Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-722/2024 07.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin edilməməsinə görə cərimənin tətbiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxnə qarşı “artıq ödəmə məbləğinin geri qaytarılması barədə rəyin verilməsi, artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər bir gün üçün ödəmə g ünü də daxil olmaqla vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğini də faiz olaraq əlavə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1040/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarının icra edilməməsi ilə bağlı cavabdeh inzibati orqana cərimə tətbiq olunmasına dair ərizə barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 2-1(103)-3895/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 47300 manat artıq ödəmə məbləğinin geri qaytarılması barədə rəyin verilməsi, artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər bir gün üçün ödəmə günü də daxil olmaqla vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğinin də faiz olaraq əlavə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1040/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarı ilə (hakim F.Mədətli) iddia təmin edilmişdir.
3. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-2993/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayəti təm in edilməmiş, Bakı İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1040/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarı 08 fevral 2023-cü il tarixdə icra olunması üçün cavabdehə göndərilmiş, icrasını 15 gün müddətinə təmin edərək nəticəsi barədə məhkəməyə məlumat verilməsi tələb olunmuş, həmçinin məhkəmə qərarının icrasının yuxarıda qeyd olunan müddət ərzində təmin olunmadığı halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulmuş qaydada cərimə tətbiq olunacağı barədə xəbərdar edilmişdir. Həmin məktub 09 mart 2023-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir.
5. İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, uzun müddət ötməsinə və qərarların qanuni qüv vəsini almasına baxmayaraq, vergi orqanı tərəfindən hər hansı tədbir görülməmiş və ya qərarın icrası həyata keçirilməmişdir. İddiaçı tərəfindən vergi orqanına bu barədə dəfələrlə müraciətlər edilsə də, bu günədək həmin qərar vergi orqanı tərəfindən icra olunmamışdır.
6. Cavabdeh 14 mart 2023-cü il tarixli məktubla bildirmişdir ki, İddiaçı (VÖEN: **********) iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1040/2022-ci il tarixli qərarının icrası Baş İdarə tərəfindən təmin edilmişdir.
7. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli vəsatətdə qeyd olunur ki, İddiaçı (VÖEN: **********) tərəfindən geri istənilən 12156,10 (on iki min yüz əlli altı manat on qəpik) manat faiz məbləğinin qaytarılmasına dair “Vergi ödəyicisinin vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə” xx.xx.2023-cü il tarixdə A **********342400 nömrəli rəy və ona əlavələr aidiyyəti üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilmiş və xx.xx.2022-ci il tarixli 2- 1(112)-1040/2022 nömrəli qərar tam şəkildə icra olunmuşdur. İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh orqan 2-1(112)- 1040/2022 nömrəli iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan (elektron məhkəmə vasitəsilə) ərizədə q eyd olunur ki, cavabdeh vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən tələb edilmiş 47300 manat artıq ödənilmiş vergilərin geri qaytarılması barədə rəy təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərar tam icra edilməmişdir. İddiaçı tərəfindən vergi orqanına ödənilmiş artıq ödəmələrin geri qaytarılması barədə müraciətdən 45 gün sonra vergi orqanı tərəfindən iddiaçının tələbi təmin edilməli olmasına baxmayaraq, uzun bir müddət ötmüş və bu barədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edilmişdir. Buradan da aydın olur ki, həmin müddətdən sonra rəyin verildiyi xx.xx.2023-cü il tarixədək vergi orqanı tərəfindən rəyin verilməsi gecikdirilmişdir. Həmin rəyin verilməsindən uzun bir müddət ötmüş, lakin vergi orqanı tərəfindən artıq ödəmənin gecikdirilməsi barədə faizlərin ödənilməsi barədə rəy onlara təqdim edilməmişdir. İddiaçı bu barədə qeyd etmişdir ki, vergi orqanına artıq ödəmənin geri qaytarılması barədə ərizə ilə müraciət xx.xx.2021-ci il tarixində təqdim edilmişdir. Həmin zamandan uzun bir müddət ötdükdən sonra əsas məbləğ olan 47300 manatın geri qaytarılması barədə rəy iddiaçıya xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Yəni iddiaçı tərəfindən ərizə ilə müraciət edilən tarixdən 689 gün ötdükdən sonra iddiaçıya artıq ödənilmiş məbləğin qaytarılması barədə rəy təqdim edilmişdir. 689 gün isə gecikdirlən günlərin sayı hesab edilir. Bu səbəbdən gecikdirilən günlərə əsas məbləğin 0,1 faiz nisbəti tapılaraq iddiaçıya ödənilməsi barədə rəy verilməli idi. Yəni həmin ödənilməli məbləğ aşağı da göstərilən düstura əsasən müəyyən edilməlidir: Gecikdirlən günlər × 0.1% × artıq ödənilmiş məbləğ = gecikdirilən günlərə əsasən ödənilməli olan məbləğ 689 × 0.1% × 47300,0 = 32.589,7. Göstərilənlərdən də müəyyən etmək olur ki, vergi orqanı tərəfindən gecikdirilən hər bir gün üçün hesablanmalı və rəy verilməli faiz məbləği 32.589,70 manat olmasına baxmayaraq, bu barədə rəy verilməmişdir. Qərar qismən icra edilmiş 47300 manat artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəy verilmiş, lakin, qalan faiz məbləğinin, yəni 32.589,70 manat faizin geri qaytarılması barədə rəyin verilməsi təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
9. Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2-1(112)-1040/2022 nömrəli qərardadı ilə (hak im G.Sevdimalıyeva) cavabdehin 200 (iki yüz) manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, dəfələrlə (o cümlədən cərimə barədə) xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə qərarı cavabdeh tərəfindən qəsdən icra olunmur. Məhkəmə qərarı ilə “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq artıq ödəmə məbləğinin geri qaytarılması barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər bir gün üçün ödəmə günü də daxil olmaqla vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğini faiz olaraq əlavə ödənilməsi vəzifəsi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsinə baxmayaraq, cavabdeh inzibati orqan iqtisadi göstəricilərin araşdırıldığını və nəticəsinə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcəyi bildirilmişdir. Halbuki hazırki qərarın icrası hər hansı iqtisadi göstəricilərin araşdırılması ilə bağlı deyil, sadə riyazi hesablama ilə bağlıdır. Məhkəmə qərarı hesablanmış faiz məbləğinin ancaq 12156,10 manat rəy verilməsi hissəsində icra olunmuşdur. Odur ki, məhkəmə qərarı tam icra olunmamışdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 2-1(103)-3895/2023 nömrəli qərardadı ilə (hakimlər R.Səmədov – sədrlik edən və mə ruzəçi, A.Oruczadə və X.Cəmilova) Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və hüquqi mövqeyini əsaslandırmaq üçün İnzibati Prosessual Məcəllənin 118, 120 və İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinad etmişdir.
14. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə öz qərardadında faktiki olaraq, hər hansı riyazi hesablama aparmadan, faktiki qaytarılmalı olan məbləği müəyyən etmədən, sadəcə ümumi sözlərdən istifadə edərək, Qərardad qəbul etməklə cavabdehin hüquqlarını pozmuşdur. Cavabdehin niyyəti məhkəmə qərarının icrasından yayınmaq deyil, əksinə ədalətli şəkildə qaytarılmalı olan faiz məbləğinin müəyyən edilməsində maraqlı olmasıdır. Lakin məhkəmə bunu nəzərə almamışdır.
16. Kassasiya şikayətinin hüquqi əsası kimi Vergi Məcəlləsinin 59.3 və İPM-in 12, 58.7, 69.4-cü maddələrinə istinad edilmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 2-1(103)-3895/2023 nömrəli qərardadını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQ UQ
18. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiy ası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri ) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. 19. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx. 2021-ci il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdiril məsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Hazırkı işin araşdırılan halları ilə müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1040/2022 nömrəli 30 iyun 2022-ci il tarixli qərarına əsasən iddiaçının şəxsi hesab vərəqəsində yaranmış 47300 manat artıq ödəmə məbləğinin geri qaytarılması barədə rəyin verilməsi, artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər bir gün üçün ödəmə günü də daxil olmaqla vergi ödəyicisinə müvafiq məbləğin 0,1 fa izi məbləğinin faiz olaraq əlavə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar 08 fevral 2023-cü il tarixdə icra olunması üçün cavabdehə göndərilmiş və 09 mart 2023-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir.
26. Həmçinin iş materialları ilə müəyyən olunur ki, cavabdeh orqan tərəfindən vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə rəy təqdim edilsə də, artıq ödəmənin geri qaytarılması barədə ərizə təqdim edilən tarixdən artıq ödəmənin geri qaytarılması tarixinədək gecikdirilən hər bir gün üçün ödəmə günü də daxil olmaqla vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğinin faiz olaraq əlavə ödənilməsi vəzifəsi həyata keçirilməmişdir.
27. Göründüyü kimi, yuxarıda qeyd olunan məhkəmə qərarı cavabdeh tərəfindən tam icra olunmamışdır.
28. Halbuki, məhkəmə qərarı aidiyyəti şəxslər, o cümlədən cavabdeh tərəfindən vaxtında və məzmununa uyğun şəkildə, mütənasiblik prinsipi nəzərə alınmaqla icra olunmalıdır. Məhkəmə qərarının qeyd olunan qaydada icra olunmaması (eləcə də onun icrasından əsassız yayınma) şəxsin məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməli və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiqini şərtləndirməlidir. Əks təqdirdə məhkəmə qərarı şəxsin hüququnun praktik müdafiəsi baxımından səmərəsiz və əhəmiyyətsiz olar, hüquqi müdafiə aktı qismində öz mahiyyətini itirərdi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ həmçinin inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunmasını da ehtiva edir.
29. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinin müddəalarına görə, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarının icrasının təminatı qismində həmçinin Cinayət Məcəlləsində 306-cı maddə nəzərdə tutulmuşdur. Həmin norma ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının qərəzli olaraq icra edilməməsinə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti müəyyən olunur. Nəzərə almaq lazımdır ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür.
32. Həmçinin qeyd edilməlidir ki, İPM-in 120.1-ci maddəsi inzibati orqanların üzər inə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasını təmin etmək məqsədlərinə xidmət edir. Bu mənada nəzərə almaq lazımdır ki, məhkəmə qərarının aid olduğu iddianın növü həmin normanın qeyd olunan məqsədləri və məhkəmə qərarının icrasının təmin edilməsini zəmanət altına alan yuxarıda istinad olunan norma və prinsiplər baxımından hər hansı əhəmiyyət daşımır. Digər tərəfdən, həm də nəzərə alınmalıdır ki, inzibati proses hüququ doktrinasında öhdəliyin icrası haqqında iddia növü ümumi anlayışdır və həm məcburetmə haqqında, həm də öhdəliyin icrası haqqında iddiaları özündə birləşdirən öhdəliyin icrası haqqında ümumi iddia kimi qəbul olunur. Başqa sözlə, həm öhdəliyin icrası haqqında, həm də məcburetmə haqqında iddialar öhdəliyin icrası haqqında ümumi iddia növünə aiddir.
33. Məhkəmə kollegiyası xüs usi olaraq vurğulayır ki, inzibati məhkəmə icraatı çərçivəsində cavabdehə münasibətdə öhdəlik nəzərdə tutan məhkəmə aktı - məhkəmə qərardadı və ya qərarı İPM-in 120-ci maddəsinin təsir dairəsinə aid edilməlidir. Bundan fərqli yanaşma və həmin maddənin bu yanaşmadan fərqli təfsiri qeyd olunan məzmunlu məhkəmə qərarının və ya qərardadının icrasının cavabdehin iradəsindən asılı vəziyyətə salınması kimi qiymətləndirilməlidir. 34. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli qərarının 26-cı bəndinə əsasən İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.
35. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 21(103)-3895/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.