Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-719/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyası təyin edilməsi; sığorta stajı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyi natı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-482/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur.
2. İddiaçıya məxsus xx.xx.2076-cı il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994cü il tarixdən x x.xx.1996-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müxtəlif vəzifələrdə işləmişdir.
3. X6 tərəfindən verilmiş ДТ-1 № 765082 seriyalı diplomun surətindən görünür ki, X4 1978-1981-ci illərdə həmin texnikumda təhsil almış və “texnik texnoloq” ixtisası üzrə tam kursu bitirmişdir.
4. İİ ЖГ № 486089 seriyalı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X1 Ədalət Nuru oğlu ilə nikaha daxil olmuş və ərinin soyadını qəbul etmişdir. 5. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 13 may 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2004-xx.xx.2006-cı illər üçün məlumatların saxlanma müddətləri bitdiyi üçün “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair təlimata və “Vergi orqanlarında arxiv işinin aparılması Qaydaları”na əsasən sənədlər məhv edilmişdir. Qeyd olunan səbəbdən müvafiq sənədlərin təqdim edilməsi mümkün olmamışdır. xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək vergilər üzrə dövriyyəsi 10.402,26 manat, vergi ödənişləri isə 2.644,0 manat olmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsində “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən “Məcburi dövlət sosial sığortası üzrə rubluk hesabat”ın, “İşsizlik sığortası üzrə rüblük hesabat”ın qəbulu və sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Qeyd olunanlara əsasən müvafiq tarixdən öncəki MDSS haqları üz rə hesabatlar və ödənişlər barədə məlumatın verilməsi mümkün olmamışdır.
6. Dövlət Sosial sığort şəhadətnamənin surətindən görünür ki, İddiaçı məcburi dövlət sosial sığorta haqqı ödəyicisi olmuşdur.
7. DSMF X8 Ərazi filialı tərəfindən verilmiş xx.xx.2022-ci il cavab məktubundan görünür ki, İddiaçı tərəfindən iyun, iyul, oktyabr 2000-ci il, fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr 2001-ci il, mart, may, iyun, iyul, sentyabr 2002-ci il, yanvar, aprel, may, iyun və noyabr 2003-cü il dövrləri üçün hər ay 35.000 manat olmaqla məcburi dövlət sosial sığorta haqqı ödəmişdir.
8. İddiaçı ərizə ilə müraciət edərək ona 62,5 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh 26 aprel 2022-ci il tarixli, **********6 nömrəli məktubu ilə iddia çının müraciətinin icrasından imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyasının təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyi sənədlərə əsasən sığorta stajı xx.xx.2006-cı il tarixinədək 24 il 1 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20 il 6 ay sığorta stajına uyğun olaraq, 16669,16 manat, xx.xx.2006-cı tarixindən xx.xx.2018-ci il tarixinədək 1969,50 manat olmaqla, ümumilikdə, 18638,66 manat təşkil ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
9. Daha sonra iddiaçı yenidən eyni tələblə cavabdehə müraciət edərək ona 62,5 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh 09 iyun 2022-ci il tarixli, **********4 nömrəli məktubu ilə iddiaçının müra ciətinin icrasından yenidən imtina edərək qeyd etmişdir ki, təqdim edilən sənədlərə əsasən sığorta stajı xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək əyani təhsil aldığı dövr də nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixinədək 24 il 8 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 21 il 1 ay sığorta stajına uyğun olaraq, 17075,10 manat, xx.xx.2006-cı tarixindən xx.xx.2018-ci il tarixinədək 1969,50 manat olmaqla, ümumilikdə, 19044,60 manat təşkil ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ Q ƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 62 yaş 6 ayı tamam olduğu tarixdən, yəni 01 aprel 2022-ci il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 1959-cu ildə anadan olmuşdur. 62 yaş 6 ay tamam olduğundan yaşa görə əmək pensiyası təyini üçün sənədlərini Sumqayıt “Asan xidmət” Mərkəzinə təqdim etmişdir. Ərizə və ərizəyə əlavə olunmuş sənədlər Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz i Filialda araşdırılmış və 26 aprel 2022-ci il tarixli **********6 saylı məktubla əmək pensiyası təyinindən imtina olunmuşdur. İmtinaya səbəb kimi imtina məktubunda iş stajının 24 il 1 ay olması, habelə fərdi hesabının sığorta hissəsində pensiya kapitalının 34560 olmalı olduğu halda 18638,66 manat olması göstərilmişdir. Qeyd edilən səbəbdən də, ona əmək pensiyası təyin edilməmiş, əmək qanunvericiliyində nəzərdə tutulan iş stajının olmamasına görə aylıq müavinət təyin edilmişdir. O, imtina məktubu ilə razılaşmır. Belə ki, onun ümumi iş stajı əmək kitabçası üzrə 24 il 7 aydır. Bundan başqa o, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X3 məxsus olan (VÖEN: 2********) istehsal sahəsində işləmişdir. Həmin müddət ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna mütamadi ola raq məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Həmçinin 2000-2005-ci illərdə fərdi sahibkar kimi vergi orqanından qeydiyyatdan keçməklə pərakəndə satış ticarəti ilə məşğul olmuşdur (VÖEN: 2********). 2000-2005-ci illərdə məcburi dövlət sosial sığorta haqlarının ödəyicisi olmuşdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh özünün 09 iyun 2022-ci il tarixli, **********4 saylı məktubu ilə bildirmişdir ki, iş stajı 24 il 8 ay olduğundan yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir.
12. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmiş, lakin tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə pensiya yaşına çatmışdır. Onun təqdim etdiyi təhsil haqqında sənədə (diplom) əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək 2 il 6 ay 18 gün əyani təhsil aldığı dövr, əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyy əti dövrü 16 il 9 ay 10 gün təşkil etməklə 19 il 3 ay 28 gün mübahisələndirilməyən sosial sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Belə ki, İddiaçı təqdim etdiyi mədaxil qəbzlərinə əsasən xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək fiziki şəxs qismində məcburi dövlət sosial sığorta haqqı ödədiyi dövr 1 il 10 ay təşkil etməklə mübahisələndirilən dövr kimi onun sosial sığorta stajına daxil edilməmişdir. İddiaçı ümumi sosial sığorta stajına mübahisələndirilən illər daxil edilsə belə, tələb olunan sosial sığorta stajı tamamlanmır. Bu səbəbdən iddiaçının müraciətinin təmin olunmasından im tina edilmişdir.
13. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) 2-1(118)-352/2023 saylı, 20 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı məcburi dövlət sosial sığorta haqları ödədiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2006cı il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilərək 01 aprel 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə q oyulması qərara alınmışdır.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, araşdırma zamanı iddiaçının 2000-2003-cü illərdə məcburi dövlət sosial sığorta haqqları ödəməsi və 2004-2012-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilmişdir. Məcburi dövlət sosial sığorta haqlarının ödənildiyini təsdiq edən mədaxil qəbzləri iddiaçı tərəfindən təqdim edilmiş, cavabdehin qəbzlərdə göstərilən dövrün iddiaçının sosial sığorta stajına daxil edilməməsini həmin ödənişlərin elektron sistemdə görünməməsi ilə izah etmişdir. Hansı ki, elektron sistemdə xx.xx.2006-cı ildən sonra yaranmışdır və həmin tarixədək olan ödənişlər elektron sistemə daxil edilə bilməzdi. Cavabdeh tərəfindən mübahisələndirilən dövr də nəzərə alındıqda tələb olunan 25 ildən artıq sığorta stajı tamamlanır ki, bu da ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən əmək pensiyası təyin edilməsinə əsas verir.
15. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-482/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: Z.İ.Məmmədov və G.İ.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2-1(118)-352/2023 nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, İddiaçı 62 yaş 6 ayı tamam olduğu tarixdən, yəni 01 aprel 2022-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı iş üzrə düzgün hüquqi nəticəyə gəlsə də, qərarın nəticə hissəsində iddia tələbindən kənara çıxmışdır. İşdən görünür ki, iddiaçının tələbi ona 62 yaş 6 ayı tamam olduğu 01 aprel 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmuşdur. Cavabdeh tərəfindən mübahisələndirilən dövrün 2000-2004-cü illər olmasına, habelə iddiaçı tərəfindən işə baxan məhkəməyə tələbin dəqiqləşdirilməsi ilə bağlı hər ha nsı ərizə təqdim edilməməsinə baxmayaraq, məhkəmə iddiaçının tələbini onun “məcburi dövlət sosial sığorta haqları ödədiyi xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilərək ona 01 aprel 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi qəbul edərək bu məzmunda iddianı təmin etmişdir. Halbuki, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr ərzində iddiaçının fərdi sahibkar kimi sosial sığorta haqları ödəməsinə dair mədaxil qəbzləri mövcud olmamış, həmçinin, həmin dövr mübahisə predmeti də ol mamışdır. Bu baxımdan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya iddia tələbində qeyd edildiyi kimi, 62 yaş 6 ayı tamam olduğu tarixdən, yəni 01 aprel 2022ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində işin halları, imtina məktubunun dəlilləri təkrarlanmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya məxsus AT seriyalı, 765082 saylı, 03 iyun 1981ci il tarixli diplomdan görünür ki, təhsil haqqında sənədə (diplom) əsasən əyani təhsil aldığı dövr x x.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək 2 il 6 ay 18 gün təşkil etmişdir. İddiaçıya məxsus əmək kitabçasında qeyd edilən 16 il 9 ay 10 gün, təhsil haqqında sənədə (diplom) əsasən 2 il 6 ay 18 gün əyani təhsil aldığı dövr və cavabdəh inzibati orqan tərəfindən mübahisələndirilən, lakin məhkəmə kollegiyası tərəfindən nəzərə alınan 2000-ci ilin iyun, iyul, sentyabr və oktyabr ayları, 2001-ci ilin fevral-iyun, avqust-oktyabr ayları, 2002-ci ilin mart, may-sentyabr, noyabr ayları, 2003-cü ilin yanvar, aprel-iyun, noyabr ayları, 2004-cü ilin fevral ayı, ümumilikdə 24 il 11 ay 28 gün sosial sığorta stajını təşkil edir ki, bu da qanunvericiliklə tələb olunan 25 il sosial sığorta staiı tələbini ödəmir. Məhkəmə kollegiyası tərəfindən isə əsassız olaraq iddiaçının təhsil aldığı müddəti 3 i l kimi nəzərə alınaraq və əmək kitabçasında öz əksini tapmayan dövrləri sosial sığorta stajına daxil edilərək iddia tələbi təmin edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış p ensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatl arda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti;... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydası” Bənd 4.1 Əmək pensiyasının təyin edilməsi zam anı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işə götürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nətic əsində tərtib olunan akta əsasən; 2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən; 3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən; 4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən; 6. işləməyən ananın körpə uşaqlarına qullu q etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən. 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zərur i edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tə ləbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apell yasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qərarının tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İlk olaraq, şikayətdə fundamental vacib hüquqi məsələlər qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələri nin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, onunla eynilik təşkil edir. Bu mənada, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun müvafiq iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanu nvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
32. Hazırkı mübahisəyə mü nasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.
33. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.
34. Şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır.
35. İddiaçının 62,6 yaşının tamam olduğu (“Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən 1 iyul 2021-ci ildən 30 iyun 2022-ci il tarixədək qadınlar üzrə pensiya yaşı 62 il 06 ay olmuşdur.) 01 aprel 2022-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan verm ədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.
36. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə (müvafiq yaşa çatması, 25 il sığorta stajı) mövcuddur.
37. İddiaçı tərəfindən 2000-ci ilin iyun, iyul, sentyabr və oktyabr ayları, 2001-ci ilin fevral-iyun, avqust-oktyabr ayları, 2002-ci ilin mart, may-sentyabr, noyabr ayları, 2003-cü ilin yanvar, aprel-iyun, noyabr ayları, 2004-cü ilin fevral ayı ərzində vergi ödəyicisi kimi məcburi dövlət sosial sığorta haqları ödənilmişdir.
38. İddiaçının fərdi sahibkar kimi fəaliyyət göstərdiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyin normalarına görə belə fəaliyyətlə məşğul olan şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzləri iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir.
39. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının 2000-2004-cü illər üzrə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi məcburi dövlət sosial sığorta haqlarını ödədiyindən, bununla bağlı mədaxil qəbzləri təqdim edildiyindən, məcburi sosial sığorta haqlarına dair mədaxil qəbzləri üzrə ödənilmiş vəsaitlər onun sığorta stajının hesablanması zamanı nəzərə alınmalıdır. 40. 2000-2003-cü illər ərzində müxtəlif aralıqlarla fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu bəzi dövrlər üzrə isə qəbzlərin elektron sistemdə əksini tapm aması isə iddiaçının ziyanına şərh edilə bilməz. Cavabdeh nümayəndəsi də izahatında elektron sistemin daha sonra yaradıldığını bildirmişdir.
41. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında qeydlərə əsasən iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək işlədiyi dövr üzrə iş stajı, təhsil aldığı dövr üzrə 2 il 6 ay 19 gün, iddiaçının fərdi hesabının sığorta hissəsində 2006-cı ilin yanvar ayın dan 01 dekabr 2018-ci il tarixədək qeydə alınmış 1969,54 manat pensiya kapitalı üzrə 3 il 7 ay, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrlərdə məcburi dövlət sosial sığorta haqları ödədiyi dövr daxil olmaqla ümumi iş stajı 25 ildən artıqdır.
42. Cavabdehin kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, təhsil haqqında sənədə (diplom) əsasən iddiaçının əyani təhsil aldığı dövr 3 il deyil, 2 il 6 ay 18 gün təşkil edir.
43. Kollegiya qeyd edir ki, iddiaçının təhsil aldığı dövr 2 il 6 ay 18 gün qəbul edildiyi halda belə 25 ildən artıq sığorta stajı mövcuddur.
44. Cavabdeh iddiaçıya verdiyi xx.xx.2022-ci il tarixli imtina məktubunda xx.xx.2006cı il tarixədək onun mübahisələndirilməyən 24 il 1 ay, xx.xx.2022-ci il tarixli məktubunda 24 il 08 ay sosial sığorta stajına mali k olmasını qeyd etmişdir.
45. Cavabdeh nəzərə almalıdır ki, şəxsin müraciətinin təmin edilməsindən imtina ilə bağlı hər dəfə yeni dəlillərə istinad etməkdə haqlı sayıla bilməz və belə hal bir tərəfdən, şəxsin səmərəli müdafiə hüququnun təmin olunması, digər tərəfdən isə, prosessual qənaət prinsipinin tələbləri baxımından yolverilməzdir. Obyektiv araşdırma prinsipinin tələbinə görə, inzibati orqan inzibati icraat çərçivəsində şəxsin müraciətinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və işin bütün hallarının araşdırılması onun xidməti vəzifəsindən irəli gəlir. Şəxsin müraciətinin təmin edilib-edilməməsi qənaətinə gələrkən, cavabdeh məhz qanunvericiliyin tələblərinə uyğun aparılmış inzibati icraatın nəticəsinə əsaslanmalı dır.
46. Bununla yanaşı, kollegiya qeyd edir ki, cavabdehin qeyd etdiyi kimi xx.xx.2006-cı il tarixədək 24 il 1 ay stajının olduğunu qəbul etsək, cavabdehin özünün qəbul etdiyi 2006cı ilin yanvar ayından 01 dekabr 2018-ci il tarixədək qeydə alınmış 1969,54 manat pensiya kapitalı üzrə 3 il 7 ay sığorta stajı ilə birgə 62,5 yaşının tamam olduğu 01 aprel 2022-ci il tarixədək 25 ildən artıq sığorta stajına malikdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
48. Beləliklə, inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu h alda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-482/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.