Məhkəmə qərarları › İş №2-1(102)-721/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-721/2020

11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-721/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Zakir Quliyev – sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova və Qürbət Əsgərovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Fuad Fərhadovun iştirakı ilə, İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı ərizəyə cavab verilməsi öhdəliyinin qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının -cu il tarixli, 2-1(103)-1841/2019 saylı qərardadından kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı 10 mart 2018-ci il tarixli ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 13 may 2019-cu il tarixli, 2-1(81)-989/2019 nömrəli (sədrlik edən hakim Ş.Süleymanova) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 13 may 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələblərinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 avqust 20 19-cu il tarixli, 2-1(103)-1841/2019 nömrəli (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, V.Ağayev və A.Nuriyeva) qərarı iləiddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 13 may 2019-cu il tarixliqərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. İddiaçı ərizə verərək Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1841/2019 saylı, 01 avqust 2019-cu il tarixli qərarından kasasiya şikayəti vermək üçün dövlət hesabına pulsuz vəkillə təmin edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının -cu il tarixli, 2-1(103)1841/2019 nömrəli(hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və V.Baxışova) qərardadı ilə iddiaçının ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibat i-İqtisadi Kollegiyasının -cu il tarixli, 2-1(103)1841/2019 nömrəli qərardadından iddiaçı tərəfindən kasasiya şikayəti verilmişdir. İddiaçı kasasiya şikayətini prosessual müddət buraxılmaqla vermiş və prosessual müddətin bərpasına dair ərizə vermişdir. Bu səbəbdən də kasasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmaq üçün proses iştirakçılarının dinlənilmə hüququnun təmin olunması məqsədilə göstərilən kasasiya şikayətinin mümkünlük məsələsinə 11 fevral 2020-ci il tarixdə baxılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegi yasının -cu il tarixli, 2-1(103)-1841/2019 nömrəli qərardadın surətini 19 oktyabr 2019-cu il tarixdə almışdır. İddiaçı həmin qərardaddan 19 dekabr 2019-cu il tarixdə kasasiya şikayəti vermişdir. Göründüyü kimi, iddiaçı kassasiya şikayətini iki ayın tamamında verməklə prosessual qanunvericilikdə nəzərdə tutulmuş kasasiya şikayətinin verilməsi müddətini ötürmüşdür. İddiaçı müddətin bərpası barədə ərizəsində qeyd etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının -cu il tarixli, 2-1(103)-1841/2019 nömrəli qərardadından şikayət vermə müddətini ötürülməsinə səbəb göstərilən qərardad 17 dekabr 2019-cu il tarixdə ona təqdim edilib. Göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 avqust 2019-cu il tarixli qərardadı ona 17 dekabr 2019-cu il t arixdə təqdim edildiyi üçün həmin qərardaddan kasasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət pozulub. Məhkəmə aktından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması onun təqsiri səbəbindən baş verməmişdir. Belə olan halda Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının -cu il tarixli qərardadından kasasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi zərurudi. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının -cu il tarixli, 2-1(103)-1841/2019 saylı qərardadından kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətinin ve rilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair təqdim etdiyi ərizəsindəki dəlillər əsassızdır və formal xarakter daşıyır. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı -cu il tarixli, 2-1(103)-1841/2019 saylı qərardadının sürətini poçt vasitəsi ilə 19 oktyabr 2019-cu il tarixdə almışdır. Bu səbəbdən də belə dəlil iki ayadək ötürülmüş kasasiya şikayəti vermə müddətinin bərpası üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 130.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessua l hərəkətləri etmək hüququ keçmiş olur. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçı üzrsüz səbəbdən prosessual müddəti buraxmış və bu səbəbdən kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və kasasiya şikayəti mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İPM-nin 96.2 və 96.3-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının -cu il tarixli, 2-1(103)1841/2019 saylı qərardadından kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə İddiaçı ərizəsi təmin edilməsin. Kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar