Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-722/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğvi və mənzil növbəsinin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 05.05.2021 Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğvi və mənzil növbəsinin bərpası” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 9 noyabr 2020-ci il tarixli 2-1(103)-1612/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Keçmiş Kirov rayon XDS İK-nin 15.01.1985-ci il tarixli, 79 saylı qərarı ilə iddiaçının anası X8 ailə tərkibi 4 nəfər olmaqla (özü, oğlu, gəlini və nəvəsi) ümumi əsaslarla mənzil növbəsinə götürülmüşdür.
2. X8 26 iyun 1987-ci il tarixdə vəfat etmişdir.
3. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 29 oktyabr 2019-cu il tarixli, 220 №-li sərəncamı əsasında iddiaçı mənzil növbəsində olan şəxslərin siyahısından çıxarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2019-cu il 19 dekabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizə si ilə müraciət edərək, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 220 saylı, 29 oktyabr 2019-cu il tarixli sərəncamın ləğv edilməsini və iddiaçının ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş kimi güzəştli şərtlərlə mənzil növbəsinin bərpa edilməsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin öhdəsinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 4 nəfər ailə üzvü ilə uzun müddətdir ki, ünvan 1 ünvanda sahəsi 19 kv.m olan yataqxana tipli 1 otaqlı 46 saylı mənzildə yaşayırlar. Mənzil şəraiti olmadığına görə uşaqları ailə qura bilmirlər. Kirov rayon XDS İK-nin 15 yanvar 1985-ci il tarixli, 79 saylı sərəncamı ilə anası mənzil növbəsinə götürülərkən ailə üzvü kimi özü, onun həyat yoldaşı X3 və qızı X9 qeyd edilmişdir. X13 müharibəsi əlili olduğundan onların mənzil növbələri güzəştli şərtlərlə olmuşdur. Buna baxmayaraq bu günə qədər onlar mənzillə təmin edilməmişdir. Onlar dəfələrlə İcra Hakimiyyətinə müraciət etmişdir və bildiriblər ki, 2015-ci ildə onlara mənzil verilməlidir. Ancaq mənzil verilməmişdir və onlar yenidən müraciət etdikdə, növbə üzrə olanlara 2018-ci ildə mənzil veriləcəyi bildirilmişdir. Lakin əsassız olaraq Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən anasının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılması barədə 29 oktyabr 2019-cu il tarixdə 220 saylı sərəncam verilmişdir. Bu sərəncam tamamilə qeyri-qanunidir, belə ki, anası ilə yanaşı onlar üç nəfər olmaqla mənzil növbəsində olmuşlar və belə bir sərəncam verilməsi onların hüquqlarının pozulma sı ilə nəticələnir. Sərəncamda anası vəfat edərkən mənzil növbəsinin iddiaçının adına qanuna müvafiq qaydada keçirilmədiyinin aydın olması göstərilmişdir. Halbuki dəfələrlə bu barədə müraciət etmiş və cavabdeh bu hal ona heç vaxt bildirilməmiş, onun mənzil növbəsi sərəncam çıxarılana kimi davam etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 19 iyun tarixli 2-1(112)-794/2020 nömrəli qərarı ilə (hakim A.Oruczadə) iddia qismən təmin edilmiş, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 29.10.2019-cu il tarixli, 220 saylı sərəncamının ləğv edilməsi və İddiaçı 3 nəfər ailə tərkibi ilə birlikdə mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi, iddianın qalan hissədə rədd olunması qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi n əticəni onunla əsaslandırmışdır ki, inzibati orqan hazırki iddiaçını mənzil növbəsinə dayanan vətəndaşlar siyahısına salmaqla və bu barədə dəfələrlə müraciət edənə məlumat verməklə bir növ hakimiyyət tədbiri həyata keçirmişdir. Bu zaman inzibati orqan bunun prosedur qaydasına riayət etməsə də, əslində mövcud məsələni tənzimləyən maddi hüquq normalarından da aydın olur ki, mərhum anasının ölməsi halında ailə üzvü kimi (mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmadığından) iddiaçının sözügedən siyahıya salınması qanunsuz olmamışdır. Cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin 29.10.2019-cu il tarixli sərəncamı qəbul edilən zamanı istinad edilən norma – sərəncamın hüquqi əsasları hazırki qüvvədə olan Mənzil Məcəlləsinin 55-ci maddəsi olmuşdur. Sözüg edən sərəncamla vətəndaş X8 yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş şəxslərin siyahısından çıxarılsa da, onun ailə üzvülərindən biri olan İddiaçı onun yerinə uçota götürülməsi məsələsi həll edilməmişdir, halbuki 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi bu məsələnin həllini tələb edir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh inzibati orqan 2005-ci il tarixdən etibarən iddiaçıya mənzil növbəsində olması ilə bağlı vədlər vermiş, bu vədlər isə qanunsuz olmamış, belə ki, həmin dövrdə qüvvədə olan qanunvericiliklə uçotda olan vətəndaşın ölməsi halında ailə üzvlərindən birinin onun yerinə uçota götürülməsi ilə bağlı norma olmuş, şəxsin mənzil növbəsində olması ilə bağlı iddiaçıya müvafiq məktublar ünvanlamış, başqa sözlə desək iddiaçıya yazılı bəyanatlar etmiş, həmçinin “Ümumi və güzəştli əsaslarla” mənzil növbəsinə götürülən vətəndaşların siyahısına salınmış, hətta həmin siyahı cavabdehin rəsmi səhifəsində http://binegedi-ih.gov.az yerləşdirərək, iddiaçını ümidləndirmişdir.
14. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1612/2020 saylı, 19.11.2019-cu il tarixli qərarı ilə (hakimlər A.Hüseyn (sədrlik edən və məruzəçi), V.Ağayev və A.Nuriyeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibatiMəhkəməsinin qərarı İddiaçı 3 nəfər ailə tərkibi ilə birlikdə mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh B inəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi hissəsində dəyişdirilərək, İddiaçı 3 nəfər ailə tərkibi ilə birlikdə mənzil növbəsinə bərpa edilməsi öhdəliyinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmış, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmışdır.
16. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi İddiaçı 3 nəfər ailə tərkibi ilə birlikdə mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi hissədə düzgün nəticəyə gəlməmiş, iddianın ifadə tərzinə diqqət yetirməmişdir. İddia tələbindən görünür ki, iddiaçı ailə üzvləri ilə bilikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş kimi mənzil növbəsinin bərpa edilməsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Ha kimiyyətinin öhdəsinə qoyulmasını xahiş etmişdir.
19. Cavabdeh kassasiya şikayəti verərək, qərararın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının mərhum anası mənzil növbəsinə ümumi əsaslarla götürülmüşdür. Əlavə olaraq bildirilir ki, hal-hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbacan Respublikası Prezidentinin 20.06.2014-cü il tarixli Sərəncamına dəyişiklik edilməsi barədə 25 yanvar 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. b. Kassasiya şikayətinə qarşı etiraz
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İşə baxılmasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsi nin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 23. “İnzibati icraat haqqında ” Qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə
17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 24. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə Bənd 3.11.1. Mü vafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyəti başçısının vəzifəsidir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilmə li və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmələr tərəfində müəyyən olunmuş işin hallarından görünür ki, keçmiş Kirov rayon XDS İK-nin 15.01.1985-ci il tarixli, 79 saylı qərarı ilə X8 ailə tərkibi 4 nəfər olmaqla (özü, oğlu, gəlini və nəvəsi) ümumi əsaslarla mənzi l növbəsinə götürülmüş, İddiaçıa 26 iyun 1987-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 29 oktyabr 2019-cu il tarixli, 220 №-li sərəncamı əsasında iddiaçı mənzil növbəsində olan şəxslərin siyahısından çıxarılmışdır. Baxılan iddia yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması ilə əlaqədar inzibati aktın qanuniliyi ilə bağlıdır. Buna görə də inzibati orqanın iddiaçını mənzil növbəsində olan şəxslərin siyahısından çıxarılması barədə qərarı, yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınmasının qanunla müəyyən edilmiş əsaslarına uyğunluğu və “İnzibati icraat haqqında” Qanunun 10-cu və 67-ci maddəsinin tələbləri baxımından təhlil olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi də iddianı bu əsaslar üzrə yoxlamış və göstərmişdir ki, Binəqədi rayon İcra Hakimiyyətinin 01.12.2005, 18.01.2010, 09.03.2010, 25.06.2010, 30.09.2010, 29.12.2010, 09.03.2011, 22.04.2011, 03.03.2011, 30.09.2015-ci, 25.05.2017, 15.08.2017 və 03.09.2019-cu il tarixli məktubların surətlərindən aydın olur ki, İddiaçı Meybulat oğlunun və X2 müraciətlərinə baxılmış və boş mənzil sahəsinin olmaması, bu məqsədlə mənzil sahəsinin ayrılmadığı səbəbindən onlardan öncə növbəyə götürülmüş ailələr mənzillə təmin olunduqda sonra onların mənzillə təmin olunma ərizələrinə baxılacağı qeyd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Binəqədi rayon İcra Hakimiyyətinə göndərilmiş sorğuya cavab məktubunda və ona əlavə olunmuş Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 21.05.2019-cu il tarixli sərəncamı ilə təsdiq ed ilmiş siyahıdan görünür ki, 1947-ci il təvəllüdlü İddiaçı adı Binəqədi rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə ümumi və güzəştli əsaslarla mənzil növbəsinə dayanan vətəndaşların ümumi siyahısının 62-ci qrafasında qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında təqdim olunmuş Azərbaycan Respublikası Binəqədi rayon İcra Hakimiyyətinin 06 aprel 2020-ci il tarixli, 02/09-11-31/686 saylı cavab məktubundan görünür ki, vətəndaş İddiaçı adı 29.10.2019-cu il tarixədək yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində ümumi əsaslarla mənzil növbəsi siyahısında mövcud olmuş, lakin vətəndaşın adının siyahıya əlavə olunması barədə inzibati icraat materialları araşdırma zamanı aşkarlanmamışdır. Apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən qəbul edilən sərəncamın qanun iliyini yoxlamaq üçün maddi hüquq normaları kimi Mənzil Məcəlləsinin 55.1.7-ci və 55.3-cü maddələrinə müraciət edərək bildirmişdir ki, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Həmin Məcəllənin 55.1.7-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyin tələbləri baxımından əgər uçotda durmuş şəxs vəfat edərsə, o, yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. İstisna hal y alnız odur ki, uçota durmuş və vəfat etmiş şəxs müharibə əlili olsun. Belə hal yaranarsa, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müəyyən olunmuş qaydada saxlanır. İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı tərəfindən mübahisələndirilən sərəncam 2019-cu il tarixə aid ol sa da, həmin sərəncamın əsasını təşkil edən iddiaçının mərhum anası X1 Kirov rayon XDS İK tərəfindən mənzil uçotuna götürülməsi barədə qərar 15.01.1985-ci il tarixə, həmçinin, iddiaçının mərhum anasının ölümü 28.11.1995-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən 26.06.1987-ci il tarixə aiddir. Bu səbəbdən tərəflər arasında hüquq münasibəti 1985-1987-ci il tarixdən yarandığından, hazırki iddia tələbi həmin dövrə aid olan maddi hüquq normaları, yəni 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir. 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən vətəndaşlar aşağıdakı hallarda uçotdan çıxarılırlar; 1) mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda; 2) daimi yaşamaq üçün başqa yaşayış mə ntəqəsinə getdikdə; 3) iş yerində uçotda olan vətəndaş, bu Məcəllənin 34-cü maddəsinin 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş hallardan başqa, müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda; 4) mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olduğu haqqında vətəndaş həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikdə yaxud uçota götürülmək məsələsinin həllində vəzifəli şəxslər hüquqa zidd hərəkətlər etdikdə; 5) altı aydan artıq müddətə azadlıqdan məhrum olunmağa məhkum edildikdə, məhkum edildikdə. Uçotdan çıxarmanı vətəndaşları uçota götürmək haqqında qərar qəbul etmiş orqanlar həyata keçirirlər. Qəbul olunmuş qərar haqqında vətəndaşa yazılı şəkildə məlumat verilir. 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 34-cü maddəsinin 2-ci abzasında qeyd olunmuşdur ki, uçotda ol an vətəndaş öldükdə və ya başqa daimi yaşayış yerinə getdikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun yerinə uçota götürülür; həm də iş yerində ehtiyacı olanların uçotuna ailə üzvü yalnız o halda götürülür ki,o həmin müəssisədə, idarədə, təşkilatda işləsin, uçotda olan vətəndaş istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində öldükdə isə ailə üzvü həmin müəssisədə, idarədə, təşkilatda işləməsindən asılı olmayaraq uçota götürülür. Uçotda olan ailə dolandıranını itirmiş, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab etmək üçün əsaslar aradan qalxmamışsa uçotdan çıxarıla bilməzlər. Göründüyü kimi, həmin dövr üçün qüvvədə olan qanunvericilikdə, uçotda olan vətəndaş ölərsə və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən birinin onun yerinə uçota durması mümkündür. Bu zaman, vəfat etmiş şəxsin hansı əsaslarla mənzil növbəsinə durması (ümumi və ya güzəştli əsaslar) nəzər alınmır. Cavabdeh orqan X6 vəfat etmə səbəbi ilə mənzil növbəsindən çıxarsa da, 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 34-cü maddəsini nəzərə almamış və mənzil uçotunda durmuş mərhum X4 oğlunu, yəni hazırki iddiaçını mənzil növbəsindən haqsız olaraq çıxarmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşır. Bu əsaslandırma inzibati orqanın yaranmış mübahisəni tənzimləyərkən rəhbər tutmalı yuxarıda göstərilən maddi hüquq normalarına uyğundur. Cavabdehin qəbul etdiyi inzibati akt maddi hüquq normalarının pozulması nəticəsində qəbul edilmişdir, iddiaçıya münasibətdə qanunsuz əlverişsiz unzibati aktdır.
51. İşin bu halı, “İnzibati icraat haqqında” qanunun 67.1-ci maddəsinə əsasən, qəbul edilmiş inzibati aktın qanunsuz sayılması üçün əsasdır. Kassasiya şikayətinin “hal-hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbacan Respublikası Prezidentinin 20.06.2014-cü il tarixli Sərəncamına dəyişiklik edilməsi barədə 25 yanvar 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateq oriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur” dəlili də iddiaçının hüquqlarının məhdudlaşdırılmasına əsas vermir.
31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 noyabr 2020-ci il tarixli 21(103)-1612/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.