Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-722/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət X7 Xüsusi X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: sabiq hakimə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, vəzifə maaşına/əmək haqqına əlavələrin nəzərə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, İddiaçının vəkili Vəkil Cavabdehin vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət X7 Xüsusi X2rşı “əmək pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 dekabr tarixli 2-1(103)-2717/2019 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya 1984-cü il 1 aprel tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 2000-ci il 28 avqust tarixdən 2007-ci il 16 iyul tarixədək Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsində, 2007-ci il 28 iyul tarixdən 2010-cu il 27 avqust tarixədək Xətai Rayon Məhkəməsində hakim vəzifəsində işləmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu əsas götürərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 201 9-cu il 3 iyun tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçıya işlədiyi dövrdə qeyd edilən müavinət, maddi yardımlar və 15 faiz əlavələr hesablanmamışdır. Başqa sözlə, “Sosial sığorta haqqında” Qanunda nəzərdə tutulan əlavələr iddiaçı üçün məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növü hesab olunur. İddiaçı 2019-cu il 1 iyul tarixdə cavabdeh Dövlət X7 Bakı şəhəri Nəsimi rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona pensiya hesablanan zaman “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası 2010-cu il 10 avqust tarixli Qanununa əsasən Azərbaycan Respublikasının apellyasiya instansiya məhkəm ələrinin hakimlərinin vəzifə maaşının 20 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107 və 109-cu maddələrinə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı və müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş məbləğin (fərqin) birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehi n üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 2000-ci il 28 avqust tarixdən 2007-ci il 16 iyul tarixə qədər Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində, 2007-ci il 28 iyul tarixdən 2010-cu il 27 avqust tarixə qədər Xətai Rayon Məhkəməsində hakim vəzifəsində işləmişdir. Ona hakim kimi pensiya təyin edilmişdir. Lakin ona pensiya təyin olunan zaman qanunvericiliklə nəzərdə tutulmuş bəzi əlavələr nəzərə alınmamışdır. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 4-cü cümləsinə görə hakimlər dövlət tibb xidməti ilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Həmçinin, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişiklik edilməsi barədə 2010-cu il 8 oktyabr tarixli Azərbaycan Respublikası Qanununa əsasən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinə edilən düzəlişə görə bu maddənin 2-ci cümləsindəki “iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir” sözləri “iki aylıq əmək haqqı məbləğində müavinət verilir” sözləri ilə əvəz edilmişdir. Bu dəyişikliyə görə hakimlər məzuniyyətə çıxarkən məzuniyyət haqqından əlavə 2 aylıq əmək haqqı məbləğində müavinət də verilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişiklik edilməsi barədə 2010-cu il 8 oktyabr tarixli Azərbaycan Respublikası Qanununa əsasən “Mə hkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsində qeyd edilmişdir ki, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir. Lakin həmin normaların tələbləri iddiaçıya münasibətdə nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 22 iyul tarixli 2-1(81)2969/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya pensiya hesablanan zaman “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası 2010-cu il 10 avqust tarixli Qanununa əsasən Azər baycan Respublikasının apellyasiya instansiya məhkəmələrinin hakimlərinin vəzifə maaşının 20 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106cı maddəsinə əsasən ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107 və 109-cu maddələrinə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı və müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş məbləğin ( fərqin) birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı “Məhkəmələr və hakimlər haqqında” Qanunun müddəalarına əsasən nəzərdə tutulmuş müavinət və maddi yardımları almasa da, həmin normalar iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından, ona münasibətdə də tətbiq olunmalıdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2717/19 nömrəli 2019-cu il 22 yanvar tarixli qərardadı ilə hazırki iş üzrə cavabdeh Dövlət X7 Bakı şəhəri Nəsimi rayon Şöbəsi əsl cavabdeh Dövlət X7 X6 İdarəsi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsi nin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 dekabr tarixli 2-1(103)-2717/19 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək iddiaçıya pensiya hesablanan zaman “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası 2010-cu il 8 oktyabr tarixli Qanununa əsasən Azərbaycan Respublikasının apellyasiya instansiya məhkəmələrinin hakimlərinin vəzifə maaşının 20 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107 və 109-cu maddələrinə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı və müalicə olunmaları üçün iki aylıq əmə k haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş məbləğin (fərqin) birdəfəlik ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia tələbi qalan hissədə rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 2000-cu il 28 avqust tarixdə ilk dəfə hakim vəzifəsinə təyin edildiyindən, «“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişiklik edilməsi barədə 2010-cu il 8 oktyabr tarixli Azərbaycan Respublikası Qanununa əsasən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylı q vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir.» normasının tələbi iddiaçıya şamil oluna bilməz. Məhkəmənin qərarı iddiaçıya və cavabdehə 2020-ci il 7 yanvar tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2020-ci il 21 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın tam təmin olunmasını tələb edir. Cavabdeh həmin qərardan 2020-ci il 31 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini y axşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Məhkəmə mövcud qanunvericiliyin müddəalarını sadalamı ş, lakin həmin müddəaları mübahisə predmeti üzrə düzgün tətbiq edilməmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsi sabiq hakimlərin əmək pensiyasına əlavələrin hesablanması zamanı əmək haqqındakı sonrakı artımların diqqətə alınmalı olmasını təsbit edir. Cavabdeh hesab edir ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107 və 109-cu maddələrində nəzərdə tutulmuş müavinət və pul təminatı əmək haqqındakı sonrakı artım kimi qiymətləndirilə bilməz. Ona görə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsi “Hakimlərin maddi təminatı” adlanır və “əmək haqqı”na aşağıdakıları daxil edir: vəzifə maaşı; staja və elmi dərəcəyə görə əlavə haqq; səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün aylıq pul tə minatı; birdəfəlik yardım. İddiaçının tələb etdiyi müavinətlər isə 107 və 109-cu maddələrdə təsbit edilib. Hazırda sözügedən maddələrin mətninin özünün məzmunu da müavinət və pul təminatının əmək haqqı olmadığına dəlil təşkil edir. Çünki adı çəkilən maddələrdə müavinətin və pul təminatının məbləğinin 2 aylıq əmək haqqı miqdarında olacağı nəzərdə tutulmuşdur. Eyni zamanda, qanunverici bu 2 aylıq məbləği əmək haqqına daxil etmək istəsəydi, 106-cı maddədə göstərərdi. Göründüyü kimi, 107 və 109-cu maddələrdəki 2 aylıq müavinət “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsindəki “əmək haqqının sonrakı artımı” çərçivəsinə daxil edilə bilməz. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını, həmçinin cavabdehin kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını, həmçinin iddiaçının kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Əsaslandırma hissəsi: Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayətlər əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçının əsas dəlili ondan ibarətdir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişiklik edilməsi barədə 2010-cu il 8 oktyabr tarixli Azərbaycan Respublikası Qanununa əsasən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsində qeyd edilmişdir ki, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir. Lakin həmin normanın tələbi iddiaçıya münasibətdə nəzərə alınmamışdır. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilini əsaslı hesab etmir. İddiaçının istinad etdiyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişiklik edilməsi barədə 2010-cu il 8 oktyabr tarixli Azərbaycan Respublikası Qanununun 1-ci madd əsinə əsasən, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 106-cı maddəsinə aşağıdakı məzmunda üçüncü və dördüncü hissələr əlavə edilmişdir: "Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir. İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir." (Məhkəmənin qeydi: “Məhk əmələr və hakimlər haqqında” Qanuna dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1647-VQD №-li Qanunu ilə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106 və 107-ci maddələrinə edilmiş dəyişikliklər hazırkı məzmunda iddianın əsaslarına təsir etmir.) Məhkəmə kollegiyası həmin müddəaların məzmunundan və təyinatından çıxış edərək qeyd edir ki, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında verilən aylıq pul təminatından fərqli olaraq, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardı m ödənilməsi – normanın məzmunundan da aşkar göründüyü kimi - dəqiq müddətlərlə məhdudlaşdırılmışdır. Başqa sözlə, 2000-ci ildə ilk dəfə hakim vəzifəsinə təyin edilmiş iddiaçı həmin normanın qüvvəyə mindiyi 2010-cu il 1 oktyabr tarixdə hakim vəzifəsində olsaydı belə, o, həmin məzmunda yardıma (yeni qanunun onun barəsində tətbiqinə) ümid edə bilməzdi. Beləliklə, iddiaçının şikayətinin və şikayətdə qeyd edilən məzmunda iddiasının təmin olunması üçün əsaslar yoxdur. Cavabdehin şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası həmin dəlilləri aşağıdakı səbəblərə görə əsaslı hesab etmir. “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edil ir:...20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlər. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar nəzərə alınır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun (2010-cu il 1 oktyabr tarixədək qüvvədə olan redaksiyada) 107-ci maddəsinin birinci hissəsinin ikinci cümləsinə əsasən, hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir. “Məhkəmələr və hakimlər haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2010-cu il 8 oktyabr tarixli Qanunu ilə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində “iki aylıq vəzifə maaşı məbləğində məzuni yyət haqqı verilir” sözləri, “iki aylıq əmək haqqı məbləğində müavinət verilir” sözləri ilə əvəz edilmiş, həmin Qanun 2010-cu il oktyabrın 1dən qüvvəyə minmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 4-cü hissəsinə əsasən, hakimlər dövlət tibb xidməti ilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Həmin norma “Məhkəmələr və hakimlər haqqında” Qanunun 1997-ci il 10 iyun tarixdə qəbul edildiyi vaxtdan, yəni iddiaçının pensiya hüququnun yarandığı vaxtdan əvvəl mövcud olmuşdur və hal-hazırda da qüvvədədir. Həmin normalara və işin tədqiq olunmuş materiallarına əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nətic əni əsaslı hesab edir. Pensiyanın hesablanmasında həmin əlavələrin nəzərə alınmalı olmadığına dair cavabdehin dəlili “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinin (əmək haqqındakı sonrakı artımların nəzərə alınması) tələbinə zidd olduğundan, həmin dəlil əsaslı hesab edilə, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və ya dəyişdirilməsinə səbəb ola bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 dekabr tarixli 2-1(103)-2717/19 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov Əsli ilə düzdür: Haki
Məhkəmə qərarları › İş №2-1(102)-722/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-722/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver