Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-722/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, icra olunan funksional vəzifənin (işin) eyniliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı (18.8.1964-cü il təvəllüdlü, FİN:182RVL6) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(103)-3185/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1979-cu il tarixdən 1982-ci il tarixə kimi Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin (keçmiş 2 saylı Peşə Məktəbi) “Elektrovoz maşinisti köməkçisi” ixtisas qrupundan təhsil almış, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus əmək kitabçasında olan məlumatlara görə o, Azərbaycan Dəmir Yolları Bakı Lokomotiv Deposunda xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Periodik sexə hərəkətli tərkibinin təmiri üzrə 3-cü dərəcəli çilingər, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Mühərrik-vaqon seksiyanın maşinisti köməkçisinin dublyoru, xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Mühərrik-vaqon seksiyanın maşinisti köməkçisi (müstəqil olaraq işə buraxılmaqla), xx.xx.1991-ci il tarixdə ona Mühərrik-vaqon seksiyanın maşinisti ixtisası verilmiş, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Depo yanında MVS manevr maşinisti, xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək elektrik qatarlarının 3-cü dərəcəli maşinisti, xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tar ixədək elektrik qatarlarının maşinisti köməkçisi, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək elektrik qatarlarının maşinisti əvəzedicisi, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək elektrik qatarlarının maşinisti, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 3 ay sınaq müddətinə “Stadler” elektrik qatarının maşinisti vəzifələrində işləmiş, xx.xx.2015ci il tarixdə “Stadler” elektrik qatarının maşinisti vəzifəsinə keçirlmiş, xx.xx.2018-ci il tarixdə 2-ci dərəcəli elektrik qatarının maşinisti adı verilmiş, xx.xx.2021-ci il tarixədək həmin vəzifədə işləmişdir.
3. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq **********0 saylı xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq ona pensiya təyin edilməsindən imtina etmişdir.
4. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının yalnız xx.xx.1993-cü il tarixinədək işlədiyi motor-vaqon maşinisti vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (7il 8 ay 3 gün (xx.xx.1985- xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. 5. "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamentinin İstismar xidmətinin 04 saylı 10 dekabr 2021-ci il tarixli arayışına əsasən, İddiaçı həqiqətən "xxxx" QSC-nin Lokomotiv deposunda çilingər, maşinist köməkçisi, Sərnişin Daşımaları Departamentinin İstismar Xidmətində elektrik qatarının maşinist köməkçisi, elektrik qatarının maşinisti peşələrində çalışıb. Onun "xxxx" QSC-də güzəştli iş stajı aş ağıdakı kimi qəbul edilməlidir: 1 iyun 1985-ci il tarixdən 21 oktyabr 1985-ci il tarixədək 4 ay, 21 gün Lokomotiv Deposunda çilingər peşəsində çalışmışdır. 22 oktyabr 1985-ci tarixədək 22 iyun 2021-ci il tarixədək 35 il, 7 ay, 25 gün Lokomotiv deposunda maşinist köməkçisi əvəzedicisi, maşinist köməkçisi, maşinist peşəsində çalışmışdır. 23 iyun 2021-ci il tarixdən halhazıradək 5 ay, 16 gün İstismar xidmətində elektrik qatar maşinist köməkçisi peşəsində çalışır. Onun işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 21.4-ci maddəsində “Dəmiryol nəqliyyatı” başlığı altında nəzərdə tut ulmuş çilingər, maşinist köməkçisi əvəzedicisi, maşinist köməkçisi, maşinist peşəsində bəndinə uyğundur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1 iyun 1985-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə zərərli peşə hesab edilir. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin həmin qərarının “Dəmiryol nəqliyyatı” başlığı altında nəzərdə tutulmuş çilingər, maşinist köməkçisi əvəzedicisi, maşinist köməkçisi, maşinist peşəsində bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Göründüyü kimi, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək stajı kifayət qədərdir. Bununla bağlı ona güzəştli şərtlərlə pensiyanın təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbin təmin olunmasından imtina edilmişdir.
8. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında müraciəti təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6046/2022 saylı 30 iyu n 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, İddiaçı 2006-cı ilin yanvar ayının 1-dək ümumilikdə 12 il 6 aydan artıq müddət işlədiyi “motor-vaqon seksiyalarının maşinistləri və maşinist köməkçiləri” peşələri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsinin “1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bəndinin “a” yarımbəndində nəzərdə tutulan “elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri” peşələrinin eynilik təşki l etməsi təkzib olunmur. İddiaçının 2006-cı ilin 1 yanvar tarixinədək 25 ildən artıq ümumi stajın, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə stajın toplanması şərtləri ödənilir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2-1(103)-3185/2022 nömrəli qərarı ilə (hakimlər C.X. Cəmilova- sədrlik edən və məruzəçi, M.N. Tağızadə və A.L. Əliyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6046/2022 saylı 30 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla göstərmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək 25 ildən artıq ümumi və 12 il 6 ay xüsusi stajının mövcudluğu təsdiq olunur. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən 57 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır.
14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən iddiaçının güzəştli şərtlərlə əmək fəaliyyəti dövrünə aid olmasın ı iddia etdiyi müvafiq vəzifələr Siyahıda qeyd olunan vəzifələrə uyğun olmadığından onun tələb olunan 12 il 6 ay müddətinə güzəştli şərtlərlə iş stajı yoxdur. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin müvafiq qərarı əsassızdır. Cavabdeh hüquqi mövqeyinin əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsaslanmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
16. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:.... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrə li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”:
19. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilə n məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hes ab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunver iciliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri i lə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
27. İddiaçının 25 ildən artıq ümumi sığorta stajına malik olması və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması işin mübahisə doğurmayan hallarıdır.
28. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın Nəqliyyat bölməsində (21) motor vaqon seksiyalarının maşinisti vəzifəsinin nəzərdə tutulmadığı, həmçinin “Vahid Tarif-İxtisas Sorğu kitab çası”nın dəmiryolu nəqliyyatı sahəsinə aid fəhlə peşələrinin və işlərin hazırda fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcələri diapazonunda motor maşinisti vəzifəsinin qeyd edilməməsi, bu səbəbdən də xüsusi iş stajının 12 il 6 aydan az, yəni 7 il 8 ay 3 gün (xx.xx.1985-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər) təşkil etmişdir.
29. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, "xxxx" QSC Sərnişin Daşımaları Departamenti İstehsal Xidmətinin 63 saylı 10 dekabr 2021-ci il tarixli arayışına əsasən, iddiaçının 2006-cı ilin yanvar ayının 1-dək ümumilikdə 12 il 6 aydan artıq müddət işlədiyi “motor-vaqon seksiyalarının maşinistləri və maşinist köməkçiləri” peşələri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmi ş 2 nömrəli Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsinin “1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bəndinin “a” yarımbəndində nəzərdə tutulan “elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri” peşələrinin eynilik təşkil etməsi təkzib olunmur. İş yerindən təqdim edilən güzəştli iş stajı barədə arayışa əsasən iddiaçının fəaliyyət göstərdiyi peşə 2 nömrəli Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsinin “1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” bəndinin (a) yarımbəndində elektrik qatarlarının (seksiyalarının) maşinistləri 23001000 – 14409 kodu ilə, elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri isə 23001000 – 16887 kodu ilə nəzərdə tutulan ey ni funksiyaları həyata keçirdiyindən, onun 1 yanvar 2006-cı ilə qədər 12 il 6 aydan çox güzəştli stajının olması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. 30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (57 yaş) çatdığından 25 il də çox ümumi iş stajına o cümlədən işəgötürən tərəfindən 12 il 6 aydan çox əmək şəraiti zərərli olan iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda," nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
32. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər iddiaçı tə rəfindən ödənildiyindən o, hazırkı məzmunda tələb irəli sürməkdə haqlı olmuşdur.
33. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı, kasasiya şikayətinin dəlillərini əsassız hesab edir. Odur ki, cavabdehin kasasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2- 1(103)-3185/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.