Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-72/2022 18.01.2022 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı iş üzrə (Açar sözlər: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanma barədə arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.09.2021-ci il tarixli, 2-1(107)-350/2 021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 20.12.1984-cü ildən 15.03.2006-cı ilədək Yevlax Rayon Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində xidmət aparmış və müxtəlif tarixlərdə Goranboy, Xanlar, Şuşa, Tərtər, Qubadlı, Ağdam, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak etmişdir.
2. İddiaçı 22.04.1994-cü il tarixində Goranboy rayonuna ezam olunmuş, 24.04.1994-cü il tarixində hər iki budun 1/3-nin yumşaq toxumasından keçən güllə yarası diaqnozu ilə Yevlax xəstəxanasına daxil olmuş, 16.05.1994-cü il tarixinə kimi orada stasionar müalicədə olmuşdur.
3. İddiaçı cavabdeh orqana müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövl üyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi zaman yaralanması barədə arayışın verilməsini xahiş etmişdir. Cavabdeh 10.02.2020-ci il tarixli imtina məktubunda bildirmişdir ki, iddiaçının arxiv şəxsi işində yaralanması barədə heç bir məlumat qeyd edilmədiyi üçün yaralanması barədə arayış verilməsi mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması barədə arayışın (travma haqqında arayış) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Q arabağ müharibəsi veteranıdır. O, bugünədək digər veteranlara ödənilən sığorta pulunu ala bilməmişdir. Belə ki, sığorta pulunun ödənişinin olunması üçün iddiaçı müvafiq orqana xidməti rəy və travma haqqında arayış təqdim etməlidir. Bununla bağlı iddiaçı cavabdeh orqana müraciət edərək, yaralanması barədə arayışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 10.02.2020-ci il tarixli, 038-136H3220 nömrəli imtina məktubunda qeyd etmişdir ki, arxivdə iddiaçının şəxsi işində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə ezam edilməyi barədə əmrlər aşkar olunmuşdur. Lakin yaralanması barədə heç bir məlumat qeyd edilmədiyi üçün müvafiq arayışın verilməsi mümkün olmamışdır.
6. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cab barov) 18.06.2021-ci il tarixli, 21(116)-91/2021 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin üzərinə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması barədə arayışın (travma haqqında arayış) verilməsi öhdəliyi qoyulmuşdur.
7. Məhkəmə qeyd etmişdir ki, xidməti yoxlamanın aparılması həqiqətən də qeyd olunan orqan tərəfindən həyata keçirilə bilər, lakin bu hal cavabdehi müraciətlə bağlı inzibati icraat aparılması vəzifəsindən azad etmir. Cavabdeh iddiaçının müraciəti ilə əlaqədar inzibati icraat başlamalı, lazım gələrsə müvafiq orqanlara sorğular verməli, nəticə etibarı ilə aparılmış araşdırma nəticəsində qanunamüvafiq qərar verməli idi. Lakin cavabdeh heç bir araşdırma aparmamış, onun dinlənilmə hüququnu təmin etməmiş, iddiaçının yaralanması barədə sənəd olmamasına istinad edərək müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması barədə arayışın (travma haqqında arayış) verilməsi üçün hüquqi əsaslar vardır, bunu istisna edən hallar mövcud deyildir.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.09.2021-ci il tarixli, 21(107)-350/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Ayaz Mahmudov, hakimlər – Ələddin Məcidov və Mahir Əsədli) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 18.06.2021-ci il tarixli, 2-1(116)-91/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Məhkəmə qərarı cavabdehə 30.09.2021-ci il tarixində təqdim edilmişdir.
12. Cavabdeh 27.10.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.09.2021-ci il tarixli, 2-1(107)-350/2021 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, iddiaçının yaralanması faktı ən azı şahid ifadələrinə, yəni onunla birlikdə döyüşdə iştirak etmiş döyüş yoldaşla rının ifadələrinə söykənməli olduğu halda, yalnız tibbi arayışları əsas tutmaqla iddianın təmin edilməsi qanunla yolverilməzdir. Məhkəmə işdə heç bir mötəbər sübut olmadan yalnız tibbi sənədləri əsas tutmaqla iddianı təmin etməklə işdə olan digər sübutları da düzgün qiymətləndirməmişdir. Beləliklə, inzibati iş natamam araşdırılmış və iddianın təmin olunmasına zəmin yaradan heç bir mötəbər sübut olmadığı halda inzibati kollegiya düzgün nəticəyə gəlməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin rədd edilməsini, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.09.2021-ci il tarixli, 2-1(107)-350/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı təqdim etdiyi etiraz da bildirmişdir ki, iddiaçının döyüş əməliyyatları zamanı yaralanmasını onunla birlikdə xidmət etmiş X4 və X1 da təsdiq edə bilər. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun: Maddə 2.Əsas anlayışlar 2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi; 2.1.2. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbay can Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər; (-) Maddə
4. Sığorta məbləğinin və sığorta haqqının miqdarı 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. (-) Maddə
5. Sığorta hadisələri və ödənişləri Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düş düyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığ ı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - İ dərəcə əlilliyə görə — 80 faiz; - İİ dərəcə əlilliyə görə — 60 faiz; - İİİ dərəcə əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsd iq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. 16. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: İ. Ümumi müddəalar 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükə sizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir (-) Vİİ. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmi n şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. (-) 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyy ən edilir. (-) 17. “İnzibati icraat haqqında” Qanun: Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-) Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzi bati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. (-)
18. İnzibati Prosessual Məcəllə: Maddə
14. Sübut etmə vəzifəsi (-) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həc mdə) dəyişdirilə bilər. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərin ə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Belə ki, iddiaçının iddianı qaldırmaqda hüquqi marağı tələbində qeyd olunan arayışı əldə edəcəyi təqdirdə hazırkı qərarın 15-ci bəndində göstərilən sığorta ödənişinin alınması, həmçinin həmin sənəd əsasında Xüsusi Həkim Komissiyasında xəsarətin səbəb əlaqəsinin təyin edilməsindən ibarətdir.
22. Hazırkı qərarın 16-cı bəndində göstərilən normanın məzmunundan görünür ki, travma haqqında arayış vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən v erilir.
23. İşin mübahisəsiz hallarından məlumdur ki, iddiaçı 20.12.1984-cü ildən 15.03.2006-cı ilədək Yevlax Rayon Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində xidmət aparmış, 24.04.1994-cü il tarixində xidməti zamanı yaralanmışdır. Göründüyü kimi, iddiaçı xəsarət aldığı zaman polis nəfəri kimi xidmət etdiyindən travma haqqında arayış da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilməlidir.
24. Cavabdeh inzibati orqan iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması, travma alması ilə bağlı xidməti yoxlama aparılmasının DİN-in 15.10.2010-cu il tarixli, 637 saylı əmri ilə təsdiq olunmuş “Xidməti yoxlamaların aparılması qaydaları haqqında Təlimat”ın 4.4 maddəsinə əsasən Daxili Təhqiqatlar İdarəsi tərəfindən həyata keçirildiyini qeyd etmişdir.
25. Məhkəmələr haqlı olaraq qeyd etmişdir ki, xidməti yoxlamanın aparılması həqiqətən də qeyd olunan orqan tərəfindən həyata keçirilə bilər, lakin bu hal cavabdehi müraciətlə bağlı inzibati icraat aparılması vəzifəsindən azad etmir. Cavabdeh iddiaçının müraciəti ilə əlaqədar inzibati icraat başlamalı, lazım gələrsə müvafiq orqanlara sorğular verməli, nəticə etibarı ilə aparılmış araşdırma nəticəsində qanunamüvafiq qərar verməli idi. Lakin cavabdeh hazırkı qərarın 17-ci bəndində göstərilən normaların tələbini pozaraq heç bir araşdırma aparmamış, onun dinlənilmə hüququnu təmin etməmiş, iddiaçının yaralanması barədə sənəd olmamasına istinad edərək müraciətin təmin olunmasından imtina etmişdir.
26. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən iş üzrə tam, hərətərəfli araşdırma aparılmamış, sübutlara lazımi hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası kassatorun dəlillərini əsassız hesab edir.
27. Belə ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən X5 filialının məhkəməyə ünvanladığı 28.12.2020-ci il tarixli, 262 nömrəli arxiv arayışı ilə müəyyən edilmişdir ki, Dövlət Arxivində mühafizə olunan X2 1994-cü ilə dair Qarabağda travma alan xəstələrin Stasionar müalicəsi jurnalında 1960-cı il təvəllüdlü Xaldan kəndində yaşayan polis İddiaçı Yevlax xəstəxanasında müalicə alması barədə aşağıdakı məlumatlar vardır. İddiaçı 24 aprel 1994-cü il tarixdən 16 may 1994-cü il tarixədək Yevlax Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində stasionar müalicə almışdır. Yevlax Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin Arxiv b ölməsinin jurnalında 27 nömrəli xəstəlik tarixçəsi ilə qeydiyyata alınmışdır.
28. Beləliklə, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanması öz təsdiqini tapdığından iddiaçının tələbi əsaslıdır, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
29. Hazırkı qərarın 18-ci bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya müvafiq arayışın verilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.09.2021-ci il tarixli, 2-1(107)-350/2021 nömrəli qərarı dəyişdirilmədə n saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.09.2021-ci il tarixli, 21(107)-350/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.