziba ti Məhkəməsinin 2 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir.

21. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2019cu il tarixli raportu ilə də təsdiq edilir ki, İddiaçı iş və vəzifəsinin öhdəsindən gəlməkdə çətinlik çəkdiyi üçün aşağı vəzifəyə köçürülməsi barədə Batareya komandirinə raportla müraciət etmişdir. O da, xüsusilə qeyd edilməlidir ki, məhkəmə kollegiyasının iclasında şahid qismində izahatları dinlənilmiş mayor X4 və baş leytenant X1 ifadələrində qeyd edilən nöqsanlar məhz İddiaçı Xidməti Vərəqəsindən öz əksini tapan nöqsanlarla üst-üstə düşür. Yəni adı çəkilən Xidməti Vərəqədən görünür ki, İddiaçı xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək müxtəlif nizam-intizam qaydalarını pozduğuna görə 29 (iyirmi doqquz) dəfə “töhmət” və ya “şiddətli töhmət”, 1(bir) dəfə isə “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” cəza növü elan olunmuşdur (i.v.196-203). O da nəzərə alınmalıdır ki, bu pozuntular məhz İddiaçı iş və vəzifəsinin öhdəsindən gəlməkdə çətinlik çəkdiyi üçün aşağı vəzifəyə köçürülməsi barədə komandanlığa raportla müraciət etdiyi xx.xx.2019-cu il tarixdən sonra baş vermişlər.

22. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Apellyasiya məhkəməsinin qərarında iddiaçının şərəf məhkəməsində iştirak etməsi barədə izahat verməsi ilə bağlı göstərdikləri tamamilə əsassızdır. Məhkəmə öz qərarında iddiaçının adından bu cür təhrif olunmuş izahatı qeyd etməklə kobud prosessual pozuntuya yol vermişdir.

22. İşə baxan birinci instansiya məhkəməsinin qərarının təsviri hissəsində iddianın rədd edilməli olduğunun qeyd edilməsi, qərarın forma və məzmununa riayət olunmaması kimi qiymətləndirilə və həmin qərarın apellyasiya qaydasında ləğv olunması üçün əsas ola bilməz. Bundan başqa birinci instansiya məhkəməsinin mövcud olmayan xx.xx.2017-ci il tarixli əmri ləğv etməsi ilə bağlı göstərilənlərlə bağlı qeyd edilməlidir ki, məhkəmə qərarında əmrin tarixi səhvən xx.xx.2017-ci il kimi göstərilsə də, sonradan məhkəmənin 2-1(118)-476/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin yanlışlıq düzəldilmiş və “xx.xx.2017-ci il” tarixi “xx.xx.2020-ci il” tarixi kimi oxunmas ı qərara alınmışdır. Ona görə də birinci instansiya məhkəməsinin mövcud olmayan xx.xx.2017-ci il tarixli əmri ləğv etməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanunsuz və əsassız. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”:

155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Qanuna uyğun olaraq aparılır: (-); b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərb i xidmətdən buraxılması bu Əsasnamənin 156-159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir.

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: (-); e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuların dan başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); (-). 25. “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

28. Həqiqi hərbi xidmətin növləri 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; (-). 28.5. Müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunun 36.1.1-ci maddəsində müəyyən edilmiş şəxslər aiddirlər. Maddə

40. Həqiqi hərbi xidmətdən buraxılma 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 40.2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə

41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aş ağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (-); 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (-); 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə.

26. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadın ı) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

27. İddiaçının kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. İddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə apellyasiya məhkəməsinin qərarında iddiaçının şərəf məhkəməsində iştirak etməsi barədə izahat verməsi ilə bağlı göstərdikləri tamamilə əsassızdır. Məhkəmə öz qərarında iddiaçının adından bu cür təhrif olunmuş izahatı qeyd etməklə kobud prosessual pozuntuya yol vermişdir. İşə baxan birinci instansiya məhkəməsinin qərarının təsviri hissəsində iddianın rədd edilməli olduğunun qeyd edilməsi, qərarın forma və məzmununa riayət olunmaması kimi qiymətləndirilə və həmin qərarın apellyasiya qaydasında ləğv olunması üçün əsas ola bilməz.

31. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

32. Apelyasiya instansiyası məhkəməsi işə baxılarkən iddiaçı barəsində hər hansı bir cəza tətbiq edilməsi barədə məlumatının olmaması, o cümlədən şərəf məhkəməsinin keçirilmədiyini bildirməsi ilə əlaqədar şahid qismində izahatlarının alınması üçün şərəf məhkəməsində iştirak etməklə izahatları dinlənilmiş hərbi qulluqçular - mayor X4, kapitan X8 və baş leytenant X1 məhkəmə iclasına dəvət olunmaları barədə qərar qəbul edilmiş, məhkəmə kollegiyasının iclasında üzrlü səbəbdən iştirak edə bilməyən kapitan X8 istisna olmaqla, digər iki şahid mayor X4 və baş leyt enant X1 verdikləri izahatlarından aydın olmuşdur ki, iddiaçının xidmətə uyğunsuzluğu barədə qərar qəbul edilməsi bilavasitə özünün xidmətə münasibətindən irəli gəlmişdir.

33. Belə ki, apellyasiya instansiyası məhkəməsində şahid qismində izahat verən mayor X4 ifadəsində göstərmişdir ki, İddiaçı baş-çavuş kimi xidmət etdiyi dövrdə intizamsız və məsuliyyətsiz bir hərbi qulluqçu kimi xarakterizə edilmişdir. R.İsmayılov tabora gəldiyi ilk gündən ona tapşırılan tapşırıqları lazımi qaydada yerinə yetirməmiş, dəfələrlə sıraya gecikmiş və hər dəfə də bəhanə edirdi ki, avtobus gec gəldiyi üçün işə gecikir. Üzü çox vaxt tüklü işə gəlirdi. İrad bildirəndə deyirdi ki, üzümün tüklü olmasına səbəb vaxtımın olmamasıdır. Bir dəfə növbətçi olduğu halda postu tərk etmiş və əsgərləri gətirib təhvil verməli o lduğu halda bunu etmədiyi üçün hərbi polis tərəfindən əsgərin biri saxlanılmışdır. Həyəcan vaxtı dəfələrlə R.İsmayılovla əlaqə saxlamış ki, hərbi hissəyə gəlsin, lakin gəlməmiş, sonra bir dəfə də əlaqə saxlayarkən yolda maşın xarab olduğu üçün geri qayıtdığını bildirmiş, sonradan isə ümumiyyətlə telefonu söndürmüş onunla əlaqə saxlamaq mümkün olmamışdır. Həmin vaxt isə İddiaçı başqa hamı xidmətdə olmuş, bununla bağlı ona bir dəfə cəza verilmiş, bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz vermiş, ancaq sonra yenə də xidməti vəzifələrini düzgün yerinə yetirməməkdə davam etmişdir.

34. Apelyasiya instansiyası məhkəməsində şahid qismində izahat verən digər şahid - baş leytenant X5 izahatında bildirmişdir ki, İddiaçı baş-çavuş kimi xidmət etdiyi dövrdə intizamsız bir hərbi qulluqçu olmuşdur. Belə ki, manqa komandiri olan Rəşid İsmayılov hərbi hissəyə gəldiyi təxminən 5-6 ay ərzində bilavasitə onun tabeçiliyində xidmət etmiş, lakin işlərini düzgün yerinə yetirməmiş, yəni tapşırılan tapşırıqları yerinə tam yetirmirdi. Düzülüş vaxtı düzülüşə gec gəlirdi və bildirirdi ki, şəxsi maşını yoxdur ona görə gecikir. Ordu korpusunda №-1 komandası verilərkən hər kəs yerində olmalı olduğu halda, İddiaçı 12 gün müddətində zəng vuruldu, bildirirdi ki, gələcək, sonra isə ümumiyyətlə telefonu söndürmüş və məzuniyyəti tam bitdikdən sonra hərbi hissəyə geri dönmüşdür. Bölük növbətçiliyini düzgün təşkil etmirdi. Növbəyə təyin olunurdu, növbəni düzgün aparmırdı. Soruşulanda ki, niyə vəzifə borcunu icra etmir, deyirdi ki, yadında qalmır. İki dəfə şərəf məhkəməsi keçirildi birinci dəfə ictimai məzəm mət verildi ki, bəlkə xidmətində düzəliş olar. Lakin düzəliş olmadı. 2-ci dəfə isə şərəf məhkəməsində yuxarı komandanlıq qarşısında vəsatət qaldırıldı və şərəf məhkəməsi tərəfindən ordu sıralarından tərxis olunması barədə qaldırılmış vəsatət təmin edilərək ehtiyata buraxılması barədə qərar qəbul edildi.

35. İddiaçı şəxsi iş materialında olan iddiaçının xx.xx.2019-cu il tarixli raportu ilə də təsdiq edilir ki, İddiaçı iş və vəzifəsinin öhdəsindən gəlməkdə çətinlik çəkdiyi üçün aşağı vəzifəyə köçürülməsi barədə Batareya komandirinə raportla müraciət etmişdir.

36. İddiaçı xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək müxtəlif nizam-intizam qaydalarını pozduğuna görə 29dəfə “töhmət” və ya “şiddətli töhmət”, 1(bir) dəfə isə “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” cəza növü elan olun muşdur

37. İddiaçı iradlardan və verilmiş intizam cəzalarından düzgün nəticə çıxarmamış, xidmətində müsbət dönüş yaratmamış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müdafiə nazirinin, baş qərargah rəisinin, korpus komandirinin və hərbi hissə komandirinin müvafiq əmrlərinin tələblərini pozmağa davam etmişdir.

38. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən şərəf məhkəməsində iştirak etməsi barədə izahatının əsassız və onun adından təhrif olunmuş şəkildə qeyd edildiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

39. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı 4-cü X6 xx.xx.2020-ci il tarixli 015 əç nömrəli əmri ilə 4-cü X6 xx.xx.2020-ci il tarixli 015 əç nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılsa da, birinci instans iya məhkəməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissə komandiri tərəfindən iddiaçının barəsində qəbul olunmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılma barədə qərarı ləğv etməklə mövcud olmayan əmrin ləğv edilməsi qərarına gəlmişdir. Məhkəmə kollegiyası göstərilənlərlə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edir. 40. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.

41. İddiaçı hərbi xidmət üzrə nizam-intizam qaydalarına əməl etməmiş, bir neçə dəfə intizam tənbehi tətbiq edilmiş, bundan sonra cavabdehin əmri ilə ehti yata buraxılmışdır.

42. İddiaçının ehtiyata buraxılması barədə əmr imzalanarkən “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında” Qanunun 3 saylı əlavəsinə əsasən barəsində olan əvvəlki intizam tənbehləri qüvvəsini itirməmişdir.

43. İddiaçının 4-cü X6 xx.xx.2020-ci il tarixli 015 əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması barədə əmri qanunsuz olmamış, cavabdehin əmrinin ləğv edilməsi üçün əsaslar mövcud olmamışdır.

44. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci mad dələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-53/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar