Məhkəmə qərarları › İş №2-1(102)-723/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-723/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-723/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə ə mək pensiyasının təyin edilməsi və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2-1(103)-2105/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (Ş/V: AZE 09484123, FİN: 2GCH5EJ) 1.3.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.

2. İT-İ seriyalı ******* nömrəli, 8.1.1985-ci il tarixli əmək kitabçasına əsasən, iddiaçı Respublika Psixiatriya Xəstəxanasında 2 iyul 1984-cü il tarixdən sanitar, 18 fevral 1992-ci il tarixdən tibb bacısı vəzifələrində işləmişdir. 27 aprel 1992-ci il tarixdən hal-hazıradək həmin xəstəx ananın psixiatrik vərəm şöbəsində böyük tibb bacısı vəzifəsində çalışır.

3. Respublika Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 17 iyun 2020-ci il tarixli, 220 nömrəli arayışa əsasən, iddiaçı AR Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X2 2 iyul 1984-cü il tarixdən sanitar, 18 fevral 1992-ci il tarixdən tibb bacısı işləmişdir. 27 aprel 1992-ci il tarixdən hal-hazıra kimi psixiatrik vərəm şöbəsində böyük tibb bacısı vəzifəsində çalışır və AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 19-cu “Səhiyyə və sosial təminat” bölməsinə müvafiq olaraq iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir.

4. İddiaçı 52 yaşından, yəni 1 mart 2018-ci il tarixdən pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciə t etmişdir.

5. Cavabdeh iddiaçıya 25 sentyabr 2020-ci il tarixli, **********3 nömrəli imtina məktubu ünvanlayaraq bildirmişdir ki, əmək kitabçasında qeyd edilən sahə AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarının 19-cu bölməsində qeyd olunan sahəyə uyğun deyildir və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46600,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28780,68 manat təşkil edir. İŞ ÜZRƏ QƏ BUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona 52 yaşının tamam olduğu 1 mart 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2 iyul 1984-cü il tarixdən sanitar, 18 fevral 1992-ci il tarixdən tibb bacısı, 27 aprel 1992-ci il tarixdən hal-hazıradək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin publik hüquqi şəxs qismində fəaliyyət göstərən Respublika Psixiatriya Xəstəxanasının psixiatrik vərəm şöbəsində böyük tibb bacısı vəzifəsində çalışır. Onun 2 iyul 1984-cü il tarixdən 1 yanvar 2006-cı ilədək 21 il 5 ay ümumi stajı, 27 aprel 1992-ci il tarixdən 01 yanvar 2006-cı il tarixədək Respublika Psixiatriya Xəstəxanasının psixiatrik vərəm şöbəsində böyük tibb bacısı vəzifəsində çalışdığına görə güzəştli şərtlərlə 13 il 08 ay iş stajı vardır. Buna görə ona 52 yaşdan, yəni 1 mart 2018-ci il tarixdən pensiya təyin edilməlidir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh 25 sentyabr 2020-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Respublika Psixiatriya Xəstəxanasında 27 aprel 1992-ci il tarixdən hal-hazıradək işlədiyi böyük tibb bacısı vəzifəsi AR Nazirlər Kabinetinin 23 yanvar 2007 -ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Səhiyyə və sosial təminat idarələri” bölmələri (19), uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika idarələrində, bölmələrində (c) orta tibb heyəti, kiçik tibb heyəti sahəsinə uyğun deyildir. AR Nazirlər Kabinetinin 9 yanvar 2004-cü il tarixli, 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nə əsasən böyük tibb bacısı orta tibb heyətinə aiddir. Cavabdehin imtinası tam əsassızdır və qanunsuz olmaqla onun Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə nəzərdə tutulmuş hüququnu pozur.

8. Cavabdeh iddia ya qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1, 9.8-ci maddələrinə və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın səhiyyə və sosial təminat idarələri bölməsində (19) uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə - profilaktika idarələrində, bölmələrində (c) orta tibb heyəti, kiçik tibb heyəti nəzərdə tutulmuşdur. İdd iaçının Mərkəzi Filiala təqdim etdiyi 8 yanvar 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 27 aprel 1992-ci il tarixdən bu günədək Respublika Psixiatriya Xəstəxanasında böyük tibb bacısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyildir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46.600 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə al ınan pensiya kapitalı cəmi 28.780,68 manat təşkil edir. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin vacibliyi Bakı İnzibati Məhkəməsinin X1 iddiası üzrə 21(112)-5359/2020 saylı, 2 dekabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur. Həmin qərara əsasən, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” AR Qanununda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmi ilə, “52” rəqəmi “55” rəqəmi ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mi nmişdir. Göründüyü kimi, 1 iyul 2017-ci il tarixədək güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün yalnız iki şərt (yaş və staj) nəzərdə tutulsa da, yuxarıda qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən sonra (1 iyul 2017-ci il) “pensiya kapitalı” kimi adlanan yeni şərt əlavə edilmişdir. 1 iyul 2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt (yaş, staj və pensiya kapitalı) mövcud olmalıdır. Beləliklə, məhkəmə sözügedən qərarda qeyd etmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış kapitalından az təşkil etdiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Nəticə etibarilə 1 iyul 2017-ci il tarixdən so nra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.

9. Bakı İnzibati Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2-1(112)-2607/2021 nömrəli qərarı ilə (hakim Rüstəm Kərimli) iddia rədd edilmişdir.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının işlədiyi “böyük tibb bacısı” vəzifəsi AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının “XXİV. Səhiyyə və sosial təminat idarələri” bölməsində və 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahının “19. Tibb v ə sosial təminat müəssisələri” bölməsində konkret nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə cavabdehin imtinasını həmin hissədə qanuna zidd saymır. Buna görə də iddia rədd edilməlidir.

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apelly

12. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq Respublika Psixiatriya Xəstəxanası X3 tərəfindən verilmiş 414 saylı, 14 oktyabr 2021-ci il tarixli məktubda göstərilmişdir ki, böyük tibbi bacısı İddiaçı xx.xx.1984-cü il tarixdən sanitar, xx.xx.1992-ci il tarixdən tibb bacısı, xx.xx.1992-ci il tarixdən hal-hazıradək psixi xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş psixiatrik vərəm şöbəsində böyük tibb bacısı vəzifəsində çalışır. İddiaçı işlədiyi müddət ərzində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09 yanvar 2004-cü il tarixli, 2 nömrəli “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Qərarının “Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə əlavələr”ə dair 2.2.1.1-ci bəndinə əsasən hər ay vəzifə (tarif) maaşının 25 faizi miqdarında əlavə haqq ödənilmişdir. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 iyul 2004-cü il tarixli, 92 nömrəli “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın tətbiqi Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasə n psixiatriya müəssisələrində orta tibb heyətində çalışanlara 24 gün əlavə məzuniyyət hüququndan istifadə etmiş və ona ödənilmə aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarına 1 nömrəli Əlavədə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın 24-cü bölməsində nəzərdə tutulmuş “Səhiyyə və sosial təminat idarələri” bölməsinin 2260000a bəndində “vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində” orta tibb heyəti və 2 nömrəli Əlavədə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli ş ərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 24-cü bölmədə nəzərdə tutulmuş “Səhiyyə və sosial təminat idarələri” bölməsinin 2260000a bəndində “vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində” orta tibb heyəti, eləcə də 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən, “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 19-cu bəndinə “Səhiyyə və sosial təminat bölməsində müvafiq olaraq həmin bölmədə nəzərdə tutulmuş “vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində” konkret “a” bəndində “orta tibb heyəti”nə uyğunluğunu nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir.

13. Bak ı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2-1(103)-2105/2021 nömrəli qərarı ilə (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Azər Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu 01 mart 2018-ci il tarixdən təyin olunması vəzifəsi cavabdehə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 20 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəra iti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 52 yaşdan (xx.xx.2018-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişd ir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınla r – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötə n dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

19. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə 13. “b” bəndi əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd: 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” - “22600000 XXİV. Səhiyyə və sosial təminat idarələri. Kod 2260000a -“vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində orta tibb heyəti” peşəsi.

21. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 5 8.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, f ormal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaçının müraciətinin təmin edilməsindən imtinanın və iddiaya etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Apel lyasiya məhkəməsi tərəfindən iddiaçıya 52 yaşının tamam olduğu 1 mart 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı məsələ qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından lazımi qaydada araşdırılmış və bununla əlaqədar istinad olunan sübutlar prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Yuxarıda göstərilənlərə ə sasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 21(103)-2105/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar