Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-72/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1968, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dö vlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə (üçüncü şəxs “Vicdan-1” firması) qarşı “24 dekabr 2001-ci il tarixdə 324 reyestr nömrəsi ilə aparılmış dövlət qeydiyyatının və onun əsasında qeyri-yaşayış obyektinə dair “Vicdan-1” firmasının adına verilmiş qeydiyyat vəsiqəsinin və texniki pasportun ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-568/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 05 sentyabr 2001-ci il tarixli, 287 saylı Sərəncamı ilə Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsi ərazisində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş 38 kv.m olan avto-sərnişin dayanacağı reskonstruksiya olunaraq yenidən qurulması üçün “Vicdan-1” firmasına ayrılmışdır.
2. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 17 dekabr 2001-ci il tarixli, 376 saylı Sərəncamı ilə Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsinin qarşısında avtobus dayanacağı tikintisi üçün əlavə olaraq faktiki istifadə etdiyi 22 kv.m torpaq sahəsi və Sumqayıt şəhəri, 20-ci məhəlləyə bitişik ərazidə avtomobil dayanacağının təşkili üçün əlavə olaraq faktiki istifadə etdiyi 2500 kv.m torpaq sahəsinin “Vicdan-1” firmasının adına sənədləşdirilməsi qərara alınmışdır.
3. İddiaçı Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsi ərazisində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş avto-sərnişin daya nacağının yenidən qurulması məqsədi ilə “Vicdan-1” firmasına ayrılmış torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının mağaza olaraq firmasının mülkiyyəti kimi aparılmış 24 dekabr 2001-ci il tarixli qeydiyyatın və həmin tarixdə verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqanın 11 mart 2022-ci il tarixli **********76 nömrəli məktubunda isə bununla əlaqədar qeyd olunmuşdur ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, sözügedən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn ləğvi ilə ba ğlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiаçı cаvаbdеhə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamları ilə Sumqayıt şəhərinin 8-ci mikrorayonu Babək küçəsi ərazisində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş avtosərnişin dayanacağının yenidən qurulması məqsədilə “Vicdan-1” firmasına ayrılmış torpaqda qanunsuz inşa edilmiş tikilinin mağaza olaraq “Vicdan-1” firmasının mülkiyyəti kimi keçmiş Sumqayıt şəhər X1 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 dekabr 2001-ci il tarixdə 324 reyestr nömrəsi ilə qanunsuz şəkildə aparılmış dövlət qeydiyyatının və onun əsasında həmin qeyri-yaşayış obyektinə dair “Vicdan-1” fir masının adına verilmiş qeydiyyat vəsiqəsinin və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhərinin 8-ci mikrorayon ərazisində yerləşən sahəsi 18 kv.m. olan qeyri-yaşayış sahəsi 1997-ci ildən onun istifadəsindədir. Əvvəlcə dəmir köşk olan həmin tikili onun tərəfindən daş tikili ilə əvəz edilmiş, daha sonra isə abadlaşdırılaraq yenidən inşa edilmişdir. Onun tikilisi ilə yanaşı eyni sırada mərhum Sabir Tanrıverdiyevin sahibi olduğu “Vicdan-1” firmasının da tikililəri olmuş və o, hətta mərhum S.Tanrıverdiyevin xahişi üzrə onun obyektlərindən aylıq icarə haqlarını də yığıb ona vermişdir. Lakin S.Tanrıverdiyevin vəfatından sonra övladları onun öz vəsaiti ilə tikd irdiyi tikilinin guya onlara məxsus olduğunu iddia edərək, ondan aylıq icarə haqqı tələb etməyə başlamışlar. O, bu tikilinin ona məxsus olduğunu və “Vicdan-1” firmasına hər hansı aidiyyətinin olmadığını, hətta mərhum S.Tanrıverdiyevin 2014-cü ildə öz obyektləri ilə birlikdə onun da tikilisini özəlləşdirmək adı ilə ondan 20 000 ABŞ dolları aldığını, lakin tikilinin mülkiyyət sənədini vermədiyini bildirsə də, bu bir nəticə verməmiş və “Vicdan-1” firmasının adından məhkəməyə müraciət edilmiş, “Vicdan-1” firması sözügedən tikilinin guya firmaya aid olduğunu iddia edərək onun boşaldılmasını tələb etmişdir. Məhkəmənin gedişatında məlum olmuşdur ki, “Vicdan-1” firmasının iddia etdiyi Sumqayıt şəhərinin 8-ci mikrorayonu Babək küçəsi ərazisində yerləşən 38 kvadrat metr torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 05 sentyabr 2001-ci il tarixli, 287 saylı Sərəncamı ilə heç də kommersiya obyektinin tikintisi üçün deyil, həmin ərazidə yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş 38 kvadrat metr avto-sərnişin dayanacağının yenidən qurulması məqsədi ilə firmaya ayrılmışdır. Bu azmış kimi də “Vicdan-1” firmasının yalan məlumatlar verərək, guya abadlaşdırılan sahənin çox olması və avto-sərnişin dayanacağının tikintisi üçün əlavə torpaq sahəsinə ehtiyac olması ilə bağlı etdiyi müraciət əsasında Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 17 dekabr 2001-ci il tarixli, 376 saylı digər sərəncamı ilə “Vicdan-1” firmasına avtobus dayanacağı tikintisi üçün həmin torpağa bitişik olaraq əlavə 22 kvadrat metr torpaq sahəsi də ayrılmışdır ki, bu torpaq sahəsində də ona məxsus tikili a rtıq inşa edilərək mövcud olmuşdur. Avtobus dayanacağının yenidən qurulması və oranın abadlaşdırılması məqsədi ilə “Vicdan-1” firmasına ayrılmış sözügedən sərəncamların ziddinə olaraq firma mövcud dayanacağın nəinki hər hansı rekonstruksiyasını həyata keçirməmiş, əksinə həmin dayanacağı ləğv etmiş və onun yerində kommersiya obyektləri inşa edərək icarəyə verməklə qanunsuz gəlir əldə etməyə başlamışdır. Bu azmış kimi, “Vicdan-1” firması 2001-ci ildə hansısa qanunsuz yollarla keçmiş Sumqayıt şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Sumqayıt şəhərinin 8-ci mikrorayonu Babək küçəsi ərazisində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş avto-sərnişin dayanacağının yenidən qurulması məqsədi ilə firmaya ayrılmış torpaqda qanunsuz i nşa etdiyi tikiliyə dair ona məxsus tikili ilə birlikdə mağaza tipli qeyri-yaşayış obyekti kimi qeydiyyat vəsiqəsi almışdır. Halbuki, həmin torpağın 22 kvadrat metrinə dair həm sərəncam verilərkən, həm də tikilinin dövlət qeydiyyatı aparılarkən orada onun tərəfindən inşa edilmiş ayrıca tikili artıq mövcud idi. Hal-hazırda da firma onun və ailəsinin yeganə dolanışıq yeri olan kiçik obyektini də əlindən almağa çalışır. Buna da səbəb cavabdeh tərəfindən tələb olunan lazımi araşdırma aparılmadan və qanunvericiliyin tələblərinə zidd olaraq 2001-ci ildə “Vicdan-1” firmasının adına Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Sumqayıt şəhərinin 8-ci mikrorayonu Babək küçəsi ərazisində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş avto-sərnişin dayanacağının yenidən qurulması məqsədi ilə ayrılmı ş torpaqda qanunsuz inşa edilmiş tikiliyə dair ona məxsus tikili ilə birlikdə təyinatına uyğun olmayan mağaza tipli qeyri-yaşayış obyekti kimi qeydiyyat vəsiqəsinin verilməsi olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli rəydə bildirilmişdir ki, onun istifadəsində olan qeyri-yaşayış sahəsinin 14.28 kvadrat metri “Vicdan-1” firmasının adına mağaza kimi qanunsuz qeydiyyatı aparılmış tikilinin texniki pasportunda göstərilmiş 3 saylı ticarət zalı ilə üst-üstə düşür. Məhkəmə araşdırmaları zamanı “Vicdan-1“ firması sözügedən qeydiyyat vəsiqəsini məhkəməyə təqdim etdikdən sonra bundan onun məlumatı olmuş və dərhal bununla bağlı cavabdehə müraciət edərək həmin sənədin hansı əsaslarla verildiyi barədə məluma t verilməsini xahiş etmişdir. Ancaq cavabdehin onun müraciətinə verdiyi 20 dekabr 2021-ci il tarixli, **********89 saylı məktubunun məzmunundan aydın olmuşdur ki, sözügedən qeyri-yaşayış sahəsi üzərində qeydiyyat kobud hüquq pozuntuları ilə aparılmış, bu cür qeydiyyat üçün qanunvericiliklə tələb olunan müvafiq sənədlər, yəni obyektin təsdiq edilmiş tikinti layihəsi yerli icra hakimiyyətinin başçısının obyektin tikintisinə icazəsi barədə sərəncamı, tikilmiş obyektin istismara qəbul edilməsi barədə dövlət komissiyasının aktı olmadan bir nüsxədə qeydiyyat vəsiqəsi tərtib edilməklə, arxiv sənədləri olmadan, torpaq sahəsinin konturları qeydiyyata alınmadan sənədləşmə həyata keçirilmişdir. Göründüyü kimi, cavabdeh qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq sənədlər olmadan, sözügedən tor paq sahəsində mağaza tikintisinin aparılmasına dair yerli icra hakimiyyəti orqanının icazəsi və obyektin razılaşdırılmış layihə sənədi olmadan, ayrılmış torpaq sahəsinin təyinatına uyğun olmadan sözügedən özbaşına tikilini mağaza şəklində firmanın adına qeydiyyata alaraq ona məxsus tikilini də qanunsuz olaraq həmin sənədə daxil etmişdir. Eyni zamanda, sözügedən qeydiyyata alınmış tikili artıq mövcud deyildir, hal-hazırda həmin torpaq sahəsində bir-birindən ayrı üç tikili mövcuddur ki, bunlardan biri də onun vəsaiti ilə tikilmiş obyektin yerində sonradan sökülərək yenidən tərəfindən inşa edilmiş tikilidir.
6. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya dair etirazda qeyd olunmuşdur ki, iddiaçı Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsi ərazisində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş avto-sərnişin dayanacağının yenidən qurulması məqsədi ilə “Vicdan-1” firmasına ayrılmış torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasının mağaza olaraq firmanın mülkiyyəti kimi aparılmış 24 dekabr 2001-ci il tarixli qeydiyyatın və həmin tarixdə verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə 28 fevral 2002-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1458/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qərardadı ilə (hakim L.E.Mirzəyeva) iddia mümkün sayılmamışdır.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinin mübahisələndirdiyi qeydiyyat vəsiqəsi ilə “Vicdan-1” firmasına məxsus torpaq sahəsində yerləşməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu halda iddiaçı həmin torpaq sahəsi ilə bağlı qeydiyyat vəsiqəsinin ləğvini tələb etməkdə subyektiv hüquqa malik deyildir. İddiaçının sözügedən torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni, onun torpaqdan istifadə etməsinə ixtiyar verən mü vafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Bu da iddianın mümkün sayılmaması üçün əsaslardan biridir.
9. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)568/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) “Vicdan-1” firması iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
11. Sumqayıt Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)568/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1458/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəri iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmı ş, əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarında olan sənədlərdən və iddia ərizəsinin məzmunundan görünür ki, mübahisə predmeti hər hansı torpaq sahəsi deyil, 1997-ci ildən əvvəlcə dəmir köşk, daha sonra isə iddiaçı tərəfindən daş tikili kimi inşa edilərək faktiki istifadəsində olan Sumqayıt şəhərinin 8-ci mikrorayonu ərazisində yerləşən sahəsi 18 kvadrat metr olan qeyri-yaşayış obyektidir.
15. Məhkəmə iddianı mümkün saymamaqla inzibati prosessual qanunvericilik normalarının pozuntusuna yol vermişdir. İddiaçı məhkəmənin qeyd etdiyi kimi, torpaq sahəsini deyil, 25 ildir ki, faktiki sahibliyində və istifadəsində olan qeyri-yaşayış obyektinin qanunsuz olaraq üçüncü şəxsin mülkiyyəti kimi qeydiyyata alınmasnı mübahisələndirmişdir.
16. İddiaçının tikili üzərində hüququ qanunvericiliklə mü əyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmasa da, həmin tikili faktiki olaraq onun tərəfindən inşa edilmişdir.
17. Həmçinin, birinci instansiya məhkəməsində işə baxılarkən “Vicdan-1” firması üçüncü şəxs qismində məhkəmə tərəfindən icraata cəlbl edilmiş və məhz həmin şəxsin nümayəndəsinin israrı və mülahizələri əsasında hakim iddia tələbinin mümkün sayılmaması barədə qənaətə gəlmişdir. Halbuki, inzibati-prosessual qanunvericiliyə əsasən “Vicdan-1” firmasının üçüncü şəxs qismində icraata cəlb edilməsi üçün məhkəmənin müvafiq qərardadı olmalı idi ki, bu iş üzrə birinci instansiya məhkəməsi tərəfindən belə bir qərardad qəbul edilməməklə “Vicdan-1" firması icraata cəib edilmişdir ki, bununla da ciddi prosessual pozuntuya yol verilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsində də bu pozu ntuya diqqət yetirilməmiş, “Vicdan-1” firmasının nümayəndələri prosesə buraxılaraq dinlənilmiş, yalnız iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin bu pozuntusu barədə məhkəməyə məlumat verildikdən sonra apellyasiya instansiyası məhkəməsi yerində guya müşavirə keçirərək formal qərardad çıxarmaqla, artıq icraata üçüncü şəxs qismində cəlb edilmiş və nümayəndələrinin fikirləri artıq dinlənilmiş “Vicdan-1” firmasını üçüncü şəxs qismində icraata cəlb etmişdir. Bu halın özü məhkəmənin iddiaçının tələblərinə nə dərəcədə formal yanaşdığını bariz şəkildə sübuta yetirir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayd a nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdi rilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallar da cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkə məsi tərəfindən işə baxılan zaman hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər.
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillər indən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
28. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümk ünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
29. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının y oxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
30. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və hab elə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüy ü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir(1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar(2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd).
32. Həmçinin məlum olduğu kimi, Torpaq Məcəlləsinin 55-ci maddəsində hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yarandığı qeyd olunmuşdur.
33. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamları ilə üçüncü şəxs “Vicdan1” firmasına ayrılmış torpaq sahəsində yerləşdiyini iddia etdiyi sahəsi 18 kv.m. olan qeyriyaşayış sahəsinin 1997-ci ildən onun istifadəsində olduğunu bildirsə də, həmi n qeyriyaşayış sahəsinə, yaxud onun yerləşdiyi torpaq sahəsinə dair hər-hansı ilkin hüquqmüəyyənedici sənədi müvafiq məhkəmə instansiyalarına təqdim etməmişdir.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddiaya dair subyektiv hüququnun mövcudluğunun müəyyən edilmədiyinə dair apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-568/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.