Məhkəmə qərarları › İş №2-1(102)-724/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-724/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-724/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Yasamal rayon İcra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Statistika Komitəsinin Yasamal rayon şöbəsinin iştirakı ilə) qarşı iş üzrə QƏRAR (Açar sözlər: Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr; mənzilə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, El şanə Vəliyevadan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, iddiaçının vəkili Eynulla Şahverənovun cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Yasamal rayon İcra Hakimiyyəti, ƏMDK, Dövlət Statistika Komitəsinin Yasamal rayon şöbəsinin iştirakı ilə) qarşı mənzilə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 oktyabr 2019-cu il tarixli 2-1(103)-2017/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 18 fevral 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Gültəkin Qasım qızı Qasımova cavabdeh Azərbaycan Respubli kası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Mustafa Sübhü küçəsi, 114 ünvanındakı 159,4 kv metr yaşayış sahəsi, 109,2 kv metr köməkçi sahəsi olan 13 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə iddiaçının atasının mülkiyyətində olan 5 otaqlı fərdi yaşayış evinə dair hissəsinə iddiaçının mükiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən 0,07828 ha torpaq sahəsi üzərində 159,4 kv.m. yaşayış sahəsi, 109,2 kv.m. kömək çi sahədən ibarət olan 13 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə 5 otaqlı fərdi yaşayış evi MN005950 nömrəli çıxarışla iddiaçının atası X3 adına rəsmiləşdirilmişdir. İddiaçının atası 19.11.2012-ci il tarixdə vəfat etdikdən sonra qanun üzrə vərəsəlik qaydasında birinci növbə vərəsələr olaraq iddiaçının anası X6 və iddiaçı arasında hər birinə ½ hissə olmaqla paylar müəyyən edilmişdir. 30.03.2016-cı il tarixdə anası öz payını notariat qaydasında sənədləşdirməklə iddiaçıyabağışlamışdır. İddiaçı miras əmlakın öz adına rəsmiləşdirilməsi üçün bütün hüquqmüəyyənedici sənədləri toplayaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim etmişdir. Lakin iddiaçının müraciəti təmin edilməmişdir. İmtina onunla əsaslandrılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin müddəaları ərizənin icrasını mümkünsüz edir. Birinci instansiya məhkəməsinin 01.05.2019-cu il tarixli, 2-1(81)-1277/2019 nömrəli (sədrlik edən hakim M.Hacıbəyova) qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Mustafa Sübhü küçəsi, 114 ünvanındakı 159,4 kv metr yaşayış sahəsi, 109,2 kv metr köməkçi sahəsi olan 13 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə iddiaçının atası X3 mülkiyyətində olan 5 otaqlı fərdi yaşayış evinə dair hissəsi üzərində iddiaçının mükiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 01.05.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 30.10.2019-cu il tarixli, 2-1(103)-2017/2019 nömrəli (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və V.Baxışova) qərarı ilə birinci instansiya məhkəməsinin 01.05.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayətionunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq fərdi yaşayış evinə dair çıxarış almaq məqsədilə İdarəyə 17 iyul 2018-ci il, 06 iyul 2018-ci il və 30 mart 2016-cı il tar ixlərdə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi, 5 otaq 15 iyul 2006-cı il tarixli, ********* qeydiyyat nömrəsi ilə X9, 1/2 hissədən 4 otaq X8, 1/2 hissədən 4 otaq X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Lakin sözügedən ünvanda yerləşən 150,2 kvadrat metr qeyri-yaşayış sahəsi Oktyabr rayonu X13 İK-nin 27 iyul 1979-cu il tarixli 54 nömrəli qərarına əsasən Oktyabr rayon məlumat hesablama mərkəzinə verilmişdir. Hal-hazırda həmin ünvanda Yasamal rayon Statistika idarəsi fəaliyyət göstərməsi üçün 10 may 2011-ci il tarixdə bağlanmış 2530/167 nömrəli icarə müqaviləsinə əsasən dövlət əmlakı kimi Yasamal rayon Statistika idarəsinin icarəsinə verilmişdir. Bundan əlavə, digər pay çıların razılıq ərizələri təqdim edilməmişdir. Həmçinin, müvafiq fərdi yaşayış evi ilə bağlı Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli, 2(004)-13474/2016 saylı qərardadı idarəyə daxil olmuş, lakin qanuni qüvvəyə minməsi barədə məlumat daxil olmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlardan da göründüyü kimi, yuxarıda qeyd olunan hallar əsassız olaraq nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, qanunvericiliyin tətbiqində səhvə yol verilmiş, işə aid olan qanunvericilik normaları tətbiq edilməmiş, tətbiq edilən qanunvericilik normaları düzgün təfsir edilməmiş, iş materialları və şikayətdə qeyd olunan faktlar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamış və nəticədə qanunsuz və ədalətsiz qərarlar qəbul edilmişdir. Bü tün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 oktyabr 2019-cu il tarixli, 2-1(103)-2017/2019 nömrəli qərarının ləğv edilməsini və iddiaçının tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının şikayət olunan 30 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili E.Şahverənov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılm ışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 30.10.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 30 oktyabr 2019cu il tarixli, 2-1(103)-2017/2019 saylı qərarla, apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2-1(81)-1277/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı maddələrinə, Mülki Məcəllənin 139-1.1, 139-1.1.3, 1151.1, 1157, 1159.1, 1159.1.1, 1261, 1292.1-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.3, 15-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 62.3, 82-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, cavabdehin apelyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 30 oktyabr 2019-cu il tarixli qərarla və həmin qərardan cavabdehin verdiyi kasasiya şikayətindəki dəlillərlə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin «İşin halları» və «Hüquqi məsələlər» adlanan 2 hissədən ibarət 6 səhifəlik kasasiya şikayətindən göründüy ü kimi, kasasiya şikayətinin 4 səhifədə yerləşən «Hüquqi məsələlər» adlanan hissəsində yalnız bir sıra maddi və prosessual hüquq normalar sadalanmaqla onların işin halları ilə nə kimi hüquqi və səbəbi əlaqə olması ümumiyyətlə öz əksini tapmamışdır ki, bu da cavabdehin həmin dəlillərinin formal və deklarativ xarakter daşımaqla yanaşı hüquqi mənasını da əsassız edir. Faktiki olaraq cavabdehin mübahisə üzrə dəlilləri kasasiya şikayətinin «İşin halları» adlanan hissəsində yazılmışdır ki, onlar da cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərlə eynidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin sözügedən dəlilləri əsassızdır. Belə ki, məlum olduğu kimi, iddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini n 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 5 ünvandakı 159,4 kvadrat metr yaşayış sahəsi, 109,2 kvadrat metr köməkçi sahəsi olan 13 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə iddiaçının atasının mülkiyyətində olan 5 otaqlı fərdi yaşayış evinə dair hissəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov / Mustafa Sübhi küçəsində yerləşən 13 otaqlı, 159,4 kvadrat metr yaşayış, 109,2 kvadrat metr köməkçi sahədən ibarət 34/114 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X3 (1/2 hissə – 5 otaq) paylı mülkiyyətində olmuşdur, X5 noyabr 2012-ci ildə Bakı şəhərində vəfat etmişdir. Həmin şəxs vəfat etdikdən sonra onun vərəsələri kimi X6 və İddiaçı tanınmışlar. X1 X12 miras qalmış ünvan 6 ünvanında yaşayış sahəsi 159,4 kvadrat metr, köməkçi sahəsi 109,2 kvadrat metr olan 13 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə 1/2 hissəsinin, 5 otağının özünə məxsus 1/2 hissə payını qızı İddiaçı vermiş, pay verilən tərəf İddiaçı payı qəbul etmişdir. Sonuncu sonradan həmin əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının adına miras əmlakın qeydə alınması üçün qanunvericilikdə müəyyən edilmiş əsaslar – notariat q aydasında təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və miras əmlakdakı payın verilməsi barədə müqavilə mövcuddur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə müvafiq olaraq hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəz ifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələ blərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə — ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1261-ci maddəsinə müvafiq olaraq vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1292.1-ci maddəsinə əsasən hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, baş qasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı pa ya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsas hesab olunur. Belə olan halda məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, daşınmaz əmlakın iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində göstərilmiş əsaslardan heç biri müəyyən olunmamışdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, 1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydası nda təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi doğru olaraq qeyd etmişdir ki, cavabdehin etirazında və apelyasiya şikayətində göstərdiyi hallar iddiaçının müraciətini təmin etməkdən imtina üçün əsas olmamaqla, iş materiallarından göründüyü kimi, miras əmlakın həqiqətən də fiziki şəxsə – iddiaçının varisi olduğu X4 məxsus olmasına dair mötəbər sübutlar – daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı mövcuddur. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 30 oktyabr 2019-cu il tarixli, 2-1(103)-2017/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar