Məhkəmə qərarları › İş №2-1(102)-719/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-719/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-719/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qəbul edilmiş qərarın ləğvi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı “cavabdehin qəbul etdiyi 27.01.2021-ci il tarixli 2-1(105)-638/21 saylı qərarının” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-638/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı müəssisədə 2020-ci ilin 9 ayını əhatə edən dövrü üçün cavabdeh tərəfindən kameral vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsi 17.12.2020-ci ildə kameral vergi yoxlaması aktı tərtib edilməklə rəsmiləşdirilmişdir.

2. Kameral vergi yoxlaması zamanı vergi nəzarəti tədbirləri nəticəsində iddiaçıya yoxlama aparılmış dövrlər üzrə 74.869,17 manat vergi məbləği hesablanmış və cavabdeh tərəfindən 27.01.2021-ci il tarixli, **********725300 nömrəli qərar qəbul edilmiş dir.

3. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış 27.01.2021-ci il tarixli, **********808700 saylı kameral vergi yoxlaması haqqında məktubda qeyd edilmişdir ki, 2020-ci ilin 9 ayı ərzində əldə edilmiş e-alış aktlarına əsasən 3743458,40 manat dəyərində metal qırıntılarının qəbul edilməsinə baxmayaraq 2020-ci ilin 9 ayı üzrə ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin 1610-cu sətirlərində məbləğ qeyd edilməmişdir. Kənarlaşma üzrə 3743458,40*2%=74869,17 manat vergidən yayınma riski yaranmışdır. Bununla əlaqədar həmin dövr üzrə 17.12.2020-ci il tarixli **********667000 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmiş, lakin qeyd olunan uyğunsuzluqla əlaqədar tərəfinizdən heç bir əsaslı münasibət bildirilmədiyindən vergi orqanı tərəfindən kameral qaydada 2020-ci il 3-cü rüb ödəm ə mənbəyində tutulan vergi bəyannaməsi üzrə 74869,17 manat vergi məbləği hesablanmış və 27.01.2021-ci il tarixli, **********725300 nömrəli analoji hesablama barədə qərar göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiаçı cаvаbdеhə qarşı 11 fevral 2021-ci il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 27.01.2021-ci il tarixli, **********725300 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin 27.01.2021-ci il tarixli **********725300 nömrəli qərarı qanunsuzdur. Müəssisənin əsas fəaliyyəti əhalidən (fiziki şəxslərdən) metal tullantı və qırıntılarının yığılaraq təkrar emal vəziyyətinə salınması (tullantıların utilizasiya sı) prosesi təşkil edir. Belə ki, ayrı-ayrı fiziki şəxslər tərəfindən gündəlik həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn məişət tullantıları qismində metal tullantı və qırıntıları (mis qazanlar, samovarlar, elektrik su motorlarının mis məftilləri və latun çərçivələri, məişət elektrik avadanlıqlarının misdən və latundan olan daxili elementləri, latundan olan ev əşyaları və s. yararsız məişət tullantıları) Vergi Məcəlləsinin 71-2-ci və 130.1-1-ci maddələrinə uyğun olaraq elektron alış aktı əsasında fiziki şəxslərdən təhvil alınıb emal edilmiş (saflaşdırılmış) və xaricə ixrac edilmişdir (saflaşdırılmışdır). Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edi lmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.2-ci bəndinə əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda “İstehsal ehtiyatlarının alış aktı” və malların alış tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların elektron alış aktı” tərtib edilmir. “İstehsal ehtiyatlarının alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriya və nömrəsi) göstərilməsi mütləqdir. Vergi Məcəlləsinin 71-2.3-cü maddəsinə əsasən verg i ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan vergi ödəyicisi tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2020-ci il tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək ve rgi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Bəhs edilən qanunvericilik aktlarının tələbinə uyğun olaraq əhalidən yığılan məişət tullantı və qırıntıları onlar tərəfindən elektron alış aktı ilə rəsmiləşdirilmişdir. Vergi orqanı tərəfindən kameral yoxlama zamanı bəhs edilən elektron alış aktları Vergi Məcəlləsinin 37.3-cü maddəsinə uyğun olaraq yoxlamaya təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən 27.01.2021-ci il tarixli **********725300 nömrəli qanunsuz qərar qəbul edilmiş və əsassız əlavə vergi məbləği hesablanmışdır. İddia ərizəsinə əlavə sənədlərdən də aydın olduğu kimi əlavə vergi hesablanmasına səbəb olaraq əhalidən yığılan metal tullantı və qırıntıla rına görə onlara ödənilən məbləğlərdən ödəmə mənbəyindən verginin tutulmalı olması göstərilmişdir. Bu zaman vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 101.6-cı maddəsinə istinad edilmişdir. Həmin maddənin tələbinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur (ödəmə mənbəyindən vergi). “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə uyğun olaraq elektron alış aktı əsasında əhalidən nağd qaydada satın alınan metal tullantılarına görə müəssisə tərəfindən onlara nağd qaydada ödənilən məbləğ lərdən ödəmə mənbəyin 2 faiz dərəcəsi ilə vergi tutulmalı idi. Bu səbəbdən 27.01.2021-ci il tarixli **********725300 nömrəli qərar qəbul edilmiş və əhaliyə ödənilən məbləğdən 2 faiz ödəmə mənbəyində vergi məbləği müəssisəyə hesablamışdır. Mübahisələndirilən qərarın qəbulu zamanı maddi hüquq normalarının tələbi pozulmuş normalar düzgün tətbiq edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinin dizpozisiyasında “bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla” şərti qeyd edilmiş və “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində nəzərdə tutulmasına baxmayaraq Vergi Məcəlləsi ilə vergidən azad edilən gəlirlərin 2 faiz məbləğində vergiyə cəlb edilməsi məhdudlaşdırılmışdır. Başqa sözlə desək, maddəyə əsasən Məcəllə ilə vergidən azad olunan gəlirlərinin siyahısı Vergi Məcəlləsinin 102-ci maddəsində öz əksini tapmışdır. Belə ki, Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə əsasən qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından başqa digər daşınan maddi əmlakın təqdim edilməsindən əldə edilən fiziki şəxslərin gəlirləri vergidən azaddır. Aydın olduğu kimi Məcəllənin tələbinə əsasən yalnız qiymətli daş və metalların, habelə onların məmulatlarının təqdim edilməsindən əldə edilən gəlir vergiyə cəlb edilə bilər. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallarıdır (palladium, iridium, osmium, rodium və rutenum), 1.1.3-cü maddəsinə əsasən qiymətli metallardan və qiymətli daşlardan məmulatlar - qiymətli metallardan və onların əlvan metallarla ərintilərin-dən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətlİ və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədiiincəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyalarıdır, 1.1.4-cü maddəsinə uyğun olaraq isə qiymətli metalların və qiymətli daşların qırıntıların və tullantıların - fiziki, kimyəvi, mexaniki və sair təsir nəticəsində əsas hissədən ayrılmış və bir qayda olaraq öz ilk in təyinatında istifadə edilə bilinməyən qiymətli metalların və qiymətli daşların hissələridir. Qanunvericilik aktlarının tələbindən də aydın olduğu kimi qiymətli metal və onların məmulatları kateqoriyasına daxil olan metalların təqdim edilməsindən əldə edilən gəlir Vergi Məcəlləsinin 102.1.7-ci maddəsi ilə müəyyən edilmiş vergidən azad gəlirlər siyahısına daxil deyildir və Vergi Məcəlləsinin 101.6-cı maddəsinə uyğun olaraq məhz belə gəlirlər ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. Lakin qiymətli metal və onların məmulatı hesab edilməyən əlvan və qara metalların, habelə onların tullantı və qırıntılarının əhali tərəfindən təqdim edilməsindən əldə edilən gəlirlər Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə uyğun olaraq vergidən azad gəlirlər siyahısına daxildir və bu səbəbdən belə ödəmələr Ve rgi Məcəlləsinin 101.6-cı maddəsi ilə nəzərdə tutulan ödəmə mənbəyindən vergiyə cəlb edilə bilməz. Eyni zamanda Vergi Məcəlləsinin 15.1.2, 24.0.3-cü və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 8.4-cü maddələrinin vəhdət halında tələbinə əsasən yoxlayıcı orqan olan vergi orqanı vergilərin hesablanması və ödənilməsi barədə izahatlar verməyə, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etməyə və qanunvericiliyin tətbiqi ilə sahibkarlara metodiki köməklik göstərməyə borcludur. Qeyd edilən normaların tələbinə uyğun olaraq əhalidən yığılan metal qırıntı və tullantılara görə gəlirlərin vergiyə cəlb edilib-edilməməsi məsələlərinə dair daha əvvəlki tarixlərdə vergi orqanı tərəfindən 07.11.2017-ci il tarixli ***** *****851400 nömrəli, habelə 07.02.2018-ci il tarixli **********959800 nömrəli məktublar ilə hüquqi münasibət bildirilmiş və qiymətli metal olmayan metalların və onların tullantılarının fiziki şəxslər tərəfindən təqdim edilməsi zamanı əldə edilən gəlirin vergidən azad edildiyi bir daha təsdiqlənmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya 2020-ci il 3-cü rüb ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə analoji qaydada 74.869,17 manat vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi tərəfindən 2020ci ilin 9 ayı ərzində əldə edilmiş elektron alış aktlarına əsasən 3743458,40 manat dəyərində metal qırıntılarının qəbul edilməsinə baxmayaraq 2020-ci ilin 9 ayı üzrə ÖMV bəyannamələrinin 1610-cu sətrlərində məbləğ qeyd edilməmişdir. Kənarlaşma üzrə 3743458,40*2%=74869,17 manat vergidən yayınma riski yaranmışdır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən 17.12.2020-ci il tarixli ** ********667000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.16.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasi bat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarda olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicilərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1, 67.1.3, 67.1.6 və 67.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 37.4 və 50.1.1.-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış yeri (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və məlumat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakların), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsi ndə vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Beləliklə, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba əsaslı münasibət bildirilmədiyi ü çün analoji qaydada yoxlama aparılmış, dövr üzrə 74.869,17 manat vergi məbləği hesablanmış və 27.01.2021-ci il tarixli, **********725300 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 iyun 2021-ci il tarixli 9/3252 nömrəli ekspert rəyində cavabdeh inzibati orqanın 27 yanvar 2021-ci il tarixli, **********725300 saylı qərarı ilə hesablanmış vergi məbləğinin müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olmaması müəyyən edilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X2, 2-1(118)-756/2021 saylı iş) 05 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin iddiaçı barədə qəbul etdiyi 27.01.2021-ci il tarixli, **********725300 nömrəli qərarı ləğv edilmişdir.

9. Birinci instans iya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, qanunvericilik aktlarının tələblərinə əsasən qiymətli metal və onların məmulatları kateqoriyasına daxil olan metalların təqdim edilməsindən əldə edilən gəlir Vergi Məcəlləsinin 102.1.7-ci maddəsi ilə müəyyən edilmiş vergidən azad gəlirlər siyahısına daxil deyildir və Vergi Məcəlləsinin 101.6-ci maddəsinə uyğun olaraq məhz belə gəlirlər ödəmə mənbəyində vergiyə cəlb edilməlidir. Lakin qiymətli metal və məmulatı hesab edilməyən əlvan və qara metalların, habelə onların tullantı və qırıntılarının əhali tərəfindən təqdim edilməsindən əldə edilən gəlirlər Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə uyğun olaraq vergidən azad gəlirlər siyahısına daxildir və bu səbəbdən belə ödəmələr Vergi Məcəlləsinin 101.6-cı maddəsi ilə nəzərdə tutula n ödəmə mənbəyində vergiyə cəlb edilə bilməz.

10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X4sədrlik edən və məruzəçi, X1 və X3, 2-1(105)-638/2021 saylı iş) 14 dekabr 2021-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-756/2021 saylı 05 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəli lləri

13. Məhkəmə kollegiyası Vergi Məcəlləsinin 102.1.7-ci maddəsində nəzərdə tutulmuş azadolma hallarını düzgün şərh etməmiş, həmin normanı əsassız olaraq məhdudlaşdırıcı şərh etmişdir.

14. Həmin maddi hüquq normasının məhkəmə kollegiyası tərəfindən məhdudlaşdırıcı şərhi nəticədə vergi ödəyicisinin vergidən yayınmasına şərait yaratmışdır.

15. Belə ki, həmin maddi hüquq normasının dizpozisiyasında ifadə olunan qiymətli daşlar və metallar ifadəsi metalların da qiymətli olması tələbini istisna edir. Həmin normada ifadə olunan metallar ifadəsinin metalların bütün növlərinə aid edilməsini təsdiq etmək üçün qeyd edirik ki, “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunun 1.1.1ci maddəsinə əsasən qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (safl aşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metalları (palladium, iridium, osmium, rodium və rutenum) hesab olunur.

16. Sözügedən sahəvi normativ hüquqi aktın mətnində ifadə olunan bütün “metal” ifadələri mütləq şəkildə “qiymətli” ilə birgə əks olunmuşdur ki, bu da həmin metal növünün digər metal növlərindən fərqləndirmək məqsədi daşıyır. Lakin Vergi Məcəlləsinin 102.1.7-ci maddəsində “qiymət daşlar” ifadəsi öncə əks olunmuş, daha sonra isə metalar ifadəsi müəyyən olunmuşdur ki, bu da birmənalı şəkildə “qiymətli” ifadəsinin yalnız daşlara aid edildiyini, həmin norma da metalların isə bütün növlərinin nəzərdə tutulduğu müəyyən olunur.

17. Əks təqdirdə, yəni həmin maddi hüquq normasında qiymətli metallar nəzərdə tutulmuş olsaydı, mütləq şəkildə sözügedən sahəvi qanuna əsasən “metallar” ifadəsindən öncə “qiymətli” ifadəsi əks olunacaqdır.

18. Bu baxımdan, həmin normada qiymətli ifadəsi ancaq daşlara aiddir, həmin normada metalların isə bütün növləri nəzərdə tutulmuşdur. Yəni metalların bütün növləri üzrə satış, gəlir vergisindən azad deyildir.

19. Həmçinin Azərbaycan dilinin qrammatikası baxımından da qiymətli ifadəsi metal ifadəsinə aid olmadığı üçün məhkəmə kollegiyasının məhdudlaşdırıcı şərhi yolverilməzdir. Belə ki, qiymətli daşlar ifadəsi birinci növ təyini söz birləşməsi olmaqla, qiymətli sözü yalnız daşlar ifadəsini təyin və izah edir. Lakin metal lar ifadəsi təyini söz birləşməsi olmadığı üçün, yəni metallar ifadəsinin konkret və müstəqil təyini mövcud olmadığı üçün “qiymətli” ifadəsinin “metallar” sözünə aid edilməsi yolverilməzdir.

20. Məhkəmə kollegiyası işin faktiki hallarına dair qeyd olunan bütün mühüm məlumatları araşdırmadan və aidiyyəti olan qanunvericilik aktlarının və normalarının tələblərini düzgün tətbiq etmədən qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinin dəlillərini əsassız sayaraq bildirmişdir ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinin dizpozisiyasında “bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla” şərti qeyd edilmiş və bu şərt vasitəsilə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində nəzərdə tutulub-tutulmamasından asılı olma yaraq Vergi Məcəlləsi ilə vergidən azad gəlirlərin 2 faiz dərəcə ilə vergiyə cəlb edilməsi məhdudlaşdırılmışdır. Başqa sözlə desək, sözügedən maddənin tələbinə əsasən Vergi Məcəlləsi ilə vergidən azad olunan gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi istisna edilmişdir.

22. Sahəvi normativ aktın adından istifadə edərək Vergi Məcəlləsinin müvafiq maddəsindəki söz və ifadələrin izahının verilməsi hüquqi cəhətdən düzgün deyil və belə müqayisə barədə hər hansı ağlabatan mühakimə yürütmək də mümkün deyildir.

23. Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinin qrammatik baxımından şərhinə gəlincə isə qeyd edilməlidir ki, “qiymətli daşlardan və metallardan” ifadəsi təyini söz birləşməsi kimi “qiymətli” ifadəsinin həm daşlara, həm də metallara aid olduğunu bildirir. Belə ki, daşlar sözü “və” bağla yıcısı vasitəsilə “metal” sözü ilə əlaqələndirildiyinə görə “qiymətli” ifadəsi hər iki sözə aiddir və onların hər ikisinin də mahiyyətini təyin edir.

24. Eyni zamanda iş materiallarına əlavə edilmiş vergi orqanının 31.10.2017-ci il tarixli **********5184300 nömrəli məktubunda VM-in 102.1.7-ci maddəsinin ətraflı izahı öz əksini tapmış və həmin məktubda yalnız qiymətli metalların vergiyə cəlb edildiyi, qiymətli metal olmayan əlvan və qara metalların isə vergidən azad edildiyi aydın formada bəyan edilmişdir. Xüsusi qeyd edilməlidir ki, bəhs edilən məktub VM-in 15.1.2, 24.0.3-cü və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 8.4 və 8.6-cı maddələri baxımından mötəbər sübutetmə vasitəsi hesab edilir. Bu baxımından da kassa siya şikayəti əsassızdır.

25. Bununla yanaşı məhkəmə icraatı zamanı təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi olaraq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30.06.2021-ci il tarixli 9/3252 nömrəli rəyi məhkəməyə təqdim edilmiş və rəydə vergi orqanının hesablamasının qanunsuz olduğu bir daha təsdiqini tapmışdır.

26. Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Lakin hazırda vergi orqanı eyni gəlirə görə həm iddiaçı, həm də metal təhvil verən ayrı-ayrı vətəndaşlardan ikiqat vergi tələb edir və vergi borcunun ödənilməsi istiqamətində bütün tədbirləri (iddiaçının bank hesablarına sərəncam qoyulması, əmlakın siyahıya alınması, ölkədən çıxışa məhdudiyyət qoyulması və s.) həyata keçirir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 101.6. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 (31.12.2021-ci ildən 5 faiz) faiz dərəcə ilə vergi tutulur (həmin dövrdə qüvvədə olan tələblərə görə). Maddə 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: (-). 102.1.7. qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir; (-). “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.5. Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər: 3.5.1. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu; 3.5.2. əlvan və qara metal qırıntılarının qəbulu; 3.5.3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu; 3.5.4. utiliza siya məqsədləri üçün işlənmiş şinlərin qəbulu; 3.5.5. xam dərinin tədarükü (alışı). “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu qanun qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləyir. Maddə 1.1. Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılar: 1.1.1. qiymətli metallar - istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallan (palladium, iridium, osmium, rodium və rutenum); 1.1.2. qiymətli daşlar - işlənilmiş və işlənilməmiş şəkildə olan təbii almazlar, zümrüdlər, yaqutlar, sapfirlər, aleksandritlər; 1.1.3. qiymətli metallardan və qiymətli daşlardan məmulatlar - qiymətli metallardan və onların əlvan metallarla ərintilərin-dən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətlİ və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyaları; 1.1.4. qiymətli metalların və qiymətli daşların qırıntıların və tullantıların - fiziki, kimyəvi, mexaniki və sair təsir nəticəsində əsas hissədən ayrılmış və bir qayda olaraq öz ilkin təyinatında istifadə edilə bilinməyən qiymətli metalların və qiymətli daşların hissələri; 1.1.5. bank metalları - b eynəlxalq standartlara uyğun yük-sək əyər göstəricisinə qədər təmizlənmiş (affinaj edilmiş) və keyfiyyət sertifikatına malik olan qiymətli metalların külçələri (standart və ölçülmüş külçələr), Azərbaycan Respublikası və digər dövlətlər tərəfindən tədavülə buraxılan və öz nominal dəyərindən fərqli qiymətə satıla bilən qiymətli metallardan hazırlanmış sikkələr; 1.1.6. qiymətli daşların çeşidlənməsi və ilkin təsnifləşdirilməsi - təsdiq olunmuş kolleksiya nümunələri və təsnifatlar əsasında hasil olunmuş mineral xammaldan qiymətli daşların ayrılması, habelə onların dünya bazarında qəbul olunmuş növlərə bölünməsini təmin edən zənginləşmə prosesinin mərhələ-si; 1.1.7. qiymətli metalların affinajı - hasil edilmiş qiymətli metalların qarışıqlardan və kənar komponentlərdən təmizlənməsi, qiymətli met alların Azərbaycan Respublikasının dövlət standartlarına, texniki şərtlərə və beynəlxalq standartlara uyğun keyfiyyətə çatdırılması prosesi; 1.1.8. qiymətli daşların rekuperasiyası - qiymətli daşların müəyyən səbəblərə görə istifadədən çıxarılmış avadanlıq və cihazlardan, texniki təyinatlı digər məmulatlardan, habelə tərkibində qiymətli daşlar olan tullantılardan təkrar əfv edilməsi, onların müvafiq texniki şərtlərə və ya almazların təsnifatına uyğun keyfiyyətə çatdırılması (təmizlənməsi); 1.1.9. (Çıxarılıb). 1.1.10. əyar - məmulat hazırlanan ərintinin dəyərini müəyyən edən və min çəki vahidində qiymətli metalın miqdarını təsdiqləyən dövlət standartı. 1.2. Bu qanunun 1.1.1-ci və 1.1.2-ci maddələrində göstərilən qiymətli metalların və qiymətli daşların siyahısı yalnız Azərbaycan Respublikas ının Qanunu ilə dəyişdirilə bilər. 1.3. Bu qanunun 1.1.9-cu maddəsinə müvafiq olaraq tərtib edilən reyestrə daxil edilən qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar aparan hüquqi şəxslər və fərdi sahibkarlar onların reyestrə daxil edilməsi ilə əlaqədar heç bır ödəniş ödəmirlər.

28. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada tə qdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

29. Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya inst ansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

33. Məhkəmə tərkibi qeyd edir ki, kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.

34. İşin halları ilə müəyyən olunur ki, mübahisələndirilən qərarda əlavə vergi hesablanmasına səbəb olaraq əhalidən yığılan metal tullantı və qırıntılarına görə onlara ödənilən məbləğlərdən ödəmə mənbəyindən verginin tutulmalı olması göstərilmişdir. Bu zaman vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 101.6-cı maddəsinə istinad edilmişdir.

35. Həmin maddənin tələbinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. 36. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə əsasən bir sıra mallar, o cümlədən əlvan və qara metal qırıntılarının qəbulu vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd qaydada satın alına bilər.

37. Kassator öz şikayətini onunla əsaslandırmışdır ki, maddi hüquq normasının dizpozisiyasında ifadə olunan qiymətli daşlar və metallar ifadəsi metalların da qiymətli olması tələbini istisna edir. Həmin normada ifadə olunan metallar ifadəsinin metalların bütün növlərinə aid edilməsini təsdiq etmək üçün qeyd edirik ki, “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən qiymətli metall ar istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metalları (palladium, iridium, osmium, rodium və rutenum) hesab olunur. Sözügedən sahəvi normativ hüquqi aktın mətnində ifadə olunan bütün “metal” ifadələri mütləq şəkildə “qiymətli” ilə birgə əks olunmuşdur ki, bu da həmin metal növünün digər metal növlərindən fərqləndirmək məqsədi daşıyır. Lakin Vergi Məcəlləsinin 102.1.7-ci maddəsində “qiymət daşlar” ifadəsi öncə əks olunmuş, daha sonra isə metalar ifadəsi müəyyən olunmuşdur ki, bu da birmənalı ş əkildə “qiymətli” ifadəsinin yalnız daşlara aid edildiyini, həmin normada metalların isə bütün növlərinin nəzərdə tutulduğu müəyyən olunur. Əks təqdirdə, yəni həmin maddi hüquq normasında qiymətli metallar nəzərdə tutulmuş olsaydı, mütləq şəkildə sözügedən sahəvi qanuna əsasən “metallar” ifadəsindən öncə “qiymətli” ifadəsi əks olunacaqdır. Bu baxımdan, həmin normada qiymətli ifadəsi ancaq daşlara aiddir, həmin normada metalların isə bütün növləri nəzərdə tutulmuşdur. Yəni metalların bütün növləri üzrə satış, gəlir vergisindən azad deyildir.

38. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

39. Belə ki, “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunun 1-ci maddəsində verilmiş əsas anlayışların izahından (1.1.1-ci maddəsinə əsasən qiymətli metallar istənilən şəkildə, vəziyyətdə, o cümlədən külçə və affinaj olunmuş (saflaşdırılmış, təmizlənmiş halda), habelə xammalda, xəlitələrdə, yarımfabrikatlarda, sənaye məhsullarında, kimyəvi birləşmələrdə, zərgərlik və digər məişət məmulatlarında, sikkələrdə, qırıntılarda, istehsal və məişət tullantılarında olan qızıl, gümüş, platin və platin qrupu metallarıdır (palladium, iridium, osmium, rodium və rutenum), 1.1.3-cü maddəsinə əsasən qiymətli metallardan və qiymətli daşlardan məmulatlar qiymətli metallardan və onların əlvan metallarla ərintilərin-dən, qiymətli daşlardan xüsusi emal edilmiş qiymətlİ və ya yarımqiymətli və bəzək daşları ilə bəzədilmiş və ya bəzədilməmiş bədii-estetik, məişət məqsədləri üçün istifadə edilən, bədii-incəsənət tərtibatına malik olan zərgərlik və digər məişət əşyalarıdır, 1.1.4-cü maddəsinə uyğun olaraq isə qiymətli metalların və qiymətli daşların qırıntıların və tullantıların - fiziki, kimyəvi, mexaniki və sair təsir nəticəsində əsas hissədən ayrılmış və bir qayda olaraq öz ilkin təyinatında istifadə edilə bilinməyən qiymətli metalların və qiymətli daşların hissələridir) və qanunvericilik aktlarının digər tələblərindən də aydın olduğu kimi qiymətli metal və onların məmulatları kateqoriyasına daxil olan metalların təqdim edilməsindən əldə edilən gəlir Vergi Məcəlləsinin 102.1.7-ci maddəsi ilə müəyyən edilmiş vergidən azad gəlirlər siyahısına daxil deyildir və Vergi Məcəlləsinin 101.6-cı maddəsinə uyğun olaraq məhz belə gəlirlər ödəmə mənbəyində ve rgiyə cəlb edilməlidir. Lakin qiymətli metal və onların məmulatı hesab edilməyən əlvan və qara metalların, habelə onların tullantı və qırıntılarının əhali tərəfindən təqdim edilməsindən əldə edilən gəlirlər Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə uyğun olaraq vergidən azad gəlirlər siyahısına daxildir və bu səbəbdən belə ödəmələr Vergi Məcəlləsinin 101.6-cı maddəsi ilə nəzərdə tutulan ödəmə mənbəyindən vergiyə cəlb edilə bilməz.

40. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyas iya Məhkəməsinin İnzibati kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2-1(105)-638/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar