Məhkəmə qərarları › İş №2-1(102)-720/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-720/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-720/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-720/2022) (Açar sözlər: mülkiyyət hüququ əsasında aparılmış qeydiyyatın ləğv edilməsi; torpaq sahəsi üzərində istifadə hüququna dair aparılmış qeydiyyatın dəyişdirilərək torpaq sahəsi üzərində icarə hüququ olan üçüncü şəxsin adına qeydiyyatın aparılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakı n Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X4) “mülkiyyət hüququ əsasında aparılmış qeydiyyatın ləğv edilməsi və torpaq sahəsi üzərində istifadə hüququna dair aparılmış qeydiyyatın dəyişdirilərək torpaq sahəsi üzərində icarə hüququ olan üçüncü şəxsin adına qeydiyyatın aparılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2-1(105)-604/2021 nömrəli qərarından üçüncü şəxs və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Xaçmaz rayon XDS-nin 30 iyun 1981-ci il tarixli, 9 saylı protokol qərarı ilə və Şəfəq Sovxozunun 28 iyun 1981-ci il tarixli razılığı ilə qırqovul və kəklik yetişdirilməs i üçün Şəfəq Sovxozu torpaqlarından 60 ha torpaq sahəsinin Azərbaycan Ovçuluq İttifaqına ayrılması barədə qərar qəbul edilmişdir. İddiaçı ilə X4 arasında 5 yanvar 2006-cı il tarixdə bağlanmış icarə müqaviləsi ilə Xaçmaz rayonu, Güləlan kənd ərazisində yerləşən göl və torpaq sahəsindən ibarət cəmi 41,0 ha ərazi və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsi 99 il müddətinə üçüncü şəxsə icarəyə verilmişdir. 41 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 783.1 kv m olan əmlak kompleksi kimi müəssisə 10 yanvar 2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında, müəssisənin yerləşdiyi və dövlət mülkiyyətində olması 41 ha torpaq sahəsi isə istifadə hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində X2 adına qeydə alınmış və bu barədə RX seriyalı ******* saylı reyestrdən çıxarış verilmişdir.

2. İddiaçının müraciəti iş materiallarında mövcud deyil. İddia ərizəsində və cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, iddiaçı ərizə ilə cavabdehə müraciət edərək X2 mülkiyyətinə verilmiş əmlak kompleksinə dair çıxarışda buraxılmış texniki səhvin aradan qaldırılmasını xahiş etmişdir.

3. Cavabdeh 13 noyabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, müraciətdə qeyd olunan əmlak kompleksinə dair verilmiş 10 yanvar 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun əsillərini hüquq sahibi X4 ərazi idarəsinə təqdim edəcəyi təqdirdə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır. Həmçinin Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 15 dekabr 2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən Xaçmaz rayonu Güləlan kənd ərazisində yerləşən göl və torpaq sahəsindən ibarət cəmi 41,0 ha əraziyə daimi istifadə, həmin torpaq sahəsinin üzərində yerləşən 783,1 kv.metr qeyri-yaşayış sahələrinə isə mülkiyyət hüquq unun X2 adına Daşınmaz Əmlakın Reyestrində qeydin aparılmasına dair hərəkətin qanunsuz və həmin qeydin etibarsız hesab edilməsini, düzgün olmayan qeydlə bağlı reyestrdə düzəliş aparılmasının cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs X4 iddiaçıya məxsus Xaçmaz rayonu Güləlan kəndi ərazisində yerləşən göl və torpaq sahəsindən ibarət 41,0 ha ərazi və onun üzərində yerləşən 783,1 kv m qeyri-yaşayış sahələrindən ibarət əmlak kompleksini zəbt etmiş və qanunsuz hərəkətinin əsası kimi həmin torpaq sahəsinə adina reyestr qeydiyyatından çıxarış əldə etdiyinə istinad edir. Tərəfindən təqdim edilmiş çıxarışın məzmunundan məlum olmuşdur ki, həqiqətən də adı çəkilən əmlak kompleksinə onun adına cavabdeh tərəfindən çıxarış verilmişdir. Bu nunla bağlı dəfələrlə cavabdeh tərəfə müraciətlər edilmiş, lakin hər dəfə müraciətə baxılmasından imtina olunmuşdur. Sonuncu dəfə də bu barədə imtina ilə bağlı 13 noyabr 2020-ci il tarixli məktub verilmişdir. Hesab edilməlidir ki, üçüncü şəxsin adına mülkiyyət hüququnun qeydə alınması barədə reyestr qeydiyyatının aparılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və reyestrdə müvafiq düzəlişin aparılması vəzifəsi onun üzərinə qoyulmalıdır. Belə ki, hazırda üçüncü şəxs tərəfindən zəbt olunan sözü gedən Xaçmaz rayonu Güləlan kənd ərazisində mövcud göl və torpaq sahəsindən ibarət 41,0 ha torpaq sahəsi və onun üzərində yerləşən 783,1 kv m qeyri-yaşayış sahələrindən ibarət əmlak kompleksi “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə (İddiaçı İB) məxsusdur. Son dəfə həmin ərazi üstündəki tikililərlə birgə vahid əmlak şəklində sahibi İddiaçı İB tərəfindən, İB-in üzvü üçüncü şəxs X3 icarəyə verilmiş və icarə əsasında ona verilmiş hüququn dövlət reyestrində qeydə alınmasına razılıq verilmişdir. Həmin sərəncamın 1-ci bəndində belə deyilir: İddiaçı Cəmiyyəti ilə Xaçmaz rayonu Qaraçı kənd sakini X4 arasında Cəmiyyətin istifadəsində olan 39,5 ha göl və 1,5 ha torpaq sahəsinə dair 99 il müddətinə bağlanmış icarə müqaviləsi “Torpaq icarəsi haqqında” Qanunun tələblərinə uyğun olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən müvafiq qaydada dövlət qeydiyyatına alınsın. Torpaq sahəsi (göl ərazisi ilə birgə) və üzərindəki əmlaklar sonuncuya icarə əsasında yəni müvəqqəti istifadəyə verildiyi aşkar haldır və onun adına verilən son rakı bütün sənədlər və aparılan qeydiyyatların əsası qeyd edilən icarə müqaviləsi və sərəncam olmuşdur. Lakin cavabdeh tərəfindən X2 adına 10 yanvar 2017-ci il tarixdə 1 nömrəli reyestr kitabının 106 nömrəli vərəqəsində aparılmış qeyd və onun əsasında verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda adı çəkilən torpaq sahəsini daimi istifadə, üzərindəki əmlakları isə X2 adına mülkiyyət hüququ kimi yanlış qeydiyyata almışdır. Bununla da dövlət reyestrinə yanlış məlumatlar daxil edilmiş və nəticədə İddiaçı İB-ni həmin əmlak kompleksinə qanunla əldə etdiyi hüquqdan mərhum etmişdir. İddiaçı yol verilmiş aşkar qanun pozuntusuna aydınlıq gətirilməsi, reyestr qeydində düzəliş etməklə, pozuntunun aradan qaldırılması xahişi i lə cavabdehə təkrar müraciət edilməsinə baxmayaraq, nəticəsi olmamışdır.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, 10 yanvar 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən tərtib edilmiş JN- 9450 KOD 30211058 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”, tikintiyə icazə verilməsi barədə Xaçmaz İHB-nın sərəncamı, rayon icra hakimiyyəti memarlıq və tikinti işləri şöbəsi tərəfindən təsdiqlənmiş layihə, tikilinin istismara qəbul edilməsi barədə akt əsasında hazırlanmışdır. Həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilmiş və həmin daşınmaz əmlakla bağlı aparılmış qeydiyyatda düzəlişin edilməsi cavabdehin səlahiyyətlərinə aid deyildir.

7. Üçüncü şəxs iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, qeyd olunan ərazini iddiaçının həmin dövrdəki rəhbərliyinin yazılı razılığı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən təqdim edilmiş JN 9450 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 7 fevral 2003-cü il tarixli, 35 saylı müvafiq sərəncamına əsasən 11 may 2006-cı il tarixli istismara qəbul aktına və eskiz layihəyə əsasən qanuni yolla sənədləşdirmişdir. Bütün bunlar əsasında üçüncü ş əxsin adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 10 yanvar 2017 ci il tarixdə qeydiyyat nömrəsi ********** olan, seriya RX № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və texniki pasport da verilmişdir. Üçüncü şəxs Xaçmaz rayonu Güləlan kəndi ərazisində Xaçmaz-Niyazabad yolunun kənarında yerləşən uzun müddət baxımsız vəziyyətdə olmuş öz vəsaiti hesabına təmizləmiş, ərazidə yaşıllaşdırma işləri aparmış, ağaclar əkmiş, bağ salmışdır. Ərazidə yerləşən tikililəri öz vəsaiti hesabına, müvafiq idarə və təşkilatların razılıqları və layihələri əsasında aparmışdır. Bütün bu işlər 20 ilə yaxın bir müddətdə aparılmış, ərazidə dəyirman binası da inşa etmiş ev quşlarının yetişdirilməsi ilə də məşğul olmuşdur. Bütün bunlar barəsində İdd iaçı xəbəri də olmuşdur. İddiaçı həmin müddət ərzində cavabdehə müraciət etməmişdir. Beləliklə, iddia əsassızdır və rədd olunmalıdır.

8. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-599/2021 nömrəli qərarı (hakim: X6) ilə iddia təmin edilmiş, cavabdehin Xaçmaz rayonu, Güləlan kənd ərazisində yerləşən göl və torpaq sahəsindən ibarət cəmi 41,0 ha əraziyə daimi istifadə, həmin torpaq sahəsinin üzərində yerləşən 783,1 kv m qeyriyaşayış sahələrinə isə mülkiyyət hüququnun X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair hərəkəti qanunsuz olmaqla həmin qeyd etibarsız hesab edilmiş və həmçinin düzgün olmayan qeydlə bağlı reyestrdə düzəliş aparılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə üçüncü şəxs arasında Xaçmaz rayonu, Güləlan kənd ərazisində yerləşən göl və torpaq sahəsindən ibarət cəmi 41,0 ha əraziyə və həmin torpaq sahəsinin üzərində yerləşən 783,1 kv m qeyriyaşayış sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Daha sonra üçüncü şəxs iddiaçının adından çıxış edərək Xaçmaz rayon İcra Hakimiyyətinə müraciət edərək həmin ərazinin abadlaşdırılmasına və tikililərin yenilənməsinə razılıq almışdır. Belə ki, üçüncü şəxsin istinad etdiyi Xaçmaz rayon İcra Hakimiyyətinin 7 mart 2003-cü il tarixli, 35 saylı sərəncamında qeyd edilmişdir ki, Xaçmaz rayonu Güləlan yardımçı təsərrüfatının icarədarı İddiaçı İB-nin səlahiyyətli nümayəndəsi B.Abasovun vasitəsilə yardımçı binaların təmiri, yeni tikintilərin və abadlıq işlərinin aparılmasına müvafiq sərəncam verilməsini xahiş etmişdir. İddia çı İB da Xaçmaz rayon İcra Hakimiyyətinə 27 sentyabr 2002-ci il tarixli müraciətində ərazidə yeni işlərin görülməsi icarədarı B.Abasova icazə verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən əsassız olaraq daşınmaz əmlakın dövlət reyestrində X2 torpaq sahəsi üzərində daimi istifadə, üzərində əmlaklar üzərində isə mülkiyyət hüququnu qeydə alınmışdır. İş üzrə toplanmış sənədlərin heç birində sözügedən torpaq sahəsinin və ya üzərindəki qeyriyaşayış sahəsinin B.Abasovun mülkiyyətinə keçməsini təsdiq edən sübut aşkar edilməmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir.

11. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Xaçmaz rayonu Güləlan kənd ərazisində yerləşən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində X2 adına mülkiyyət hüququ əsasında 10 yanvar 2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi, Xaçmaz rayonu, Güləlan kənd ərazisində yerləşən 41.0 ha torpaq sahəsi üzərində istifadə hüququna dair X2 adına aparılmış qeydiyyatın dəyişdirilərək torpaq sahəsi üzərində icarə hüququ olan üçüncü şəxsin adına qeydiyyatın aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021ci il tarixli protokolu ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə iş üzrə icraata qəbul edil mişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021ci il tarixli, 2-1(105)-604/2021 nömrəli qərarı (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X7 və X9) ilə Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, Xaçmaz rayonu Güləlan kənd ərazisində 41.0 ha torpaq sahəsi üzərində yerləşən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində X2 adına mülkiyyət hüququ əsasında 10 yanvar 2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi, 41.0 ha torpaq sahəsi üzərində istifadə hüququna dair X2 adına aparılmış qeydiyyatın dəyişdirilərək, 5 yanvar 2006-cı il tarixdə bağlanmış 99 illik icarə müqaviləsi əsasında torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həm tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, həmçinin torpaq icarəsi ilə bağlı qüvvədə olan qanunvericilik normalarının tələbinə görə, hazırkı iş üzrə icarəyəverənin (iddiaçının) razılığı ilə icarəçinin (üçüncü şəxsin) vəsaiti hesabına tikilmiş binalar və qurğular müqavilənin müddəti qurtardıqda və ya müqavilə vaxtından əvvəl ləğv edildikdə, icarəyəverəndə (iddiaçıda) qalır və sonuncu həmin binaların və qurğuların dəyərini müəyyən edilmiş qaydada icarəçiyə (üçüncü şəxsə) ödəyir. Qanunvericiliyin müddəalarına əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə s əbəb olur. İcarə müqaviləsinin bağlandığı tarixdən 11 il sonra 10 yanvar 2017-ci il tarixdə cavabdeh tərəfindən icarəyə verilmiş əmlak kompleksi kimi müəssisə mülkiyyət hüququ əsasında, icarə verilmiş torpaq sahəsi isə müddət göstərilmədən daimi istifadə hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına qeydə alınmışdır. Beləliklə, inzibati orqan tərəfindən üçüncü şəxsə icarəyə verilmiş əmlak kompleksi kimi müəssisənin mülkiyyət hüququ əsasında aparılmış qeydiyyat qanunsuz olduğundan ləğv edilməli, icarəyə verilmiş torpaq sahəsi üzərində istifadə hüququna dair üçüncü şəxsin adına aparılmış qeydiyyatın isə dəyişdirilərək, 99 illik icarə müqaviləsi əsasında icarə hüququnun dövlət qeydiyyatının aparılmalıdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

17. Üçüncü həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. cavabdehin kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə kollegiyası 5 yanvar 2006-cı il tarixdə bağlanmış 99 illik icarə müqaviləsi əsasında Xaçmaz rayonu, Güləlan kənd ərazisində yerləşən 41,0 ha torpaq sahəsi üzərində X2 adına icarə hüququnun dövlət qeydiyyatının aparılması öhdəliyi Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoymaqla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Həmin m addədən göründüyü kimi, icarə hüququnun qeydiyyata alınması üçün hüquq əldə edənin, yəni X1), onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Göstərilən halda isə məhkəmə kollegiyası X1 adından çıxış etmişdir, halbuki, buna heç bir hüquqi əsası olmamışdır. Digər tərəfdən isə məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.-ci maddəsində sadalanan sənədlərin təqdim edilmədiyi halda icarə hüququnun dövlət qeydiyyatının aparılması öhdəliyini qoymuşdur. Daha sonra hüquq əldə edənin, yəni X1 heç bir müraciəti olmamış, icarə hüququnun dövlət qeydiyyatının aparılması barədə Ərazi İdarəsinin imtinası olmamışdır.

19. Məhkəmə kollegiyası X1 adına icarə hüququnun dövlət qeydiyyatının aparılması öhdəliyini DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması nəticəsinə gəlsə də, bunu əsaslandırmamış, heç bir normaya istinad etməmişdir. Qərarda istinad etdiyi normalarda isə hüququnun qeydiyyata alınması üçün reyestr xidmətinə müraciətin olması nəzərdə tutulmuşdur, lakin işin materiallarında müraciətin olması barədə heç bir sənəd aşkar edilməmiş, belə müraciət ümumiyyətlə olmamışdır. b. üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri

20. İşə baxan Məhkəmə Kollegiyası AR MM-nin 139.1-ci və 139.3-cü maddələrinə istinad etməklə, əmlak hüquqlarının AR-nın Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınması barədə imperativ tələbləri qeyd etmişdir. Lakin istinad olunan normanı qərarın təsviri hissəsində göstərsə də, nəzərə almamışdır ki, iddiaçı iddiasında torpağın onların istifadəsində olması na baxmayaraq Dövlət Reyestr Xidmətində qeydiyyata aldırmamışlar. Məhkəmə hüququn normalarına istinad etsə də, gəldiyi nəticə əsaslı olmamışdır. Digər tərəfdən, üçüncü şəxsin torpaq sahəsinə subyektiv, orada olan tikililərlə bağlı isə mülkiyyət hüquqları olduğu halda, bunun heç birinə əhəmiyyət vermədən iddiaçının iddia tələbləri təmin olunmuşdur. Bu isə nəticədə AR-nın MM-nin 139-cu maddəsinin kobud pozuntusunu özündə göstərir.

21. İddiaçının irəli sürdüyü yalan məlumatlar apellyasiya şikayətinin dəlilləri hissəsində əks olunmuş, tikililərin tam qanuni əsaslarla üçüncü şəxs tərəfindən imza edildiyi göstərilmiş və həmin tikililərin İddiaçı İB-nə aid olmadığı tam sübutlarla əsaslandırılsa da, apellyasiya instansiyası buna hüquqi qiymət verməmiş və qanunsuz tikili adlandırmışdır. Halbuki, Bö yükağa Abasov tikintilərin qeydə alınması barədə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 9196,17 AZN dövlət rüsumu ödəmişdir. İddiaçı isə bildirir ki, adı çəkilən əmlak kompleksinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, həmin ərazi qanuni əsaslarla İddiaçı İB-nə verilmiş 50 ildən çox müddətdə qanuni sahibliyindədir və onun tərəfindən istifadə olunur. Lakin əslində işdə olan torpaqdan istifadə hüququna aid Dövlət Aktına əsasən 1983-cü ildə Xaçmaz rayon, X11 İcraiyyə Komitəsinin sədri tərəfindən Respublika Ovçular və Balıqçılar Cəmiyyətləri İttifaqının Xaçmaz rayon Ovçular Cəmiyyəti Torpaq istifadəçiliyinin planı əsasında Azərbaycan Respublikası Nazirlər Sovetinin A/ 24 noyabr 1966-cı il tarixli, 803 №-li qərarı ilə 42,0 hektar, B/ 10 mart 1982-ci il tarixli, 143 №-li qərarı ilə 39,50 hektar torpaq sahəsi verilmişdir. İddiaçı İB-yi həmin torpağın 42,0 ha hissəsini digər şəxslərə satmış, qalan 39,0 ha hissəsini isə cavabdeh qoruyub saxlamışdır, iddiaçıya aid deyildir.

22. İş üzrə İddiaçı İB-i torpaqdan istifadə və ya icarə hüququnu dövlət reyestr xidmətində qeydiyyata aldırmadığı halda, apellyasiya məhkəməsi öz mövqeyini bildirməmişdir. Bununla belə, Böyükağa Abasov qanunun bu tələbinə riayət edərək, dövlət torpağı üzərində Xaçmaz rayon İcra Hakimiyyətinin 99 illik icarə müqaviləsi əsasında sərəncamına və torpağın ona fərdi sahibkar kimi 99 illik istifadəyə verilməsinə torpağın müvəqqəti istifadə hüququna dair Şəhadətnaməyə əsasən dövlət reyestrində istifadə hüququnu tam hüquqi əsaslarla qeydiyyata aldıraraq Çıxarış almışdır. Lakin işə baxan məhkəmə hüququn tətbiqində düzgün mövqe nümayiş etdirməyərək, Dövlət Reyestri haqqında qanunun 16.3-cü maddəsinə istinad edərək əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yükləmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs Dövlət Reyestrində qeyddə düzəliş aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxslərdən razılıq tələb edə bilər. Xaçmaz rayon İcra Hakimiyyətindən daxil olmuş məktubdan da görünür ki, Xaçmaz rayon İcra Hakimiyyəti ilə İddiaçı İB-yi arasında Xaçmaz rayonu Güləlan kəndi ərazisində yerləşən göl və torpaq sahəsinin icarəyə verilməsi barədə hər hansı icarə müqaviləsi mövcud olmamışdır. c. kassasiya şikayətlərinə etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquql arın dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər ma teriallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqd im olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağl ı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTLƏRİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

26. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

27. Şikayətlərdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2-1(105)-604/2021 sa ylı qərarı və həmin qərardan cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətləri ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə üçüncü şəxs arasında 5 yanvar 2006-cı il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, Xaçmaz rayonu, Güləlan kənd ərazisində yerləşən göl və torpaq sahəsindən ibarət cəmi 41,0 ha ərazi və həmin torpaq sahəsinin üzərində yerləşən qeyri-aşayış sahəsi 99 il müddətinə üçüncü şəxsin icarəyə verilməsinə baxmayaraq, 41 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 783.1 kv m olan əmlak kompleksi kimi müəssisə 10 yanvar 2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında, müəssisənin yerləşdiyi və dövlət mülkiyyətində olması 41 ha torpaq sahəsi isə istifadə hüququ əsasında daşınmaz əmlakın dövlət re yestrində X2 adına qeydə alınmış və bu barədə RX seriyalı ******* saylı reyestrdən çıxarış verilmişdir.

29. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Xaçmaz rayon XDS-nin 30 iyun 1981-ci i tarixli, 9 saylı protokol qərarına, həmçinin Şəfəq Sovxozunun 28 iyun 1981-ci il tarixli razılığa əsasən, qırqovul və kəklik yetişdirilməsi üçün Şəfəq Sovxozu torpaqlarından 60 ha torpaq sahəsinin Azərbaycan Ovçuluq İttifaqına ayrılması barədə qərar qəbul edilmiş və həmin tarixdə də tərtib edilmiş ayrıc aktına əsasən, torpaq sahəsi Azərbaycan Ovçuluq İttifaqına təhvil verilmişdir. 1 yanvar 2001-ci il tarixdə "Azərovçu" İB ilə X4 arasında icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən, icarədar özünəməxsus 2 mərtəbəli bina, 2 kameralı inkubator, yem üyüdən dəyirmanı işlə k vəziyyətdə, Güləlan təsərrüfatı, göl və əkin sahəsini üçüncü şəxsin icarəsinə vermişdir. İcarə müddəti 5 il müəyyən edilmişdir.

30. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, "Azərovçu"-nun Rəyasət Heyəti 27 sentyabr 2002-ci il tarixdə rayon İcra Hakimiyyətinə müraciət edərək, Xaçmaz rayon Güləlan Yardımçı təsərrüfatının icarədarı, İddiaçı-nun səlahiyyətli nümayəndəsi B.Abasovun vasitəsilə yardımçı binaların təmiri, yeni tikintilərin və abadlıq işlərinin aparılmasına, ərazidə heyvandarlıq, quşçuluq, balıqçılıq təsərrüfatlarının yaradılması və digər lazımi yeni işlərin görülməsinə müvafiq sərəncam verilməsini xahiş etmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya yerində baxış keçirmiş və həmin ərazidə ictimai-iaşə obyektlərin tikintisin ə icazə verilməsini məqsədəuyğun hesab etmiş və Xaçmaz rayon icra hakimiyyəti başçısının 7 fevral 2003-cü il tarixli, 35 saylı sərəncamına əsasən, Xaçmaz rayonun Qaraçı İƏV-nin Qaraçı kənd sakini X3 "Azərovçu"-nun yardımçı təsərrüfatı olan Güləlan gölünün yanında ictimai-iaşə obyektlərin tikintisinə və abadlıq işlərin aparılmasına icazə verilməsi qərara alınmışdır.

31. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İctimai iaşə obyektinin istifadəyə qəbul edilməsi barədə Komissiya tərəfindən tərtib edilmiş 11 may 2006-cı il tarixli akta əsasən, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 7 fevral 2003-cü il tarixli, 35 saylı sərəncamına əsasən, 5 mart 2003-cü il tarixdə tikintisinə başlanılmış Xaçmaz rayon Güləlan kənd ərazisində yerləşən ictimai iaşə oby ektinin tikintisi başa çatdığından, komissiya tərəfindən istifadəyə qəbul edilmişdir.

32. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəsi gedən qeyri-yaşayış sahələri 2003-cü il tarixdə inşa edildikdən sonra icarədar qismində İddiaçı ilə icarəçi X4 arasında 5 illik müqavilənin müddəti başa çatdığından, 5 yanvar 2006-cı il tarixdə tərəflər arasında təkrar icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən, İddiaçı İB öz mülkiyyətində olan Xaçmaz rayonu ərazisində yerləşən Güləlan yardımçı təsərrüfatını və oradakı 39.5 ha gölü, 1.5 ha torpaq sahəsini, eləcə də 2 mərtəbəli binanı B.A.Abasova 99 il müddətinə icarəyə vermiş, B.A.Abasov isə qeyd edilənləri icarəyə götürmüşdür. Tərəflərin razılığı ilə illik icarə haqqı 1300 manat təşkil etmişdir. Xaçmaz rayon İ cra Hakimiyyəti Başçısının 17 aprel 2006-cı il tarixli 99a saylı sərəncamına əsasən, tərəflər arasında 99 il müddətinə bağlanmış icarə müqaviləsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq DT və XK-nin Xaçmaz Rayon şöbəsi tərəfindən 28 aprel 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış və bu barədə üçüncü şəxsə torpaq sahəsinə müvəqqəti istifadə hüququna dair JN-9450 saylı KOD 30211058 saylı şəhadətnamə verilmişdir.

33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi 22 dekabr 2021-ci il tarixli qərarında haqlı olaraq belə nəticəyə gəlmişdir ki, 41.0 ha torpaq sahəsi üzərində istifadə hüququna dair X2 adına aparılmış qeydiyyatın dəyişdirilərək, 5 yanvar 2006-cı il tarixdə bağlanmış 99 illik icarə müqaviləs i əsasında torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının aparılması öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

34. Belə ki, sözügedən 5 yanvar 2006-cı il tarixli müqavilə iddiaçı ilə üçüncü şəxs arasında torpaq sahəsinin 99 illiyə, məhz icarəyə verilməsi ilə əlaqədar bağlanmışdır. Bu işin təkzibolunmaz faktıdır.

35. Lakin Apellyasiya instansiyası məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qərarının “Xaçmaz rayonu Güləlan kənd ərazisində 41.0 ha torpaq sahəsi üzərində yerləşən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində X2 adına mülkiyyət hüququ əsasında 10 yanvar 2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi” hissəsi ilə məhkəmə kollegiyası razı deyildir.

36. Belə ki, apellyasiya instansiyası məhkəməsi adıçəkilən 783,1 kv. metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində B.A.Abasovun adına mülkiyyət hüququ əsasında 10 yanvar 2017-ci il tarixdə aparılmış qeydiyyat ləğv etsə də, faktiki olaraq həmin məsələnin həlli, tam və hərtərəfli araşdırılmadığından yarımçıq və natamam qalmışdır.

37. Belə ki, əvvəla, sözügedən əmlak kompleksinin hüquqi statusu müəyyən edilməmiş, iddiaçının əmlak statusu müəyyən edilməmiş, iddiaçının əmlak kompleksinə ümumiyyətlə hər hansı hüquqmüəyyənedici sənədlərinin olub-olmaması öyrənilməmişdir.

38. Bu həm də, ona görə vacibdir ki, tərəflər arasında bağlanmış 5 yanvar 2006-cı il tarixli, müqavilənin 1-ci bəndində qeyd olunmuşdur ki, “icarədar” İddiaçı öz mülkiyyətində olan Xaçmaz rayonu ərazisində yerləşən “Gülalan” yardımçı təsərrüfatını və oradakı 39,5 ha gölü, 1,5 ha torpaq sahəsini, 2 mərtəbəli binanı B.A.Abasova icarəyə verir, B.A.Abasov isə yuxarıda göstərilənləri icarəyə götürür.

39. Lakin apellyasiya instansiyası məhkəməsi artıq göstərildiyi kimi, iddiaçının 2 mərtəbəli binanın həqiqətən mülkiyyətində olub-olmamasını araşdırmamış, bundan başqa sözügedən 2 mərtəbəli binanın üçüncü şəxsin bildirdiyi 783 kv. metr əmlak kompleksi ilə eyni bina olub-olmamasını aydınlaşdırmamış, mübahisə predmetinə çevrilmiş binanın dəqiq olaraq nə zaman kim tərəfindən tikilməsi müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılmamışdır. Halbuki, işin 29-cu səhifəsində olan 1.05.2006-cı il tarixli aktda yazılmışdır ki, “vətəndaş İ ddiaçı-nun səlahiyyətli nümayəndəsi B.A.Abasov (hazırkı işdə üçüncü şəxs – qeyd ali məhkəmənindir) tikintisi başa çatdırılmış fərdi ictimai-iaşə obyekti istifadə qəbul edilməsi barədə...”

40. Daha sonra, işin 32-ci səhifəsində olan Xaçmaz rayon icra hakimiyyəti başçısının 7 fevral 2003-cü il tarixli,35 saylı sərəncamından çıxarışda göstərilmişdir ki, “

1. Xaçmaz rayonun Qaraçı İƏV-nin Qaraçı kənd sakini X3 İddiaçı-nun yardımçı təsərrüfatı olan Güləlan gölünün yanında ictimai-iaşə obyektinin tikintisinə və abadlıq işlərin aparılmasına icazə verilsin.”

41. Beləliklə, iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış 5 yanvar 2006-cı il tarixli müqavilədə 2 mərtəbəli binanın iddiaçının mülkiyyətində olmaqla, üçüncü şəxsə icarəyə verilməsi göstərildiyi halda fərdi obyektin (bu və ya başqasının) yaln ız 4 ay 11 gündən sonra başa çatdırılması qeyd olunmuş, bundan başqa obyektin tikilməsinə icazə 7 fevral 2003-cü il tarixdə üçüncü şəxsə verilmişdir.

42. Bununla yanaşı, iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış 1 yanvar 2001-ci il tarixli müqavilədə 2 mərtəbəli binanın iddiaçı tərəfindən üçüncü şəxsin icarəsinə verilməsi göstərilmişdir (iş səh. 120).

43. Digər tərəfdən, işin 140-cı səhifəsindəki məktubdan görünür ki, sözügedən ərazidə 27 sentyabr 2002-ci il tarixdə artıq iddiaçıya məxsus köhnə tikililər və yardımçı binalar mövcud olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi işdə olan həmin sənədləri araşdırmamış, mövcud olan ziddiyyətləri aradan qaldırmamış, nəhayət əsas olan məsələni, yəni 781,3 kv metrlik əmlak kompleksinin kimin hesabına tikilməsi müəyyən etməmişdir.

44. Bundan başqa, işin 139-cu səhifəsində Xaçmaz rayon icra hakimiyyətinin başçısının sərəncamının tarixində, daha doğrusu sərəncamın verdiyi illə bağlı aşkar düzəliş var ki, bu məsələ də araşdırılmamışdır.

45. Bütün yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2-1(105)604/2021 nömrəli qərarı qismən, yəni “Xaçmaz rayonu Güləlan kənd ərazisində 41.0 ha torpaq sahəsi üzərində yerləşən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində X2 adına mülkiyyət hüququ əsasında 10 yanvar 2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi” hissəsində ləğv edilməli, iş həmin hissədə təkrar baxı lması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayətləri qalan hissədə təmin edilməməlidir.

46. Şərh edilənlərə və inzibati prosessual məcəllənin 12.1, 12.2, 58.1, 58.7-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2-1(105)-604/2021 nömrəli qərarı qismən, yəni Xaçmaz rayonu Güləlan kənd ərazisində 41.0 ha torpaq sahəsi üzərində yerləşən 783,1 kv.metr əmlak kompleksi kimi müəssisəyə dair daşınmaz əmlakın dövlət reyestrində X2 adına mülkiyyət hüququ əsasında 10 yanvar 2017-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə təkr ar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Kassasiya şikayətləri qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar