Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-723/2021 13.04.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: işə etiraz edilmiş hakim tərəfindən baxılması; dinlənilmə hüququnun pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “dövlət hesabına vəkillə təmin olunma barədə ərizənin rədd edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli, 2-1(103)1034/2020 nömrəli qərardadından iddiaçı tə rəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, Nazirlik tərəfindən 2000-ci ilin aprel ayında və 2001-ci ilin yanvar ayında qəbul edilmiş əmrlərin tələb olunaraq ləğv olunması, Nazirliyin hərəkətsizliyinin aradan qaldırılmasına məcbur edilərək öhdəlik qoyulması, vəzifəli şəxslərinin barəsində tədbir görülməsi barədə ölkə rəhbərliyinin üzərinə öhdəlik qoyulması, buraxılmış müddətin stajına daxil edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsi ndəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-492/2020 nömrəli iş üzrə 03.02.2020-ci il tarixli qərardadı ilə (hakim – M.Hacıbəyova) iddia mümkün sayılmamışdır.
3. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 04.06.2020-ci il tarixli 21(103)-1034/2020 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-492/2020 nömrəli iş üzrə 03.02.2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir.
5. Bundan sonra iddiaçı həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsini işləməməsi və maddi im kanının olmaması ilə əsaslandırmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli 21(103)-1034/2020 nömrəli qərardadına əsasən (sədrlik edən – Vidadi Məmmədov, hakimlər – Elmira Nağıyeva və Xəyalə Cəmilova) iddiaçının Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 04.06.2020-ci il tarixli 2-1(103)-1034/2020 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
7. Məhkəmə kollegiyası qeyd etmişdir ki, pulsuz hüquqi xidmətin təmin edilməsinə dair ərizədə şəxsin vəkilin xidmətini ödəyə bilməməsi əsaslandırılmalıdır. Şəxsin kifayət qədər vəsaitə malik olmamasının meyarları qanunvericiliklə müəyyən edilmədiyindən, belə imkanın olmaması məhkəmə tərəfindən qiymət ləndirilir. Bu qiymətləndirmənin aparıla bilməsi üçün isə şəxsin maddi imkansızlığını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edən hər hansı (aşağı həddə əmək haqqı və ya pensiya, işsizlik müavinəti, dövlət sosial yardımı və s. alması barədə) mötəbər sübut məhkəməyə təqdim olunmalıdır. Lakin qeyd olunanlara zidd olaraq, iddiaçı tərəfindən onun aztəminatlı şəxs olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
8. Məhkəmə qərardadı iddiaçıya 16.02.2021-ci il tarixində təqdim edilmişdir.
9. İddiaçı həmin qərardaddan 22.02.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli 2-1(103)1034/2020 nömrəli qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı dəfələrlə hakimə və məhkəmə tərkibinə etiraz barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin vəsatəti təmin olunmamış, işə onun iştirakı olmadan baxılaraq qərardad qəbul edilmişdir. Qüvvədə olan qanunvericiliyə və “İnsan hüquqları və əsas azadlıqları haqda” Konvensiyanın maddələrinə əsasən məhkəmə iclası tərəflərin iştirakı ilə keçirilməli, sübutlar araşdırılmalı və onlara qiymət verilməlidir, fərziyyələrlə qəbul edilmiş qərarların heç bir əsası yoxdur və belə qərarlar dərhal ləğv olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikay ətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllənin 11.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən məhkəmə inzibati prosesin gedişində pr oses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir.
14. İnzibati Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həm in Məcəllənin 62.2-ci maddəsinə əsasən məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir. Xüsusilə təcili hallarda sədrlik edən hakim həmin müddəti azalda bilər.
15. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 92.0-cı maddəsinə görə aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır: 92.0.1. mübahisə ilə bağlı işə, həmin işə baxmaq hüququ olmayan məhkəmə tərəfindən baxıldıqda; 92.0.2. qanuna əsasən vəzifəsindən kənarlaşdırılmış və ya qərəzsizliyinə şübhə olduğuna görə etiraz olunmuş hakim qərarın qəbul edilməsində iştirak etdikdə; 92.0.3. proses iştirakçısının dinlənilmə hüququnun təmin edilməsindən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, imtina olunduqda; 92.0.4. proses iştirakçısının aşkar və ya susmaqda ifadə olunan razılığı ilə məhkəmə icraatının aparıldığı hallar istisna olmaqla, proses iştirakçısı icraatda qanunun müddəalarına uyğun şəkildə təmsil olunmadıqda; Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məh kəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
16. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini n müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 22.1-ci maddəsinə əsasən etiraz edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini, həmçinin etiraz olunan şəxs izahat vermək istəyirsə, onun izahatını dinləməlidir. Həmin Məcəllənin 22.3-cü maddəsinə əsasən məhkəmədə işlərə kollegial baxıldığı zaman hakimlərdən birinə edilmiş etiraz, etiraz edilənin iştirakı olmadan digər hakimlər tərəfindən həll edilir. Etirazın lehinə və əleyhinə verilən səslərin sayı bərabər olduqda, hakim kənar edilmiş hesab edilir. Apellyasiya və kassasiya qaydasında işə baxan bir neçə hakimə və ya bütün məhkəmə tərkibinə edilən etiraz apellyasiya və ya kassasiya instansiyası məhkəmələrinin sədrləri tərəfindən həll edilir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 24.11.2005-ci il tarixli, 3-24/2005 nömrəli Qərarı:
6. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə ərizələrə onların verilməsindən dərhal sonra baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Etirazın əsasları məhkəmə iclas protokolunda öz əksini tapmalıdır.
18. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ pr insip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir. (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Odur ki, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qər ardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
22. İş materiallarında olan bildirişdən (iş v.79) görünür ki, iddiaçının dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsinə baxılması 18.01.2021-ci il tarixinə təyin edilmiş və bu barədə iddiaçıya bildiriş göndərilmiş, COVİD-19 infeksiyasına qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Operativ Qərargahın və Ali Məhkəmənin müvafiq Qərarlarında olan tövsiyyələri nəzərə alaraq məhkəmə iclası 25.01.2021-ci il tarixinə təxirə salınmışdır. Lakin iş materiallarına məhkəmə iclasının 25.01.2021-ci il tarixinə təxirə salınması ilə bağlı tərəflərə məlumat verilməsi barədə heç bir sənəd əlavə olunmamışdır.
23. İş materiallarını nəzərdən keçirdikdə görünür ki, 25.01.2021-ci il tarixində keçirilən məhkəmə iclasının protokolu, həmçinin məhkəmə iclasının 08.02.2021-ci il tarixinə təxirə salınması ilə bağlı məhkəmə bildirişi iş materiallarına əlavə edilməmiş, növbəti məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qabaqcadan məlumat verilməmişdir.
24. Beləliklə, tərəflər nə 25.01.2021-ci il, nə də 08.02.2021-ci il tarixində keçirilən məhkəmə iclasları barədə xəbərdar olmamışlar. Məhkəmə isə tərəfə məlumat vermədən 08.02.2021-ci il tarixində məhkəmə iclası keçirmiş və ərizənin təmin olunmaması barədə qərardad qəbul etmişdir ki, bu da hazırk ı qərarın 13, 14, 18-ci bəndlərində göstərilən prosessual hüquq normalarının, eləcə də tərəflərin dinlənilmə hüququnun pozuntusudur.
25. Eyni zamanda, hazırkı qərarın 18-ci bəndində göstərilən Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən də görünür ki, məhkəmə işlərə baxarkən tərəflərin bərabərliyini təmin etməli, bunun üçün tərəflərin bərabər vəziyyətlərdə izahat vermək imkanlarını təmin etməli, bu məqsədlə isə ilk növbədə məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflər qanunauyğun formada məlumatlandırılmalıdırlar ki, məhkəmədə baxılan işlə bağlı izahatlarını verə bilsinlər. Hazırkı iş üzrə tərəflərə iclasın vaxtı və yeri barədə məlumat verilməməsi, məlumat verilməyən tərəfin iştirakı olmadan işə baxılması və qərar qəbul edilməsi Avropa İnsan Hüquqları Məhkəməsinin də göstər ilən hüquqi mövqeyinə ziddir.
26. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verməməsi onların dinlənilmə hüququnun da pozuntusudur ki, bu hal İPM-in 92-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv olunması üçün əsasdır.
27. Bundan başqa, hakimə və məhkəmə tərkibinə edilmiş etiraza baxılmamasına dair iddiaçının kassasiya dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarını nəzərdən keçirdikdə görünür ki, iddiaçı 13.01.2021-ci il tarixində hakimə, 26.01.2021-ci il tarixində isə məhkəmə tərkibinə etiraz etmiş və məhkəməyə bu barədə yazılı etirazlar təqdim etmişdir.
28. Hazırkı qərarın 16-cı bəndində qeyd olunan normanın məzmunundan görünür ki, hakimə və ya məhkəmə tərkibinə etiraz edildiyi halda məhkəmə işdə iştirak edən şəxslərin fikrini, həmçinin etiraz olunan şəxs izahat vermək istəyirsə, onun izahatını dinləməlidir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hazırkı qərarın 17-ci bəndində göstərilən hüquqi mövqeyinə görə Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə ərizələrə onların verilməsindən dərhal sonra baxılmalı və müvafiq qərar qəbul edilməlidir.
29. Lakin hazırkı işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının hakimə və məhkəmə tərkibinə etdiyi etirazlara heç bir qiymət verməmiş, bu barədə müvafiq qərar qəbul etməmiş, bununla da hazırkı qərarın 16-17-ci bəndlərində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.
30. Beləliklə, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən hazırk ı qərarın 13-18-ci bəndlərində göstərilən prosessual hüquq normalarının pozulmasına yol verilmiş, tərəflərin dinlənilmə hüququ təmin edilməmiş, iddiaçının etirazına qiymət verilməmişdir və göstərilən prosessual hüquq normalarının pozulması məhkəmə aktının ləğv edilməsi üçün əsasdır.
31. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
32. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən nöqsanları aradan qaldırmalı, iddiaçının məhkəmə tərkibinə etiraza dair ərizələrini qiymətləndirməli, yalnız bundan sonra dövlət hesabına vəkillə təmin olunma barədə ərizəyə qiymət verməlidir.
33. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apelly asiya Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2-1(103)-1034/2020 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad qətidir.