Məhkəmə qərarları › İş №2-1(102)-725/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-725/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-725/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; əl ilə qaynaq aparan elektrik qaynaqçısı; peşənin uyğunluğu; sosial sığorta stajına dair sənədlərin mötəbərliyi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı, İd diaçının vəkili X1, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 05 fevral tarixli, 2-1(103)-113/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 28 avqust tarixli məktubla müraciətin təmin olu nmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, cavabdehə təqdim edilən 1977-ci il 16 oktyabr tarixdə açılmış İTQ ******* nömrəli əmək kitabçasının 48,49-cu səhifələrində Laçın rayon "Təsərrüfatlararası Təmir Tikinti idarəsi”ndə 1987-ci il 01 dekabr - 1991-ci il 21 noyabr tarixləri arasındakı iddiaçının işlədiyi dövr qeyd olunan tarixdən əvvəlki dövrlərdə onun işlədiyi "Baytarlıq Stansiyası”nın möhürü ilə təsdiqlənmişdir. Eyni zamanda əmək kitabçasının 44,45 və 48,49-cu səhifələrində sonradan düzəlişlər olunduğu aşkar görünür. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 30 sentyabr tarixdə Sumqayıt İnziba ti-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1987-ci il 01 dekabr tarixdən 1991-ci il 21 noyabr tarixədək Laçın rayonu "Təsərrüfatlararası Təmir Tikinti İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1980-ci il 19 avqust tarixdən 1981-ci il 26 dekabr tarixədək Laçın Rayon 13 saylı Yol Tikinti İdarəsində, 1987-ci il 01 dekabr tarixdən 1991-ci il 21 noyabr tarixədək Laçın Rayon “Təsərrüfatlararası Təmir Tikinti İdarəsi”ndə işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, iddiaçıya 2012-ci il 01 iyul tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilmə miş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək kitabçasından da göründüyü kimi ümumilikdə iddiaçının 29 il 5 ay 23 gün əmək stajı mövcuddur. Həmin iş stajının 13 il 9 ay 4 günü məhkəmə qaydasında müəyyən edilmişdir. Həmçinin cavabdeh onun 15 il 09 ay əmək stajını mübahisələndirməmiş və qəbul etmişdir. Belə ki, həmin fakt Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2019-cu il 14 may tarixli, 2-1-(102)-511/2019 saylı qərarında öz təsdiqini tapmışdır. Hazırda cavabdeh əmək stajı kimi qəbul etmədiyi 1987-ci il 01 dekabr tarixdən 1991-ci il 21 noyabr tarixədək Laçın rayonu "Təsərrüfatlararası Təmir Tikinti idarəsində işlədiyi müddət cavab dehin mübahisələndirmədiyi 15 il 9 ay əmək stajına daxildir. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 24 oktyabr tarixli, 2-1(085)1715/2019 saylı qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-738/20 saylı iş üzrə 2020-ci il 05 iyun tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 1980-ci il 19 avqust tarixdən 1981-ci il 26 dekabr tarixədək Laçın Rayon 13 saylı Yol Tikinti İdarəsində, 1987-ci il 01 dekabr tarixdən 1991-ci il 21 noyabr tarixədək Laçın Rayon “Təsərrüfatlara rası Təmir Tikinti İdarəsi”ndə işlədiyi müddətlərin sosial stajına daxil edilərək, iddiaçıya 2012-ci il 01 iyul tarixdən (57 yaşdan) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İş materiallarına əsasən 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin arayışında iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 qərarı ilə təsdiq edilmiş Siyahısında göstərilən 23200000— 19906 koda əsasən ona güzəştli şərtlərlə pensiya hüququ verir. İddiaçının 2006-cı il 01 yanvar tarixədək 25 ildən artıq (29 il 06 ay 08 gün) ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq (13 il 09 ay 14 gün ) güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçı 2012-ci il 01 iyul tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 05 fevral tarixli, 2-1(103)-113/2021 nömrəli qərarı i lə Bakı İnzibati Məhkəməsi 2020-ci il 05 iyun tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia qismən təmin edilmiş, iddiaçının 1980-ci il 19 avqust tarixdən 1981-ci il 26 dekabr tarixədək Laçın Rayon 13 saylı Yol Tikinti İdarəsində, 1987-ci il 01 dekabr tarixdən 1991-ci il 21 noyabr tarixədək Laçın Rayon “Təsərrüfatlararası Təmir Tikinti İdarəsi”ndə işlədiyi müddətlərin sosial stajına daxil edilərək, iddiaçıya 2016-cı il 12 iyul tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının pensiya hüququ 2012-ci il tarixdə yaransa da, o, pensiyanın təyin olunması üçün 2019-cu il 12 iyul tarixdə cavabdehə müraciət etmişdir. Bu halda, iddiaçı ödənilməmiş pensi ya məbləğini hüququnun yarandığı gündən deyil, cavabdehə müraciət etdiyi vaxtdan əvvəlki üç il daxil olmaqla ödənilməsini tələb edə bilər. Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunda ötən dövr üzrə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi barədə müddəa yoxdur. Yeni qanunvericilik pensiya fərqinin aylara bölünməklə aylıq pensiyaya əlavə şəklində ödənilməsini nəzərdə tutmuşdur. Belə olan halda da iddiaçının pensiya fərqinin birdəfəlik ödənilməsi barədə tələbi qanuni hesab edilə və təmin edilə bilməz.

13. İddiaçı qərarı mübahisələndirməmişdir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Nazirlər Kabinetinin 186 saylı, 1996-cı il 26 dekabr tarixli qərarı ilə təsdiqlənmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.4-cü bəndinə görə, “əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqı nda isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır ”. Digər tərəfdən, İddiaçıya məxsus əmək kitabçasının 44-45 və 48-49-cu səhifələrində sonradan düzəlişlər edilmişdir. Həmin düzəlişlərin aparılma səbəbi və əsası qeyri-müəyyəndir. Halbuki, Qaydaların 3.7-ci bəndinə görə, “əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri-dəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır. İddiaçının ümumi iş stajının müəyyənləşdirilməsi məqsədilə İdarəyə təqdim etdiyi sənəddəki - əmək kitabçasındakı qeydlərin mötəbərliyi şübhə altındadır. Həmin qeydlər ümumi əmək stajını təsdiqləmək baxımından etibar ediləsi q eydlər deyildir. Bu məsələlər ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/769 saylı, 2020-ci il 11 noyabr tarixli ekspert rəyində göstərilmişdir ki, əmək kitabçasının 48-49-cu səhifələrində olan möhür əkslərinin və onların üzərilərindəki əlyazma mətnin rəngləyicilərinin intensivliyi eyni olduğu üçün möhür əkslərinin məzmunlarını müəyyən etmək mümkün olmamışdır.

16. İddiaçının güzəştli iş stajı ilə bağlı da təqdim etdiyi sənəd qeyri-mötəbərdir. Belə ki, İddiaçı əl yazısı ilə doldurulmuş bir arayış təqdim edir və həmin arayışa əsasən güzəştli iş stajının təsdiqləndiyini iddia edir. Halbuki, arayış standart blank üzərində əl yazısı ilə doldurulub; lakin həmin arayışın hansı şəxs tərəfindən doldurulduğu bəlli deyil, imzaların da hansı şəxslər tərəfində n edildiyi qeyrimüəyyəndir, arayışda tarix və nömrə yoxdur; arayışdakı möhürün həqiqətən də onu verən, daha doğrusu, verdiyi iddia olunan təşkilata məxsus olub-olmadığı qeyrimüəyyəndir. 17. 2017-ci il 10 may tarixdə Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 2017-ci il 11 dekabr tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın tələbinə əsasən, şəxs müvafiq müraciətinə və ərizəsinə şəxsiyyətini təsdiq edən sənədin surəti, ümumi iş stajını təsdiq edən sənədlər, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə edilməlidir. İddiaçının əmək kitabçasına əsasən onun işləmiş olduğu peşənin adı “elektrik qaynaqçısı” kimi qeyd edilmişdir. Məhkəmə isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarının 2 nömrəli Siyahısının XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-19906 kodu altında olan “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə istinad etmişdir. Peşələr arasında uyğunsuzluq olduğu açıqaşkardır. kassasiya şikayətinə etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, cavabdeh inzibati orqan mübahisələndirdiyi dövrün əsassızlığı ilə bağlı sübutları nə inzibati icraat zamanı araşdıraraq müəyyən etmiş, nə də bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə icraatı zamanı isə təqdim edilmiş əmək kitabçası, ekspert rəyi nəzərə alınmaqla iddiaçının işlədiyi 01.12.1987- 21.11.1991-ci il tarixləri arasındakı dövrün təsbit olunduğu əmək kitabçasındakı qeydlərin əsassızlığı ilə bağlı hər hansı hal müəyyən olunmamışdır. Belə olan halda, qeyd edilən dövr də iddiaçının əmək pensiyası hüququ verən ümumi iş stajına hesablanmalıdır.

19. Cavabdeh kassasiya şikayətində iddiaçının güzəştli iş stajı ilə bağlı iş yerindən arayış təqdim edilməli olduğunu, təqdim etdiyi arayışın isə qeyri-mötəbər olduğunu və bununla da məhkəmə tərəfindən qəbul edilən dövrün iddiaçının güzəştli iş stajı kimi nəzərə alınmama sını mübahisələndirmişdir. Bununla bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. İddiaçının pensiya hüququ qazandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli qərarı ilə təsdiq olunmuş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” qüvvədə idi və həmin qaydalarda isə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim etməsi nəzərdə tutulmamışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları

20. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

21. İddiaçı və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəmə sinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. TƏTBİQ EDİLƏN HÜQUQ

22. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə s übutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahi sə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona gör ə də, şikayət mümkün hesab edilmişdir.

24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

26. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquq larının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü- özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.

28. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə mübahisənin düzgün həlli üçün, mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilən əmək kitabçasının 48 və 49-cu səhifələrində olan möhürün hansı idarə və ya müəssisəyə məxsus olduğunun müəyyən edilməsi məqsədi ilə sənədlərin məhkəmə texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/769 saylı, 11 noyabr 2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş İddiaçı verilmiş İT-1№ ******* saylı əmək kitabçasının 48-49-cu səhifələrində olan möhür əksləri sənəd üzərinə birbaşa vurulmuşdurlar... Aparılmış tədqiqatlar nəticəsində müəyyən olundu ki, möhür əkslərinin və onların üzərlərindəki əlyazma mətninin rəngləyicilərinin intensivliyi eyni olduğu üçün möhür əkslərinin məzmunlarını müəyyən etmək mümkün olmadı.

29. Əmək kitabçasının 48 və 49-cu səhifələrində iddiaçının 1987-ci il 01 dekabr tarixdən 1991-ci il 21 noyabr tarixədək Laçın Rayon “Təsərrüfatlararası Təmir Tikinti İdarəsi”ndə işlədiyinə dair qeydlərin olduğu, iddiaçının digər tələblərlə y anaşı ona məhz həmin müddətin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsini tələb etdiyi nəzərə alındıqda, həmin müddətə dair qeydlərin mötəbərliyi işin düzgün həlli üçün əhəmiyyət kəsb edir.

30. Deməli, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır.

31. Apellyasiya instansiyası məhkəməsi iddiaçının güzəştli stajı ilə bağlı gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iş materiallarında olan 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin arayışında göstərilmişdir ki, iddiaçı 14.01.1992-c i il tarixdən 28.10.2005-ci il tarixədək 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi vəzifə (elektrik qaynaqçısı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı ilə (kod 23200000—19906) güzəştli şərtlərlə pensiya hüququ verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (kod 23200000—19906) nəzərdə tutulmuşdur. Cavabdeh apelyasiya şikayətində iddiaçının güzəştli iş stajı ilə bağlı iş yerindən arayış təqdim edilməli olduğunu, təqdim etdiyi arayışın isə qeyri-mötəbər olduğunu və bununla da məhkəmə tərəfindən qəbul edilən dövrün iddiaçının güzəştli iş stajı kimi nəzərə alınmalı olmasını mübahisələndirmişdir. Bununla əlaqədar cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının tələblərinə istinad etmişdir. Belə ki, adı çəkilən Qaydalara 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsi nə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim etməsi tələb olunur.

32. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, iddiaçının pensiya hüququ qazandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq olunmuş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” qüvvədə idi və həmin qaydalarda güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yer inin arayışı təqdim etməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir.

33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə bağlı qeyd edir ki, mübahisələndirmə haqqında iddiala rdan fərqli olaraq, məcburetmə və öhdəliyin icrası haqqında iddialarda, bir qayda olaraq, məhkəmə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan normalar tətbiq olunur.

34. Hazırkı halda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları qüvvədədir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən, yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş n ormalar əsasında təyin edilir.

35. Beləliklə, apellyasiya instansiyası məhkəməsi həmin normanın tələbindən çıxış edərək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq olunmuş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na istinad etməkdə haqlıdır.

36. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin də istinad etdiyi 2 nömrəli Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (kod 23200000—19906) nəzərdə tutulmuşdur. İddiaçının əmək kitabçasında isə iddiaçının vəzifəsi “elektrik qaynaqçısı” göstərilmişdir və həmin vəzifə apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Siyahıda göstərilən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (kod 23200000—19906) müddəasını tam təmin etmir.

37. Apellyasiya instansiyası məhkəməsinin yardımçı sübutetmə vasitəsi kimi istinad etdiyi 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin arayışı da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, həmin arayış da (onun əli ilə və ya çap üsulu ilə tərtib olunmasından asılı olmayaraq) iddiaçının əl ilə qaynaq aparan elektrik qaynaqçısı işlədiyini aşkar müəyyən və təsdiq etmir.

38. Beləliklə, əgər iddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq işlədiyi hər hansı işin, peşənin və ya vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verdiyini iddia edirsə, bu halda, məhkəmə iddiaçının gör düyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil.

39. Beləliklə, İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələri nin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

40. İşə təkrar baxılarkən, həmçinin aşağıdakılar nəzərə alınmalıdır.

41. Məhkəmə kollegiyası əmək kitabçasının 44 və 45-ci səhifələrində sonradan düzəlişlər olunması barədə dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşır. Belə ki, 1981-ci il 26 dekabr tarixli qeydin məzmunu (əmək münasibətlərinə xitam verilməsinin hüquqi əsası kimi Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə istinad, “öz arzusuna əsasən” məzmunda qeyd) nəzərə alındıqda, cavabdehin mübahisələndirdiyi düzəliş (“уволить”) h əmin qeydin mötəbərliyini aradan qaldırmır. Bununla yanaşı, həmin qeyddə göstərilən iş müddəti özü-özlüyündə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsini təmin etmədiyindən, tələbin digər hissələrinə dair dəlillərlə birgə qiymətləndirilməlidir.

42. Məhkəmə kollegiyası, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

43. İşdən göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin digər müddətlərinin sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmədə bundan əvvəl də iddia qaldırmış, tələbinin məhkəmələr tərəfindən təmin olunduğuna baxmayaraq, iddiaçı arzuladığı nəticəyə ona əmək pensiyasının təyin olunmasına nail ola bilməmiş, onunla inzibati orqan arasında yeni - hazırkı məzmunda mübahisə yaranmışdır.

44. Məhkəmə kollegiyası, məhz bu kimi halları nəzərə alaraq oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. Məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) t ələb etməkdə iddiaçının nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir.

45. Məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün, tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququna bilavasitə təsir edə bilən hallara da aydınlıq gətirməlidir.

46. Öz növbəsində, şəxslərin pensiya hüquqlarının reallaşdırılmasını bilavasitə təmin etmək vəzifəsi daşıyan cavabdeh inzibati orqan şəxslərin (hazırkı halda, iddiaçının) müraciəti ilə bağlı inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətin təmin olunmasından imtinanın səbəbləri ilə bərabər, müraciətdə istinad edilən (yaxud, belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi) digər hallara da münasibəti aydın göstərilməlidir. Bu, həm də ona görə əhəmiyyət kəsb edir ki, maraqlı şəxs imtinanın əsaslarını, habelə onun müraciəti ilə bağlı hansı halların inzibati orqan tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini cavab məktubunda aydın görmək, bununla da, cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini dəqiq müəyyən etmək imkanına malik olsun. Cavabdehin imtina məktubundan bunları aşkar müəyyən etmək mümkün olmadıqda, mübahisənin düzgün həlli, həmçinin əmək pensiyasının təyin edilməsi və ya təyin edilmiş pensiyanın yenidən hesablanması ilə bağlı hazırkı tərəflər arasında yeni mübahisənin (məhkəmə icraatının) yaranmasına səbəb ola bilən halların aradan qaldırılması üçün hazırkı məhkəmə icraatı çərçivəsində həmin məsələlərə tərəflərin iştirakı ilə aydınlıq gətiri lməli, zərurət yarandığı halda, iddia tələbinin dəqiqləşdirilməsində iddiaçıya yardım edilməlidir.

47. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.

48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 05 fevral tarixli, 2-1(103)-113/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar