Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-721/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi və əmək pensiyası ödənişinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyası ödənişinin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının 2-1(103)-3083/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2016-cı il tarixdə ərizə ilə DSMF-nin Nizami rayon şöbəsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. DSMF-nin Nizami rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 543 nömrəli qərarı ilə İddiaçı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. 3. xx.xx.2021-ci il tarixdə cavabdeh iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılması haqqında **********7 nömrəli qərar qəbul etmiş, dayandırılma səbəbi kimi DSMF-nin Aparatının Daxili nəzarət departamentindən daxil olmuş **********6 nömrəli xx.xx.2020-ci il tarixli məktub göstərilmişdir. Qərara əsasən iddiaçıya sonuncu yenidən hesablanmış pensiya məbləğinin ödənildiyi dövr xx.xx.2020-xx.xx.2020, məbləğ 260,56 manat olmuşdur.
4. Cavabdeh xx.xx.2021-ci il tarixdə pensiya ödənişinin dayandırılması haqqında iddiaçıya məktub ünvanlamış və qeyd etmişdir ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 departamenti tərəfindən araşdırılmış, vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.2006 – xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin transformatorlarının təmiri sahəsin də mühəndiselektrik vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 7ay 23 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq iddiaçıya xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə F ondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar olunmuşdur. Məktubda Dövlət Sosial Müdafiə X1 departamenti tərəfindən iddiaçıya xx.xx.2015 – xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12893,41 manat artıq pul vəsaitinin ödənildiyinin müəyyən edildiyi göstərilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması iddiaçıdan xahiş olunmuşdur.
5. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ona təyin edilmiş pensiya ödənişinin bərpa edilməsini xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciəti təmin etməkdən imtina etmiş və xx.xx.2021-ci il tarixli məktubundakı əsaslara istinad edərək iddiaçıya güzə ştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyini bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 30 noyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Sonradan iddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, əmək pensiyasının dayandırılması haqqında xx.xx.2011-ci il tarixli **********7 saylı qərarın ləğv edilməsini və əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilərək ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini x ahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 08 dekabr 2015-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Cavabdeh 30 noyabr 2020-ci il tarixdə iddiaçıya pensiya ödənişinin dayandırılması barədə rəsmi məlumat təqdim etmiş, bundan sonra iddiaçı cavabdehə sənədlər təqdim edərək ödənilən pensiyanın davam etdirilməsi barədə müraciət etmiş, cavabdeh qanunsuz olaraq poçt vasitəsilə 13 oktyabr 2021-ci il tarixdə müraciətinə imtina təqdim edərək bildirmişdir ki, araşdırma nəticəsində iddiaçının 22 fevral 2006-cı il tarixdən 01 oktyabr 2010-cu il tarixədək "xxxx" MMC-nin transformatorların təmiri sahəsində mühəndis-elektrik peşəsində işlədiyi müəyyən edilmişdir və bu sahə Siyahıya uyğun olma dığından ona ödənilən pensiya dayandırılmışdır. Lakin iddiaçının işlədiyi vəzifələr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdəndir. İddiaçının 18 dekabr 2015-ci il tarixdə 57 yaşı tamam olduğu vaxtda güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığından ona pensiya təyin edilmişdir. Onun güzəştli şərtlərlə əmək stajı əsas sexlərdə (sahələrdə) məşğul olan elektrik avadanlığının xidməti və təmiri üzrə elektrik montyoru vəzifəsində işləməsi "xxxx" ASC-nin 12 aprel 2016-cı il tarixli, N05/04 saylı arayışı ilə təsdiq olunur. İddiaçının əmək şəraitinin zərərli olmasını və hansı vəzifədə işləməsi faktını əmək kitabçası və iş yeri təsdiq etmişdir.
10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı verilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının xx.xx.2006 – xx.xx.2010-cu il tarix ləri arasındakı dövr ərzində "xxxx" MMCnin transformatorlarının təmiri sahəsində işlədiyi mühəndis-elektrik vəzifəsi qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 7ay 23 gün) təşkil edir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3544/2022 nömrəli, 6 iyun 2022-ci il tarixli qərarı ilə (hakim S.İ.Salahova) iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********7 saylı qərarının ləğv edilməsi və iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödəniş inin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Bu səbəbdən cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyən bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya öd ənişini dayandıra bilməz.
13. Cavabdeh iddiaçıya təyin edilmiş pensiya üzrə ödənişi dayandırarkən bu halların heç birini nəzərə almamış, qüvvədə olan aktı ləğv etmədən, əvvəl qəbul etdiyi akta zidd hərəkət etməklə iddiaçının hüquqlarının pozulmasına yol vermişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3083/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən: A.Ə.Hüseyn, hakimlər: A.S.Hüseynov və S.İ.Bəktaşi) apellyasiya şikayəti təmin edilməmiş, birinc i instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubu və iddiya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir.
19. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 37.8.3, “İnzibati icraat haqqında” qanunun 2.0.7, 21.3.6, 67.5, 67.6, 81.1 və İPM-in 90-99-cu maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı e tirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 37.8. Bu Qanunla tə yin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddə 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 22. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahi yyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nü mayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 28.1.2. İnzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə
67. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Ka ssasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. X3 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fun damental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki hall arı ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən, cavabdeh xx.xx.2015-ci ildə iddiaçıya əmək pensiyası təyin edilməsi barədə qərar qəbul etmiş, həmin akt iddiaçıya əlavə hüquqlar verməklə onun barəsində qəbul edilmiş əlverişli inzibati akt olmuş, DSMF-nin aparatının daxili nəzarət departamenti tərəfindən aparılmış araşdırma nəticəsində cavabdeh öz təşəbbüsü ilə əvvəlki əlverişli inzibati aktı qüvvədə ola-ola, onun ləğvi barədə qərar qəbul etmədən və hər hansı inzibati akt qəbul etmədən xx.xx.2020-ci il tarixdən etibarən iddiaçıya təyin edilmiş pensiya ödənişini dayandırmış, bunu nla bağlı qərarı isə xx.xx.2021-ci il tarixdə qəbul etmişdir.
31. Mübahisənin predmeti iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılması haqqında **********7 nömrəli, xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və pensiya ödənişinin bərpa edilməsi ilə bağlıdır.
32. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh iddiaçıya pensiya ödənişinin dayandırılması barədə qərar qəbul edərkən “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsində təsbit edilmiş tənzimləmənin yalnız əmək pensiyasının onun tərəfindən təyin olunduğu hallara şamil olunduğunu nəzərə almalıdır. Başqa sözlə, “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsində təsbit olunmuş qayda inzibati orqanın qərarı ilə təyin edilmiş əmək pensiyasının ödənişinin dayandırılması ilə bağlı halları tənz imləyir. Bu mənada həmin tənzimləmənin nəzərdə tutulduğu norma yalnız inzibati orqanın qərarı ilə əmək pensiyasının təyin edildiyi hallara tətbiq mənasında təfsir olunmalıdır və məhkəmə qərarı ilə təyin olunmuş əmək pensiyası üzrə ödənişin dayandırılması hallarına şamil edilə bilməz.
33. Qeyd olunmalıdır ki, iddiaçıya əmək pensiyasının məhkəmə qərarı ilə təyin olunduğu, həmin məhkəmə qərarının qüvvədə və beləliklə də etibarlı olduğu müddətdə, məhkəmə qərarı əsasında təyin olunmuş əmək pensiyası ödənişinin cavabdeh tərəfindən dayandırılması, xüsusilə də hər hansı icraat aparmadan dayandırılması yolverilməzdir. Belə davranış dövlətin adından qəbul edilmiş məhkəmə qərarının hüquqi qüvvəsinə və etibarlığına ciddi ziyan vurardı.
34. Bu baxımdan, cavabdeh iddiaçıya pensiya ödənişinin dayandırı lması barədə məsələni həll edərkən yuxarıda qeyd olunan yanaşmanı nəzərə almağa və ona uyğun davranmağa borcludur.
35. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).
36. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tu tulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.
37. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını o byektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.
38. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddə ti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Belə ki, daxili araşdırma nəticəsində qanunsuzluğun müəyyən edilməsi əsası ilə iddiaçıya inzibati akt əsasında təyin edilmiş pensiya ödənişi dayandırılmış, iddiaçıya yalnız bundan sonra məlumat verilərək artıq ödənilmiş vəsaitin geri qaytarılması tələb edilmişdir.
39. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından pensiyanın ödənişinin dayandırılması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qər arında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
40. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3083/2022 nömrəli, 11 noyabr 2022-ci il