Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-722/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” tə ləbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-643/2022 nömrəli, 13 yanvar 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 6 noyabr 2011-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya təyin edilərkən 1 yanvar 2010-cu il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” AR Qanunu tətbiq edilmişdir. Lakin iddiaçı hesab edir ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 6 noyabr 2009-cu il tarixdən - 55 yaşdan yaranmışdır. İddiaçının 1 avqust 1997-ci ilədək 25 ildən artıq ümumi əmək stajı var, həmin stajın 12 il 06 ay zərərli işlərdə işləmişdir.
2. İddiaçı 6 noyabr 2009-cu il tarixdən 55 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad edilərək, 55 yaşı tamam olan gündən yəni 6 noyabr 2009cu il tarixdən pensiya təyin edilməsindən imtina edilmişdir.
3. İddiaçı 8 may 2015-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək ona 6 noyabr 2009-cu il tarixdən (55 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. 4. 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin 2-1(82)-2044/2015 nömrəli, 1 iyun 2015-ci il tarixli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə iddia təmin edilmiş, 6 noyabr 2009-cu il tarixdən (55 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur.
5. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 21 iyul 2015-c il tarixli, 2-1(82)2044/2015 nömrəli məktubla icra olunması üçün cavabdehə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
6. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 27 aprel 2021-ci il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2044/2015 saylı 1 iyun 2015-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 8 oktyabr 2021-ci il tarixli, 2-1(82)-2044/2015 nömrəli qərardadı ilə ərizə mümkün sayılmamışdır.
8. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 103-cü maddəsinə istinadla qeyd etmişdir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay m üddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir.
9. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 21(103)-643/2022 nömrəli qərardadı ilə (hakimlər Aida Hüseyn-sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Azər Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 8 oktyabr 2021-ci il tarixli, 2-1(82)-2044/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadı ləğv edilməsini, iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Şikayətin dəlillərinə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Dalğıc və Qəza-xilasetmə işləri İdarəsi tərəfindən iddiaçının adına tərtib olunmuş və pensiya işinə tikilmiş 14 aprel 2015-ci il tarixli, N2 SOCAR/15-3600/07/02-000007 "İmtiyazlı arayış"ında qeyd olunmuşdur: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına əsasən (kod:2290000b-24441) güzəştli şərtlərlə pensiya hüququna malikdir.
14. Araşdırma zamanı aşkar edilmişdir ki, qeyd olunan əsaslandırma Nazirlər Kabinetinin müvafiq qərarına uyğun aparılmamış, eyni zamanda şöbə tərəfindən bu hala ciddi yanaşılmamış, arayışa istinad edilməklə vətəndaşa müvafiq növə görə pensiya təyin edilmişdir. Belə ki, müəssisə qeyd etdiyi k odu Nazirlər Kabinetinin 320 nömrəli, 21.6.1993-cü il tarixli Qərarının 2 №-li siyahısında mövcud olduğunu göstərsə də, bu koddan əvvəl yazılan başlığın həmin qərarın 1 №-li siyahısına aid olduğu müəyyən edilmişdir (2 №-li Siyahının başlığı belədir: "əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı"). Eyni zamanda, müəssisə vətəndaşın iş stajının hansı dövrünün güzəştli olması barədə heç bir konkret məlumat qeyd etməmiş, arayışın sonunda əsas kimi istinad etdiyi qərarın adının yazılışında da səhvə yol vermişdir.
15. Göstərilənlərlə yanaşı, qeyd olunan koda uyğun olaraq vətəndaşın iş icraçısı kimi işlədiyi dövr 3.8.1998-1.5.2008-ci illəri əhatə etmişdi r (XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, b) rəhbərlər və mütəxəssislər). Lakin həmin dövrün stajı Qanunda nəzərdə tutulmuş 12 il 6 aya qarşı cəmi 9 il 8 ay təşkil etmiş və bu da ona 55 və yaxud 57 yaşdan yaşa görə güzəştli şərtlərlə pensiya hüququ vermir.
16. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, vətəndaşın işləmiş olduğu digər peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında, həmçinin Nazirlər Kabinetinin 320 nömrəli, 21.6.1993-cü il tarixli qərarının 2 №-li Siyahısında da nəzərdə tutulmamışdır. Məhkəmə qərarın da qeyd olunanlara əsasən müəyyən edilmişdir ki, məhkəmə tərəfindən vətəndaşın xüsusilə ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, onun zərərli şəraitdə işlədiyi barədə əsaslar olmadan iddia tələbi təmin edilmişdir. Bununla belə, məhkəmə qərarına əsasən iddiaçının 6 il əvvəl, yəni 6.11 2009-cu ildən 55 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin qayda və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTB İQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar o lunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı h allarda, həmin müddətlərin bərpasına yol verilmir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelya siya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
24. Məhkəmə kollegiyası qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, İPM-in yuxarıda istinad olunan normalarından da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq mün asibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir.
25. İş üzrə materiallardan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)2044/2015 nömrəli, 01 iyun 2015-ci il tarixli qərarının surəti 19 iyun 2015-ci il tarixdə cavabdeh şöbəyə təqdim olunmuş, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmiş, daha sonra qərar icra edilməsi üçün 21 iyul 2015-ci il tarixdə cavabdeh inzibati orqana göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 27 aprel 2021-ci il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. 2
6. Beləliklə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə qanunla müəyyən edilmiş müddət buraxılmaqla verilmişdir. Həmin müddətin bərpasını isə İPM-in 103.3-cü maddəsi istisna edir.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 21(103)-643/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.