Məhkəmə qərarları › İş №2-1(102)-725/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-725/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-725/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-725/2022) (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 21 dekabr 2021-ci il tarixli, 2-1(103)-2872/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (şəxsiyyət vəsiqəsinin nömrəsi - 0*******, FİN kodu – xxxxxxx, doğum tarixi – xx xxxxxx 1962-ci il) ünvan 1 ünvanında qeydiyyatdadır.

2. İddiaçının ******* saylı hərbi bileti ilə müəyyən olunmuşdur ki, iddiaçı 5 may 1981-ci il tarixdən 3 iyun 1983-cü il tarixədək hərbi xidmət keçmişdir. 3. 24 may 1984-cü il tarixli, ИT-İ ******* saylı əmək kitabçasına əsasən iddiaçı 17 may 1984-cü il tarixdən 22 oktyabr 1984-cü il tarixədək sürücü vəzifəsində işləmiş, 10 yanvar 1985-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sularda Xilasetmə Xidmətinin “Nardar-2” sularda xilasetmə məntəq əsində matros-xilasedici vəzifəsinə qəbul olunmuş, 10 yanvar 1990-ci il tarixdə dalğıc vəzifəsinə keçirilmiş və 31 may 1990-ci il tarixdə işdən azad olmuş, 1 mart 1991-ci il tarixdən 7 dekabr 1992-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sularda Xilasetmə Xidmətinin “Nardar-2” sularda xilasetmə məntəqəsində dalğıc kimi işləmiş, 7 dekabr 1992-ci il tarixdən 12 iyun 2017-ci il tarixədək həmin məntəqənin rəisi kimi işləmişdir.

4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və X5 Xidmətinin 31 yanvar 2020-ci il tarixli, 37/39-0005 saylı arayışında qeyd edilmişdir ki, iddiaçı 10 yanvar 1990 – 31 may 1990 və 1 mart 1991 – 7 dekabr 1992ci il tarixlərdə Azərbaycan Respublikası Dövlət Sularda Xilasetmə Xidmətinin “Nardaran-2” sularda xilasetmə məntəqəsi ndə dalğıc, 7 dekabr 1992 -12 iyun 2017-ci il tarixlərdə həmin məntəqənin rəisi vəzifəsində işləmişdir. 47 nömrəli şəxsi dalğıc kitabçasına əsasən iddiaçı dalğıc enmələrini həyata keçirmiş və 6199 saat 20 dəqiqə (altı min yüz doxsan doqquz saat iyirmi dəqiqə) su altıda işləmişdir. İddiaçı işləmiş olduğu dalğıc vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında" 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının 1 nömrəli siyahısının XXİİİ. Ümumi peşələr (12100000-11465) bölməsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının

35. Ümumi peşələr bölməsinin birinci abzasında nəzər də tutulan və xüsusi zərərli sahə olmaqla yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququna əsas verir.

5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.

6. Cavabdeh 8 yanvar 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ona təqdim edilən sənədlərdə 1989-2001-ci il illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və X5 Xidmətinin “Nardaran-2" sularda xilasetmə məntəqəsində dalğıc və həmin məntəqənin rəisi vəzifələrində işləməsi qeyd olunmuşdur. Həmin müəssisədə iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı su altın da iş müddətinin müəyyən edən iddiaçıya dair 47 nömrəli dalğıcın şəxsi kitabçasında 1989-2001-ci illərə aid aparılmış qeydlərin hansı sənədlər əsasında yazılmasını təsdiq edən hər hansı sənəd aşkar edilməmişdir. Həmçinin təqdim edilən xilasetmə stansiyasının jurnallarının rəhbər şəxsin imzası ilə təsdiq edilmədiyi və möhürsüz olduğu müəyyənləşdirilmişdir. Qeyd edilən faktlar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və X5 Xidmətinin “Nardaran-2” sularda xilasetmə məntəqəsi tərəfindən 17 sentyabr 2020-ci il tarixli Aktla təsdiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı 27 may 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona 52 yaşdan, yəni 19 fevral 2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin 19 fevral 2014-cü il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1985-ci il tarixdən etibarən əmək fəaliyyətinə başlamışdır ki, onun 52 yaşı tamam olduğu vaxta ümumi iş stajı 20 ildən, güzəştli iş stajı isə 10 ildən çox təşkil edir. İddiaçı güzəştli şərtlərlə yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur.

9. Cavabdeh iddia tələbinə qarşı verdiyi yazılı etirazda qeyd etmişdir ki, inzibati orqan tərəfind ən iddiaçının iş yerində dəqiqləşmə aparılması zamanı su altında iş müddətini müəyyən edən, iddiaçıya dair 47 nömrəli dalğıcın şəxsi kitabçasında 19982001-ci illərində aparılmış qeydlərin hansı sənədlər əsasında yazılmasını təsdiq edən hər hansı bir sənəd aşkar edilməmişdir. Həmçinin təqdim edilən xilasetmə stansiyasının jurnalının rəhbər şəxsin imzası ilə təsdiq edilmədiyi və möhürsüz olması müəyyən edilmişdir. Qeyd edilən faktlar “Nardaran-2” sularında xilasetmə məntəqəsi tərəfindən 17 sentyabr 2020-ci il tarixli aktla təsdiq edilmiş və məhz bu səbəbdən də iddiaçının güzəştli iş stajı olmamışdır.

10. Bakı İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2-1(112)-6961/2021 nömrəli qərarı (hakim: X4) ilə iddia qismən təmin edilmiş, İddiaçıya 52 yaşdan, yəni 19 fevral 2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin isə 9 may 2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 1 yanvar 2006-ci il tarixə güzəştli iş stajının 10 ildən (10 yanvar 1990- 31 may 1990; 1 mart 1991-1 yanvar 2006) çoxdur. Müvafiq dövr üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunmuşdur. iddiaçının dalğıc kimi işlədiyi dövrün güzəştli iş stajına daxil edilməsi üçün zəruri məlumatları ehtiva edən güzəştli arayış mövcud olmuşdur. Həmin vəzifə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulmuş, o cümlədən də iddiaçının 2.750 saat çox işlədiyi faktı dalğıc kitabçasında və güzəştli arayışda nəzərdə tutulduğu halda bunun əksini təsdiq edən hər hansı bir mötəbər dəlil cavabdeh tərəfindən təqdim olunmamışdır.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2-1(103)-2872/2021 nömrəli qərarı (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X2 və X1) ilə Bakı İnzibati Məhkəməsinin 23 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

19. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

20. Həmin Qanunun 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir 21. 1 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a) bəndinə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;.22. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artı rılır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında" 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının 1 nömrəli siyahısı: XXİİİ. Ümumi peşələr bölməsi – (12100000—11465) - Sualtı işlərlə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən, yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat və çox olanlar

24. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mö vcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

25. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

27. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNL ÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Hazırkı qərarın 18,19,21,22-ci bəndlərində göstərilmiş normaların məzmunundan görünür ki, 52 yaşına çatmış kişilər azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır, lakin əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericili yin müddəasına əsasən müəyyən edilməlidir.

32. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, inzibati orqan tərəfindən iddiaçının iş yerində dəqiqləşmə aparılması zamanı su altında iş müddətini müəyyən edən, iddiaçıya dair 47 nömrəli dalğıcın şəxsi kitabçasında 1998-2001-ci illərində aparılmış qeydlərin hansı sənədlər əsasında yazılmasını təsdiq edən hər hansı bir sənəd aşkar edilməmişdir. Həmçinin təqdim edilən xilasetmə stansiyasının jurnalının rəhbər şəxsin imzası ilə təsdiq edilmədiyi və möhürsüz olması müəyyən edilmişdir. Qeyd edilən faktlar “Nardaran-2” sularında xilasetmə məntəqəsi tərəfindən 17 sentyabr 2020-ci il tarixli aktla təsdiq edilmiş və məhz bu səbəbdən də iddiaçının güzəştli iş stajı olmamışdır.

33. Məhkəmə kollegiyası kassatorun dəlillərini əsassız hesab edir. Cavab deh eyni dəlilləri həm imtina məktubunda, həm də apellyasiya şikayətində bildirmişdir. Məhkəmə kollegiyası bu dəlillərə münasibətdə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

34. İddiaçının işlədiyi dalğıc vəzifəsi həm “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda, həmçinin də “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dalğıcın dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2.750 saatdan və ya ay ərzində 25 saatdan çox olması şərti ilə güzəştli şərtlərlə pensiy a hüququ verən vəzifələrə aid edilmişdir.

35. Birinci instansiya məhkəməsində və Apellyasiya instansiya məhkəməsində aparılan araşdırma ilə müəyyən edilmişdir ki, əmək kitabçasına əsasən iddiaçı 1986-cı ildə - 22 saat, 1989-cu ildə - 500 saat, 1996-cı ildə - 2000 saat, 2000-ci ildə - 326 gün, 2001-ci ildə - 330 saat, 2002-ci ildə - 340 saat, 2003-cü ildə - 335 saat, 2004-cü ildə 399 saat, 2005-ci ildə - 312 saat enmə həyata keçirmişdir. Həmçinin iddiaçının su altında qalma saatlarının hesabatına əsasən, 1999-cu ilə qədər (1999-cu il daxil olmaqla) su altında enmə saatları ümumilikdə 3.995 saat təşkil etmişdir ki, qeyd olunan hal 2.750 saat ilə bağlı minimum şərtin ödənildiyini təsdiq edir.

36. İddiaçının dalğıc kimi işlədiyi dövrün güzəştli iş stajına daxil edilməsi üçün zəruri məlumatları ehtiva edən güzəştli arayış mövcud olmuş, bundan başqa həmin vəzifə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulmuş, o cümlədən də iddiaçının 2.750 saat çox işlədiyi faktı dalğıc kitabçasında və güzəştli arayışda nəzərdə tutulduğu halda bunun əksini təsdiq edən hər hansı bir mötəbər dəlil cavabdeh tərəfindən təqdim olunmamışdır.

37. Həmçinin cavabdehin imtina məktubunda dalğıc kitabçasında iddiaçının 1989-2001-ci illərə aid aparılmış qeydlərin hansı sənədlər əsasında yazılması və xilasetmə stansiyasının jurnallarının rəhbər şəxsin imzası və möhürü ilə təsdiq edilməməsi nə dair kassasiya şikayətinin dəlilinə münasibət bildirərək Ali Məhkəmənin İnzibati Kollegiyası qeyd edir ki, xilasetmə stansiyasının jurnalında imza və möhürün olmaması iddiaçının dalğıc kimi su altında işlədiyini təkzib edən fakt kimi qiymətləndirilə bilməz. Belə ki, təqdim olunmuş dalğıc kitabçasında olan məlumatların həqiqiliyi iddiaçıya məxsus əmək kitabçasına və Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim olunmuş arayış ilə təsdiq olunur.

38. Beləliklə, apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, ə mək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda-12100000 Ümumi peşələr bölməsində 12100000—11465 kod altında sualtı işlərlə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən, yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat və çox olanlar vəzifəsi iddiaçının işlədiyi vəzifəyə uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 10 ildən artıq təşkil edir.

39. Həmçinin məhkəmənin qənaətinə görə qərarın 2-ci və 3-cü bəndində göstərilən əmək kitabçasına və hərbi biletinə əsasən iddia çının 1 yanvar 2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı mövcud olmuşdur ki, bununla da ümumi iş stajı ilə bağlı şərt ödənilmişdir.

40. Göründüyü kimi, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya 52 yaşdan güzəştli şərtlə pensiya təyin edilməsindən imtinaya əsas olan faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

41. Odur ki, cavabdehin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2-1(103)-2872/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 21(103)-2872/2021 nömrəli qərarı dəy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar