Məhkəmə qərarları › İş №2-1(102)-72/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-72/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-72/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-72/2020 Bakı şəhəri xx xxxxxx 2020-ci il Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Mehparə Əhmədova və Ələsgər Əliyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili Nüsrət Hüseynovun iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellya siya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1416/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 1226 A saylı torpaq sahəsinin onun mülkiyyətinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Səbail rayon İcra Hakimiyyətinin xx xxxx 1995-ci il tarixli, 663 saylı sərəncamı ilə Badamdar qəsəbəs i, 3-cü yaşayış massivində 600 kv.m torpaq sahəsi fərdi evin tikintisi üçün iddiaçıya ayrılmış, xx xxxx 2004-cü il tarixdə isə həmin torpaq sahəsinin cizgisi verilmişdir. İddiaçı həmin torpaq sahəsinə dövlət əmlakının reyestrindən çıxarışın verilməsinə dair cavabdehə müraciət etsə də, cavabdeh torpaq sahəsinin iddiaçıya ayrılmasının Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmədiyini əsas gətirməklə imtina etmişdir. Halbuki, İcra Hakimiyyəti tərəfindən cizgi ona 2004-cü ildə verilmiş, həmin tarixdən sonra İcra Hakimiyyəti əməkdaşları bir neçə dəfə dəyişilib və 7 ildən daha əvvələ aıd qeyd aparılan jurnallar məhv edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, qanunvericiliyin tələblərinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əmlakın dö vlət reyestrində müvafiq qeydiyyatını qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və əmlaka hüquqların dövlət reyestrində qeydiyyatının dəqiqliyinə görə cavabdehlik daşıyır. İddiaçının müraciəti nəticəsində aparılmış araşdırma zamanı onun tərəfindən təqdim olunmuş yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmiş, sonuncu sorğuya cavab olaraq təqdim olunan yerləşmə cizgisinin onun tərəfindən təsdiqlənmədiyini və uyğunsuzluğun mövcud olduğunu bildirmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(81)4682/2016 saylı qərarı ilə (hakim Müseyib Bayramov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 1995-ci il tarixli, 663 nöm rəli sərəncamına əsasən Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış və torpaq sahəsinin cizgisi təqdim edilmişdir. İddiaçı həmin torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün zəruri sənədlərlə cavabdehə müraciət etmiş, cavabdeh isə onun tələbinin icra olunmasından imtina etməklə iddiaçının hüquqlarını pozmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2017-ci il tarixli, 2-1(103)-940/2017 saylı qərarı ilə (sədrlik edən Valeh Ağayev, hakimlər Ülvi Mayılov və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsi nin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2-1(102)-1558/2017 saylı qərarı ilə (sədrlik edən İlqar Dadaşov, hakimlər Kəmaləddin Bədəlov və İmran Hacıqayıbov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, Səbail rayon İcra Hakimiyyəti tərəfindən cavabdehə ünvanlanmış məktubda qanunvericiliyin mübahisəli torpaq sahəsinə dair cizgidə göstərilən tarixdə qüvvədə olmuş tələblərinə uyğun olaraq cizginin memarlıq tərəfin dən təsdiq edilməli olduğu göstərilmişdir. Təqdim olunmuş cizgidə olan möhür və imzalarda uyğunsuzluqların mövcud olmasına baxmayaraq, aşağı instansiya məhkəmələri bunu nəzərə almamış, sorğuya cavabın iş materiallarında mövcud olmasına baxmayaraq, onun məhkəməyə təqdim olunmadığını bildirmişdirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 1995-ci il tarixli, 663 saylı sərəncamında iddiaçıya ayrılmış torpaq sahəsində tikinti işlərinin başa çatdırılmalı olduğu müddətə və tikinti zamanı layihədəki ölçülərə əməl olunmadığı təqdirdə torpaq sahəsinin başqa vətəndaşa verilməli olduğu göstərilsə də, məhkəmələr bununla bağlı araşdırma aparmamış, iddiaçı tərəfindən Sərəncamda qeyd olunmuş göstərişlərə əməl olunub-olunmadığı müəyyən edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2-1(103)-228/2018 saylı qərarı ilə (sədrlik edən Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Afaq Nuriyeva) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2-1(102)-1244/2018 saylı qərarı ilə (sədrlik edən Xəqani Məmmədov, hakimlər Azər Hüseynov və Rahib Nəbizadə) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılm ışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, Səbail raron İcra Hakimiyyəti tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair xx xxxx 1995-ci il tarixli, 863 saylı sərəcam verilmiş, həmin inzibati akt hər-hansı qaydada mübahisələndirilməmiş və iddiaçı üçün hüquqi nəticələr yaratmağa davam etmişdir. Lakin həmin sərəncamla bağlı İcra Hakimiyyəti tərəfindən bir-biri ilə ziddiyyyət təşkil edən iki sənəd - xx xxxx 1995-ci il tarixli ayrılmış sahənin sxemi və xx xxxx 2004-cü il tarixli torpaq sahəsinin cizgisi tərtib olunmuşdur. İcra Hakimiyyəti torpaq sahəsinə dair sənədlərin dəqiqliyinə görə məsuliyyət daşımışdır və həmin sənədlərdə ziddiyyətin mövcud olması iddiaçının ziyanına şərh edilə bilməz. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(103)-1910/2018 saylı qərarı il ə (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Məmməd Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməklə, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 1995-ci il tarixli, 663 saylı sərəncamı ilə ayılmış Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində fərdi yaşayış evinin tikilməsi üçün 400 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqların qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respuyblikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2-1(102)-745/2019 saylı qərarı ilə (sədrlik edən Nigar Rəsulbəyova, hakimlər Zakir Quliyev və İlqar Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, birinci instnasiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, apellyasiya məhkəməsi Səbail rayon İcra Hakimiyyətinin xx xxxx 1995-ci il tarixli sərəncamına əsasən iddiaçıya ayrılmış 400 kv.m torpaq sahəsinə onun mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsini cavabdehin üzərinə qoymuşdur. Halbuki, qeyd olunna qərar ümumiyyətlə mövcud olmamış, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair Səbail rayon İcra Hakimiyyətinin xx xxxx 1995-ci il tarixli, 863 saylı sərəncamında isə iddiaçıya konkret olaraq hansı torpaq sahəsinin ayrılması aydın olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1416/2019 saylı qərarı ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Vidadi Məmmədov və İlham Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olumaqla iddia tələbi təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mülkiyyət hüquqlarının qeydaiyyata alınmasını tələb etdiyi sahəyə dair mötəbər hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı müvafiq qeydiyyatın aparılmasından imtinası qanuni və əsaslı olmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin iddiaçıya torpaq sahəsinin ayrılmasına dair inzibati aktın qəbul olunduğu tarixdə qüvvədə olmuş 23, 30, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 8.0, 8.0.7, 12.1, 15, 15.1.2, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 96.11-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, qanunvericilik daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını konkret olaraq müəyyən etmişdir və hazırki halda həmin əsaslardan heç biri mövcud olmamışdır. Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısının x x xxxx 1995-ci il tarixli, 863 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikilməsi üçün Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən torpaq sahəsinin iddiaçınının adına rəsmiləşdirilməsi üçün yetərli əsaslar mövcud olduğu və həmin torpaq sahəsi iddiaçının sahibliyi və istifadəsində olduğu halda cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi qanunsuz və əsassız olmuşdur. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15.1, 8.0.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini mü dafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 1995-ci il tarixli, 663 saylı sərəncamı ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı ayrılması qərara alınmışdır. İddiaçı həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən xx xxxxxxxx 2016-cı il tarixli, **********86 saylı məktubla cavab verilərək İdarəyə təqdim edilən yerləşmə cizgisinin həqiqiliyi ilə bağlı Səbail rayon İcra Hakimiyyətinə göndərilməsinə, sorğuya cavab olaraq təqdim olunan yerləşmə cizgisinin Səbail rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənməməsinə və uyğunsuzluğun mövcud olmasına istinad olunmuşdur. Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının 863 saylı, xx xxxx 1995-ci il tarixli sərəncamı ilə ayrılmış torpaq sahəsinin xx xxxx 2004-cü il tarixli yerləşmə cizgisində ayrılmış torpaq sahəsinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşməklə, 600 kv.-dən deyil, 400 kv.m-dən ibarət olması, solda yerləşən torpaq sahəsinin nömrəsinin 1223, sağda yerləşən torpaq sahəsinin nömrəsinin isə 1226 olması göstərilmişdir. “Həyətyanı torpaq sahəsinin verilməsinə aid” xx xxxx 1995-ci tarixli akta əsasən Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti Başçısının 863 saylı, xx xxxx 1995-ci il tarixli sərəncamına əsasən vətəndaş İddiaçı 0,06 hektar torpaq sahəsi təhkim edilmişdir. Aktda göstərilən cizgiyə əsasən 1225a saylı torpaq sahəsinin sağında yerləşən torpaq sahəsinin nömrəsi 2004-cü ildə tərtib olunmuş cizgidən fərqli olaraq 1226 deyil, 1225-dir. Həmçinin akt, qeyri iş günü-21 mart tarixində (Novruz Bayramı) tərtib edilməklə yanaşı, torpaq sahəsinin nömrəsində viziual baxışla görünməsi mümkün olan düzəliş mövcuddur. İddiaçının nü mayəndəsinin məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, istinad olunan xx xxxx 1995-ci il tarixli akt cavabdeh inzibati orqana da təqdim edilməmişdir. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən cavabdehə ünvanlanmış 10-746 saylı, xx xxxxxx 2016-cı il tarixli məktubda göstərilmişdir ki, Sabunçu rayonu, Ə.Kərim küçəsi mənzil 21 ünvanında qeydiyyatda olan İddiaçı məxsus Səbail rayonu, badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair cizgidə göstərilən tarixdə qüvvədə olan qanunvericilik tələblərinə uyğun olaraq, təqdim olnmuş cizgi memarlıq xidməti tərəfindən təsdiq olunmalıdır. Təqdim olunmuş cizgidən görünür ki, təsdiq edilən möhür və imzalarda uyğunsuzluq möcvduddur və rayon icra hakimiyyəti tərəfindən təsdiq olunmamışdır. Hüquqi məsələlər Azərbaycan R espublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, icra hakimiyyətinin qərarı ilə iddiaçının adına ayrılmış torpaq sahəsi ilə bağlı iddiaçı mülkiyyət hüquqlarının qeydaiyyata alınmasını tələb etdiyi sahəyə dair mötəbər hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etmədiyindən, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması ilə bağlı tələbi əsassızdır. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün yetərli əsaslar mövcud olduğu və həmin torpaq sahəsi iddiaçının sahibliyi və istifadəsində olduğu halda, cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi qanunsuz və əsassız olmuşdur. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. “Daşın maz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə Qanun): - 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanınaverilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpa q sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. Sadalanmış maddələrdən göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanı tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş akt daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. Qeydiyyatın aparılması üçün həmin sənəd və mülkiyyət hüququ torpaq sahəsi üzərində aparılmalı olduqda ona dair plan və ölçü cavabdehə təqdim edilməlidir. İşin hallarından göründüyü kimi, iddiaçı torpaq üzərində hüququnun yaranmasının əsası kimi Səbail rayon İcra Hakimiyyəti Başçısının 863 saylı, xx xxxx 1995-ci il tarixli sərəncamına istinad etmişdir. Həmin dövrə münasi bətdə icra hakimiyyəti tərəfindən torpaq sahəsinin ayrılması qaydası qanunveriliyin aşağıdakı müddəalarında əks olunmuşdur. 1991-ci il tarixli redaksiyada olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 7-ci maddəyə əsasən, torpaqlar Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini vətəndaşların xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər; - 9-cu maddəyə əsasən, torpaq üzərində Azərbaycan Respublikasının dövlət mülkiyyətinə, respublika ərazisində bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər subyektlərin mülkiyyətinə verilmiş torpaqlardan başqa, bütün torpaq lar aiddir. Dövlət mülk iyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər; - 22-ci maddəyə əsasən, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: ) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; - 23-cü maddəyə əsasən, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı iləyer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir; - 29-cu maddəyə əsasən, müvafiq rayon, şəhər xalq deputatla rı Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir; - 30-cu maddəsinə əsasən, torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir; - 100-cü maddəyə əsaəsn, yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur: 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçi lərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını. Maddələrin tələblərindən göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahələrinin fiziki və hüquqi şəxslərin daimi sahibliyinə və istifadəsinə ayrılması səlahiyyəti xalq deputatları Sovetlərinə məxsus olmuş, torpaq sahəsinin verilməsi sonuncu qurumun qərarı və yer quruluşu sənədlərinə əsasən həyata keçirilməlidir. Bu məqsədlə yer quruluşu tədbirləri kimi yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etməli və yerdə (naturada) torpaq sahəsinin ayrılmas ını təsdiq edən dövlət sənədlərini hazırlanmalıdır. Bu sənədlər əsasında torpaq üzərində mülkiyyət hüququ dövlət aktı ilə rəsmiləşdirilməlidir. Bundan başqa, zamana gör qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 yanvar tarixli, 35 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq sahəsinin verilməsi və geri alınması barədə vəsatət qaldırılması və ona baxılması qaydası haqqında Əsasnamə”nin: - 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında istifadə üçün torpaq sahələrinin verilməsi və geri alınması Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 20, 21, 22-ci maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin və rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetlərinin qərarları əsasınd a həyata keçirilir; - 2-ci bəndinə əsasən, torpaq sahəsi verilməsi və geri alınması haqqında vəsatətə baxılmaq üçün yerquruluşu işi tərtib edilir. Yerquruluşu işini torpaq verilməsi haqqında vəsatət qaldıran müəssisə, idarə, təşkilat nümayəndələrinin və vətəndaşların bilavasitə iştirakı ilə müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri hazırlayırlar; - 23-cü bəndinə əsasən, həyətyanı torpaq sahələrinin ayrılması üçün aşağıdakı sənədlər müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetinə təqdim edilir: v) icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin həyətyanı torpaq sahəsinin ayrılması barədə vəsatəti; - 25-ci bəndinə əsasən, şəhər və qəsəbələrdə fərdi yaşayış evlərinin və köməkçi tikililərin inşası və kollektiv bağçılıq və bos tançılıq üçün ayrılan torpaq sahələrinin ölçüsü, onların baş planlarına müvafiq olaraq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilir; - 26-cı bəndinə əsasən, şəhər və qəsəbələrdə fərdi tikinti və kollektiv bağçılıq və bostançılıq üçün torpaq sahələri icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin vəsatətinə əsasən müvafiq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Soveti tərəfindən 20 gün müddətində baxılır və qərar qəbul edilir.Vəsatətə ayrılması nəzərdə tutulan sahənin xəritəsi və yaşayış məntəqəsinin baş planından çıxarışı əlavə edilir. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, torpaq qanunvericiliyinə uyğun olaraq torpaq sahəsinin verilməsi xalq deputatları Sovetlərinin qərarları əsasında həyata keçirilməli dir. Torpaq sahəsi verilməsi üçün icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələrinin vəsatəti xalq deputatları Sovetinə təqdim edilməli və vəsatətə yerquruluşu işi qaydasında ayrılması nəzərdə tutulan sahənin xəritəsi və yaşayış məntəqəsinin baş planından çıxarış əlavə edilməlidir. Ayrılan torpaq sahələrinin ölçüsü xalq deputatları Sovetləri tərəfindən müəyyən edilir. Lakin iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncam xalq deputatları Sovetləri tərəfindən deyil, yerli rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edildiyindən, həmin dövrdə qüvvədə olmuş qanunvericilik yoxlanılarkən müəyyən olunmuşdur ki, “Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında” x xxxxxxx 1991-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Prezidentinə hüquq verilmişdir ki, yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkili və fəaliyyəti qaydasının müəyyən olunması, onların tabeliyinin təyin edilməsi, mərkəzi dövlət idarəetmə orqanlarının yaradılması və ləğvi məsələləri barəsində fərmanlar versin. Bu Qanunun icrası ilə bağlı qəbul edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 1991-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə” ilə xalq deputatları Sovetlərinin və icra hak imiyyətinin səlahiyyətləri tənzimlənmişdir. Əsasnamənin 12-ci və 13-cü maddələrində göstərilmişdir ki, bu Əsasnamə ilə müəyyən edilmiş hüdudlarda rayonda, şəhərdə icra hakimiyyətini həyata keçirən dövlət vəzifəli şəxs — İcra hakimiyyətinin başçısıdır, o, torpaqdan istifadə sahəsində məsələləri həll edir. Göründüyü kimi, qanunvericilikdə baş vermiş dəyişikliklərlə müəyyən olunmuşdur ki, artıq torpaq sahəsinin ayrılması ilə bağlı səlahiyyətlər xalq deputatları Sovetlərinə deyil, icra hakimiyyəti başçalarına aid edilmişdir. Beləliklə, iddiaçıya torpaq sahəsinin ayrılması barədə icra hakimiyyəti tərəfindən sərəncamın qəbul edilməsini qanunamüvafiq hesab olunmalıdır. Mübahisəli hal həmin sərəncamla ayrılmış torpaq sahəsinin çizgisinin mötəbərliyi ilə bağlıdır. İşin hallarından göründüyü kimi, a pellyasiya məhkəməsi “Həyətyanı torpaq sahəsinin verilməsinə aid” xx xxxx 1995-ci il tarixli akta və torpaq sahəsinin xx xxxx 2004cü il tarixli yerləşmə cizgisinə qiymət verərkən onların uyğunsuz olduğunu və müvafiq qaydada təsdiq olunmadığına əsaslanmışdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, bu hissədə apellyasiya məhkəməsi müəyyən etdiyi işin hallarına hər hansı hüquqi qiymət vermədiyindən, əsassız olaraq həmin sənədlərin mötəbərsiz olduğu nəticəsinə gəlmidir. Belə ki, yuxarıda göstərilmiş torpaq sahəsinin ayrılmasına dair qanunveriliyin tələblərinə əsasən, hər iki sənəd qanunla müəyyən edilmiş iki qaydalara münasibətdə tərtib edilmişdir. “Həyətyanı torpaq sahəsinin verilməsinə aid” xx xxxx 1995-ci il tarixli akt yuxarıda istinad eidlmiş Azərbaycan Respublikası Torpaq Məcəllə sinin 29-cu maddəsində nəzərdə tutulmuş qaydada yer quruluşu orqanlarının yerdə (naturada) sahənin hüdudlarını müəyyən edən sənəddir. Yəni iddiaçıya 1995-ci ildə torpaq sahəsi sərəncamla ayrılmış, onun hüquqları yerdə müəyyən edilməklə təqdim edilmişdir ki, bu hal iddiaçının həmin aktda olan imzası ilə təsdiq olunur. Lakin həmin vaxt iddiaçının mülkiyyət hüququnun təsdiqi üçün torpaq üzərində mülkiyyət hüququnun dövlət aktı ilə rəsmiləşdirilməsi məqsədilə torpaq sahəsinin yerləşmə çizgisi təqdim olunmamışdr. xx xxxx 2004-cü tarixli “Torpaq sahəsinin yerləşmə cizgisi” isə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 100-cu maddəsində və istinad edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli qərarının 26-cı bəndində göstərilmiş qaydada torpağın yerləşdirilmə sini, yəni onun hüdudlarını, yerləşmə nöqtələrini müəyyən edən sənəddir və icra hakimiyyəti orqanlarının yerlərdəki nümayəndələri tərəfindən tərtib edilməlidir. Sonuncu sənədin alt hissəsindən göründüyü kimi, xx xxxx 2004-cü il tariixndə rayon icra hakimiyyəti başcısının Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib edilmiş və həmin nümayəndəliyə məxsus möhürlə təsdiq olunmuşdur. Həmin sənədin yuxarı hissəsindən göründüyü kimi, Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib edilmiş cizgi Səbail rayon icra hakimiyyəti başcısının müavini tərəfindən və həmin qurumun möhürü ilə təsdiq edilmişdir. Cizgidə faktiki istifadədə olan torpaq sahəsinin 400 kv.m olması və onun yerləşmə nöqtələri əks olunmuşdur. Bu sənəd 2004-cü ildə tərtib edilsə də, lakin onun mahyyəti 1995-ci ildə torpaq sahəsinin ayr ılmasına dair sərəncamla bağlı olduğundan, həmin dövrə münasibətdə qanunveriliyin tələblərinin tətbiqini zəruri etmişdir. Qanunvericiliyin yuxarıda əsk olunmuş tələblərinə görə isə, istinad edilən xəritə (cizgi) torpaq sahəsinin ayrılması zamanı vəsatətə əlavə edilməklə təqdim edilməli, qərar qəbul edildikdə isə torpaq sahəsi ayrılmış şəxsə təsdiq olunmuş qaydada torpaq sahəsinin ayrılması barədə sənədlərlə verilməli və son mərhələdə, torpaq sahəsi yerində (naturada) ayrılmalı və sonuncu hərəkətlə bağlı müvafiq sənəd tərtib edilməlidir. Qeyd edilənləri nəzərə almaqla, məhkəmə kollegiyası hesab edir ki, istinad eidlmiş sənədlər müxtəlif hüquqi faktları müəyyən etmiş və onlarda əks olunmuş məlumatların hansı qaydada uyğunsuzluq təşkil etdiyi qeyri-müəyyəndir və bu hissədə apellyasiya məhkəmə si cavabdehin imtinasına əsas olmuş halın nədən ibarət olduğunu tam aydınlaşdırmalıdır. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhk əməsi iddiaçının bildirdiyi hallara dair təqdim etdiyi sənədlərə əsasən işin hallarını müəyyən etməli və cavabdehin mülkiyyət hüququnun qeydə alınmasına dair imtinanın hüquqi və faktiki əsasları üzrə, zəruri olduğu halda torpaqşünaslıq məhkəmə ekspertizası təyin etməklə yenidən araşdırma aparmaqla nəticəyə gəlməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmi n Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1416/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar