Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-72/2021 26.01.2021 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtnia) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil3, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fo ndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-429/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1963-cü ildə anadan olmuş, xx.xx.1983-cü ildə əmək fəaliyyətinə başlamış, müxtəlif müəssisələrdə çalışmışdır və xx.xx.2014-cü ildən hal-hazıradək “Neft Daşları” İstehsal bölümü, 2585 saylı dəniz stasionar özülündə neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçı köməkçisi vəzifəsində işləyir.
2. İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edi lməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir.
3. Cavabdeh xx.xx.2019-cu il tarixli **********3 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək qanunvericiliklə tələb olunan 20 il ümumi sığorta stajının malik olduğuna baxmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 10 il xüsusi sığorta stajının olmadığı üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraci ət edərək ona 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdehin imtinası əsassızdır. Belə ki, onun ümumilikdə 38 il ümumi, 36 il xüsusi stajı vardır. xx.xx.2006-cı il tarixinə kimi 20 ildən artıq əmək stajı olduğuna və stajının 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahı üzrə işlədiyinə, həmçinin xx.xx.2015-ci il tarixində 52 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.
6. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)3972/2019 nömrəli qərarına əsasən (hakim-A.A.Abdullayeva) iddianın təmin edilməsi, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin bi rdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixinə kimi 20 ildən artıq əmək stajı olduğundan və həmin stajın 10 ildən artıq müddətini Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahı üzrə işlədiyindən, həmçinin xx.xx.2015-ci il tarixində 52 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
9. Cavabdeh qərardan apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-429/2020 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – E.E.Nağıyeva, hakimlər – H.Ü.Həmidov və V.M.Məmmədov) cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3972/2019 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilərək iddianın rədd edilməsi qərara alınmışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının əmək kitabçası 1983-cü ildə açılmalı olsa da, 2000-ci ildə açılmış və üzərində dublikat qeydi olmamış, bu barədə iddiaçı heç bir açıqlama verməmiş və iş materiallarında öz əksini tapmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin müddəalarına əsasən hazırkı iş üzrə xx.xx.2017-ci il tarixinədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun tətbiq edil məlidir. Bu baxımdan isə iddiaçının çalışdığı peşə “qazmaçı köməkçisi” 2 nömrəli Siyahıda da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli Qərarı ilə təsdiqlənmiş Siyahıda da öz əksini tapmamışdır. İddiaçının təqdim etdiyi xx.xx.2020-ci il tarixli arayışda da bu barədə hər hansı qeyd yoxdur. Halbuki, ““Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Beləliklə, iddiaçının xx.xx.1983-xx.xx.2006-cı illər üzrə stajı 22 il 05 ay 02 gün təşkil edir. İddiaçı 02 il 10 gün, xx.xx.1981-xx.xx.1983-cü il tarixlərində hərbi xidmətdə olub. İddiaçının ümumi əmək s tajı cəmi 24 il 05 ay 12 gün təşkil edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndi isə 25 illik ümumi əmək stajı tələb edir. Bundan başqa, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, yəni “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində xx.xx.2017-ci il tarixindən qüvvəyə minmiş dəyişikliyə qədər pensiya hüququ qazanmamışdır. Belə ki, həmin tarixədək iddiaçının 57 yaşı tamam olmamışdır.
12. Məhkəmə qərarı iddiaçının nümayəndəsinə xx.xx.2020-ci il tarixində təqdim edilmişdir.
13. İddiaçı xx.xx.2020-ci il tarixində həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLAR İ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə məhkəmə iş üzrə təqdim edilmiş sübutları hərtərəfli araşdırmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş arayışda iddiaçının “Kompleks qazma işləri” trestində xx.xx.1983-xx.xx.2009-cu illərdə neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi, X3 Qazma İdarəsi üzrə xx.xx.2009-xx.xx.2010-cu illərdə neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi, “Kompleks qazma işləri” tresti X2 İdarəsi üzrə xx.xx.2010-xx.xx.2014-cü illərdə neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi, xx.xx.2014-cü ildən hal-hazıradək “Kompleks qazma işləri” tresti “Neft Daşları” İstehsalat bölümünün özülündə neft və qaz üz rə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi peşəsində işlədiyi qeyd edilmişdir.
15. İddiaçının işlədiyi qazmaçı köməkçisi peşəsi Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli siyahıdakı 10-cu bənddə göstərilmiş 1100000a-11297 kod ilə müəyyən olunmuş neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçılarına aiddir. Çünki, qazmaçılar və onların köməkçiləri eyni peşələrə aiddir. Qazmaçı köməkçisinin adının həmin siyahıda olmaması onun həmin sahədə işləməməsi anlamına gəlmir. İddiaçının məhkəməyə təqdim edilən arayışla həmin sahədə fəhlə işləməsi birmənalı şəkildə görünür.
16. Məhkəmə Nazirlər Kabinetinin 1 nömrəli siyahısındakı 10-cu bəndin yalnız dəniz neftçilərinə aid olduğunu bildirmişdir. Təqdim edilən aray ışlardan da görünür ki, iddiaçı dəniz neftçisidir və bu hala məhkəmə düzgün qiymət verməmişdir. Digər tərəfdən, iddiaçı dəniz neftçisi kimi qazma sahəsində fəhlə hesab edilməsə də, göstərilən Siyahının Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı üzrə fəhlə hesab edilir. Lakin məhkəmə işin bu halına tətbiq edilməli normativ hüquqi aktı nəzərə almamışdır.
17. Bundan başqa, məhkəmə öz qərarında iş materiallarında olan “Kompleks qazma işləri” tresti tərəfindən verilmiş arayışlarda ziddiyətlər olduğunu qeyd etsə də, bu ziddiyətlərin aradan qaldırılması üçün müvafiq müəssisəyə sorğu göndərməmişdir. Həmçinin, sözügedən ziddiyyət iddianın mahiyyəti üçün mühüm əhəmiyyət kəsb etmədiyindən həmin əsasla iddianın rədd edilməs i yolverilməzdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil3 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 izahat verərək kassasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
22. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 23. “Əmək pens iyaları haqqında” AR Qanunu qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
25. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apelyasiya instansiyası məhkəməsinin qəra rı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunauyğun olsa da, Ali Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
29. Hazırkı qərarın 21-23-cü bəndlərində göstərilən normaların tələblərindən görünür ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması.
30. İşin apellyasiya instansiya məhkəməsində müəyyən edilən hallarına görə iddiaçının xx.xx.2006-cı ilə qədər güzəştli iş stajı 10 ildən azdır.
31. Belə ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün o, xx.xx.2006-cı ilə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli qərarla təsdiq etdiyi 1 nömrəli Siyahıda təsbit olunmuş peşələrdə ən azı 10 il çalışmalıdır. İddiaçının əsas dəlili də ondan bundan ibarətdir ki, onun çalışdığı peşələr sözügedən Siyahıda təsbit olunduğundan ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunamlıdır.
32. Lakin işə apellyasiya instansiyası məhkəməsində baxılarkən müəyyən olu nmuşdur ki, iddiaçının xx.xx.1983-xx.xx.2005-ci illərdə neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçı köməkçisi vəzifəsində çalışdığı “X3” Qazma İşləri İdarəsi və xx.xx.2005-xx.xx.2009-cu illərdə neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçı köməkçisi vəzifəsində çalışdığı “X2” İB “Qobustan” X1 İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ölkənin iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən dövlət müəssisələrinin siyahısı”nda “Quruda neft və qazçıxarma” istehsalat birliyinə aid edilmişdir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 1 nömrəli Siyahısı isə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan ne ftçilərə şamil olunur.
34. Göründüyü kimi, iddiaçının xx.xx.1983-xx.xx.2005-ci illərdə və xx.xx.2005xx.xx.2009-cu illərdə işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 1 nömrəli Siyahısı ilə uyğun gəlmədiyindən həmin iş stajı pensiyanın 52 yaşdan təyin edilməsi üçün əsas ola bilməz.
35. Belə olan halda yuxarıda qeyd olunan müddətlər nəzərə alınmadıqda iddiaçının güzəştli iş stajının 10 ildən az olduğu müəyyən olunur ki, bu halda da iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyil və iddiaçının dəlilləri əsassızdır.
36. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyin də ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə məhkəməyə bunun əksini təsdiq edən hər hansı sənəd təqdim etməmişdir.
37. Göründüyü kimi, iddiaçının tələb edilən güzəştli iş stajının mövcudluğu öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır və apellyasiya instansiyası məhkəməsi haqlı o laraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul etmişdir.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-429/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.