Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-718/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair hüquqların qeydiyyata alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1981-ci il təvəllüdlü; FİN: xxxxxxx) ca vabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair hüquqların qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2022-ci il tarixli, 2-1(103)-2650/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 106/44a ünvanında yerləşən, ümumi sahəsi 59,09 kv.m olan 85 saylı mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat, **********52-05101-093024 reyestr nömrəli çıxarış verilmişdir.
2. Həmin mənzillə bağlı cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 04/15048 invertar nömrəli Texniki pasport tərtib edilmiş və mənzilin ümumi sahəsinin 59,09 kv.m olması qeyd edilmişdir.
3. İddiaçıya Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 106/44a, mənzil 85 ünvanında yerləşən daşınmaz əmlak uzun müddətdir qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. Bununla bağlı, Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 116 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli 11 nömrəli arayışı tərtib edilmişdir.
4. İddiaçı xx.xx.2021-ci i l tarixdə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, 106/44a saylı evin 85-ci mənzilinin təyinatının dəyişdirilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 106/44a, mənzil 85 ünvanında yerləşən daşınmaz əmlakın mövcud vəziyyətə uyğun (ümumi faktiki sahəsinin 150 kv.m olması barədə) layihəsi təsdiq edilmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Mənzil-Məişət Məsələləri üzrə İdarələrarası Komissiyasının xx.xx.2021-ci il tarixli texniki rəyində qeyd edilmişdir ki, aparılan ölçmə zamanı sözügedən mənzilin mövcud vəziyyətdə təqdim olunmuş eskiz layihəsinə uyğun olaraq faktiki ümumi sahəsi 150,0 kv.m təşkil etməsi müəyyən edilmişdir. Ümumi sahədəki fərq, mənzildə aparılmış təmir-tikinti və rekonstruksiya işləri səbəbindən yaranmışdır. Hal-hazırda mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə olunur və qonşu mənzillərdən təcrid olunmuş ayrıca giriş-çıxışı vardır. Ona görə də, Komissiya, vətəndaşın xahişini, təqdim edilmiş sənədləri və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrini nəzərə alaraq, iddiaçıya məxsus Y.V.Çəmənzəminli küçəsi, 106/44a nömrəli evin 2 nömrəli mənzilinin, ümumi sahəsi 150,0 kv.m ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab etmişdir. Bununla bağlı, həmin Komissiya tərəfindən xx.xx.2021-ci il tarixli, 13 nömrəli Qəbul aktı tərtib edilmişdir.
7. Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 127 nömrəli sərəncamı ilə Nərimanov RİH-in nəzdində fəaliyyət göstərən Mənzil- Məişət Məsələləri üzrə İdarələrarası Komissiyanın rəyi təsdiq edilərək, iddiaçıya məxsus Y.V.Çəmənzəminli küçəsi 106/44a nömrəli evin 85 nömrəli mənzilinin ümumi sahəsi 150,0 kv.m hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilmişdir.
8. İddiaçı cavabdehə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, 106/44a saylı binada yerləşən 85 nömrəli mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
9. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********04 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilən zaman göstərilən mənzildə yenidənqurma işləri aparılaraq əlavə sahə inşa edilmişdir. Əlavə inşa edilmiş sahənin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Cavabdeh məktubundan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 nömrəli Qərarına, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 349 nömrəli Fərmanına və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə istinad etmişdir.
10. Cavabdehin Texniki istehsalat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilən “Daşınmaz əmlakın texniki v əziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, 106/44a saylı binada yerləşən 85 nömrəli mənzilin faktiki vəziyyətinə uyğun tərtib olunmuş eskizdəki 5 saylı sahə və 4 saylı sahənin bir hissəsi artırma sahədir, həmin sahələr sərəncam və layihədə öz əksini tapmışdır.
11. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat **********52-05101-083004 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 106/44a (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 59,09 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir.
12. Həmin qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixdə olan vəziyyətinə əsasən cavabdeh t ərəfindən tərtib edilən Texniki pasporta əsasən daşınmaz əmlakın faktiki ümumi sahəsi 149.4 kv.m-dir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 127 nömrəli sərəncamına uyğun olaraq ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən və ümumi sahəsi 59,09 kv.m olan mənzil xüsusi mülkiyy ət hüququ üzrə ona məxsus olmuş və buna dair cavabdeh inzibati orqan tərəfindən ********** nömrəli 5 may 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış verilmişdir. Adıçəkilən mənzildə yenidənqurma və rekonstruksiya işləri aparılmaqla onu qeyri-yaşayış sahəsi kimi istifadə etmək niyyətində idi. Bununla bağlı olaraq layihə sifariş verilmiş və tikinti işləri həyata keçirilmişdir. Qeyd olunmalıdır ki, aparılmış tikinti işləri mövcud olan şəhərsalma və tikinti normalarına uyğun olaraq aparılmışdır. Tikinti işləri başa çatdıqdan sonra həmin işlərin rəsmiləşdirilməsi barədə Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Nərimanov Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Mənzil-Məişət Məsələləri üzrə İdarələrarası Komissiyanın 13 nömrəli, xx.xx.2021-ci il tarixli Qəbul Aktı və Texniki Rəyinə əsasən yenidənqurma işləri aparılmış mənzilin ümumi sahəsi 150 kv.m ölçüləri daxilində qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Həmin sənədlər əsasında Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 127 nömrəli, xx.xx.2021-ci il tarixli Sərəncamı ilə qeyd etdiyi Rəy təsdiq edilərək ona məxsus mənzilin ümumi sahəsi 150 kv.m hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Bundan sonra həmin sərəncam əsasında ona məxsus mənzilin ümumi sahəsi 150 kv.m olmaqla qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin, cavabdeh inzibati orqan onun müraciətini təmin etməmişdir.
15. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil etmişdir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, 106/44a ünvanında yerləşən 85 saylı mənzil ümumi sahəsi 59.09 kv.m olmaqla qeyri-yaşayış sahəsi kimi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Qeyri-yaşayış sahəsinin ümumi ölçüsü faktiki olaraq 149,4 kv.m təşkil edir.
16. Bakı İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli, 2-1(112)-5091/2022 nömrəli qərarı (hakim E.Ə.Əliyev) ilə iddia təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 127 nömrəli sərəncamına uyğun olaraq ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericiliyə əsasən müvafiq səlahiyyətli orqanın qərarı ilə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi təsdiq edilməli, əgər keçirilən sahədə yenidənqurma və ya yenidən planlaşdırma işlərinin görülməsi tələb olunursa, sahənin keçirilməsinin təsdiq edilməsinə dair səlahiyyətli orqanın qərarında bu barədə göstərilməlidir. Yenidənqurma və ya yenidənplanlaşdırma işləri başa çatdıqdan sonra sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənməli, həmin orqan tərəfindən də dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəminz əminli küçəsi, ev 106/44a ünvanında iddiaçıya məxsus 85 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilən sahədə (mənzildə) yenidənqurma və ya yenidən planlaşdırma işlərinin görülməsinə icazə verilməsinə dair səlahiyyətli orqanın qərarının, eləcə də həmin işlərin təsdiq edilməsinə dair sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktının mövcud olması, həmin mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 127 nömrəli Sərəncamının mövcud olması, həmçinin Mənzil Məcəlləsinin 20.2-ci maddəsində sadalanmış yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilməyən halların hazırkı iş üzrə mövcud olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, h azırkı iddia tələbi əsaslıdır.
18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2022-ci il tarixli, 2-1(103)-2650/2022 nömrəli qərarı (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və A.P.Oruczadə) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 6 aprel 2022-ci il tarixli, 2-1(112)-5091/2022 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, çıxarışda əks olunan 59,9 kv.m ilə hazırda qeydiyyatı tələb olunan 150 kv.m-in fərqi, yəni 90,1 kv.m sahənin əvvəlcə kimə, hansı hüquqi əsaslarla məxsus olması v ə kimdən, hansı qaydada, hansı əsasla əldə olunmasını və yaxud mövcud qanunvericiliyin tələblərinə uyğun inşa edilməsini təsdiq edən hüquqi sənəd təqdim olunmalıdır ki, bu sənədlər də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi ilə tənzimlənmişdir. İddiaçı həmin sahəyə dair hüquq müəyyənedici sənəd kimi Nəsimi RİH başçısının xx.xx.2021-ci il tarixli 127 nömrəli sərəncamına istinad edir ki, həmin inzibati aktda 90,1 kv.m sahə fərqinin hüquqi əsasları göstərilməmişdir. Sözügedən qeyri-yaşayış sahəsinə münasibətdə istinad edilən Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyil və iddiaçı cavabdeh inzibati orqana müraciət edərkən belə əsaslardan heç birini təqdim etməmişdir. İddiaçı hazırkı məzmunda iddiasının təmin olunması üçün yenidənq urma və rekonstruksiya işlərinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəni, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarını, qeyri-yaşayış sahəsinin istismara qəbul aktını təqdim etməli olduğu halda bunu etməmişdir. İddiaçının təqdim etdiyi sərəncam və qəbul aktı (mənzillərin ölçülərinin dəqiqləşdirilməsinə dair) isə hüquqi təbiətinə görə yuxarıda sadalanan hüquqmüəyyənedici sənədləri əvəz edə bilməz.
21. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisənin mühüm məqamı ondan ibarətdir ki, iddiaçının hüquq əldə etmək istədiyi sahənin bir hissəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Birinci instansiyası məhk əməsi isə iddia tələbinin təmin edərkən, İPM-in 12 və 58-ci maddələrinin tələblərinə uyğun olaraq 90,1 kv.m sahənin əvvəllər dövlətə, yaxud hər hansı digər şəxslərə məxsus olmasını müəyyən etməmiş, həmin sahənin binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olmasını nəzərə almamış, bununla bağlı işin faktiki halına hüquqi qiymət verməmişdir. İddiaçının xüsusi mülkiyyətində olan 59,9 kv.m mənzildən əlavə, hazırda adına qeydiyyata alınmasını tələb etdiyi 90,1 kv.m. sahə 5 mərtəbəli yaşayış binasının sakinlərinin ümumi paylı mülkiyyətindədir. Mübahisəli işin hazırki hallarından isə ümumi paylı mülkiyyətdə olan 90,1 kv.m. sahənin yuxarıda qeyd edilən normaların tələblərinə uyğun olaraq istər iddiaçının, istəsə də digər şəxs in adına hər hansı qaydada özgəninkiləşdirilməsi müəyyən edilmir. Belə olan halda, məhkəmə kollegiyası qeyd edilən sahənin lazımi hüquq müəyyənedici sənədlər olmadan iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddia tələbinin təmin edilməsini çoxmərtəbəli yaşayış binasının digər sakinlərinin ümumi paylı mülkiyyət hüququnun pozulması halı kimi qiymətləndirmişdir.
22. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
23. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq göstərir ki, apellyasiya instansiy ası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, hazırkı qərarın normaların məzmunundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları müəyyən edilmişdir. Həmin Qanunun 8-ci maddəsi isə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsin in dövlət qeydiyyatı üçün əsasların nədən ibarət olduğunu özündə əks etdirir. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə də daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınarkən sözügedən maddədə təsbit olunmuş məhz hansı əsasa görə hüququn qeydə alındığı müəyyən edilməlidir.
24. İddiaçı kassasiya şikayətinə əlavədə onu da qeyd edir ki, ünvan 6 ünvanında yerləşən daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi heç bir üçüncü şəxsin maraqlarına toxunmur. Buna sübut olaraq indiyə qədər heç bir şəxs tərəfindən hər hansı quruma bir dəfə də olsun şikayət daxil olmamışdır. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin məlum qərarından da görünür ki, yuxarıda qeyd edilən məsələ ilə bağlı ekspertiza təyin edilməmiş və söz ü gedən əmlaka baxış keçirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
25. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə
20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tər kib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir.... Maddə
21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsi nə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı.... 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvaf iq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. 21.6. Keçirilən sahənin yaşa yış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi t ələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiya sının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. Maddə
22. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədik də (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 22.3. Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Maddə
35. Çoxmənzilli binanın sahə mülk iyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləş diyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. 35.3. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. 35.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakı n özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzəri ndə hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyə t hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyek tinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əm lak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş ş ikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia tələbinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiya məhkəməsi qeyri-yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
36. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
37. Kassasiya şikayətinin dəlillərinə əsasən iddiaçı istifadəsində olan mənzil və qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün onların əldə edilməsinə dair sənədlərini cavabdehə təqdim etmiş, lakin sonuncu tərəfindən ərizələrinin təmin edilməsindən imtina edilmiş, bu h al da iddiaçının qanuni əsaslarla əldə etdiyi mənzil və qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmışdır. Eləcə də, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi heç bir üçüncü şəxsin maraqlarına toxunmur.
38. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunan işin halların əsasən Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 106/44a ünvanında yerləşən, ümumi sahəsi 59,09 kv.m olan 85 saylı mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı tərəfindən həmin mənzildə aparılmış təmir-tikinti və rekonstruksiya işləri səbəbindən mənzilin sahəsi artaraq 149.4 kv.m olmuşdur. İddiaçı, tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə olunan həmin mənzilin təyinatının d əyişdirilməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 127 nömrəli sərəncamı ilə mübahisələndirilən mənzilinin ümumi sahəsi 150,0 kv.m hesab edilərək qeyri-yaşayış sahəsinə keçirilmişdir. İddiaçı cavabdehə müraciət etdikdən sonra cavabdeh inzibati orqan mübahisələndirilən mənzilin 59,09 kv.m hissəsinə (hansı ki, yaşayış sahəsi kimi iddiaçının mülkiyyət hüquqları qeydə alınmışdır) dair qeyri-yaşayış sahəsi kimi iddiaçının xüsusi mülkiyyət hüquqlarını təkrar qeydə alınmışdır. Yerdə qalan hissəni (iddiaçı tərəfindən mənzildə aparılmış təmir-tikinti və rekonstruksiya işləri səbəbindən artan 90,31 kv.m) qeydiyyata almaqdan imtina edən cavabdeh inzibati orqanın əsas dəlili isə art ırılan hissə və onun yerləşdiyi torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsindən ibarətdir.
39. Kassasiya şikayətinin dəlillərini əsassız, cavabdeh inzibati orqanın imtinasını isə qanuna uyğun hesab edən məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan hüquqmüəyyənedici sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir.
40. İddiaçı tərəfindən mübahisələndirilən mənzilin qeyri-yaşayış sahəsinə dəyişdirilmiş 59,09 kv.m hissəsi hüquqmüəyyənedici sənəd əsasında cavabdeh inzibati orqan tərəfindən qeydiyyata alınmışdır. İddiaçı tərəfindən təmir-tikinti və rekonstruk siya işləri səbəbindən artırılan 90,31 kv.m hissə və həmin hissənin yerləşdiyi torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində göstərilən hüquqmüəyyənedici sənədlərdən heç biri təqdim edilməmişdir. Belə olan halda, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını məhdudlaşdırmamışdır.
41. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından iddiaçının kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 noyabr 2022-ci il tarixli, 21(103)-26 50/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.