Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-725/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina, eyni əmlak barəsində bağlanmış iki müxtəlif əqdə əsaslanan hüquqa dair mübahisə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İddiaçının vəkili (nümayəndəsi) Vəkil3, Üçüncü şəxsin vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İ darəsinə qarşı (üçüncü şəxs: İsaevi İashara) “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 2-1(103)2525/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək x ünvanında yerləşən x saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 15 noyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi göstəril mişdir. İddiaçı 2018-ci il 28 noyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək x (ünvan 1 ünvanındakı yaşayış binasının 234 saylı mənzili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, onunla “xxxx” MMC arasında bağlanılmış 2013-cü il 17 dekabr tarixli müqaviləyə əsasən, MMC x (ünvan 1də yerləşən tikilməkdə olan binada x saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq qeyd olunan mənzil “xxxx” MMC tərəfindən iddia çıya təhvil verilmiş, iddiaçı isə öz növbəsində mənzilin dəyərini tamamilə ödəmişdir. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 178.2, 178.8-ci maddələrinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2, 10.1, 12.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 27 dekabr tarixli 2-1(82)4845/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, x (ünvan 1də inşa edilmiş çoxmənzilli yaşayış binasının 3-cü giriş, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 141 kv.m olan, 3 otaqlı, 234 saylı mənzili üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. İc raata cəlb olunmamış şəxs - İsaevi İashar ərizə ilə məhkəməyə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 27 dekabr tarixli qərarının ləğv edilməsini, onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə işə yenidən baxılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 28 fevral tarixli 2-1(82)4845/2018 nömrəli qərardadı ilə İsaevi İashar üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 27 dekabr tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 23 may tarixli 2-1(82)2626/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddia olunan daşınmaz əmlakın üçüncü şəxsə məxsus olduğu qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq olunur. Məhkəmə hesab etmişdir ki, iddiaçının “mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi barədə” iddiası hüquq barəsində mübahisə edən digər maraqlı şəxs tərəfindən şikayətin verilməsi səbəbindən təmin edilməməlidir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 2-1(103)-2525/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 3 dekabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 26 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, mübahisəli mənzilə dair qeyd edilən məhkəmə aktlarının mövcudluğu iddiaçıya 2018-ci ilin oktyabr ayında məlum olmuşdur. 2013-cü ildən bu günədək İsaevi İashar bir dəfə də olsun mənzillə maraqlanmamışdır. İddiaçı mənzili alıb onu təmir etdirib tam yaşayış üçün yararlı vəziyyətə gətirdikdən sonra İsaevi İashar ona qarşı iddia qaldırmışdır. Həmin mənzilin əvvəllər “xxxx” MTK tərəfindən başqa şəxsə satılması, bu və digər mənzillərlə bağlı məhkəmə mübahisələrinin olması, eləcə də ona qarşı qaldırılmış iddia üzrə çıxarılmış məhkəmə aktlarından xəbəri olmamış, qanunda nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı, yeri barədə ona məlumat verilməyərək iştirakı təmin edilməmişdir. Üçüncü şəxsin yeganə istinad etdiyi məhkəmə qərarları hazırkı iş üzrə məcburi ola bilməz. “xxxx” MMC ilə “xxxx” MTK, İ.İashar və qeyriləri arasında olan mübahisə üzrə mülki işdə iddiaçı tərəf olmamışdır. Bu səbəbdən də Ali Məhkəmənin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 2015-ci il 19 may tarixli qərarının preyudisiallığı hazırkı iş üzrə tətbiq edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 13 fevral tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamədə əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və ya etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göründüyü kimi, məhkəmə işin hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Üçüncü şəxs kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2015-ci il 19 may tarixli qərarı ilə İsaevi İashar və “xxxx” MTK arasında bağlanmış 2009-cu il 18 iyun tarixli müqavilənin etibarlılığı məhkəmə qaydasında tanınmışdır. Məhz həmin qərarın preyudisiallığına əsasən mübahisəli mənzillə bağlı “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış müqavilə əsasında İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alına bilməz. Həmçinin nəzərə alınmalıdır ki, artıq iddiaçının iddiasının təmin edilməsi üçün hüquqmüəyyənedici sənədlər mövcud deyildir. Üçüncü şəxs göstərilənlərə əsasən şikayətin təmin olunmamasını, apellyas iya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Üçüncü şəxsin vəkili (nümayəndəsi) etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsin in qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, İsaevi İashar ilə “xxxx” Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən, “xxxx” MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı (Telnov) küçəsi, 2347-48-ci məhəllədə yerləşmiş binanın 3-cü giriş, 7-ci mərtəbədə 140,81 kv.m. sahəsi olan 3 otaqlı, 234 saylı mənzili İsaevi İashara təhvil verməsi barədə öhdəlik götürmüşdür.xx.xx.2009-cu il tarixli, 229 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2009-cu il tarixli müqaviləyə uyğun olaraq, mənzilin dəyərini təşkil edən 55.000 ABŞ dollar İsaevi İashar tərəfindən tam şəkildə ödənilmişdir. Göründüyü kimi, mübahisəli mənzilə dair 2013-cü ildə iddiaçı ilə “xxxx” MMC arasında və bundan əvvəl, 2009-cu ildə üçüncü şəxslə “xxxx” MTK arasında müqavilələr bağlanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli 2(011)-1411/2013 saylı qətnaməsi ilə iddiaçı «xxxx» MMC-nin cavabdehlər «xxxx» MTK-ya və digərlərinə qarşı müqavilələrin etibarsız hesab edilməsi və mənzillərin qaytarılması barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013cü il tarixli 2(103)-4450/2013 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli 2(011)-1411/2013 saylı qətnaməsi «xxxx» MTK-ya münasibətdə dəyişd irilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(102)-621/2014 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli 2(103)-4450/2013 saylı qətnaməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2014-cü il tarixli 2(103)-2506/2014 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli 2(011)1411/2013 saylı qətnaməsi cavabdehlər İsaevi İashar və qeyrilərinə aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaql a iddiaçı «xxxx» MMC-nin cavabdehlər İsaevi İashar və qeyrilərinə qarşı müqavilələrin etibarsız hesab edilməsi və mənzillərin qaytarılması barədə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2014-cü il tarixli 2(103)-2506/2014 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. İşə üçüncü dəfə apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli 2(103)-7059/2014 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli 2(011)-1411/2013 saylı qətnaməsi cavabdehlər İsaevi İashar və qeyrilərinə aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddiaçı «xxxx» MMC-nin cavabdehlər İsaevi İashar və qeyrilərinə qarşı müqavilələrin etibarsız hesab edilməsi və mənzillərin qaytarılması barədə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2024/2015 saylı, xx.xx.2015-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(103)-7059/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, İsaevi İashar ilə «xxxx» MTK arasında bağlanmış xx xxxx 2009-cu il tarixli müqavilənin etibarlılığı, deməli həm də, üçüncü şəxsin həmin müqavilə üzrə əldə etdiyi daşınmaz əmlaka hüququ məhkəmə qaydasında tanınmışdır. Şikayətin əsas dəlili ondan ibarətdir ki, üçüncü şəxsin yeganə istinad etdiyi məhkəmə qərarları hazırkı iş üzrə məcburi ola bilməz. “xxxx” MMC ilə “xxxx” MTK, İ.İashar və qeyriləri arasında olan mübahisə üzrə mülki işdə iddiaçı tərəf olmamışdır. Bu səbəbdən də Ali Məhkəmənin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 2015-ci il 19 may tarixli qərarının preyudisiallığı hazırkı iş üzrə tətbiq edilə bilməz. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, əvvəla, yuxarıda qeyd edilən məhkəmə aktları nəzərə alınmadıqda belə, üçüncü şəxsin daşınmaz əmlaka hüququ iddiaçıdan əvvəl bağlanmış və ləğv edilməmiş müqaviləyə əsaslanır. Digər tərəfdən, üçüncü şəxsin mübahisəli mənzilə hüququ hazırkı halda həm də iddiaçının iştirak etdiyi digər məhkəmə icraatı üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktına əsaslanır. Belə ki, Azərbaycan Respublika sı Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7131/2019 nömrəli mülki iş üzrə 2019-cu il 25 noyabr tarixli qərarı ilə müəyyən edilir ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2019-cu il 11 mart tarixli 2(011)-1505/2019 nömrəli qətnaməsi ilə İsaevi İasharın cavabdehlər “xxxx” MMC-yə və İddiaçı qarşı iddiası təmin edilərək Bakı şəhəri, Xətai rayonu, Xocalı (indiki Lütfi-zadə) küçəsi, 2347-48-ci məhəllədə yerləşən binanın 3-cü giriş, 7-ci mərtəbədə olan 3 otaqlı, 234 saylı mənzilə dair “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 2013-cü il 17 dekabr tarixli müqavilənin etibarsız hesab edilməsi, İddiaçı həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçı İsaevi İashara təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2019-cu il 25 iyun tarixli qətnaməsi ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2019-cu il 11 mart tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, “xxxx” MMC-dən 74000 manat pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 25 noyabr tarixli 2(102)-7131/2019 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh üçün hazırkı məzmunda öhdəlik yaratmır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin və iddianın təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apelly asiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 2-1(103)-2525/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov S.Ə.Hüseynova K.N.Bədəlov
Məhkəmə qərarları › İş №2-1(102)-725/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-725/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver