Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-722/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi" tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2176/2024 saylı qərarından cavabd eh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. N nömrəli hərbi hissənin komandirinin N sentyabr 2020-ci il tarixli, 272 nömrəli əmrindən çıxarışa əsasən baş gizir İddiaçı xüsusi mühafizə dəstəsinin kəşfiyyatçısı N sentyabr 2020-ci il tarixdən 5 gün müddətinə 051, N və N nömrəli hərbi hissələrə ezamiyyətə göndərilmişdir.
2. N nömrəli hərbi hissənin komandirinin N sentyabr 2020-ci il tarixli, 277 nömrəli Əmrindən çıxarışa əsasən baş gizir İddiaçı xüsusi mühafizə dəstəsinin kəşfiyyatçısı N sentyabr 2020-ci il tarixdən 051, N və N nömrəli hərbi hissələrdən ezamiyyətdən gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilmişdir.
3. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir.
4. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş baş gizir İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən arayışməlumatı Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da baxılmışdır. N nömrəli hərbi hissə komandirinin müvafiq əmrlərinə əsasən xx.xx.2020-ci ildə ezamiyyətə getmiş və xx.xx.2020-ci ildə döyüş əməliyyatları başladığı gün ezamiyyətdən qayıtdığına görə xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən baş gizir İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.
5. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 4/3-4674 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissə komandirinin müvafiq əmrlərinə əsasən xx.xx.2020-ci ildə ezamiyyətə getmiş və xx.xx.2020-ci ildə döyüş əməliyyatları başladığı gün ezamiyyətdən qayıtdığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Az ərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində müvafiq əmrə əsasən N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə ezam olunmuşdur. xx.xx.2020-ci il tarixdə Vətən müharibəsi başladığından və zərurətlə əlaqədar olaraq 08 oktyabr 2020-ci il tarixədək Füzuli rayonunun Alxanlı, Pirəhmədli, Qaraxanbəyli, Horadiz qəsəbəsi, Şükürb əyli kəndləri, Cəbrayıl rayonu Nüzgar, Quycaq kəndləri və Cəbrayıl rayonunda, eyni zamanda bir sıra döyüş mövqelərində ön xətdə olmuş, döyüş əməliyyatlarına cəlb olunmuş, lakin həmin vaxtda müharibənin gərginliyindən ezamiyyət vərəqəsini artıra bilməmişdir. Müharibənin ilk günlərində döyüş bölgəsində olmağını və müəyyən xidmətlər etməyini ezam vərəqəsinə yazdırmamış, eyni zamanda N nömrəli hərbi hissənin əmrinə daxil edilməmişdir. Xüsusi göstərişə əsasən iddiaçının ezamiyyət müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmış, lakin yeni ezamiyyət vəsiqəsi verilməmişdir. Həmin müddətdə döyüş əməliyyatlarının icrasının təşkilini və döyüş əməliyyatlarına rəhbərliyi həyata keçirmiş yüksək vəzifəli şəxslərlə bərabər bilavasitə döyüş əməliyyatları aparılan bölgəyə gedərək bölgədə döyüş əməliyyatla rına rəhbərlik edən həmin vəzifəli şəxsin döyüş əməliyyatlarının müxtəlif təminat növləri üzrə aidiyyəti tapşırıqlarını yerinə yetirmişdir. 2-4 oktyabr 2020-ci il tarixlərində yaralı hərbi qulluqçuları Füzuli rayonunun Alxanlı, Qaraxanbəyli kəndləri və Cəbrayıl rayonunun Mehdili kəndindən Füzuli rayonunun Horadiz qəsəbəsində açılmış qəbul məntəqələrinə təxliyə edilməsində, həmçinin həmin ərazilərdə döyüş tapşırığını yerinə yetirən N nömrəli hərbi hissənin şəxsi heyəti üçün döyüş sursatı, digər hərbi əmlakın, ləvazimatların çatdırılmasında iştirak etmişdir. Həmin vaxtı 08 oktyabr 2020-ci il tarixədək döyüş bölgəsində olması N nömrəli hərbi hissənin tərtib etdiyi və hərbi hissə komandirinin təsdiq etdiyi aktla təsdiq olunur, eyni zamanda bunu döyüş yoldaşları da təsdiq edir. İddiaçı döyüş bö lgəsində xidmət apardığı üçün ona veteran adının və müvafiq vəsiqənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciət əsassız olaraq təmin edilməmişdir.
8. Cavabdeh iddia tələbinə etiraz etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1328/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim X2) iddia təmin edilərək, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2020-ci tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət keçməsi və həmin hərbi hissənin N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyasl ı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etməsi iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Bütün bu sadalan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin N sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən şəxsin müharibə veteranı hesab edilməsi üçün sadalanan sənədlərin siyahısında göstərilmişdir. Həmin sənədlərin cavabdeh tərəfindən nəzərə alınmaması həm də ədalətsiz olmuşdur. Belə ki, cavabdehin qanunsuz hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində (Vətəni müdafiə) nəzərdə tutulmuş vəzifən i layiqincə yerinə yetirən iddiaçının hüquqlarının kobud şəkildə pozulması fonunda, sosial ədalətin pozulmasına səbəb olmuşdur.
11. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2176/2024 nömrəli qərarı ilə (hakimlər X3 (məruzəçi), X4 və X6) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1328/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri
15. Şikayətdə “Veteranlar haqqında” Qanunun 3, 7-ci maddələrinə, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il N sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad edilərək qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış və nəticədə qanunvericiliyin tələblərinə uyğun olmayan qərar qəbul etmişdir.
16. Qeyd edilir k i, iddiaçı barəsində verilmiş arayışlarda onun xx.xx.2020-ci il tarixədək Füzuli rayonunun Horadiz qəsəbəsində və Şükürbəyli kəndində olduğu göstərilsə də, həmin ərazilər 1994-cü ilin qışında işğaldan azad edilmişdir. Odur ki, iddiaçı işğaldan azad edilmiş ərazilərdə olduğundan ona müharibə veteranı adı və vəsiqəsi verilə bilməz. b. kassasiya şikayətinə etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 18. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: … Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; … A zərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
19. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il N sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hər bi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsa slandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarı Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gəl ən tələbi müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdır.
25. Birinci və apelyasiya instansiyası məhkəmələri iddiaçının iddia tələbini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə qənaətə gəlmişlər.
26. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olması səbəbi ilə ləğv edilməsini xahiş edir.
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia rədd edilməlidir.
28. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir.
29. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il N sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir.
30. Həmin Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşk ilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, Əsasnamənin tələbinə əsasən şəxsə müharibə veteranı adı verilməsi üçün şəxs aktiv döyüş əməliyyatlarında bilavasitə iştirak etməli və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməli, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı, bu hallar isə öz növbəsində hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şə xsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir.
32. Hazırkı iş materiallarında iddiaçıya münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün Əsasnamədə sadalanan hallar mövcud deyildir.
33. Məhkəmə kollegiyası bildirir ki, məhkəmələr iddianın təmini əsası kimi N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş 31 oktyabr 2021-ci il tarixli akta istinad etmişlər. Həmin aktda qeyd edilir:... Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi rəisinin yavəri baş gizir İddiaçı (N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu) 20-N sentyabr 2020-ci il tarixlərində Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sürücüsü qismində N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Lakin baş gizir İddiaçı xidməti zərurətlə əlaqədar olaraq 08 oktyabr 2020-ci il tarixədək Füzuli rayonunu Horadiz qəsəbəsində və Şükürbəyli kəndində olmasını təsdiq edirik. Həmin dövrdə döyüş əməliyyatlarının aparıldığına görə ezamiyyət müddətinin uzadılması ilə bağlı N nömrəli hərbi hissə tərəfindən yeni ezamiyyət vəsiqəsi tərtib edilməmiş və əvvəlki ezamiyyət vəsiqəsində aidiyyəti üzrə müvafiq qeydlər aparılmamışdır” (iş vər 6).
34. İş materiallarına əlavə edilmiş “Müharibə veteranı” və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən verilmiş arayışməlumatda iddiaçının Füzuli (Alxanlı, Pirəh mədli, Qaraxanbəyli, Horadiz, Şükürbəyli), Cəbrayıl (Nüzgar, Quycaq, Cəbrayıl) ərazilərində ezamiyyətdə olduğu qeyd edilir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il N sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə qeyd edilmişdir ki, şəxsin döyüş zonasında aktiv döyüş əməliyyatlarına iştirakı və ya döyüş tapşırığı ilə bağlı hallar hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir.
36. Lakin iddiaçının dö yüş zonasında aktiv döyüş əməliyyatlarına iştirakı və ya döyüş tapşırığı ilə əlaqədar hallar hər hansı sübutla təsdiq edilmir. Əksinə iş materiallarında 21 sentyabr 2020-ci il tarixli ezamiyyət vəsiqəsi mövcuddur ki, həmin vəsiqədə iddiaçının N sentyabr 2020-ci il tarixdən 26 sentyabr 2020-ci il tarixədək xidməti zərurətlə əlaqədar olaraq ezam olunduğu qeyd edilmişdir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunark ən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır”.
38. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qərarda əks edilmiş hüquqi mövqeyə istinad etməklə bildirir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Lakin yuxarıda da qeyd edildiyi kimi iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı konkret heç bir sübutla, o cümlədən tərtib olunan arayış-məlumat və 31 oktyabr 2021-ci il tarixli aktla təsdiq edilmir.
39. Göstərilənlərə əsasən, cavabdehin kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2176/2024 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərar