Məhkəmə qərarları › İş №2-1(102)-724/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-724/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-724/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bəhmən oğlunun cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “əmrin ləğv edilməsi, dövlət qulluğuna bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının verilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958 təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliy inə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi) “əmrin ləğv edilməsi, dövlət qulluğuna bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1574/2021 nömrəli, 6 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin 1 noyabr 2019-cu il tarixli 146k nömrəli əmri ilə iddiaçı 1 noyabr 2019-cu il tarixdən Agentliyin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Toxum nəzarəti sektoruna baş məsləhətçi vəzifəsi üzrə daimi dövlət qulluğuna qəbul edilmişdir.

2. Cavabdeh in 8 oktyabr 2020-ci il tarixli 77/a nömrəli əmri ilə iddiaçının həmin şöbənin əməkdaşı X5 təhqir etməsi ilə bağlı araşdırma aparılması və həmin əmrdən irəli gələn məsələlərin öz səlahiyyəti daxilində həll edilməsi Hüquq, kadr və kargüzarlığın təşkili şöbəsi və Nəzarət və qiymətləndirmə şöbəsinə tapşırılmışdır.

3. Araşdırmanın nəticəsi olaraq cavabdeh iddiaçının A.M.Nəhmətovu təhqir etməsi faktının öz təsdiqini tapdığı qənaətinə gəlmiş və Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Fərid Qəniyevin 12 oktyabr 2020-ci il tarixli 10/M-48 nömrəli təhriri məruzəsi əsasında həmin tarixli 271/k nömrəli əmrlə iddiaçıya töhmət elan edilmişdir.

4. Bundan başqa, cavabdehin 13 oktyabr 2020-ci il tarixli 272k nömrəli əmri ilə iddiaçının 9 oktyabr 2020-ci il tarixdə təxminən saat 17.15 radələrində heç bi r üzürlü səbəb olmadan və əvvəlcədən məlumat vermədən iş yerini özbaşına tərk etməsi əsas götürülməklə ona şiddətli töhmət elan edilmişdir. 5. 14 oktyabr 2020-ci il tarixli 10/M-49 nömrəli Təhriri məruzəyə əsasən 10 oktyabr 2020-ci il tarixdə “www.dia.az” saytında cavabdehin nüfuzuna xələl gətirən saxta məlumatları ehtiva edən dərc edilmiş məqalənin müəllifinin müəyyən olunması istiqamətində Nəzarət və qiymətləndirmə şöbəsi tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, müvafiq məqalə iddiaçı tərəfindən adıçəkilən sayta müraciət edilərək yerləşdirilmişdir.

6. Cavabdehin 15 oktyabr 2020-ci il tarixli 276/k nömrəli əmri ilə kütləvi informasiya vasitələrinə razılaşdırılmamış müsahibə verməsinə, xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəal iyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsi ilə bağlı qeyri peşəkarlıq göstərməsinə görə iddiaçı tutduğu vəzifədən azad edilərək 15 oktyabr 2020-ci il tarixdən dövlət qulluğuna xitam verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 15 oktyabr 2020-ci il tarixli, 276/k nömrəli əmrinin ləğv edilməsi, vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tutduğu vəzifədən azad edilməsi və dövlət qulluğuna xitam verilməsinə dair əmr qərəzli, əsassız və qanunsuzdur ona görə ki, 8 oktyabr 2020-ci il tarixdə o, Əliyev Rahib və Quliyeva Gülşən adlı əməkdaşlarla bir yerdə iş otağında olarkən Azad Nəhmətov adlı əməkdaş otaqda qəsdən mübahisə yaratməşdır. İddiaçı onu intizama dəvət edib otaqdan çıxmasını xahiş etsə də Azad Nəhmətov üstünə hücum edərək onu vurmaq istəyərkən Əliyev Rahib onu zorla itələyib otaqdan çıxarmışdır. X14 dəhlizdə ünvanına əxlaqsız küçə söyüşləri söyərək əməkdaşların yanında onu təhqir etmişdir. İddiaçı qeyd etmişdir ki, onu dinləmədən, yaranmış mübahisəni araşdırmadan saxta ittihamla barəsində sərt cəza tədbiri görülməsinə göstəriş verilmiş və o, həmin vəziyyətdən sarsıntı keçirmişdir. 9 oktyabr 2020-ci il tarixdə həftənin 5-ci günü şəkəri və qan təzyiqi yüksəldiyi üçün şöbə müdirindən icazə alaraq saat 17:20 də evə getmişdir. Uzun müddətdir ağır şəkərli diabet, ürək çatışmazlığı və hipertoniya xəstəliyindən əziyyət çəkir. O, əlacsız qalaraq “www.dia.az” saytı vasitəsi ilə ölkə Prezidentinə, Birinci vitse-prezidentdə və Baş prokurora müraciət edərək ona qarşı edilən haqsızlığın qarşısının alınması üçün kömək istəmişdir. “www.dia.az” saytı onun müraciətini 10 oktyabr 2020-ci il tarixdə dərc etmişdir. Həftənin birinci iş günü şəkəri və qan təzyiqi yüksəldiyi üçün 12 oktyabr 2020-ci il tarixdə səhər qan analizi verərək kordioqram və USM müayinəsindən keçmiş və şəkərə qarşı güzəştli dərmanlarını almışdır. Analiz və müayinələr barədə 12 oktyabr 2020-ci il tarixdə tibb kartında da qeydiyyat aparılmışdır. Xəstə olduğu üçün həkimə gedəcəyini şöbə müdirinə bildirmişdir. Həkim müayinəsində olarkən Agentliyin Daxili nəzarət şöbəsinin müdir müavini ona telef on zəngi edərək rəhbərliyin yanına gəlməsini tələb etmişdir. Yarım saat sonra o, iş yerinə gələrək Daxili nəzarət şöbəsinin müdir müavinin iş otağında səhər həkim müayinəsində olduğu barədə izahat yazmış və eyni zamanda ərizə yazaraq iş yerində ona qarşı olan təzyiq və təqiblərə son qoyulmasını, onu təhqir etdiyi üçün Azad Nəhmətov barəsində tədbir görülməsini xahiş etmişdir. 13 oktyabr 2020-ci il tarixdə Agentliyin sədri, kadr sektorunun müdirinin və Daxili Nəzarət şöbəsinin müdirinin iştirakı ilə “www.dia.az” saytına müraciət etdiyi üçün ona məzəmmət etmiş və 12 oktyabr 2020-ci il tarixli 271/K nömrəli əmrlə ona töhmət elan edilmişdir. 15 oktyabr 2020-ci il tarixində işdə olarkən kadr sektorunun müdiri öz iş otağında şiddətli töhmət verilməsi ilə bağlı 13 oktyabr 2020-ci il tarixli 272/k nömrəli əmrin surətini və işdən azad edilərək dövlət qulluğna xitam verilməsi barədə 15 oktyabr 2020-ci il tarixli 276/k nömrəli əmrin surətini ona təqdim edərək iş yerini tərk etməsini tələb etmişdir. Qeyd edilən əmrləri qərəzli və qanunsuz hesab edərək bildirmişdir ki, məhkəməyə iddia tələbi təqdim edən günədək əmək kitabçası ona təqdim edilməyib və son haqq-hesabı ona yalnız 30 oktyabr 2020-ci il tarixdə ödənilmişdir. İddiaçı bildirmişdir ki, ona qarşı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsinin, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin, 79.1, 83.1, 84.1, 143.1, 172.4, 186 və 187.1.2-ci maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Qeyd olunan qanun pozuntuları və pozulmuş əmək hüquqlarının bərpa edilməsi il ə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinə də müraciət etmişdir.

9. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, Agentliyin 2019- cu il 1 noyabr tarixli 145k nömrəli əmrinə əsasən iddiaçı - X1 Toxum analizləri şöbəsinin baş aqronomu vəzifəsindən azad edilərək əmək müqaviləsinə xitam verilmiş və həmin Agentliyin 2019-cu il 1 noyabr tarixli 146k nömrəli əmri ilə Agentliyin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Toxum nəzarəti sektoruna baş məsləhətçi vəzifəsi üzrə dövlət qulluğuna qəbul edilmişdir. 2020-ci il 7 oktyabr tarixində Agentliyin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Toxum nəzarəti sektorunun baş məsləhətçisi olan iddiaçı həmin şöbənin Bitki so rtlarının qeydiyyatı sektorunun böyük məsləhətçisi X5 təhqir etmişdir. Agentliyin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Bitki sortlarının qeydiyyatı sektorunun böyük məsləhətçisi X2 2020-ci il 08 oktyabr tarixli izahatı və Agentliyin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri X8 2020-ci il 08 oktyabr tarixli 10/M-47 nömrəli təhriri məruzəsi əsasında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 may tarixli 701 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə"nin 5.5.6-cı yarımbəndini rəhbər tutaraq Agentliyin 2020-ci il 08 oktyabr tarixli 77/a nömrəli əmri ilə iddiaçının X5 təhqir etməsi ilə bağlı müraciət Agentliyin Nəzarət və qiymətləndirmə şöbəsi tərəfindən xidməti qaydada araşdırılmışdır. Araşdırma zamanı 2020-ci il 08 oktyabr tarixində sözügedən şöbənin Toxum nəzarəti sektorunun baş məsləhətçisi X6 və qeyd edilən şöbənin həmin sektorunun böyük məsləhətçisi X7 izahatları alınmış, iddiaçının X5 təhqir etməsi faktı öz təsdiqini tapmışdır. Bununla da “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.3-cü, 18.0.4-cü və 18.0.12-ci maddələri və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2019-cu il 08 may tarixli 65 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin işçilərinin X10”nın 4.1.1-ci və 4.1.3-cü yarımbəndləri iddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur. Həmin Qaydaların 8.5.6-cı yarımbəndinə əsasən işçinin daxili intizam və etik davranış qaydalarını pozması intizam tənbeh tədbirinin tətbiqi əsaslarından biridir. 2020-ci il 09 oktyabr tarixində İddiaçı təxminən saat 17:15 radələrində heç bir üzrlü səbəb olmadan və əvvəlcədən məlumat vermədən iş yerini özbaşına tərk edib və iş vaxtının sonunadək işdə olmayıb. 2020-ci il 10 oktyabr tarixində “www.dia.az” saytında Agentliyin nüfuzuna xələl gətirən saxta məlumatları ehtiva edən məqalə dərc olunmuşdur. Müəyyən edilmişdir ki, müvafiq məqalə iddiaçı tərəfindən adıçəkilən sayta müraciət edilərək yerləşdirilmişdir. 2020-ci il 12 oktyabr tarixində iddiaçı ilə görüş zamanı yazdığı ərizədə etdiyi əməli etiraf etmişdir. Bununla da “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4-cü və 18.0.12-ci maddələri, “Dövlət qulluqçularının etik da vranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci və 6.2-ci maddələri İddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsində qeyd olunur ki, etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Agentliyin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri X8 2020-ci il 12 oktyabr tarixli 10/M-48 nömrəli təhriri məruzəsi əsasında dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət orqanının nüfuzuna xələl gətirə biləcək halların qarşısının alınması, başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol ver ilməməsi və dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət edilməsi məqsədilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.3-cü, 18.0.4-cü, 18.0.12-ci, 25.2.1- ci maddələrini və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin 5.5.5-ci yarımbəndini rəhbər tutaraq Agentliyin 2020-ci il 12 oktyabr tarixli 271/k nömrəli əmri ilə İddiaçı töhmət elan edilmişdir. Agentliyin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin müdiri X3 2020-ci il 12 oktyabr tarixli 07/M-08 nömrəli təhriri məruzəsi əsasında dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət edilməsi və müəssisəX10na əməl edilməsi məqsədilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.3-cü maddəsini, Azər baycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndini və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin 5.5.5-ci yarımbəndini rəhbər tutaraq Agentliyin 2020-ci il 13 oktyabr tarixli 272/k nömrəli əmri ilə İddiaçı şiddətli töhmət elan edilmişdir. Agentliyin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri X8 2020-ci il 14 oktyabr tarixli 10/M-49 nömrəli təhriri məruzəsi və X4 Komitəsinin İdarə Heyətinin iclasının 2020-ci il 14 oktyabr tarixli 2 nömrəli protokolu əsasında dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməs i və dövlət orqanının nüfuzuna xələl gətirə biləcək halların qarşısının alınması məqsədilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4-cü, 18.0.12-ci və 25.2.6-cı maddələrini, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci və 6.2-ci maddələrini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndini və “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin 5.5.5-ci yarımbəndini rəhbər tutaraq Agentliyin 2020-ci il 15 oktyabr tarixli 276/k nömrəli əmri ilə kütləvi informasiya vasitələrinə razılaşdırılmamış müsahibə verməsi, dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə ə laqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsi ilə bağlı qeyri peşəkarlıq göstərməsinə görə iddiaçı tutduğu vəzifədən azad edilərək 2020-ci il 15 oktyabr tarixindən dövlət qulluğuna xitam verilmişdir. Agentliyin 2020-ci il 29 oktyabr tarixli 80 nömrəli əmri ilə Agentlik üzrə 2020-ci il 15 oktyabr tarixli 276/k nömrəli əmrdə dəyişiklik edilərək həmin əmrin preambulası aşağıdakı redaksiyada verilmişdir: “Dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət etimadının yüksəldilməsi, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi və dövlət orqanının nüfuzuna xələl gətirə biləcək halların qarşısının alınması məqsədilə “Dövlət qulluğu haqqında” Azə rbaycan Respublikası Qanununun 18.0.4-cü, 18.0.12-ci və 25.2.6-cı maddələrini və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci və 6.2ci maddələrini rəhbər tutaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən”.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2483/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia təmin edilməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən dövlət qulluğuna dair qanunvericiliklə müəyyən olunmuş vəzifələrə və məhdudiyyətlərə əməl edilmədiyindən, yəni onun tərəfindən vəzifələrin icrası zamanı mütəmadi olaraq pozuntulara (etik davranış qaydalarını (Loyallıq və Mədəni davranış) pozduğuna) yol verildiyindən cavabdehin mübahisələndirilən 15 okty abr 2020-ci il tarixli 276/k nömrəli əmri - “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə müvafiq olaraq iddiaçının dövlət qulluğuna xitam verilməsi qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1574/2021 nömrəli, 6 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: H.Ü.Həmidov /sədrlik edən/, C.A.Yusifov və E.E.Nağıyeva) Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilmiş, cavabdehin 15 oktyabr 2020-ci il tarixli 276/k nömrəli əmri ləğv edilmiş, iddiaçının Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti şöbəsinin Toxum nəzarəti sektorunun baş məsləhətçisi vəzifəsinə və dövlət qulluğuna bərpa edilməsinə qərar verilmiş, məcburi işburaxma dövrü üçün (xx.xx.2020-ci ildən baş məsləhətçi vəzifəsinə və dövlət qulluğuna bərpa olunana qədər) əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25.1, 25.2, 33.1.6, və 34-cü maddələrinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 83 və 84-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, cavadehin iddiaçı barəsində 12 oktyabr 202 0-ci il – 15 oktyabr 2020-ci il tarixlərdə ardıcıl olaraq 3 intizam tənbeh tədbiri tətbiq etməsi qanuna ziddir.

15. Dövlət qulluqçusunun və ya işçinin intizam məsuliyyətinə cəl olunmasında məqsəq onu əmək funksiyasını pozmaqdan çəkindirmək, əvvəllər yol verdiyi pozuntunu təkrar törətməsinin qarşısını almaqdan ibarətdir. Məhz bu səbəbdən intizam tənbeh tədbirlərinin siyahısında ağırlıq dərəcəsinə görə aşağıdan yuxarıya doğru bir neçə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Qanunla, işəgötürənin üzərinə intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almaq vəzifəsi qoyulur (AR ƏMin 186-cı maddəsinin 3-cü hissəsi). Hətta mübahisələndirilən əmrdə cavabdehin özünün də istinad etdiyi AR ƏM-in 72-ci maddəsinin “ə ” bəndində işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrinin kobud pozulması halı kimi qiymətləndirilir. İş materiallarına əsasən, iddiaçı ona 12 oktyabr 2020-ci il tarixdə töhmət veriləndən sonra təkrarən əmək funksiyasının pozulması halına yol verməmişdir. Şiddətli töhmət və dövlət qulluğundan azad olunma kimi tənbeh tədbirinin tətbiqi üçün əsas kimi göstərilən hallar isə (iş vaxtı bitmədən iş yerini özbaşına tərk etmə və iddiaçının müraciətinə əsasən www.dia.az saytında məqalənin yerləşdirilməsi) 12 oktyabr 2020-ci ilə qədər baş vermişdi və cavabdehə də məlum idi. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ona 12 oktyabr 2020-ci il tarixdə töhmət verildikdən sonra təkrarən əmək funksiyasının pozulması halına yol vermədiyi üçün növbəti günlərdə onun barəsində şiddətli töhmət və dövlət qulluğundan azad olunma kimi daha ciddi intizam tənbeh tədbirlərinin tətbiqi qanunsuz olmuşdur.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində işin halları və iddia tələbinə qarşı etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının dövlət qulluğuna xitam verilməsi barədə cavabdehin sözügedən əmrinin preambulasında istinad olunmuş AR ƏM-nin 72-ci maddəsinin “ə” bəndi texniki səhv olaraq əmrdə qeyd olunmuş və həmin texniki səhv Agentliyin 2020-ci il 29 oktyabr tarixli 80 nömrəli əmri ilə aradan qaldırılmış və 15 oktyabr 2020-ci il tarixli 276/k nömrəli əmrin preambulasının məzmunu “Dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi və dövlət orqanının nüfuzuna xələl gətirə biləcək halların qarşısının alınması məqsədilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4-cü, 18.0.12-ci və 25.2.6-cı maddələrini və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci və 6.2-ci maddələrini rəhbər tutaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1. 6-cı maddəsinə əsasən”sözləri ilə əvəz edilmişdir. 18. 15 oktyabr 2020-ci il tarixli 276/k nömrəli əmrin preambulasının ilkin mətnindən də görünürdü ki, İddiaçı dövlət qulluğuna xitam verilərkən əsas olaraq “Dövlət qulluğu haqqında” AR Qanununun və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” AR Qanununun müvafiq maddələrinə istinad edilmişdir.

19. Ümumiyyətlə iddiaçının dövlət qulluğuna xitam verilməsinin əsası olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə istinad edilməsi qanuni və əsaslı olmuşdur. Çünki, AR Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarl a müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Dövlət qulluğuna xitam verilməsinin əsasları isə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsi ilə ayrıca müəyyən olunmuşdur. Lakin məhkəmə kollegiyası nədənsə iddiaçı tərəfindən yol verilmiş pozuntuların işin mübahisəsiz halları olmasına və həmin pozuntulara görə cavabdeh tərəfindən tətbiq olunmuş intizam tənbehlərinin “Dövlət qulluğu haqqında” AR Qanununun və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” AR Qanununun tələblərinə tam əməl olunmaqla həyata keçirilməsinə əhəmiyyət vermədən yalnız 15 oktyabr 202 0-ci il tarixli 276/k nömrəli əmrin preambulasındakı texniki səhvi xüsusilə qabartmış və mübahisənin obyektiv həllindən yayınmışdır.

20. Bundan başqa, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində töhmət, bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması, həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi, daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi, ixtisas dərəcəsinin bir pillə aşağı salınması və dövlət qulluğundan azad edilməsi kimi intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər.

21. İPM-in 74-cü madəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkə t etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olubolmadığını yoxlayır.

22. Yuxarıda göstərilən hüquq normalarının tələbləri baxımından qeyd olunmalıdır ki, iddiaçı barəsində intizam tənbeh tədbirlərindən birinin seçilməsi haqqında qərar qəbul edilməsi cavabdehin (inzibati orqanın) diskresion səlahiyyətlərinə aid məsələdir.

23. İşin faktiki hallarından göründüyü kimi cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həy ata keçirmişdir. Lakin məhkəmə kollegiyası heç bir hüquqi əsas olmadan, öz mülahizəsinə görə həmin məsələyə müdaxilə etməklə özsəlahiyyətlərini aşmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etirazın dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: (...) 25.2.6. dövlət qulluğundan azad edilməsi. Maddə 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildi kdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (...) 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə;... Maddə

34. Dövlət qulluğu keçmənin digər məsələləri Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

26. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə

68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;... Maddə

72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar... ə) əmək funksiyasını pozduğ una görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması... Maddə

83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə

84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu

1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həm in əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bil ər.

27. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya insta nsiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİN İN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquql arı Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Məhkəmə kollegiyası həmin qənaətin əsası kimi, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. Cavabdehin əmrin hüquqi əsası kimi istinad etdiyi “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə görə, dövlət qulluqçusu “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə onun dövlət qulluğuna xitam verilə bilər. Başqa sözlə, əmrin hüquqi əsası kimi istinad edilən 33.1.6-cı madd ənin tətbiqi üçün Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulan şərt (dövlət qulluğundan azad edilmə) baş verməlidir. 25.2.6-cı maddə isə yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. 35. “Dövlət qulluğu haqqında” Qanun “kobud” pozuntunun nədən ibarət olduğunu açıqlamır. Bu səbəbdən, inzibati orqan pozuntunun “adi” deyil, məhz “kobud” pozuntu olduğunu əsaslandırmaq öhdəliyi daşıyır. Mübahisələndirilən (o cümlədən, dəyişdirilmiş məzmunda) əmrdə bununla bağlı (pozuntunu “kobud” kimi qiymətləndirən) hər hansı açıqlama və ya əsas göstərilməmişdir.

36. Əmrdə istinad edilə n “Dövlət qulluğu haqqında” Qanunun 18.0.4 və 18.0.12ci maddələrinin tətbiqinə gəldikdə, bu normalarda göstərilən hallar həmin Qanunun 25.2-ci maddəsində intizam tənbeh tədbirlərinin tətbiqinin əsaslarından biri kimi çıxış etslər də, Qanunun məhz 25.2.6-cı maddəsində nəzərdə tutulmuş tədbirin (dövlət qulluğundan azad edilmənin) tətbiqinə özü-özlüyündə əsas vermirlər.

37. Cavabdehin hətta dəyişdirilmiş əmrində bilavasitə istinad edilməsə də, “mütəmadi olaraq pozuntulara yol verildikdə” müddəası isə dövlət qulluqçusuna yalnız o halda, tətbiq oluna bilər ki, “Dövlət qulluğu haqqında” Qanunun 18-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblər dövlət qulluqçusu tərəfindən davamlı olaraq pozulmuş olsun.

38. Yuxarıda qeyd olunduğu kimi, araşdırmanın nəticəsi olaraq cavabdeh iddiaçının A. M.Nəhmətovu təhqir etməsi faktının öz təsdiqini tapdığı qənaətinə gəlmiş və Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Fərid Qəniyevin 12 oktyabr 2020-ci il tarixli 10/M-48 nömrəli təhriri məruzəsi əsasında həmin tarixli 271/k nömrəli əmrlə iddiaçıya töhmət elan edilmişdir. Bundan başqa, cavabdehin 13 oktyabr 2020-ci il tarixli 272k nömrəli əmri ilə iddiaçının 9 oktyabr 2020-ci il tarixdə təxminən saat 17.15 radələrində heç bir üzürlü səbəb olmadan və əvvəlcədən məlumat vermədən iş yerini özbaşına tərk etməsi əsas götürülməklə ona şiddətli töhmət elan edilmişdir (hərçənd, “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsində “şiddətli töhmət” tənbeh növü nəzərdə tutulmayıb). Başqa sözlə, həmin intizam xətalarına görə iddiaçıya tənbeh verilmişdi və o, həmin xətalara görə ikinci dəfə tənbeh t ədbirinin tətbiqinə məruz qala bilməzdi (Əmək Məcəlləsinin 189-cu maddəsi). 39. “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinə gəldikdə, həmin normada dövlət qulluqçusu barəsində məhdudiyyətlərdən bəhs olunur və cavabdehin mübahisələndirilən əmrində “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinin tələblərinin iddiaçı tərəfindən pozulduğuna istinad yoxdur.

40. İddiaçı barəsində intizam tənbeh tədbirlərindən birinin seçilməsi haqqında qərar qəbul edilməsinin cavabdehin (inzibati orqanın) diskresion səlahiyyətlərinə aid məsələ olduğuna dair şikayətin dəlilinə gəldikdə, işdən göründüyü kimi, qanunla ona verilmiş həmin səlahiyyətlərdən cavabdehin düzgün istifadə etmədiyi aşkardır. Belə ki, cavabdeh “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsini yalnız həmin Qanunun 25.6-cı maddəs ində nəzərdə tutulan hallardan ən azı biri mövcud olduqda tətbiq edə bilərdi.

41. Hazırk halda, bu, baş verməmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi mahiyyətcə düzgün nəticəyə gəldiyindən, şikayətin təmin olunması üçün əsaslar yoxdur.

43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1574/2021 nömrəli, 6 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar