Məhkəmə qərarları › İş №2-1(102)-720/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-720/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-720/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövl ət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-9/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Gəncə şəhər 24 nömrəli orta məktəb üzrə bağ-bostan təsərrüfatının üzvüdür. Kirovabad şəhəri Kəpəz rayonu 24№-li orta məktəbin müdiriyyəti və həmkarlar ittifaqı komitəsinin xx.xx.1988-ci il tarixli, 15 saylı iclasında məktəbin əmək təlimi müəllimi Əşrəfov (Ağazadə) Fikrət Ağa oğlunun torpaq sahəsi almaq üçün növbəyə qəbul edilməsi qərara alınmışdır.

2. Ki rovabad şəhər X10 İcraiyyə Komitəsi xx.xx.1988-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışdan görünür ki, bağçılıq birliyinin inkişafı üçün Kirovabad şəhərinin qərb hissəsindən bağçılıq birliyinin hər bir üzvü üçün 400 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır.

3. İddiaçı Göygöl rayonu, Üçtəpə qəsəbəsi ərazisində yerləşən Gəncə şəhər İnzibati-vahid dairəsi ərazisinə məxsus torpaq sahəsində 400.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan məlum olur ki, aparılan araşdırma zamanı bağ sahəsinin ayrılması barədə ilkin hüquqmüəyyənedici sənədlərin və bağ sahəsinin yerin i və ölçüsünü təyin edən heç bir texniki sənədin ərizəsinə əlavə edilmədiyi, həmçinin təqdim edilmiş sənədlərdə torpaq sahəsinin ölçüsünün qeyd olunmadığı müəyyən edilmişdir. Bundan başqa torpaq sahəsinə müayinə baxışı keçirilən zaman, torpaq sahəsində heç bir mərzləmə işlərinin aparılmadığı, Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarına əsasən faktiki istifadəsində olan torpaq sahəsinə dair Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən başqa şəxsin (X5) adına torpaq sahəsinin planı və ölçüsünün işləndiyi müəyyən edilmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən təqdim edilmiş rəydən görünür ki, baxışı zamanı iddiaçı X11 naturada təqdim etdiyi 476.19 kv.m torpaq sahəsi, yeni bələdiyyə xəritəsinə əsasən Dövlət mülkiyyətinə aid olan ərazidə yerləşir. Torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, bağ evlərinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Mübahisəli torpaq sahəsi faktiki olaraq istifadəsizdir, üzərində heç bir tikili mövcud deyildir. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən həmin torpaq sahəsi üzərində, hüquq müəyyənedici sənəd qeydə alınmamışdır. İddiaçı X11 naturada təqdim etdiyi 476.19 kv.m torpaq sahəsi, yeni bələdiyyə xəritəsinə əsasən Dövlət mülkiyyətinə aid olan ərazidə yerləşir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/96 saylı rəyindən görünür ki, ekspertiza baxışı zamanı iddiaçı X11 naturada təqdim etdiyi 47 6.19 kv.m torpaq sahəsinin, yeni bələdiyyə xəritəsinə əsasən Dövlət mülkiyyətinə aid olan ərazidə yerləşdiyi müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsi faktiki olaraq istifadəsiz olduğu, üzərində heç bir tikili mövcud olmadığı və Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən həmin torpaq sahəsi üzərində hüquq müəyyənedici sənəd qeydə alınmadığı müəyyən edilmişdir. İddiaçı X11 naturada təqdim etdiyi 476.19 kv.m torpaq sahəsi, yəni bələdiyyə xəritəsinə əsasən Dövlət mülkiyyətinə aid olan ərazidə yerləşdiyi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Üçtəpə qəsəbə si ərazisində yerləşən Gəncə şəhər inzibati-vahid dairəsi ərazisinə məxsus torpaq sahəsində olan 400.0 kv.m torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 avqust 2019-cu il tarixli ********** saylı ərizə ilə Göygöl rayonu, Üçtəpə qəsəbəsi ərazisində yerləşən Gəncə şəhər inzibati vahid dairəsi ərazisinə məxsus torpaq sahəsində 400.0 kv.m torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncunun 10 sentyabr 2019-cu il tarixli, **********54 nömrəli məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı bağ sahəsinin ayrılması barədə ilkin hüq uqmüəyyənedici sənədlərinin və bağ sahəsinin yerini və ölçüsünü təyin edən heç bir texniki sənədin ərizəyə əlavə edilmədiyi, həmçinin təqdim edilmiş sənədlərdə torpaq sahəsinin ölçüsünün qeyd olunmadığı müəyyən edilmişdir. Bundan başqa torpaq sahəsinə müayinə baxışı keçirilən zaman, torpaq sahəsində heç bir mərzləmə işlərinin aparılmadığı, Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarına əsasən faktiki istifadəsində olan torpaq sahəsinə dair Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən başqa şəxsin adına torpaq sahəsinin planı və ölçüsünün işləndiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. Bundan sonra, təkrar ərizə ilə cavabdehə müraciət edərək yuxarıda qeyd olunan daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlərin surətini təqdim etməklə daşınmaz əmlak üzərində hüquqları təsdiq edən reyestrdən çıxarış sənədinin ona verilməsini xahiş etmiş, 18 sentyabr 2019-cu il tarixli ********** A-0553/02 nömrəli məktubunda cavabdeh tərəfindən qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətinə aid əraziyə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-237/2021 saylı qərarı ilə (hakim A.İsgəndərova) iddiaçının cavabdehə qarşı Göygöl rayonu Üçtəpə qəsəbəsi ərazisində yerləşən Gəncə şəhər inzibati-vahid dairəsi ərazisinə məxsus 400.0 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbi təmin edilməmişdir. İş üzrə ke çirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair 311,00 (üç yüz on bir) manat xərc iddiaçı X8 alınaraq müxbir hesab AZ37NABZ********************, SWİFT:AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** saylı hesaba ödənilməsi qərara alınmışdır.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona verilmiş torpaq sahəsinin yerinin dəqiq müəyyən edilməsi məqsədilə plan və ölçü sənədini inzibati orqana təqdim etməmiş, faktiki olaraq göstərdiyi torpaq sahəsi isə dövlət mülkiyyəti kimi qeydə alınmışdır (əvvəl göstərdiyi torpaq sahəsi isə digər üçüncü şəxsin adına işlənmişdir).

11. Beləliklə, hazırda mübahisə predmeti olan (iddiaçının naturada təqdim etdiyi) torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, iddi açıya verilmiş torpaq sahəsinin isə plan-ölçü sənədi təqdim edilmədiyindən cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatından imtina etməsi qanuni və əsaslı olmuşdur. 12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təq dim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-9/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Mamedov - sədrlik edən və məruzəçi, A.Hüseynzadə və A.Bayramov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Göygöl rayonu Üçtəpə qəsəbəsi ərazisində yerləşən Gəncə şəhər inzibativahid dairəsi ərazisinə məxsus 400.0 kv.m torpaq sahəsi üzə rində hüququn mərhum iddiaçı X13 məxsus olması barədə arayışın iddiaçının hüquqi varisi X3 verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İş üzrə 100 manat ekspertiza xərci cavabdehə aid edilmiş, 100 manat pul cavabdehdən tutulub SAP (XİİS), X4, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilməsi qərara alınmışdır.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanu nunda nəzərdə tutulduğundan, iddiaçıya verilmiş 400 kv.m torpaq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilməsi cavabdeh inzibati orqanın birbaşa səlahiyyətindədir.

16. Daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi təsbit edilmişdir. Həmin normalar baxımından iddia tələbi mübahisə predmeti olan 400 kv.m torpaq sahəsinin mərhum X13 məxsus olması barədə arayışın verilməsinə münasibətdə təmin olunmalıdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarı ləğv edilsin və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

18. Cavabdehin kassasiya şikayəti onunla əsas landırılmışdır ki, məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozaraq nəzərə almamışdır ki, iddiaçı mərhum X11 bağ sahəsinin yerini və ölçüsünü təyin edən heç bir texniki sənədi müraciətə əlavə etməmiş, sadəcə naturada iki fərqli yer göstərmiş və sonuncu torpaq sahəsinin dövlət mülkiyyətinə aid əraziyə düşdüyü müəyyən edilmiş, bu isə onu sübut edir ki, iddiaçı onun üçün ayrılmış torpaq sahəsi faktiki olaraq istifadə etməmiş və buna görə iki fərqli torpaq sahəsi göstərmişdir. Bundan başqa göstərilən hər iki torpaq sahəsinə müayinə baxışı keçirilən zaman, torpaq sahəsində heç bir mərzləmə işlərinin aparılmadığı, ilk müayinədə Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarına əsasən faktiki istifadədə ol an torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən başqa şəxsin adına torpaq sahəsinin planı və ölçüsünün işləndiyi müəyyən edilmişdir. Sonuncu dəfə iddiaçının naturada göstərdiyi başqa torpaq sahəsinə keçirilən müayinə baxışında isə iddiaçı X11 naturada təqdim etdiyi 476.19 kv.m torpaq sahəsi, yeni bələdiyyə xəritəsinə əsasən Dövlət mülkiyyətinə aid olan ərazidə yerləşdiyi, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla bağ evlərinin tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsi olduğu, mübahisəli torpaq sahəsinin faktiki olaraq istifadəsiz olmaqla üzərində heç bir tikilinin olmadığı və həmin torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədin qeydə alınmadığı müəyyən edilmişdir. Belə olan halda isə Ərazi İdarəsi haqlı olaraq ərizənin icrasınd an imtina vermişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzər ində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetl əri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə

8. Daşınmaz əmlak üz ərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə

12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiy yat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Maddə

22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik (-). 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə akt ının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(104)-9/2023 nömrəli qərarla apellyasiya şikayətinin təmin edilməsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 21(114)-237/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, Göygöl rayonu Üçtəpə qəsəbəsi ərazisində yerləşən Gəncə şəhər inzibati-vahid dairəsi ərazisinə məxsus 400.0 kv.m torpaq sahəsi üzərində hüququn mərhum İddiaçı məxsus olması barədə arayışın iddiaçının hüquqi varisi X3 verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Əraz i İdarəsinin üzərinə qoyulması qənaətinə gələrkən, belə hesab etmişdir ki, iddiaçının istifadəsində Göygöl rayonu, Üçtəpə qəsəbəsi ərazisində yerləşən Gəncə şəhər inzibati-vahid dairəsi ərazisinə məxsus 400,0 kv.m. torpaq sahəsinin faktiki mövcudluğu təsdiq olunmuşdur. iddia tələbi mübahisə predmeti olan 400 kv.m torpaq sahəsinin mərhum İddiaçı məxsus olması barədə arayışın verilməsinə münasibətdə təmin olunmalıdır.

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi sözügedən nəticə ilə razılaşaraq, həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin (bundan sonra mətndə cavabdeh) qarşı i ddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Göygöl rayonu, Üçtəpə qəsəbəsi ərazisində yerləşən Gəncə şəhər inzibati-vahid dairəsi ərazisinə məxsus torpaq sahəsində olan 400.0 kv.m torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

28. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 avqust 2019-cu il tarixli ********** saylı ərizə ilə Göygöl rayonu, Üçtəpə qəsəbəsi ərazisində yerləşən Gəncə şəhər inzibati vahid dairəsi ərazisinə məxsus torpaq sahəsində 400.0 kv.m torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncunun 10 sentyabr 2019-cu il tarix li, **********54 nömrəli məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı bağ sahəsinin ayrılması barədə ilkin hüquqmüəyyənedici sənədlərinin və bağ sahəsinin yerini və ölçüsünü təyin edən heç bir texniki sənədin ərizəyə əlavə edilmədiyi, həmçinin təqdim edilmiş sənədlərdə torpaq sahəsinin ölçüsünün qeyd olunmadığı müəyyən edilmişdir. Bundan başqa torpaq sahəsinə müayinə baxışı keçirilən zaman, torpaq sahəsində heç bir mərzləmə işlərinin aparılmadığı, Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarına əsasən faktiki istifadəsində olan torpaq sahəsinə dair Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən başqa şəxsin adına torpaq sahəsinin planı və ölçüsünün işləndiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. Bundan sonra, təkrar ərizə i lə cavabdehə müraciət edərək yuxarıda qeyd olunan daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlərin surətini təqdim etməklə daşınmaz əmlak üzərində hüquqları təsdiq edən reyestrdən çıxarış sənədinin ona verilməsini xahiş etmiş, 18 sentyabr 2019-cu il tarixli ********** A-0553/02 nömrəli məktubunda cavabdeh tərəfindən qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsinin dövlət mülkiyyətinə aid əraziyə düşdüyü müəyyən edilmişdir.

29. Apellyasiya məhkəməsində xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı İddiaçı hüquqi varisi X6 məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Göygöl rayonu Üçtəpə qəsəbəsi ərazisində yerləşən Gəncə şəhər inzibati-vahid dairəsi ərazisinə məxsus 400.0 kv.m torpaq sahəsi üzərində hüququn mərhum İddiaçı məxsus olması barəd ə arayışın ona verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.

30. Bununla yanaşı işdən görünür ki, iddiaçı Gəncə şəhər 24 nömrəli orta məktəb üzrə bağ-bostan təsərrüfatının üzvüdür. Kirovabad şəhəri Kəpəz rayonu 24№-li orta məktəbin müdiriyyəti və həmkarlar ittifaqı komitəsinin xx.xx.1988-ci il tarixli, 15 saylı iclasında məktəbin əmək təlimi müəllimi Əşrəfov (Ağazadə) Fikirət Ağa oğlunun torpaq sahəsi almaq üçün növbəyə qəbul edilməsi qərara alınmışdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Kirovabad şəhər X10 İcraiyyə Komitəsi xx.xx.1988-ci il tarixli, 11 saylı iclas protokolundan çıxarışdan görünür ki, bağç ılıq birliyinin inkişafı üçün Kirovabad şəhərinin qərb hissəsindən bağçılıq birliyinin hər bir üzvü üçün 400 kv.m torpaq sahəsinin ayrılması (cəmi 1020 sahə) qərara alınmışdır.

32. Eyni zamanda işdə olan (iş səh. 149) şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il tarixdə X1 dəyişdirərək X18 olmuşdur.

33. Həmçinin qeyd edilməlidir ki, apellyasiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/96 saylı rəyindən görünür ki, ekspertiza baxışı zamanı İddiaçı naturada təqdim etdiyi 476.19 kv.m torpaq sahəsinin, yeni bələdiyyə xəritəsinə əsasən Dövlət mülkiyyətinə aid olan ərazidə yerləşdiyi müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsi faktiki olaraq istifadəsiz ol duğu, üzərində heç bir tikili mövcud olmadığı və Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən həmin torpaq sahəsi üzərində, hüquq müəyyənedicı sənəd qeydə alınmadığı müəyyən edilmişdir.

35. Bundan başqa apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli sorğusuna əsasən cavabdeh tərəfindən X9 adına verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli **********260 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlərin tədqiqi zamanı müəyyən olunmuşdur ki, çıxarışda qeyd olunan torpaq sahəsinə dair X17 ilə X7 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsi üzərində S.İbrahimovanın mülkiyyət hüquqlarının qeydiyyata alınmasına Kirovabad şəhər X12 İcraiyyə komitəsinin xx.xx.1988-ci il tarixli, 11 nömrəli qərarından çıxarışa ə sasən şəhərin qərb bölgəsində “Bağ-bostançılıq birliyinin” təşkili üçün Kirovabad şəhər Maarif işçilərinin bağ-bostançılıq biriliyinin 4 nömrəli sanatoriya tipli internat məktəbinin üzlərinin adlı siyahında onun adı qeyd olunmuşdur.

36. Bununla əlaqədar olaraq apellyasiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinə keçirilən yerli baxış zamanı həmin torpaq sahəsi üzərində heç bir tikili mövcud olmaması, həmçinin torpaq sahəsinin yaxınlığında başqa tikililərin olması və X9 məxsus torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilməsi müəyyən edilmişdir.

37. Eyni zamanda X9 adına xx.xx.2018-ci il tarixli ilə qeydə alınmış çıxarışda göstərilən 0.05 ha torpaq sahəsinə dair plan və ölçü sənədi mövcud olmadığından, ərazi idar əsi tərəfindən aparılan araşdırma zamanı, həmin çıxarışın verilməsinə əsas olan, X2 adına xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış çıxarış A 242184 nömrəli plan və ölçü sənədində göstərilən 0.05 ha torpaq sahəsində müəyyən olunmuşdur ki, A 242184 nömrəli plan ölçü sənədində göstərilən 0.05 ha torpaq sahəsi ilə, mübahisəli torpaq sahəsi arasında ən yaxın 7.6 metr məsafə mövcuddur.

38. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının istifadəsində Göygöl rayonu Üçtəpə qəsəbəsi ərazisində yerləşən Gəncə şəhər inzibati-vahid dairəsi ərazisinə məxsus 400.0 kv.m torpaq sahəsinin faktiki mövcudluğu təsdiq olunmuşdur.

39. Cavabdeh kassasiya şikayətində göstərmişdir ki, iddiaçı mərhum İddiaçı bağ sahəsin in yerini və ölçüsünü təyin edən heç bir texniki sənədi müraciətə əlavə etməmiş, sadəcə naturada iki fərqli yer göstərmiş və sonuncu torpaq sahəsinin dövlət mülkiyyətinə aid əraziyə düşdüyü müəyyən edilmiş, bu isə onu sübut edir ki, iddiaçı onun üçün ayrılmış torpaq sahəsini faktiki olaraq istifadə etməmişdir.

40. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, belə ki, əvvəla işdən göründüyü kimi (iş səh. 4-22) mərhum İddiaçı torpaq sahəsinə hüququnun olması işin təkzib olunmaz faktıdır, digər tərəfdən işin 6, 14, 15, 44-cü səhifələrində torpaq sahəsinin sxemi, cizgiləri və ölçü planı da mövcuddur.

41. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 5 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-9/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar