Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-723/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “dürüstləşmə” əməliyyatı ilə silinmiş faiz məbləğinin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X2 ibarət tərkibdə, İddiaçının nümayəndəsi X8, İddiaçının vəkili X10, Cavabdehin nümayəndəsi X9, Cavabdehin vəkili X12 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Naz irliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “faiz məbləğinin silinməsinin qanunsuz hesab edilərək həmin məbləği cəmiyyətin şəxsi hesab vərəqəsində artıq ödəmə kimi bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2-1(103)1651/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə “dürüstləşmə” əməliyyatı adı ilə 4.801.882,18 manat vəsait iddiaçının şəxsi hesab vərəqəsindən silinmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək “dürüstləşmə” adı ilə 4.801.882,12 manat faiz məbləğin silinməsinin qanunsuz hesab edilərək, həmin məbləğin cəmiyyətin şəxsi hesab vərəqəsində artıq ödəmə kimi bərpa edilməsini xahiş etmişdir.
3. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli məktubla iddiaçının müraciətindən imtina edilmiş və bildirilmişdir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.2017-ci il tarixə hesablanmış 4.801.882,18 manat faiz məbləği cəmiyyətin şəxsi hesab vərəqəsindən silinmişdir. xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə dəqiqləşdirilmiş kameral vergi yoxlamasının nəticələrinə əsasən həmin dövrdə hesablanmış 4801882.18 manat faiz məbləği iddiaçının şəxsi hesab vərəqəsindən texniki səhv olaraq təkrarən azaldılmışdır. Bununla əlaqədar olaraq, xx.xx.201 8-ci il tarixdə dürüstləşmə aparılaraq 4801882.18 manat məbləğ iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı xx xxxxxx 2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, iddiaçıdan “Vergi ödəyicilərinin 2017-ci ilin 01 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2016-cı il tarixli, 474-VQ saylı Qanuna istinad edərək “dürüstləşmə” adı ilə 4.801.882,12 manat faiz məbləğinin silinməsini qanunsuz hesab edərək, həmin məbləği cəmiyyətin şəxsi hesab vərəqəsində artıq ödəmə kimi bərpa edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən keçirilmiş kameral vergi yoxlamalarının nəticələri üzrə cəmiyyətə xx xxxx 2015-ci il tarixli, xx xxxxxx 2015-ci il tarixli, xx xxxxxx 2016-ci il tarixli, xx xxxxxx 2016-cı il tarixli xx xxxxxx 2016-cı il tarixli, x xxxxx 2016-cı il tarixli, x xxxx 2016-cı il tarixli, xx xxxxxx 2016-cı il tarixli, “Vergilərin hesablanması barədə" Qərarlarla ümumilikdə 7.804.600,41 manat məbləğində vergi hesablanmışdır.
6. Cəmiyyət qeyd olunan qərarlarla razı olmadığı üçün yuxarıda adları qeyd olunan qərarların ləğv edilməsi, həmin qərarlarla hesablanmış 7.804.600,41 manat məbləğində vergilərin və həmin vergilərə görə hesablanmış faizlərin cəmiyyətin şəxsi hesab vərəqəsindən silinməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İn zibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-ci il tarixli qərarı ilə cəmiyyətin iddia ərizəsi təmin edilmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə vergi orqanı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
8. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə vergi orqanının kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 9. 12-xx xxxxx 2018-ci il tarixlərdə məhkəmə qərarının icrası nəticəsində vergi orqanının ləğv edilmiş qərarlarına uyğun olaraq müvafiq dövrlər üzrə azalmalar verildikdən sonra cəmiyyətdə 4.690.608,96 manat məbləğində artıq ödəmə yara nmışdır. Lakin sonradan x xxx 2018-ci il tarixdə vergi orqanı cəmiyyətə əvvəlcədən heç bir məlumat vermədən və qanuni əsas olmadan “Azərbaycan Respublikası xx xxxxxx 2016-cı il tarixli 474-VQ nömrəli Qanunu dürüstləşmə” adı ilə 4.801.882,18 manat məbləğində vəsaiti silmişdir.
10. İddiaçı hesab edir ki, vergi orqanı tərəfindən “Azərbaycan Respublikası xx xxxxxx 2016-cı il tarixli 474-VQ nömrəli Qanunu dürüstləşmə” adı ilə 4.801.882,18 manat vəsaitinin silinməsinə heç bir qanuni əsas olmamış və bu silinmə əsassız olduğundan həmin məbləğ cəmiyyətin şəxsi hesab vərəqəsində artıq ödəmə kimi bərpa edilməlidir.
11. Qeyd olunan Qanunun tələblərinə uyğun olaraq vergi orqanı əvvəlcə xx xxxxxx 2017-ci il tarixdə x xxxxxx 2017-ci il tarixə cəmiyyətin şəxsi vərəqəsi üzrə mövcud olan 4.801.882,18 manat faiz borcunu silmiş və silinmə cəmiyyətin şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Göründüyü kimi, vergi orqanı ilk öncə qeyd olunan Qanunun müddəalarına riayət etsə də, daha sonra cəmiyyətin məhkəmə mübahisəsinin yekunu üzrə müvafiq azalmalarının verilməsi nəticəsində şəxsi hesab vərəqəsi üzrə artıq ödəmə yarandıqdan sonra sözügedən Qanunun tələblərini kobud sürətdə pozaraq qeyd olunan Qanun üzrə silinmiş məbləği yenidən heç bir əsas olmadan geri qaytarmış və artıq ödəmə məbləğindən çıxmışdır ki, bu da ümumiyyətlə cəmiyyətə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2016-cı il tarixli 474VQ №-li Qanununun tətbiq edilməməsinə dəlalət edir.
12. Digər tərəfdən, vergi qanunvericiliyinin tə ləblərinə görə vergilər ya vergi ödəyicisi tərəfindən bəyan edilərək, ya da ki, vergi orqanı tərəfindən kameral və ya səyyar vergi yoxlaması nəticəsində hesablanır. Hazırkı məsələdə isə qeyd olunan halların heç biri mövcud olmamış, vergi orqanı 4.801.882,18 manat artıq ödəmənin “Azərbaycan Respublikası xx xxxxxx 2016-cı il tarixli 474VQ nömrəli Qanunu dürüstləşmə” adı altında silinməsi ilə kifayətlənmiş, həmin “dürüstləşmə”nin nədən ibarət olduğunu açıqlamamış və bu barədə cəmiyyətə ümumiyyətlə hər hansı məlumat verməmişdir. Cavabdehin etirazları:
13. İddiaçı cəmiyyət tərəfindən 2013-cü il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsi, 2013-cü ilin dekabr ayı və 2014-cü ilin fevral-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə yaranmış kənarlaşmalara görə kameral vergi yoxlama sı ilə əlavə vergi məbləğləri hesablanmışdır. xx xxxxxx 2017-ci il tarixdə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” xx xxxxxx 2016-cı il tarixli 474-VQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən, x xxxxxx 2017-ci il tarixə hesablanmış 4.801.882,18 manat faiz məbləği cəmiyyətin şəxsi hesab vərəqəsindən silinmişdir.
14. Eyni zamanda, iddiaçının iddia tələbi üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərarı ilə iddiaçıya hesablanmış vergi məbləğləri xx xxxxx 2018-ci il və xx xxxxx 2018-ci il tarixlərdə azaldılmışdır. Məhkəmə qaydasında ləğv olunmuş qərarlarla hesablanmış vergi məbləğlərinin iddiaçının şəxsi hesab vərəqəsindən azaldılması zamanı texniki səhv olaraq şəxsi hesab vərəqəsində m övcud olmayan və xx xxxxxx 2017-ci il tarixdə azaldılmış faiz məbləğləri ikinci dəfə iddiaçının xeyrinə onun şəxsi hesab vərəqəsindən azaldılmış və 5.191.133,40 manat məbləğində artıq ödəmə yaratmışdır. Sonradan x xxx 2018-ci il tarixdə azalma nəticəsində kameral vergi yoxlaması ilə hesablanmış müvafiq faiz məbləğləri üzrə dürüstləşmə aparılmış, ikinci dəfə təkrar silinmiş 4.801.882,18 manat məbləğ iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmişdir.
15. İddiaçının şəxsi hesab vərəqəsindən də aşkar görünür ki, məhkəmə qaydasında ləğv edilmiş qərarların şəxsi hesab vərəqəsindən azaldılması zamanı, əslində azaldılan məbləğlərə uyğun olmayan və həmin məbləğlərdən yüksək məbləğlər şəxsi hesab vərəqəsindən azaldılmışdır. Belə ki, kameral qərarlarla hesablanmış məbləğlər azaldılarkən xx xxxxx 201 8-ci il tarixdə 3.360.168,93 manat məbləğin azaldılması zamanı azalmadan əvvəl iddiaçının şəxsi hesab vərəqəsi üzrə borcu 3.856.364,53 manat (vergilər üzrə 2.742.678,8 manat faizlər üzrə 1.113.685,73) olduğu halda, azalmadan sonra cəmiyyətin 496.195,6 manat məbləğində borcunun qalmalı olmasına baxmayaraq, əksinə, faktiki olaraq cəmiyyətin 3.700.641,34 manat məbləğində artıq ödəməsi yaranmışdır. Həmin texniki səhv hesablamalarda davam etmiş, yekunda vergi ödəyicisinin 5.191.133,40 manat artıq ödəməsi yaranmışdır. Müvafiq dürüstləşmənin aparıldığı x xxx 2018-ci il tarixə iddiaçının artıq ödəməsi nəzərə alınmaqla, düzgün hesablanmayan 4.801.882,18 manat məbləğində vergi məbləği vergi ödəyicisinin hesabından silinmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 16. 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 21(82)1048/2019 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının fəaliyyəti üzrə hesablanmış, azaldılmış və ödənilmiş vergi məbləğlərinin üzləşdirilməsi zamanı müəyyən edilir ki, cəmiyyət tərəfindən onun vergi orqanında qeydiyyatda alındığı xx.xx.2010-cu il tarixdən xx.xx.2018-ci il tarixədək (dürüstləşmənin aparıldığı tarixədək) iddia ərizəsində qeyd edilən artıq ödəmənin şəxsi hesab vərəqəsində yaranmadığı müəyyən edilir.
18. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçının fəaliyyətə ba şladığı dövrdən dövlət büdcəsinə apardığı ödənişlərin əks olunduğu şəxsi hesab vərəqəsinin məlumatları təhlil edilərək müəyyən edilmişdir ki, x xxxxx 2010-cu il tarixdən x xxx 2018-ci il tarixədək 74.843.936,63 manat hesablama, 59.009.185,89 manat azalma aparılmışdır. Cəmiyyət tərəfindən onun vergi orqanında qeydiyyata alındığı x xxxxx 2010-cu il tarixdən x xxx 2018-ci il tarixədək (dürüstləşmənin aparıldığı tarixədək) dövlət büdcəsinə 16.234.009,65 manat vergi məbləği ödənilmişdir. Başqa sözlə, qeyd olunan dövrdə vergi ödəyicisinin dövlət büdcəsi qarşısında vergi öhdəliyi 15.834.750,8 manat olsa da, ödəmə 16.234.009,65 manat olmuşdur. Həmçinin şəxsi hesab vərəqəsinə əsasən, x xxxxxxxx 2016-cı il tarixədək müxtəlif vaxtlarda ödəmə müddəti gecikdirildiyi üçün hesablanmış 10.119,68 manat məb ləğində faiz məbləğlərinin ödənilməsi iddiaçı tərəfindən həyata keçirilmiş, 112 manat maliyyə sanksiyası vergi orqanı tərəfindən silinmişdir. Belə olan halda, iddiaçının dövlət büdcəsinə sözügedən dövr üçün 389.251,23 manat məbləğində artıq ödəməsi olmuşdur.
20. İşin materiallarından, cavabdehin nümayəndəsinin izahatından aydın olur ki, iddiaçının şəxsi hesab vərəqəsində texniki səhv olaraq artıq ödəmə kimi göstərilmiş 5.191.133,0 manatdan iddiaçının artıq ödəməsi olan 389.251,23 manat çıxılmaqla, qalan məbləğ şəxsi hesab vərəqəsindən silinmişdir (5.191.133,0389.251,23=4.801.881,18).
21. Beləliklə, məhkəmə araşdırması ilə iddiaçının şəxsi hesab vərəqəsi üzrə 4.801.882,18 manat məbləğin texniki səhv nəticəsində artıq ödəmə kimi göstərildiyi, əslində, iddiaçının qeyd etdiyi məbləğdə şəxsi hesab vərəqəsində artıq ödəmənin yaranmadığı müəyyən edilmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxxx 2019-cu il tarixli 2-1(103)-1651/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
23. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. O, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. kassasiya şikayətinin dəlilləri
24. Şikayətin dəlillərinin faktiki və maddi-hüquqi əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi yalnız iddiaçının şəxsi hesab vərəqəsinin sonund a qeyd olunan ümumiləşdirilmiş göstəricilərə istinad etmişdir. Həmin məbləğlər yalnız vergilər və maliyyə sanksiyalarının hesablanmasından və azaldılmasından formalaşmış, faizləri ümumiyyətlə əks etdirməmişdir.
25. İddiaçı kassasiya icraatı zamanı kassasiya şikayətinə əlavə verərək qeyd etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində (bundan sonra mətndə - İPM) “Kassasiya instansiyası məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi” adlı yeni 98-1-ci maddə əlavə edilmişdir. Həmin normanın 98-1.1-ci maddəsində göstərilmişdir ki, Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edi lməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.
26. Bu normadan görünür ki, qanunvericiliyin bu cür müddəaları əlavə etməkdə əsas məqsədi eyni hüquqi məsələlər üzrə fərqli məhkəmə mövqelərinin formalaşmasının qarşısının alınmasından, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyinin qorunmasından və bununla da vahid məhkəmə təcrübəsinin yaratmasından ibarət olmuşdur ki, eyni məsələlər üzrə məhkəmələr tərəfindən fərqli qərarların qəbul edilməsi hallarına yol verilməsin.
27. Ali Məhkəmənin saytından məhkəmə qərarlarının axtarışı bölməsində vergi mübahisələri və açar söz olaraq “dürüstləşmə” daxil etməklə hazırda mübahisələndirilən hüquqi məsələ ilə tam eynilik təşkil edən və bundan əvvəl qəbul edilmiş Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(102)-3409/2019 nömrəli qərarına rast gəlinir. Həmin qərarın məzmunundan görünür ki, işin faktiki halları ondan ibarətdir ki, cəmiyyətin hazırda mübahisələndirdiyi eyni məsələ olduğu kimi vergi orqanı kameral vergi yoxlaması nəticəsində iddiaçıya əlavə vergi borcu və ona müvafiq olaraq faiz borcu hesablamış, iddiaçı həmin hesablamaları məhkəmələrdə mübahisələn dirmiş və onun iddia tələbi bütün məhkəmə instansiyalarında təmin edilərək hesablanmış məbləğlər ləğv edilmişdir. Yekun məhkəmə qərarı icra edildikdən sonra iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmənin yaranmasına baxmayaraq, vergi orqanı qanunsuz “dürüstləşmə” əməliyyatı həyata keçirərək 57.372,06 manat məbləğində borcu yenidən iddiaçının şəxsi hesab vərəqəsinə bərpa etmiş və artıq ödəməni silmişdir.
28. Ali Məhkəmə həmin məsələ ilə bağlı öz hüquqi mövqeyini ifadə edərək qeyd etmişdir ki, “Vergi Məcəlləsinin 3.7-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasında vergilər yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Vergi Məcəlləsində isə hər hansı qərar qəbul edilmədən, «dürüstləşmə» adı ilə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə vergi borcunun daxil edilməsi nəzərdə tutulmamışdır. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, vergi və inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin (qərarının) icrası məqsədilə və ya inzibati orqanın özü tərəfindən qəbul edilmiş inzibati akt (qərar) əsasında müdaxilə edilməsi yolveriləndir.
29. Hazırkı işin hallarından görünür ki, xx xxxx 2018-ci il tarixində iddiaçının şəxsi hesab vərəqəsinə “Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Qanunu (f) dürüstləşmə adı ilə vergi ödəyicisinin hesabına 57.372,06 manat məbləğində borc bərpa edilərkən, bu barədə cavabdeh inzibati orqan tərəfindən hər hansı inziba ti akt (qərar) qəbul edilməmiş, bununla da, vergi ödəyicisi həmin vergi borcunun müəyyən edilməsi əsaslarına qarşı müdafiə olunmaq hüququndan məhrum olmuşdur.”
30. Həmçinin, Ali Məhkəmə qərarında göstərmişdir ki, “Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının şəxsi hesab vərəqinə mübahisəli vergi borcu inzibati icraatın aparılması qaydalarının tələbləri pozulmaqla, hər hansı qərar qəbul edilmədən daxil edildiyindən, iddiaçının tələbi, artıq formal-hüquqi baxımdan əsaslı olmuşdur. Belə olan halda, sözügedən borcun şəxsi hesab vərəqəsinə yol verilmiş texniki səhvi aradan qaldırmaq üçün riyazi olaraq düzgün bərpa edilib-edilməməsinin yoxlanılmasına zərurət qalmır.”
31. Yekunda Ali Məhkəmə qərarında qeyd etmişdir ki, “Beləliklə, iddiaçının hüquqi vəziyyətinə müdaxilə vergi v ə inzibati icraat haqqında qanunvericiliyin tələblərini pozmaqla müvafiq əsaslandırılmış inzibati akt qəbul edilmədən həyata keçirilmişdir. Bu hal isə həm vergi orqanı tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməməsinə səbəb olmuş, həm də iddiaçının hüquqlarının müdafiəsi imkanlarını məhdudlaşdırmışdır.”
32. Göründüyü kimi, Ali Məhkəmənin hüquqi mövqeyindən və qərarın məzmunundan bəlli olur ki, Ali Məhkəmə işin mahiyyətinə varmadan “dürüstləşmə” əməliyyatının özünü belə qanunvericiliyinin tələblərinə zidd olduğu üçün qanunsuz hesab etmişdir.
33. İddiaçının hazırda mübahisələndirdiyi məsələ də “dürüstləşmə” əməliyyatı nəticəsində cəmiyyətin şəxsi hesab vərəqəsində külli miqdarda vergiləri daxil etməklə əlavə vergi yükünə məruz qoymasından ibarət olmuşdur. Hazırkı mübahisələndirilən məsələ də həm işin faktiki halları, həm də ki, hüquqi əsasları ilə Ali Məhkəmənin qərarında əks olunan məhkəmə işi ilə tam eynilik təşkil edir.
34. İddiaçı Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-1(102)-3409/2019 nömrəli qərarını şikayətə əlavə edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
35. İddiaçı, həmçinin hesab edir ki, mübahisə ilə bağlı ərazi aidiyyəti qaydaları da pozulmuşdur. Belə ki, iddiaçı MMC-nin hüquqi ünvanı Novxanı-ünvan 1 və vergi ödəyicisi kimi Abşeron rayonunun ərazisində fəaliyyət göstərdiyindən hazırkı mübahisəyə Sumqayıt İnzibati Məhkəməsində baxılmalı idi. b. kassasiya şikayətinə cavabdehin etirazları:
36. Etirazın əsasını iddia tələbinə qarşı verilmiş etir azda göstərilənlər təşkil edir. c. məhkəmə icraatı iştirakçılarının izahatları
37. İddiaçının vəkili kassasiya şikayətinin və şikayətə əlavənin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi vəkilini çıxışanda göstərilənlərlə razı olduğunu və əlavəsinin olmadığın bildirdi.
38. Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq 39. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanun: Maddə
1. Vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ö dənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.
40. İPM: Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:... 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır... 8.1.4. digər hallarda iddial ara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. K assasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edi lən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 98-1.1. Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxı lır. Maddə 98-1.2. Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə iclası Ali Məhkəmənin işə baxan məhkəmə tərkibinin əsaslandırılmış təqdimatı əsasında Ali Məhkəmənin sədri tərəfindən təyin edilir... Maddə 98-1.3. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Maddə 98-1.4. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
41. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əs aslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
42. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Ali Məhkəmənin digər məhkəmə tərkibinin oxşar mübahisə üzrə əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqe
43. İşə kassasiya qaydasında şifahi məhkəmə iclasında baxılarkən Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının əvvəllər oxşar mübahisə - “Araz” firmasının Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun silinməsi tələbinə dair” 2-1(102)-3409/2019 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarında digə r məhkəmə tərkibinin fərqli hüquqi mövqedən çıxış edərək oxşar məzmunlu iddia tələbini təmin etdiyi müəyyən edilmişdir.
44. Ali Məhkəmənin əvvəlki məhkəmə tərkibinin həmin iş üzrə qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, şəxsi hesab vərəqəsində “dürüstləşmə” adı ilə vergi ödəyicisinin hesabına hər hansı məbləğdə borc bərpa edilərkən, bu barədə cavabdeh inzibati orqan tərəfindən mütləq yazılı formada inzibati akt (qərar) qəbul edilməlidir.
45. Həmin məhkəmə tərkibi hesab etmişdir ki, Vergi Məcəlləsinin 3.7-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasında vergilər yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Vergi Məcəlləsində isə hər hansı qərar qəbul edilmədən, “dürüstləşmə” adı ilə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə vergi borcunun daxil edilməsi nəzərdə tutulmamışdır. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, vergi və inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin (qərarının) icrası məqsədilə və ya inzibati orqanın özü tərəfindən qəbul edilmiş inzibati akt (qərar) əsasında müdaxilə edilməsi yolveriləndir.
46. Məhkəmə tərkibi gəldiyi nəticənin hüquqi əsası kimi, həmçinin "İnzibati icraat haqqında" Qanunun müddəalarına istinadla qeyd etmişdir ki, inzibati orqan fiziki və ya hüquqi şəxslərin ərizəsi, özünün təşəbbüsü, habelə inzibati aktdan şikayət verildiyi halda inzibati icraata başlamalı (28-ci maddə), bu barədə maraqlı şəxsə və ya onun n ümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli (21-ci maddə), maraqlı şəxsi inzibati icraat materialları ilə tanış etməli (38-ci maddə), yazılı formada qəbul edilmiş inzibati aktı əsaslandırmalı (61-ci maddə), inzibati aktda həmin akta qarşı mümkün müdafiə vasitələrini əks etdirməlidir. Hazırkı işin hallarından isə aydın olur ki, xx xxxx 2018-ci il tarixində iddiaçının şəxsi hesab vərəqəsinə “dürüstləşmə” adı ilə vergi ödəyicisinin hesabına 57.372,06 manat məbləğində borc bərpa edilərkən, bu barədə cavabdeh inzibati orqan tərəfindən hər hansı inzibati akt (qərar) qəbul edilməmiş, bununla da, vergi ödəyicisi həmin vergi borcunun müəyyən edilməsi əsaslarına qarşı müdafiə olunmaq hüququndan məhrum olmuşdur.
47. Qeyd olunmalıdır ki, oxşar mübahisələrlə bağlı əvvəllər də bir neçə iş Ali Məhkəmənin icraatında olmuşdur (“xxxx” MTK AR Vergilər Nazirliyinin 2 saylı X4rşı iş üzrə 2-1(102)-1911/2018 saylı x xxxxxx 2018-ci il tarixli qərar, A.A.Əlizadə AR Vergilər Nazirliyi yanında Bakı şəhəri X5rşı iş üzrə 2-1(102)-590/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərar, “xxxx” MMC AR Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı iş üzrə 21(102)-2261/2019 saylı xx xxxx 2019-cu il tarixli qərar, “xxxx” MMC AR Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı iş üzrə 2-1(102)-2350/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərar). Həmin işlərdə vergi orqanı tərəfindən vergi ödəyicilərinin şəxs hesab vərəqələrində edilmiş düzəlişlərin (o cümlədən, yol verilmiş texniki səhvlərlə bağlı dürüstləşmə adı altında edildiyi bildirilən düzəlişlərin) qanuniliyi və əsaslılığı mübahisələndiril mişdi. Sözügedən qərarlardan görünür ki, kassasiya instansiyası məhkəməsi vergi ödəyicisinin şəxsi hesab vərəqəsində belə düzəlişlərin edilməsi üçün vergi orqanı tərəfindən mütləq formada yazılı inzibati aktın (qərarın) qəbul edilməli olduğuna dair hüquqi mövqe ifadə etməmişdir. Lakin mübahisəli hüquqi məsələyə dair kassasiya instansiyası məhkəməsinin son qərarında şəxsi hesab vərəqəsində “dürüstləşmə” adı ilə vergi ödəyicisinin hesabına hər hansı məbləğdə borc bərpa edilərkən, bu barədə cavabdeh inzibati orqan tərəfindən mütləq yazılı formada inzibati akt (qərar) qəbul edilməli olduğuna dair hüquqi mövqe qoyulmuşdur.
48. Göründüyü kimi, Ali Məhkəmənin məhkəmə tərkibləri arasında mübahisəli məsələyə münasibətdə fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunur.
49. Hazırkı işə baxan məhkəmə tərkibi isə hesab edir ki, bu işdə mübahisəli hüquqi məsələyə dair kassasiya instansiyası məhkəməsinin son qərarında Ali Məhkəmənin digər məhkəmə tərkibinin müəyyən etdiyi hüquqi mövqedən fərqli yanaşma tətbiq edilməlidir. Məhkəmə tərkibinin qənaətinə görə vergi orqanı bu kimi hallarda mütləq inzibati akt qəbul etmək öhdəliyi daşımır. Vergi orqanının vergi ödəyicisinin şəxsi hesab vərəqəsində apardığı belə məzmunlu düzəlişlərə inzibati orqanın faktiki xarakterli hərəkəti kimi yanaşılmalı və yolverilən hesab edilməlidir. Müvafiq olaraq məhkəmə araşdırmasının predmetini də həmin faktiki xarakterli hərəkətin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil etməlidir.
50. Beləliklə, məhkəmə tərkibləri arasında fərqli yanaşmaların mövcud olduğu nəzərə alınaraq mübahisəli hüquqi məsələ yə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 98-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmalıdır.
51. Ali Məhkəmənin məhkəmə tərkibləri arasında mübahisəli məsələyə münasibətdə fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunduğundan, hazırkı işə baxan məhkəmə tərkibi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə təqdimatla müraciət etmişdir.
52. Ali Məhkəmənin İnzibati Kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini xx xxxxxx 2020-ci il tarixli 02 №-li qərardadında aşağıdakı kimi təsbit etmişdir: “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanması ilə əlaqəli olmayan əməliyyatların (o cümlədən, yol verilmiş texniki səhvlərlə bağlı dürüstləşmə adı altında edildiyi bildirilən düzəlişlərin) edilməsi üçün ayrıca yazılı inzibati aktın qəbul olunması tələb olunmur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. İddiaçının hazırkı məzmunda tələbi öhdəliyin icrası haqqında iddiaya aid olmaqla (İPM-in 34.1-ci maddəsi), ərazi aidiyyəti qaydalarına uyğun olaraq cavabdehin yerləşdiyi yer üzrə səlahiyyətli məhkəməyə verilmişdir (İPM-in 8.1.4-cü maddəsi). Buna görə də, aidiyyətlə ba ğlı məsələ mübahisələndirilməli deyil.
54. Kassasiya şikayəti aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
55. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən, xx.xx.2017-ci il tarixə hesablanmış 4.801.882,18 manat faiz məbləği iddiaçının şəxsi hesab vərəqəsindən silinmişdir.
56. Bundan əlavə, cəmiyyət tərəfindən 2013-cü il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsi, 2013-cü ilin dekabr ayı və 2014-cü ilin fevral-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə yaranmış kənarlaşmalara görə kameral vergi yoxlaması ilə hesablan mış əlavə vergi məbləğlərinin azaldılması barədə iddiaçı tərəfindən məhkəmə qarşısında iddia qaldırılmış və iddiaçının iddia tələbi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(85)-845/2016 saylı qərarı ilə təmin edilərək kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğləri xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə azaldılmışdır. Məhkəmə qaydasında ləğv olunmuş qərarlarla hesablanmış vergi məbləğlərinin iddiaçının şəxsi hesab vərəqəsindən azaldılması zamanı texniki səhv olaraq şəxsi hesab vərəqəsində mövcud olmayan və xx.xx.2017-ci il tarixdə azaldılmış faiz məbləğləri ikinci dəfə iddiaçının xeyrinə onun şəxsi hesab vərəqəsindən azaldılmış və 5.191.133,40 manat məbləğində artıq ödəmə yaratmışdır. Sonradan xx.xx.2018-ci il tarixdə azalma nəticəsində kameral vergi yoxlaması ilə hesablanmış müvafiq faiz məbləğləri üzrə dürüstləşmə aparılmış, ikinci dəfə təkrar silinmiş 4.801.882,18 manat məbləğ iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmişdir.
57. İddiaçı isə hesab edir ki, 4.801.882.18 manat vəsaitin silinməsinə heç bir qanuni əsas olmamış, bu silinmə əsassız olduğundan həmin məbləğ cəmiyyətin şəxsi hesab vərəqəsində artıq ödəmə kimi bərpa edilməlidir.
58. Məhkəmənin qənaətinə görə, iddiaçının iddia ərizəsində qeyd etdikləri o halda qəbul edilən hesab oluna bilər ki, iddiaçının dövlət büdcəsinə ödədiyi vergi ödənişləri (həmçinin faiz və maliyyə sanksiyaları üzrə ödənişləri) ilə fəaliyyəti üzrə hesablanmış vergi məbləğləri arasındakı fərq onun iddia etdiyi məbləğlərə uyğun olmuş olardı. Yəni, dürüstləşmənin aparıldığı tarixədək mövcud olan v əziyyətə münasibətdə iddiaçının dövlət büdcəsinə ödədiyi vergi məbləğləri hesablanmış vergi məbləğlərindən 5.191.133,40 manat artıq olmalı idi.
59. İddiaçının fəaliyyəti üzrə hesablanmış, azaldılmış və ödənilmiş vergi məbləğlərinin üzləşdirilməsi zamanı müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən onun vergi orqanında qeydiyyata alındığı xx.xx.2010-cu il tarixdən dürüstləşmənin aparıldığı xx.xx.2018-ci il tarixədək dövlət büdcəsinə 16.234.009,65 manat vergi məbləği ödənilmişdir.
60. Həmçinin, şəxsi hesab vərəqəsinə əsasən, xx.xx.2010-cu il tarixdən xx.xx.2018-ci il tarixədək 74.843.936,63 manat hesablama, 59.009.185,89 manat azalma aparılmışdır.
61. Eyni zamanda, xx.xx.2017-ci il tarixədək müxtəlif vaxtlarda ödəmə müddəti gecikdirildiyi üçün hesablanmış 10.119,68 manat məbləğində faiz məbl əğlərinin ödənilməsi iddiaçı tərəfindən həyata keçirilmişdir.
62. Beləliklə, iddiaçının şəxsi hesab vərəqəsi üzrə 4.801.882,18 manat məbləğin texniki səhv nəticəsində əlavə olaraq silindiyi və əslində, iddiaçının qeyd etdiyi məbləğdə əlavə pul məbləği ödəmədiyi müəyyən edilir. Texniki səhv nəticəsində aparılmış azalmalar dürüstləşmə ilə iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmiş, iddiaçıya əsassız olaraq hər hansı vergi məbləği hesablanmamış və ya vergi öhdəliyi yaranmamışdır.
63. Cavabdehin mübahisə olunan məzmunda faktiki xarakterli hərəkəti (fəaliyyəti) formal-hüquqi baxımdan da qanunsuz olmamışdır.
64. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının bütün hakimlərdən ibarət tərkibinin xx xxxxxx 2020-ci il tarixli 02 №-li qərardadında ifadə olunan hüquqi mövqeyə görə, “dürüstləşmə” adı ilə əməliyyat vergi qanunvericiliyində birbaşa tənzimlənməsə də,... vergi orqanı tərəfindən həyata keçirilən bu əməliyyata qiymət verilərkən onun qanunvericilikdə birbaşa təsbit edilib-edilməmiş olmasından daha çox, həmin əməliyyatın mahiyyəti və məqsədi nəzərə alınmalıdır. Kollegiya bu mövqeyinə uyğun olaraq hesab edir ki, vergi orqanının “dürüstləşmə” əməliyyatı adı altında vergi ödəyicisi üçün əlavə (yeni) vergi öhdəliyi yaratmadan, uçot sənədlərindəki dürüstlüyü təmin etmək məqsədi ilə, əslində həmin məqamadək yaranmış və faktiki mövcud olan (hər hansı hüquqi əsasa görə aradan qalxmayan, xitam verilməyən) vergi öhdəliyinə dair məlumatı şəxsi hesab vərəqəsində əks etdirməkdə ifadə edilən faktiki xarakterli hərəkəti verginin hesablanması (yeni, əlavə vergi öhdəliyinin yaranması) ki mi qiymətləndirilməli deyil. 65. “Vergi ödəyicilərinin 2017-ci ilin 01 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2016-cı il tarixli, 474-VQ saylı Qanununa əsasən vergi orqanları hesablanmış faizlər üzrə vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan borclarını silməli idilər. Bu Qanun vergi orqanları üçün həyata keçirilməli olan dəqiq və konkret vəzifələr müəyyən etmişdir. Həmin vəzifə özünün mahiyyətinə görə qanundan irəli gəlirdi və onun icrası üçün vergi orqanı tərəfindən ayrıca hər bir vergi ödəyicisinə münasibətdə inzibati akt qəbul olunması tələb olunmurdu. Qanundan irəli gələn bu vəzifənin icrasını vergi orqanları faktiki xarakterli hərəkətlər yerinə yetirməklə təmin etməli id ilər. Odur ki, bu Qanunun icrası üçün faktiki xarakterli hərəkətlər edilməsi tələb olunduğundan vergi orqanları onun düzgün icrasının təmin edilməsi üçün inzibati akt qəbul etmədən şəxsi hesab vərəqələrində əməliyyatlar apara bilərlər.
66. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
67. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 21(103)-1651/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov