Məhkəmə qərarları › İş №2-1(102)-725/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-725/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-725/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina; “yardımçı fəhlə”, “malavuran/suvaqçı”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşt li şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2494/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.

2. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, iddiaçı xx.xx.1973xx.xx.1975-ci il, xx.xx.1977-xx.xx.1991, xx.xx.1991-xx.xx.1992, xx.xx.1993-xx.xx.1997, xx.xx.1999-xx.xx.2005-ci illərdə və xx.xx.2005-ci il tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

3. Qeyd olunan dövrlərdən xx.xx.1977-xx.xx.1991-ci il illərdə "xxxx" ASC-də (keçmiş “Mərkəzielektriktök mə” zavodu) fəaliyyət göstərmişdir. Həmin müəssisədə xx.xx.1977xx.xx.1978-ci il illərdə qəlibçi şagirdi, xx.xx.1978-xx.xx.1978-ci il illərdə 2-ci dərəcəli qəlibçi, xx.xx.1978-xx.xx.1984-ci il illərdə 1-ci dərəcəli nəqliyyat üzrə yardımçı fəhlə, xx.xx.1984xx.xx.1989-cu il illərdə 2-ci dərəcəli suvaqçı, xx.xx.1990- xx.xx.1991-ci il tarixlərdə 3-cü dərəcəli suvaqçı kimi işləmişdir. 4. "xxxx" ASC-nin 03 saylı xx.xx.2021-ci il tarixli “araşdırıcı arayışı”ndan görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixindən (əmr 490, xx.xx.1977) xx.xx.1991-ci il tarixinədək (əmr 177, xx.xx.1991) “Mərkəzielektriktökmə“ zavodunda işləyib. xx.xx.1977-xx.xx.1978-dək Metaltökmə sexində zərərli əmək şəraitində tam iş günü rejimində qəlibləmə maşınlarının qəlibləyicisi peşəsində çalışıb (əmr 490, xx.xx.1977). xx.xx.197 8-xx.xx.1989-dək Təmir inşaat sahəsində yardımçı fəhlə peşəsində tam iş günü rejimində çalışıb. Metaltökmə sexlərində, qəlibləmə sexlərində də təmir inşaat işləri ilə məşğul olub. İşlədiyi müddət ərzində məzuniyyətinə əmək şəraitinə görə əlavə günlər ödənilib (əmr 539, xx.xx.1978). xx.xx.1989-xx.xx.1991-dək təmir inşaat sahəsində malavuran peşəsində tam iş günü rejimində çalışıb (əmr 429, xx.xx.1989) xx.xx.2001-dən İqtisadi İnkişaf Nazirliyinin 166 saylı sərəncamına əsasən “Mərkəzielektriktökmə” zavodunun bazasında Bakı "xxxx" ASC yaranmışdır.

5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

6. Cavabdehin xx.xx.2021-cil il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən 15 iyun 197 4-cü il tarixli əmək kitabçasında və "xxxx" ASC-nin ona dair 17 fevral 2021-ci il tarixli 3 nömrəli araşdırıcı arayışında xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin Təmir inşaat sahəsində suvaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə yuxarıda qeyd olunan metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə aid deyil. Bundan başqa onun Mərkəzi Filiala təqdim etdiyi yuxarıda qeyd olunan sənədlərdə xx.xx.1978xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyi yardımçı fəhlə peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələ rin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) nəzərdə tutulmamışdır. Qeyd edilən səbəblərdən onun güzəştli iş stajı 12 il 6 aydan az (1 il 26 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASCdə (keçmiş “Mərkəzielektriktökmə” zavodunda) xx.xx.1977- xx.xx.1991-ci illər ərzində əmək şəraiti zərərli və ağır olan peşələr üzrə xüsusi əmək stajı nəzərə alınaraq, 2011-ci ilin oktyabrın 10-dan, yəni 55 yaşın ın tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırılması:

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü il tarixində “Oktyabr” toxumçuluq sovxozunda fəhlə qismində əmək fəaliyyətinə başlamış, hərbi xidmətlə bağlı xx.xx.1975-ci ildə işdən azad edilmiş, xx.xx.1975-xx.xx.1977-ci illər ərzində Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Bakı Elektriktökmə ASC-nə (keçmiş “Mərkəzielektrıktökmə” zavoduna) xx.xx.1977-ci ildə əmək şəraiti xüsusi zərərli şərtlər əsasında günəmuzd əmək haqqı ödənilməklə qəlibçi şagirdi peşəsinə işə qəbul olunmuş və eyni şərtlərlə ona xx.xx.1978-ci il tarixdə qəlibçi peşəsi üzrə 2-ci dərəcə verilmiş, xx.xx.1978-ci il tarixdə həmin cə miyyətin 12 saylı Təmir-tikinti sahəsinə zərərli əmək şəraiti əsasında günəmuzd əmək haqqı ödənilməklə fəhlə (fəhlə yardımçısı) peşəsinə keçirilmiş, xx.xx.1989-cu ildə ona suvaqçı peşəsi üzrə 2-ci dərəcə verilmiş və xx.xx.1991-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2005-ci il tarixdən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmiş və hazırda Bakı şəhərinin 9 saylı Vəkil Bürosunda vəkillik fəaliyyətini davam etdirir.

9. Təmir-tikinti sahəsində işlədiyi müddətdə müxtəlif peşələr üzrə dərəcələrin verilməsinə baxmayaraq, əslində əmək şəraiti dəyişməmiş və o, həmin cəmiyyətin əmək şəraiti zərərli, xüsusilə zərərli və ağır olan sex, habelə digər sahələrində cari təmir-tikinti işlərini icra etmişdir. Faktiki olaraq o, həmin cəmiyyətin əmək şəraiti zərərl i, xüsusilə zərərli və ağır olan sex, habelə digər sahələrində yüksək atmosfer təzyiqi altında işləyən qəlibçi dəzgahların özüllərinin vaxtaşırı yenisi ilə əvəz edilməsi və s. işləri icra etmişdir. Ağır və zərərli əmək şəraitinə görə onun vəzifə maaşına artım əmsalı tətbiq edilmiş və bu faktlar hər ay görülmüş işlərin icrası ilə bağlı tərtib edilmiş əmək haqqı naryadları ilə təsdiqlənmişdir.

10. Bundan başqa, əmək şəraitinin ən azı 50% zərərli, xüsusilə zərərli və ağır olmasına görə hər il ona 12 gün əlavə məzuniyyət verilmiş və müvafiq təlimata əsasən hər gün süd məhsulları ilə təmin edilmişdir.

11. Bu faktlar adına verilmiş xx.xx.1974-cü il tarixli əmək kitabçası və "xxxx" ASC-nin təqdim etdiyi 03 saylı xx.xx.2021-ci il tarixli araşdırıcı arayışı ilə qismən təsdiqlənir. Sözügedən əmək fə aliyyəti nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Filialın təqdim edilmiş **********6 saylı xx.xx.2021-ci il tarixli məktubdan belə qənaətə gəlmək olur ki, guya o, xx.xx.1978xx.xx.1989-cu illərdə Cəmiyyətin 12 saylı Təmir-tikinti sahəsində, xx.xx.1989-xx.xx.1991-ci illərdə isə təmir-tikinti sahəsində suvaqçı peşəsində işləyib. Bu faktla bağlı bildirir ki, qeyd edilən tarixdə cəmiyyətin 12 saylı Təmir-tikinti sahəsinin sadəcə adı dəyişdirilərək, Təmirtikinti sahəsi adlandırılmışdır. Həmin cəmiyyətdə yalnız bir təmir-tikinti sahəsi fəaliyyət göstərmiş və həmin sahənin adının dəyişdirilməsi onun əmək şəraitinin dəyişdirilməsi ilə nəticələn məmişdir. Qeyd olunan bu faktların təsdiqi üçün həmin müddətlərdə bağlanmış əmək haqqı naryadlarına diqqət yetirilməsi kifayətdir. "xxxx" ASC (keçmiş “Mərkəzielektriktökmə” zavodu) onun adına verilmiş xx.xx.1974-cü il tarixli Əmək kitabçasında müvafiq qeyd aparmış, lakin bu faktları 03 saylı xx.xx.2021-ci il tarixli araşdırıcı arayışında təsdiq etməmişlər. 1997-ci ilə qədər əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışdığına görə, onun 13 il 9 ay 23 gün xüsusi əmək stajı vardır. 2011-ci ilin oktyabrın 10-da 55 yaşı tamam olmuş və həmin gün onun 39 il, 11 ay, 19 gün ümumi iş stajı olmuşdur. Buna görə də hesab edir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin etirazları:

12. Cavabdehin etirazının əsaslarını imtina məktubunda göstərilər təşkil ed ir.

13. Etirazda əlavə olaraq qeyd edilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda göstərilmişdir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Eləcə də, həmin icmal məktubunda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlər də zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-nin 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digə r müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

14. İddiaçı iddia tələbini dəyişdirərək "xxxx" ASC-də (keçmiş “Mərkəzielektriktökmə” zavodunda) xx.xx.1977- xx.xx.1991-ci illər ərzində əmək şəraiti zərərli və ağır olan peşələr üzrə xüsusi əmək stajı nəzərə alınaraq, 2013-cü ilin oktyabrın 10-dan, yəni 57 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1547/2022 saylı iş 10 may 2022-ci il tarixli (hakim G.Sevdimalıyeva) qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddiaçıya xx.xx.2018-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır.

16. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, xx.xx.1977xx.xx.1978-ci il tarixlərində - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı”nın XİV bölüm, “Metal emalı”, “Tökmə istehsalı”nda, 2150100a bəndi üzrə qəlibləmə maşınlarının qəlibləyicisi peşəsində (kod 2150100a - 19411) işləmişdir. 2) xx.xx.1978-xx.xx.1989-cu il tarixlərində zərərli ödəniş şərtləri ilə təmir inşaat sahəsində yardımçı fəhlə peşəsində (nəqledici) tam iş günü işləmişdir. Məhkəmə qeyd edir ki, zərərli ödəniş şərtləri ilə işləməsinə dair əmək kitabçasında və əmrdə müvafiq qeyd vardır. Metaltökmə sexlərində, qəlibləmə sexlərində də təmir-inşaat işləri ilə məşğul olub. İşlədiyi müddət ərzində məzuniyyətinə əmək şəraitinə görə əlavə günlər ödənilib. Odur ki, məhkəmə hesab edir ki, həmin peşə 2 nömrəli siyahı üzrə 2150100a bəndi üzrə fəhlələr peşəsinə (çıxardılma iş sahələrində və doğranma, qəlibləmə, içlik ilə məşğul olan tökmə istehsalatındakı nəqledicilər kod 2150100a - 19219) uyğundur. xx.xx.1989-xx.xx.1991-ci illərdə işlədiyi suvaqçı peşəsi XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bəndinə (2290100) uyğun olmaqla fəhlə (kod 2290100a) peşəsinə uyğundur. İddiaçının əmək şəraiti zərərli və ağır olan Xüsusiləşdirilmiş metaləritmə zavodunda qeyd edilən peşələr üzrə işləməsi ilə bağlıdır

17. Məhkəmə, həmçinin qeyd etmişdir ki, İddiaçının pensiya hüququ 10 oktyabr 2013-cü il tarixdən yaranmış, xx.xx.2021-ci il tarixə qədər pensiya təyinatı üçün müraciət etməmişdir. Pensiya hüququ xx.xx.2013-cü il tarixdən yarandığından pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 (üç) il üçün, yəni xx.xx.2018-ci il tarixdən yaranmış pensiya fərqi iddiaçıya ödənilməli, pensiya məbləği nin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Belə ki, iddiaçının müvafiq müraciətin göstərilən tarixədək təqdim edilməməsinin onun səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olması məhkəmə araşdırması nəticəsində müəyyən edilməmişdir.

18. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın “İddiaçı xx.xx.2018-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi” hissəsində ləğv edilməsini xahiş etmişdir.

19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 2-1(103)-2494/2022 saylı 23 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər X.Cəmilova - sədrlik edən və məruzəçi, M.Tağızadə və A.Oruczadə) iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 10 may 2022-ci il tarixli qərarı 2-1(112)-1547/22 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış, qərarını onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün onun zərərli iş stajının qanunla tələb olunan 12 il 6 ay olması inzibati orqan tərəfindən mübahisələndirilir və ona istinad olunur ki, iddiaçının xx.xx.1978-xx.xx.1989-cu illər ərzində işlədiy i “yardımçı fəhlə” peşəsi adı çəkilən və istinad olunan Siyahıda nəzərdə tutulmamışdır. Hazırkı işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə kollegiyası tərəfindən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək işlədiyi yardımçı fəhlə peşəsinin və xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək təmir inşaat sahəsində malavuran peşəsinin funksiyalarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan hansı peşənin funksiyaları ilə eynilik təşkil edib-etməməsi, eynilik təşkil etdiyi təqdirdə hansı kod altında olan peşəyə uyğun olması, həmçinin həmin peşələrin vəzifə təlimatı üzrə gördüyü işlər barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı "xxxx" ASC-yə məhkəmə sorğusu göndərilmiş, sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-dən məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, “Mərkəzielektrotökmə” zavodu keçmiş SSRİ Elektrotexnika və Cihazqayırma Nazirliyinin yeganə xüsusiləşdirilmiş metaləritmə zavodu olduğu üçün burada iş rejimi intensiv olmuş, çuqun tökükləri üzrə illik istehsal həcmi 62000 ton, alüminium tökükləri üzrə isə 3000 tona qədər olmuşdur. Müəssisənin adından bəlli olduğu kimi, burada müxtəlif sex və sahələrdə çalışan işçilər insan sağlamlığı üçün zərərli və xüsusi zərərli əmək şəraitində işləmişdir. İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “Mərkəzielektrotökmə” zavodunda işləmişdir. xx.xx.1977-xx.xx.1978-ci ilədək bu peşə tökmə sexində zərərli əmək şəraitində tam iş günü reji mində qəlibləmə maşınlarının qəlibləyicisi peşəsində (Azərbaycan Respublikası nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı”nın XİV bölüm, “Metal emalı”, 2150100a bəndi üzrə “Tökmə istehsalı”nda (2150100a-19411), xx.xx.1978xx.xx.1989-cu ilədək Təmir inşaat sahəsində yardımçı fəhlə peşəsində tam iş günü rejimində çalışmışdır. İddiaçı zərərli sexlər sayılan metaltökmə (əlvan metaltökmə və qara metaltökmə) sexlərində, qəlibləmə sexlərində təmir inşaat işləri ilə məşğul olmuşdur. Lakin bu peşə "xxxx" öz əksini tapmamışdır. Müəssisədaxili əmrlərdə İddiaçı zərərli əmək şəraitində işləməsi qeyd edilmişdir, amma onun gördüyü işin əmək funksiyası m üəssisənin aid olduğu “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən Siyahının” Metal emalı, Tökmə istehsalındakı peşələrin əmək funksiyalarının hər hansı biri ilə eynilik təşkil etmir. Onun gördüyü peşənin əmək funksiyaları “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən Siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinə aiddir. xx.xx.1989-xx.xx.1991-ci ilədək Təmir inşaat sahəsində malavuran peşəsində tam iş günü rejimində çalışmışdır. xx.xx.2001-ci ildən İqtisadi İnkişaf Nazirliyinin 166 saylı Sərəncamına əsasən “Mərkəzielektrotökmə” zavodunun bazasında Bakı "xxxx" ASC yaradılmışdır.

22. Göründüyü kimi, iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək işlədiyi “yardımçı fəhlə” peşəsi ona güzəştli şərtlə rlə yaşa görə pensiya təyin olunması üçün əsas verən yuxarıda adı çəkilən Siyahıda sadalanan zərərli peşələr siyahısında işlədiyi müəssisənin zərərli fəaliyyət istiqaməti üzrə XİV bölüm “Metal emalı” sahəsində zərərli peşə kimi göstərilməmiş, buna görə də işlədiyi “yardımçı fəhlə” peşəsi zərərli istehsalat sahəsində həyata keçirilmədiyi üçün iddiaçıya tələb etdiyi növdə əmək pensiyasının təyin edilməsi mümkünsüzdür. Buna görə də iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəşt şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələr in, vəzifələrin və göstəricilərin” siyahısında nəzərdə tutulan peşələrdə işləməsi şərti (zərərli iş stajının 12 il 6 ay olması) iş üzrə ödənilmədiyindən ona istədiyi şərtlərlə yaşa görə pensiya təyin olunması barədə tələbi əsassızdır.

23. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

24. Şikayətin dəlillərinin əsasını iddia ərizəsində göstərilər təşkil edir.

25. Şikayətdə əlavə olaraq qeyd edilir ki, məhkəmə kollegiyası hesab etmişdir ki, məlum Siyahıda “yardımçı fəhlə" peşəsi adı qeyd edilmədiyinə görə, iddiaçı güzəştli şərtlərlə pensiya hüququna malik deyildir. Əvvəla, məlum Siyahıda “yardımçı fəhlə” məfhumu yoxdursa, bu iddiaçının deyil, qanunvericiliyin problemidir. 2-si, məlum Siyahıda “yardımçı fəhlə" peşəsinə aid olan və eynilik təşkil edən bır neçə peşələrin adları sadalanır, lakin məhkəmə kollegiyası bu peşələrin heç birisini nəzərə almamış və bunun əsaslarını əsassız və qanunsuz arqumentləri ilə sübut etməyə cəhd etmişdir. Hesab edir ki, məhkəmə kollegiyası adıçəkilən qərarı qəbul edərkən, Azərbaycan Respublikası İnzibatı Prosessual Məcəlləsinin 91-cı maddəsinin tələbini pozanıq prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bu isə məlum qərarın ləğv edilməsi uçun əsasdır. Beləliklə, məlikəmə kollegiyası qərarda qeyd edilən hüquqi normaların tələbini düzgün şərh etməyərək, iddiaçının sosial təminat barədə konstitusion hüquqlarını pozmuş, dövlət hər kəsin hüquqlarını n və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verdiyi halda, məhkəmə kollegiyası bu konstitusion normaların tələblərini yerinə yetirməmiş, hərçənd ki, bu məhkəmə hakimiyyəti orqanlarının borcudur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi verilməmişdir. c) ərizə və vəsatətlər:

27. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək hazırkı işə şifahi məhkəmə iclasında baxılmasını xahiş etmiş, bu, həm də onun müdafiəçisinin arzusu olduğunu bildirmişdir. Vəsatət əsaslandırılmamış, hazırkı işə şifahi məhkəmə iclasında baxılmasını zəruri edən hallar vəsatətdə göstərilməmişdir.

28. Məhkəmə kollegiyası iddiaçının vəsatətini İPM-in 96.4-cü maddəsinin ikinci cümləsinin hazırkı mübahisəyə tətbiqinin əsası kimi qəbul etmir. Belə ki, həmin normanın təl əbinə görə, işə məhkəmə iclasında baxılması barədə qərardad o hallarda qəbul edilir ki, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən əhəmiyyətli hallar mövcud olsun.

29. Hazırkı halda, iddianın maddi-hüquqi əsaslarına, habelə həmin məzmunda tələblərə məhkəmədə baxılmasının prosessual-hüquqi əsaslarına dair məhkəmə təcrübəsində vahid yanaşma formalaşmışdır.

30. İddiaçı tərəfindən də hazırkı məzmunda tələblərə baxılmasında fərqli yanaşmaların olduğunu təsdiq edən, buradan, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsini zəruri edən hallara dair hər hansı sübut təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2013-cü ildə qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəll ər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 32. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddət in azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verə n şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsa slılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz. 36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur.

37. Apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh inzibati orqanın mübahisələndirdiyi hal - iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajının olmaması faktı araşdırılarkən, apellya siya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" ASC-nin təqdim etdiyi məktubun məzmunu ilə müəyyən olunur ki, İddiaçı xx.xx.1978xx.xx.1989-cu illərdə Təmir inşaat sahəsində “yardımçı fəhlə” peşəsində tam iş günü rejimində çalışmışdır. İddiaçı zərərli sexlər sayılan metaltökmə (əlvan metaltökmə və qara metaltökmə) sexlərində, qəlibləmə sexlərində təmir inşaat işləri ilə məşğul olmuşdur. Lakin bu peşə "xxxx" öz əksini tapmamışdır. Müəssisədaxili əmrlərdə İddiaçı zərərli əmək şəraitində işləməsi qeyd edilmişdir, amma onun gördüyü işin əmək funksiyası müəssisənin aid olduğu “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən Siyahının” Metal emalı, Tökmə istehsalındakı peşələrin əmək funksiyalarının hər hansı biri ilə eynilik təşkil etmir. Onun gördüyü peşənin əmək funksiyaları “Güzəş tli şərtlərlə əmək pensiyası hüququ verən Siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinə aiddir. xx.xx.1989-xx.xx.1991-ci ilədək Təmir inşaat sahəsində malavuran peşəsində tam iş günü rejimində çalışmışdır.

38. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1989-cu il tarixədək işlədiyi “yardımçı fəhlə” peşəsi ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün əsas verən, yuxarıda adı çəkilən Siyahıda sadalanan zərərli peşələr siyahısında işlədiyi müəssisənin zərərli fəaliyyət istiqaməti üzrə (XİV bölüm “Metal emalı” sahəsində) zərərli peşə kimi göstərilməmiş, buna görə də işlədiyi “yardımçı fəhlə” peşəsi zərərli istehsalat sahəsində həyata keçi rilmədiyi üçün iddiaçıya tələb etdiyi növdə əmək pensiyasının təyin edilməsi mümkünsüzdür.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının - 22900000 - XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000a kodla nəzərdə tutulmuş (a) fəhlələr peşəsinə gəldikdə, Siyahının həmin bölməsinin məzmunundan da göründüyü kimi, orada fəhlə peşələrinin adları aşkar olaraq göstərilmişdir. Başqa sözlə, istənilən fəhlə peşəsi deyil, məhz siyahıda nəzərdə tutulan fəhlə peşələri güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. İddiaçının işlədiyi “yardımçı fəhlə” vəzifəsi və ya “malavuran” (“suvaqçı”) peşəsi həmin siyahıda (2290000a) nəzərdə tutulmamışdı r. 2290100a—19727 kodla nəzərdə tutulan “suvaqçılar” peşəsi isə, 22901000 - “Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər”də nəzərdə tutulmuşdur ki, iddiaçının iş yeri yeraltı iş sahəsinə aid deyil.

40. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmamışdır.

41. Apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 21(103)-2494/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar