Məhkəmə qərarları › İş №2-1(102)-719/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-719/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-719/2021 13.04.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina; nizami hissə üzrə əmrlər, arxiv arayışları təqdim olunmayıb) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X4, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzr ə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.01.2021-ci il tarixli, 2-1(103)-585/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1969-cu il tarixində doğulmuş, Ermənistan Masis hərbi komissarlığı nəzdindəki çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq sıravi qismində həqiqi hərbi xidmətə çağırılmış, 1989-cu il 06 dekabr tarixində hərbi xidmətə daxil olmuş və 1989-cu il 27 sentyabr tarixində həmin hərbi hissədən tərxis olunmuşdur.

2. İddiaçı 1987-ci il 08 dekabr tarixdən 1987-ci il 20 dekabr tarixinədək N №-li hərbi hissədə VSO-fəhlə, 1987-1989-cu illərdə N №-li hərbi hissədə VSO-fəhlə, 1992-ci il 07 noyabr tarixindən 1983-cü il 05 avq ust tarixinədək N №-li hərbi hissədə VSO tağım komandiri olaraq həqiqi hərbi xidmətdən keçmiş, 1992-ci il 07 noyabr tarixindən 1993-cü il 05 avqust tarixinədək N nömrəli hərbi hissənin tərkibində Laçın rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir.

3. İddiaçı N №-li hərbi hissə komandirinin 1992-ci il 20 noyabr tarixli 19 №-li əmri ilə V taborun şəxsi heyətinin siyahısına bütün növ təminatlara salınmış, erməni postundan silah-sursat əldə etdiyinə görə N №-li hərbi hissə komandirinin 1993-cü il 16 fevral tarixli, 84 №-li əmrilə Azərbaycan Respublikası Müdafiə Nazirinin 1993-cü il 11 yanvar tarixli müvafiq əmrinə müvafiq olaraq mükafatlandırılmış, ailə vəziyyəti ilə əlaqədar olaraq N №-li hərbi hissə komandirinin 1993-cü il 09 iyul tarixli 181 №-li əmrilə 1993-cü il 11 iyul tarixindən 1993-cü il 16 iyul tarixinədək qısa müddətli məzuniyyətə buraxılmışdır.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2019-cu il 03 iyun tarixli, 2(008)3458/2019 saylı qətnaməsi ilə, iddiaçının 1992-ci il 07 noyabr tarixindən 1993-cü il 05 avqust tarixinədək hərbi əməliyyatlar zamanı Cavabdeh N nömrəli hərbi hissəsində könüllü həqiqi hərbi xidmətdə iştirak etməsinə dair hüquqi faktın müəyyən edilməsi qət edilmişdir. Həmçinin, həmin qətnamədə qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş arayışda iddiaçının 1992-ci ilin 07 noyabrından 1993-cü ilin 5 avqustuna qədər N nömrəli hərbi hissədə Laçın rayonu ərazisində gedən döyüşlərdə komandir vzvod vəzifəsindən iştirak etdiyi qeyd olunmuşdur.

5. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə cavabdeh o rqana müraciət etmiş, cavabdeh 2019-cu il 28 sentyabr tarixli, 1/M-13248 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, imtinanın əsası kimi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2019-cu il 03 iyun tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmamasını göstərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sa bunçu rayonu Şöbəsi tərəfindən iddiaçıya hərbi biletin təkrarı (dublikatı) verilmişdir. Veteran vəsiqəsi almaqla əlaqədar Cavabdeh aparatı nəznində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya müraciət olunmuş və ona bildirilmişdir ki, N nömrəli hərbi hissədə xidmət etməyi ilə əlaqədar veteran vəsiqəsi almaq üçün müraciətinə müsbət rəy verilməyəcək. Cavabdeh arxivində iddiaçı barəsində sənədin olub olmaması iddiaçının günahı deyil, fakt iddiaçının etdiyi əməldir və onu da sübut edən əsas hüquqi sənədlər, möhürlərlə təsdiqlənən hərbi biletin, hərbi kommisarlığın arayışı, döyüş vaxtı erməni postundan silah sursat əldə etməyi ilə əlaqədar N nömrəli hərbi hissə komandirinin 1993-cü il 16 fevral tarixli 84 nömrəli əmri, döyüş fotoşəkilləri vardır və iddiaçının əməlini təs diqləyən və hazırda veteran vəsiqəsini daşıyan, əvvəldən sona qədər iddiaçının döyüşdə, hərbi hissədə olan əsgər yoldaşları, H/H komandirinin, qərargah rəisinin iddiaçı ilə əlaqədar bütün faktları şahid olaraq sübuta yetirməyə hazırdırlar. Cavabdeh N nömrəli hərbi hissəsində qulluq etməyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon Şöbəsinin iddiaçıya 2019-cu il 04 sentyabr tarixində təqdim etdiyi və səhifələrində müvafiq qeydiyyatlar aparılaraq möhürlə təsdiqlənmiş SX-**** saylı Hərbi bilet, Mərkəzi Arxiv İdarəsinin iddiaçıya təqdim etdiyi 2018-ci il 16 avqust tarixli, 9/2-12473 nömrəli arxiv arayışı veteranlıq vəsiqəsinin alınmasından ötrü iddiaçı barəsində müsbət rəy verilməsi üçün yetərlidir.

8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçının adına tərtib edilmiş 2018-ci il 16 avqust tarixli 9/2-12473 nömrəli Arxiv Arayışında N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeyd kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Buna görə də ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli 422 nömrəli qərarına əsasən “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdi m edildiyi halda” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır.

9. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 28 sentyabr tarixli, 2-1(112)-1914/2020 nömrəli qərarına əsasən (hakim Aytən Oruczadə) iddia tələbinin təmin edilməsi qərara alınmışdır.

10. Məhkəmə hesab etmişdir ki, cavabdeh zəruri inzibati icraat aparmamış, iddiaçının müraciətinə baxarkən “Veteranlar haqqında” Qanunun, həmçinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnmə”nin normalarının tələblərini nəzərə almamış və iddiaçıya veteran vəsiqəsinin verilməli olub-olmamasını araşdırmamışdır. İd diaçının hərbi xidmətə çağırılması və hərbi xidmətdən tərxis olunması ilə bağlı əmrlər cavabdeh tərəfindən mübahisələndirilməmiş, araşdırma nəticəsində təqdim olunmuş hərbi bilet, məhkəmə qətnaməsi, hərbi kartoçka, arayış və xasiyyətnamə əsasında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmışdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.01.2021-ci il tarixli, 21(103)-585/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Valeh Ağayev, hakimlər – Afaq Nuriyeva və Aida Hüseyn) apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2020-ci il 28 sentyabr tarixli, 2-1(112)-1914/2020 nö mrəli qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini qərara alınmışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndin 2018-ci il tarixli 28 sentyabr tarixindən sonrakı mətninə görə müharibə veteranı adı hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi biletlər əsasında verilə bilər. Hazırkı iş üzrə isə N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeyd kitablarında iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Buna görə də ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəu yğun deyildir.

14. Məhkəmə qərarının iddiaçıya nə vaxt təqdim edilməsini təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə olunmamışdır.

15. İddiaçı həmin qərardan 2021-ci il 3 mart tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 26 yanvar tarixli, 21(103)-585/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə kollegiyasının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər K abinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamə iyerarxiya baxımından qanundan aşağı normativ sənəd sayılsa da, sözügedən statusun verilməsi üçün alternativ sübutların vacibliyini göstərir. Yəni, iddiaçının xeyrinə toplanmış bütün zəruri sübutlar olsa da, apellyasiya instansiyası məhkəməsi hansısa işçinin səhlənkarlığı səbəbindən adı qeyd edilməmiş 30 il bundan əvvəl tərtib edilmiş ştatkanı əsas tutaraq, birinci instansiya məhkəməsinin qərarını ləğv etməsi tamamilə absurddur.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2006-cı il 27 sentyabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 9 iyul tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir.

18. Bundan başqa, iddiaçının hərbi birləşmə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi faktı Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2019-cu il tarixli 3 iyun tarixli qətnaməsi ilə də tam şəkildə öz təsdiqini tapmışdır. İş üzrə maraqlı tərəf qismində məhkəmədə iştirak etmiş Müdafiə Nazirliyi qətnaməni mübahisələndirməmiş və məhkəmə qərarı qanuni qüvvəsini almışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

21. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 və cavabdehin vəkili X3 izahat verərək kassasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğru nda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

23. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

24. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə ve teranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şau myan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları il ə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlər lə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

26. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqə ladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

27. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtl ərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

28. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apel lyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın 25-ci bəndində göstərilən normaya istinad edərək iddianın rədd edilməsi barədə qərar qəbul etmiş, iddiaçı isə kassasiya şikayətində bildirmişdir ki, iddiaçının hərbi xidmətinə dair mötəbər sənədlər olduğu halda sözügedən normaya istinad edərək iddia tələbinin rədd edilməsi yolverilməzdir.

33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il tarixli 28 sentyabr 42 2 nömrəli qərarına əsasən “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda” sözləri əlavə edilmişdir.

34. Sözügedən dəyişikliyin edilməsi bunu deməyə əsas verir ki, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmədiyi halda hərbi biletlər əsasında döyüş əməliyyatları ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara müharibə veteranı adı verilə bilməz.

35. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən Cavabdeh İşlər İdarəsi Mərkəzi Arxivin 2018-ci il 16 avqust tarixli, 9/2-12473 nömrəli arayışı əsasında müəyyən edilmişdir ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.

36. Bundan başqa, iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2019-cu il tarixli 3 iyun tarixli qətnaməsini nəzərə almamasını qeyd etmiş və bildirmişdir ki, həmin qətnamə əsasında iddiaçının hərbi birləşmə tərkibində döyüş əməliyyatlarında iştirak etməsi öz təsdiqini tapmışdır.

37. Halbuki, hazırkı qərarın 32-ci bəndindən də məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il tarixli 28 sentyabr 422 nömrəli əlavəsi əsasında hərbi biletlər yalnız o zaman müharibə veteranı adı verilməsi üçün əsas olur ki, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya ar xiv arayışları ilə birgə təqdim edilmiş olsun.

38. Odur ki, bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır və məhkəmə haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını ləğv edərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul etmişdir.

39. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir.

40. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İ ddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.01.2021-ci il tarixli, 21(103)-585/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar